Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-462/2025 28.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Pavlona qızının, iddiaçının nümayəndəsi X13, tərcüməçi X7 iştirakları ilə, İddiaçı Pavlona qızı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Pavlona qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19, 0.075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.74 kvm yaşayış, 82.36 kvm köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evindən Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı Pavlona qızı izahatında Azərbaycan dilini az bildiyini, Ukraynada anadan olduğunu, rus dilini bildiyini, Vitaliyin onun oğlu olduğunu, hazırda Bakı şəhərində yaşadığını, yenidən ailə qurduğunu, onun buraya gəlmək səbəbinin nəvəsinin qeydiyyatdan çıxarmaq olduğunu, Leyla onun evində doğulsa da az yaşadığını, sonra müxtəlif ünvanlarda valideynləri ilə birlikdə kirayə qaldığını, 2009cu ildə onun atası və anası ayrıldığını, onun anasının yanında qaldığını, həyətin aşağı hissəsində oğluna torpaq verdiklərini, oğlunun orada ev tikdiyini, ayrı ünvan verdiyini, oğlunun evi arvadına və uşağına verib çıxdığını, son illərə qədər Leyla və anasının həmin evdə qaldığını, sonra satıb getdiklərini, necə olubsa onun evində qeydiyyata salındığını, ev kitabında nəvəsinin adının olmadığını, şəhid anası olduğunu bildirmiş, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi X23 izahatında anası ilə yaşadığını, qardaşının yoldaşı ilə boşandığını, qardaşının torpağı Nahidəyə verdiyini, nəvələrin neçə ildir ki, onları dindirmədiyini, qardaşının onlarla yaşamadığını, keçən il Leylanın onlarda qeydiyyatda olduğunu öyrəndiklərini, deyilənə görə Leylanın evləndiyini, Leylanın həmin evdə doğulduğunu, sonra kirayələrdə qaldıqlarını, qardaşının uşaqları çöldə qalmaması üçün yoldaşına ev verdiyini, Leylanın onların evində qeydiyyatda olduğunu, onun qeydiyyatda olmasını bilmədiklərini, qardaşının boşandığını, uşaqların anasının yanında qaldığını, qardaşının evini də öz yoldaşına uşaqları evsiz qalmaması üçün evi verdiyini, onlarla gediş-gəliş olmadığını, indiyə kimi onlara yaxşı münasibətin olmadığını, ata və anasının qardaşını vərəsəlikdən çıxardığını, qardaşının özü biləcəyini bildirmiş və qızın qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X28 ifadəsində Nadejdanın qardaşı yoldaşı, yəni qaynı olduğunu, özünün də qardaşının da şəhid atası olduğunu, Vitaliy yəni qardaşı oğlu evlənən zaman burada olmadığını, 2000-ci ildə Naxçıvana gəldiyini, həmin vaxt Vitaliy və ailəsinin kirayə qaldıqlarını, özünün kamaz sürdüyünü, bir dəfə də əşyalarını gətirdiyini, Vitaliyin atasının onlara torpaq verdiyini, ev tikmək üçün torpaq verildiyini, sonra boşandıqlarını, Vitaliy torpağı Nahidəyə verdiyini, orada yaşadıqlarını, 2-ci mərətəbədən bir dənədə əlavə otaq tikdirdiyini, keçən il Nahidənin torpağı satdığını eşitdiyini, torpağı özünün aldığını, oğluna ev tikdirdiyini, sonra evi satdığını eşitidiyini, 40000 manata evi satdığını, Leylanın evin qeydiyyatda olduğunu, qızın baba ocağında doğulduğuna görə orada qeydiyyatda olduğunu, sonra kirayələrdə qaldığını, Vitaliyin küçələrdə qaldığını, çörək pulu qazandığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən şahid X19 ifadəsində Leylanı gördüyünü, böyük vaxtı daha çox gördüyünü, onların kirayələrdə qaldığını, doğulduğu vaxtı xatırlamadığını, doğulduğu vaxt babasının evində olduğunu, sonra kirayələrdə qaldığını, evi satdıqlarını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, xx.xx.2025-ci il tarixdə Cavabdeh Vitaly qızı teleqram göndərərək səhhətində olan problemlərə görə iclasda iştirak edə bilməyəcəyini, ev qeydiyyatından çıxarılmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatın verilməsi barədə məlumatdan aydın olur ki, daşınmaz əmlakın dövlət reyestrində X14 adına xx.xx.2008-ci il tarixdə Naxçıvan şəhəri, Xətai məhəlləsi 8/28 ünvanında 1335,13 m² torpaq sahəsi qeydiyyata alınmışdır. Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2008-ci il tarixli 4/Ə-01-371 nömrəli alqı-satqı müqaviləsi əsasında Vitaliy Budaqov torpaq sahəsinin 335,13 m² hissəsini X4; xx.xx.2009-cu il tarixli 4/Ə-01-15 nömrəli alqı-satqı müqaviləsi əsasında 300 m² hissəsini X3; xx.xx.2009-cu il tarixli 4/Ə-01-265 nömrəli alıqı-satqı müqaviləsi əsasında 300 m² hissəsini X2. xx.xx.2009-cu il tarixli 4/Ə-01-93 nömrəli bağışlama müqaviləsi əsasında Vitaliy Budaqov torpaq sahəsinin 400 m² hissəsini X4 bağışlamışdır. xx.xx.2007-ci il tarixdə Naxçıvan şəhər 1 saylı DNK-da qeydiyyata alınan 4/Ə-1-96 nömrəli bağışlama müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə X14 adına Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19/34A ünvanında 250,06 m² torpaq sahəsi qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixdə Naxçıvan şəhər 2-ci DNK-da qeydiyyat alınan 4/Ə-01-52 nömrəli bağışlama müqaviləsi əsasında Vitaliy Budaqov həmin torpaq sahəsini X15 bağışlamışdır. Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2009-cu il tarixli 4/Ə-01-52 nömrəli bağışlama müqaviləsi, Naxçıvan bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 40 nömrəli, xx.xx.2009-cu il tarixli 35/01 nömrəli qərarları əsasında X8 adına Naxçıvan şəhəri, Xətai məhəlləsi 19/34A ünvanında 596 m² torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 16 m² olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər 3 saylı notariat ofisində qeydiyyata alınan 48- 10 nömrəli alqı-satqı müqaviləsi əsasında Nahidə Hüseynova fərdi yaşayış evinin yerləşdiyi 596 m² torpaq sahəsinin 155,93 m² hissəsini X1. Əmlakın qalan hissəsi xx.xx.2023-cü il tarixdə X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19, 0.075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.74 kvm yaşayış, 82.36 kvm köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı Pavlona qızının adına olmaqla ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa, əsasən, Budaqova X12 şəhəri, Xətai məhəlləsi, döngə 19, ev 34 ünvanında xx.xx.2004-cü ildən qeydiyyatdadır. Naxçıvan şəhər Nikah evinin xx.xx.2024-cü il tarixdə verdiyi çıxarışa, əsasən, X27 ilə X24 arasında xx.xx.1999-cu il tarixdə nikah bağlanmaşdır. Naxçıvan şəhər Nikah evinin xx.xx.2024-cü il tarixdə verdiyi çıxarışa, əsasən, X27 ilə X16 nikahı pozulmuşdur. Naxçıvan şəhər Nikah evinin xx.xx.2024-cü il tarixdə verdiyi çıxarışa, əsasən, Cavabdeh Vitaly qızı xx.xx.1999-cu ildə anadan olmuşdur. X5 və atası X21r. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2866 nömrəli arayışından aydın olur ki, Budaqova X17 şəhəri, Xətai məhəlləsi, döngə 19, ev 34 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2866 nömrəli arayışından aydın olur ki, Budaqova X12 şəhəri, Xətai məhəlləsi, döngə 19, ev 34 ünvanında qeydiyyatdadır. İş materiallarına Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsindən xx.xx.2009-cu il tarixli, 2-31/2009 nömrəli qətnamənin təsdiq edilmiş surəti əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2009-cu il tarixli 2-31/2009 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçı X8 cavabdeh X11 nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, X22 ilə X37 oğlu arasında bağlanmış və Əliabad kənd İcra Nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 02 mart 2002-ci il tarixdə doğulmuş X25 və xx xxxxxx 1999-cu il tarixdə doğulmuş Cavabdeh anası X8 yanında qalması müəyyən edilmişdir. İş materiallarına X13 şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2-31/2009 nömrəli xx.xx.2009-cu tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Məhkəmə İddiaçı qızına münasibətdə mübahisənin həlli zamanı hansı maddi hüquq normasının tətbiq ediləcəyini müzakirə edərək belə nəticəyə gəlir ki, mübahisənin həlli zamanı 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin 123-cü və 53-cü maddələri tətbiq olunmalıdır. Belə ki, yaşayış sahəsindən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yaranmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 saylı qərarının 7–ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinəəsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi məsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yenidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı). Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlə əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdehin iddiaçının mənzilində doğulmaqla yaşayış istifadə hüququ əldə etməsi iddiaçı tərəfin izahatı, şahid ifadələri ilə müəyyən edilmişdir. Lakin daha sonra cavabdehin özvalideynləri ilə birlikdə özünə yaşayış yeri seçməklə ayrı ünvanda yaşaması, valideynlərinin nikahı pozulduqdan sonra isə anasının yanında ayrı ünvanda yaşaması işə baxılan zaman təsdiqini tapır. Hazırda Cavabdeh Vitaly qızı formal şəkildə İddiaçı qızına məxsus evə pasport qeydiyyatına qalmaqla, həmin mənzildən istifadə etmir. Bu hal şahidlərin ifadələri, müvafiq mənzil istismar idarəsinin arayışı ilə öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçıya məxsus olan evdə vaxtilə yaşayış və istifadə hüququna malik olsa, artıq həmin evdən yaşayış və istifadə hüququ itirilmişdir İşə baxılarkən ifadə verən şahidlər cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamadığını bildirmələri, cavabdehin qeydiyyatının formal qeydiyyat olmasını təsdiq edir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı qızının mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19, 0.075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.74 kvm yaşayış, 82.36 kvm köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evindən Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsidir. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, iddia ərizəsi tam təmin edildiyindən İddiaçı qızı tərəfindən X34 Filialına xx.xx.2025-ci il tarixli, 17913 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X6 alınaraq ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı qızının mülkiyyətində olan Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19, 0.075 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.74 kvm yaşayış, 82.36 kvm köməkçi sahədən ibarət 34 nömrəli fərdi yaşayış evindən Cavabdeh yaşayış və istifadə hüququnun itirilmiş hesab edilsin. İddiaçı qızı tərəfindən X34 Filialına xx.xx.2025-ci il tarixli, 17913 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh X6 alınaraq ona qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-462/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-462/2025
28.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver