Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-448/2021 07.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 1999-cu il tarixli 81 saylı qərarı ilə Babək rayon Şıxmahmud kəndində ona verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi üzərində Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8 (078)-35/2020 saylı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi tələb dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Lakin məhkəməyə ünvanlanmış ərizəndə məhkəmə qarşısında qoyulmuş tələb konkret olaraq ifadə edilməmişdir. Belə ki, İddiaçı kimi qeyd edilmiş, cavabdeh göstərilməmiş, tələb ərizə olaraq göstərilmiş, məhkəmədən xahiş edilən hissədə isə məhkəmə qərarının icrası qaydasında icraat üzrə qərar qəbul edilməsi xahiş edilmişdir. Halbuki sözügedən torpaq sahəsinin üzərinə həbs qoyulmuş məhkəmə qərardadı əsasında icra işi üzrə tərəfin prosessual statusu göstərilməklə (borclu olaraq) icra hərəkətləri qaydasında məhkəməyə müraciət edilə bilərdi. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də ərizəyə əlavə olunmuş İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx xxxx 2021-ci il tarixdə 3907 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx xxxx 2021-ci il tarixdə 3907 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri iddiaçıya geri qaytarılsın. Ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-448/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-448/2021
07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver