Məhkəmə qərarları › İş №2(078)-49/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-49/2023

05.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-49/2023 05.06.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı evin tikintisinə çəkilmiş xərcin, evlərdə olan əşyaların dəyəri pulun, şəxsə məxsus qızıl zinət və digər bəzək və şəxsi geyim əşyaları, ayaqqabı və digər aksesuarların dəyəri pulun verilməsi, onlarla birlikdə götürülmüş nağd pulun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 mənzilinin içərisində olan əşyaların dəyəri olaraq 20810 manat, ünvan 1 ünvanında yeni tikilmiş lakin sənədləşdirilməmiş mənzili içərisində olan əşyaların dəyəri olaraq 8580 manat, Naxçıvan şəhəri Sabir küçəsi ev 94C mənzilinin içərisində olan əşyaların dəyəri olaraq 5800 manat, ona məxsus və cavabdehlər tərəfindən götürülmüş gümüş əşyalarının dəyəri olaraq 600 manat, ona məxsus və cavabdehlər tərəfindən götürülmüş qızıl zinət əşyalarının dəyəri olaraq 27550 manat, ona məxsus və cavabdehlər tərəfindən ələ keçirilmiş geyim əşyalarının, ayaqqabılarının və aksesuarlarının dəyəri olaraq 16840 manat, evində onun plaşının cibində olmuş və cavabdehlər tərəfindən götürülmüş 10000 manat nağd pul, ünvan 1 ünvanında onun tərəfindən yeni tikilmiş lakin sənədləşdirilməmiş evə çəkdiyi xərc 40000 manat, dövlət rüsumu kimi ödənilmiş 423 manat, vəkillərə ödənilmiş 1500 manat, cəmi birlikdə 132103 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, onların ailəsinin yaşadığı evlər mərhum həyat yoldaşı X3 valideynlərindən miras qalmış Naxçıvan şəhəri Sabir küçəsi ev 94 ünvanında həyət olmuşdur. Həmin həyət uşaqlar yəni onun əri və digər bacı qardaşlar arasında bölünərək, 94 A.B.Q.C nömrələri olmuşdur. Mərhum həyat yoldaşı onlarla birlikdə yəni ailəsi ilə 94 A ünvanında yaşamışdırlar. Sonra yeni bir ev tikərək həyətin giriş çıxışı ayrıldıqdan sonra ona da 94 C ünvanı verilmişdir. Bundan sonra 94A ünvanındakı həyətdə yeni bir ev tikmiş lakin həmin evi sənədləşdirməmişdirlər. ünvan 1 ünvanında yerləşən evi mərhum həyat yoldaşı X6 bacısı Nəcibənin oğlu Cavabdeh3 sənədlər üzrə formal olaraq satmışdır. Əslində isə evi onun adına keçirmişdir ki, onlar bankdan böyük məbləğdə kredit pul götürə bilsinlər. Aralarında şifahi sözləşməyə görə isə 5 ildən sonra evi onlara qaytaracaqdılar. Beləliklə onlar Sabir küçəsi 94A ünvanında yaşayır, həmin ünvanda olan sənədsiz yeni tikilini və 94 C ünvanında yerləşən evləri isə kirayəyə verirdilər. 94A ünvanında olan sənədləşməmiş yeni tikili həmin mənzil Kamalın adına keçdikdən bir neçə il sonra onun tərəfimdən inşa edilmişdir. Həyat yoldaşı 2021-ci ildə vəfat etdikdən sonra bu belə də davam etmişdir. Həyat yoldaşı öldükdən bir qədər sonra onun qardaşları ondan o evlərin kirayə haqqını və ya ərindən qalmış bazardakı yerlərin kirayə haqqını istəməyə başlamışdırlar. Onun 3 azyaşlı uşağı olduğundan ailələrinin başçısı olmadığından imtina etmişdir. Qaldıqları evi onlara qaytarmalı olan Cavabdeh3 anası yəni onun baldızı Nəcibə də evi qaytarmamaq üçün hər vasitəyə əl atmışdır. Bu minvalla 31 iyul 2022-ci il tarixdə qayınları Cavabdeh1 və Cavabdeh2 ona şər ataraq, küçədə döyərək evdən çıxarmışdılar, hər 3 evinin bütün əşyalarını daşıyaraq bacı qardaş və bacıoğlu arasında bölüşdürmüşdürlər, evdə olan qızıl zinyət əşyalarını, plaşının cibində olan 10000 manat pulu aralarında bölmüşlər. Eyni zamanda onu həyətdən çıxardıqları üçün həmin həyətdə olan sənədləşməmiş ev də əşyaları ilə birlikdə orda qaldı. Dəfələrlə hamısına deməyinə baxmayaraq heç birini qaytarmamış və göründüyü kimi qaytarmaq fikirləri də yoxdur. Bəhanə edirlər ki guya həmin əşyaları azyaşlı 12-13 yaşlarında olan oğlanları götürmüşdür. Çünki 2 azyaşlı oğlunu evdən zorla apararaq özləri ilə saxlayırlar, məqsəd isə onların arxasında gizlənərək evləri əşyaları ələ keçirməkdir. Bu sadaladıqlarına görə də o məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Onun evindən Cavabdeh2, Cavabdeh1, Əliyeva Nəcibə və Cavabdeh3 tərəfindən götürülən və mənimsənilən əşyalar 10000 manat məbləğində nağd pul, cəmi dəyəri 27550 manat olan - 600 manat dəyərində bir ədəd sadə, rus istehsalı üzük, 650 manat dəyərində briliant qaşlı 5 qram olan bir ədəd üzük, 700 manat dəyərində, 15 qram rus istehsalı qızıl olan bir ədəd qızıl bilərzik, 1000 manat dəyərində yuxarısında briliant qaşlar 6 ədəd aşağısı qaşsız 18 qram olan bir ədəd uzun qızıl sırğa, 2000 manat dəyərində 25 qaram üzərində 10 ədəd briliant qaşı olan boyunbağı, 600 manat dəyərində üzərində fıanit qaşı olan rus isehsalı bir ədəd qızıl sırğa, 1800 manat dəyərində 31 qram İtaliya istehsalı olan bir ədəd qızıl kolya, 700 manat dəyərində 10 qram İtaliya istehsalı olan bir ədəd qızıl sırğa, 1000 manat dəyərində ortası firuzə qaşlı kənarlarında 8 ədəd briliant qaş olan bir ədəd qızıl üzük, 500 manat dəyərində qaşsız çəkisi 10 qram olan bir ədəd qızıl sırğa , 400 manat dəyərində fıanit qaşlı Türkiyə istehsalı 6 qram olan bir ədəd qızıl sep, 600 manat dəyərində qaşsız, ikisinin klonu və 18 qram olan iki ədəd ensiz sep, 3000 manat dəyərində rus istehsalı, qaşsız 60 qram olan bir ədəd enli qızıl qısa sep, 2000 manat dəyərində bir ədəd qızıl burma uzun qaşsız sep, 3000 manat dəyərində 3 briliant qaşı sağda 3-ü solda 45 qram olmaqla rus istehsalı bir ədəd qızıl saat, 1800 manat dəyərində qaşsız rusiya isehsalı 40 qram olan bir ədəd qızıl bilərzik, 3000 manat dəyərində briliant 24 qaşlı, İtaliya istehsalı olan bir dəst sırğa üzük, 3200 manat dəyərində bir ədəd qızıl tək briliant qaşlı rus istehsalı üzük, 1000 manat dəyərində 6 qaşlı 15 qram olan bir ədəd briliant qaşlı nişan üzüyü olmaqla qızıl ziynət əşyaları, cəmi dəyəri 600 manat olan 1 qolbaq , 7 sırğa, 5 sep, 4 üzük olmaqla gümüş əşyaları, cəmi dəyəri 16840 manat olan- 2000 manat qiymətində uzun şuba, 1000 manat qiymətində qısa şuba, 800 manat qiymətində uzun dublyonka, 150 manat qiymətində palto, 600 manat qiymətində qısa dublyonka, 700 manat qiymətində 2 ədəd dəri plaş, 100 manat qiymətində plaş parça, 300 manat qiymətində 2 ədəd dəri pencək, 150 manat qiymətində sadə 2 ədəd pencək, 1100 manat qiymətində 3 ədəd palto, 350 manat qiymətində qış üçün 2 ədəd jilet, 700 manat qiymətində 20 ədəd qış üçün don, 1000 manat qiymətində 27 ədəd yay üçün don, 400 manat qiymətində 20 ədəd yay üçün kofta, 550 manat qiymətində qış üçün 15 ədəd kofta, 350 manat qiymətində 15 ədəd ətək, 350 manat ev üçün 10 ədəd spartivni dəst, 250 manat qiymətində ev üçün 12 ədəd don, 1400 manat qiymətində 26 ədəd qış üçün don, 350 manat qiymətində ev üçün 15 ədəd spor ayaqqabı, 400 manat qiymətində yay üçün 20 ədəd ayaqqabı, 700 manat qiymətində 25 ədəd çanta, 600 manat qiymətində 10 ədəd qış üçün jaket, 800 manat qiymətində 10 ədəd sapaşki, 30 manat qiymətində düzləşdirici fen, 100 manat qiymətində hava feni, 400 manat qiymətində 10 dənə ətir, 100 manat qiymətində makyaj seti, 200 manat qiymətində cilt bakım krem dəsti, 300 manat qiymətində makyaj mazəmələri, 60 manat qiymətində 4 ədəd tanalni kremlər, 130 manat qiymətində 1 ədəd ləkə üçün krem, 80 manat qiymətində botoks kremi, 90 manat qiymətində 2 ədəd kablosuz qulaqlıq, 100 manat qiymətində 10 ədəd saat, 150 manat qiymətində 12 dənə gözlük olmaqla şəxsi geyim, ayaqqabı, bəzək və digər aksesuarları, cəmi dəyəri 20810 manat olan- 800 manat dəyərində 1 ədəd stol və 8 stuldan ibarət krem rəngli dəst, 2800 manat dəyərində 1 ədəd qara rəngli 2 qapılı VESTEL markalı soyuducu, 1000 manat dəyərində 1 ədəd REGAL markalı qara rəngli qabyuyan, 1500 manat dəyərində qara rəngli BOCHS markalı aspirator, duxovka və qaz dəsti, 1800 manat dəyərində 1 ədəd BEKO markalı 120 kv.m kondisioner, 1000 manat dəyərində 1 ədəd SUMSUNG markalı plazma 120 dioqanal televizor, 2000 manat dəyərində 1 ədəd krem rəngli divan kreslo dəsti, 120 manat dəyərində 1 ədəd krem rəngli jurnal stolu, 140 manat dəyərində 1 ədəd çilçiraq, 160 manat dəyərində 1 ədəd tozsoran, 160 manat dəyərində salonun pəncərəsinin pərdəsi, 5000 manat dəyərində krem rəngli yataq dəsti, 1 ədəd 2 nəfərlik yataq çarpayısı, yanında 2 şkafı, 1 trimosu və 1 şfoneri üzərində ayrı alınmış döşək, 200 manat dəyərində yataq üzərində qəhvəyi rəngli örtük, 50 manat dəyərində 1 ədəd krem rəngli xalça dəyəri, 500 manat dəyərində 2 qapılı naxışlı işləməli 1 ədəd şifoner, 500 manat dəyərində 1 ədəd bazalı döşəkli tək nəfərlik yataq, 1200 manat dəyərində 1 ədəd LAMBERT markalı 24-lük kombi qızdırıcı dəyəri şəkil, 1200 manat dəyərində 1 ədəd SUMSUNG markalı qara şüşəli digital ekran paltaryuyan, 180 manat dəyərində 1 ədəd 24 -lük suqızdıran ŞOPEN, 500 manat dəyərində 1 ədəd mavi rəngdə bazası matraslı tək nəfərlik yataq olmaqla M.Ə.Sabir küçəsi ev 94A yaşayış evində olan ev əşyaları, cəmi 5800 manat olan- 500 manat, üzərində olan hər döşəyin də biri 300 manatdan cəmi 800 manat qiymətində 1 ədəd ağ və qəhvəyi rəngdə çəkməcəli ikimərtəbəli mebeldən olan çarpayı, 200 manat dəyərində 1 ədəd qəhvəyi güllü rəngdə kreslo, 40 manat dəyərində 1 ədəd qırmızı güllü xalça, cəmi 500 manat dəyərində 1 ədəd baş tərəfi qara dərili, üzərində matras yataq dəyəri 300 manat, döşəyin dəyəri 200 manat olan yataq, 1000 manat dəyərində 1 ədəd 4 qapılı qəhvəyi rəngdə üzəri naxışlı şifoner, 900 manat dəyərində 1 ədəd BEKO markalı 2 qapılı, ağ rəngli soyuducu, 1000 manat dəyərində 1 ədəd LG markalı, 7 kq-lıq, gümüş metal rəngli paltaryuyan, 150 manat dəyərində 1 ədəd qara rəngli suqızdıran şopen, 500 manat dəyərində 2-si krem bənövşə rəngli, 1-i boz rəngli olan 3 ədəd divan, 500 manat dəyərində 1 dəst stol 4 stul dəsti, 60 manat dəyərində 1 ədəd jurnal stolu, 100 manat dəyərində 1 ədəd korobka şəkilli televizor, televizor altı və və antena aparatı, 50 manat dəyərində 1 ədəd qırmızı rəngli xalça olmaqla M.Ə.Sabir küçəsi ev 94C ünvanında yerləşən evdə olan əşyaları, cəmi 8580 manat olan- 1000 manat dəyərində1 ədəd 102 sm diaqonal LG markalı televizor, 150 manat dəyərində 1 ədəd şüşədən qara rəngli televizor altı, 100 manat dəyərində ağ-qırmızı rəngli pərdə, 800 manat dəyərində ag bənövşəyi rəng divan kreslo dəsti, 850 manat dəyərində 1 ədəd şkafı stenka mebel dəsti, cəmi 3000 manat dəyərində 1 ədəd İran istehsalı olan qəhvəyi rəngli yataq dəsti, 1 ədəd 4 qapılı paltar şkafı, 1 ədəd 2 qapılı güzgülü bəzək stolu, 2 balaca tumba, 1000 manat dəyərində 1 ədəd VESTEL markalı ag rəngli 2 qapılı soyuducu, 1000 manat dəyərində 1 ədəd REGAL markalı ag rəngli 5 kq-ıq paliaıyuyan maşın, 180 manat dəyərində 1 ədəd qara rəngli suqızdıran şopen, 100 manat dəyərində 1 ədəd qaz piltəsi, 400 manat dəyərində 1 stol 4 stuldan ibarət qəhvəyi rəngli mətbəx stolu dəsti olmaqla M.Ə.Sabir küçəsi ev 94A ünvanında həyətdə tikilmiş lakin sənədləşdirilməmiş yeni evdə olan əşyalardır. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 05 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə tərəflər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 sentyabr 2022-ci il tarixli, 17563 nömrəli qəbzlə ödənilmiş 423 (dörd yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı evin tikintisinə çəkilmiş xərcin, evlərdə olan əşyaların dəyəri pulun, şəxsə məxsus qızıl zinət və digər bəzək və şəxsi geyim əşyaları, ayaqqabı və digər aksesuarların dəyəri pulun verilməsi, onlarla birlikdə götürülmüş nağd pulun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia qaldırarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 27 sentyabr 2022-ci il tarixli, 17563 nömrəli qəbzlə ödənilmiş 423 (dörd yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə tərəflərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar