Məhkəmə qərarları › İş №2(078)-493/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-493/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-493/2025 13.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 9180 (doqquz min yüz səksən) manat pulun və 111.80 (bir yüz on bir manat səksən qəpik) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, həmkəndlisi X1 5400 ABŞ dolları verərək onu Türkiyə Respublikasında türk lirəsinə çevirərək gətirməyi xahiş etmişdir. X1 verdiyi 5400 ABŞ dolları götürərək Türkiyə Respublikasına keçirmiş, 5400 ABŞ dolları türkiyə lirəsinə çevirdiyini idarə etdiyi ** BC *** qeydiyyat nişanlı avtomobilə qoymuş, həmin zaman nəqliyyat vasitəsində bir neçə sərnişin də olmuş, sərnişinlərdən biri də Naxçıvan şəhər, Qaraçuq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh olmuşdur. Türkiyə Respublikasından birlikdə gələrək Sədərək Gömrük idarəsinin ərazisində olan zaman Cavabdeh ona məxsus pulu Gündüz Fətəliyevin sumkasından götürərək oranı tərk etmişdir. Bundan sonra mühafizə orqanlarına müraciət etmişlər. Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmü ilə Cavabdeh 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmü əsasında zərərçəkmiş şəxs qismində tanınmış və Cavabdeh ona məxsus 9180 manat pulunu tamah niyyəti ilə gizli olaraq talamışdır. Cavabdeh məhkəmə prosesində 9180 manat pulu verəcəyini bildirsə də hələ bu günədək pulu qaytarmamışdır. Məcbur qalıb məhkəməyə müraciət edir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, 08 aprel 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda Naxçıvan Şəhər Məhkəməsində pul tələbi ilə bağlı iddia qaldırdığını, hüquqlarının müdafiə olunması üçün Vəkil etibarnamə verdiyini, məhkəmə proseslərində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan vəkil və nümayəndəsinin iştirakı ilə işə baxıb qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəməyə göndərdiyi teleqramı və iddiaçını vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində bütün halları ətraflı qeyd etdiyini, Cavabdeh barəsində ittiham hökmü çıxarıldığını, Sədərək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmündən Cavabdeh iddiaçıya məxsus olan 9180 (doqquz min yüz səksən) manat pulu oğurladığının göründüyünü, həmin hökmün predusial əhəmiyyəti olduğunu, həmin hökmdə qeyd edilən halların yenidən araşdırılmasına zərurət olmadığını, bu səbəbdən 9180 (doqquz min yüz səksən) manat pulun Cavabdeh tutularaq İddiaçı verilməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddia ərizəsində qeyd edilənlərin yalan olduğunu, özünün İddiaçı tanımadığını, bir dəfə məhkəmədə gördüyünü, Gündüz adlı şəxs olduğunu, onun yalan dediyini, pulu bəyan etdiyini dediyini, Sədərək Rayon Məhkəməsinin hakiminin ona sübutlarını gətirməsini bildirdiyini, onun heç bir sübut təqdim edə bilmədiyini, hətta gömrük əməkdaşlarının da gəldiyini, onların da pulu bəyan etmədiyini dediyini, savaşdıqlarını, özünün heç bir pul götürmədiyini, sumkanı götürdüyünü, onun da içində 2 ədəd yağ, 1 ədəd kaşar pendir, 1 blok da siqaret olduğunu, başqa nə isə olmadığını, özünün oxuyub-yaza bilmədiyini, vəkilinin ona hökmün həmin 2 ədəd yağ, 1 ədəd kaşar pendir, 1 blok da siqareti götürdüyünə görə çıxdığını dediyini, özünün heç bir sübutu olmadığını, iddiaçının sübut təqdim etməli olduğunu, 4 uşağı olduğunu, balaca uşağının 3 yaşı olduğunu, özünün çatdıra bilmədiyini, həyat yoldaşının da tutulduğunu, uşaqları özünün Türkiyə Respublikasına gedib gələrək dolandırdığını, indi azadlığının məhdudlaşdırıldığı üçün gedib-gələ bilmədiyini, çox borcu olduğunu, ödəyə bilmədiyini, məhkəmədə 5 işi olduğunu, borclarını ödəyə bilmədiyi üçün onu məhkəməyə verdiklərini, istintaq vaxtı da polisə heç bir sübut təqdim edilmədiyini, məhkəmədə hakimin də sübut gətirmələrini dediyini, heç nə gətirmədiklərini, özünün pulu götürmədiyini, bununla bağlı heç bir sübut da olmadığını, əsassız yerə özünün 1 il 8 ay müddətinə azadlığının məhdudlaşdırıldığını, bununla bağlı məhkəməyə müraciət edəcəyini, sübut gətirməli olduqlarını, dilin işə tikilmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmünə əsasən Cavabdeh özgənin əmlakını tamah niyyəti ilə gizli yolla talayaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan X1 məxsus 02 ədəd təxminən 45 (qırx beş) manat dəyərində “Saklivadi” zeytun yağını, 01 ədəd 01 kq təxminən 7 (yeddi) manat dəyərində pendirini, 01 blok təxminən 35 (otuz beş) manat dəyərində Parlament siqaretini, Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı məxsus 9180 (doqquz min yüz səksən) manat pulunu və Şərur rayon Alışar kənd sakini X3 məxsus deməsinə görə ümumilikdə 110 manat dəyərində 02 ədəd “Saklivadi” zeytun yağını, 02 ədəd 01 kq pendirini 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonu ərazisində yerləşən X8 Məntəqəsində gizli olaraq talamaqla oğurluq etmiş, yuxarıda adları qeyd olunan şəxslərə ümumilikdə 9416 (doqquz min dörd yüz on altı) manat maddi ziyan vurmuşdur. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə saat 22:00-dan saat 07:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh Naxçıvan şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 40 manat pulun Cavabdeh tutulub VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİF BİK NAXCAZ21, VÖEN **********, HESAB AZ21NABZ******************** hesaba köçürülməsi, Cavabdeh dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə məhkəmə dövrü üçün vəsaitin dövlət büdcəsindən tutularaq Şərur Rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi, iş üzrə maddi sübut içərisində 25 yanvar 2024-cü il tarixli hadisənin baş verdiyi günə aid video-görüntü olan 2 ədəd DVD-nin cinayət işinin materiallarında saxlanılması, cinayət işinin nəticəsində zərərçəkmiş şəxslərə dəymiş 9416 (doqquz min dörd yüz on altı) manat maddi ziyanla bağlı, gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, oğurluq əməli nəticəsində iddiaçının 9180 (doqquz min yüz səksən) manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu oğurluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materialı kimə mülki işə əlavə edilən Sədərək Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 1(088)-11/2024 nömrəli hökmündən də görünür ki, Cavabdeh tərəfindən İddiaçı 9180 (doqquz min yüz səksən) manat məbləğində maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -9180 (doqquz min yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 9180 (doqquz min yüz səksən) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 112 (bir yüz on iki) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar