Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-512/2025 31.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yasa çəkdiyi xərc olan 15.550 (on beş min beş yüz əlli) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 137 (bir yüz otuz yeddi) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, 10 noyabr 1997-ci il tarixdə X4 ilə rəsmi olaraq nikaha daxil olmuşdur. Əsgərov Şirzad xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər, 6-cı küçə, döngə 3 ünvanında yerləşən 2C nömrəli fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Əsgərov Şirzadın arvadı İddiaçı, oğlu Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 adlı vərəsələri vardır. Şahin, Elmar və Xanım ona qarşı Naxçıvan şəhər Məhkəməsində payların ayrılması və payın naturada ayrılması tələbi ilə iddia qaldırmışlar. Şirzad uzun müddət xəstə olmuşdur və onun bütün xərclərini özü çəkmişdir. Onun xərclərini qarşılamaq üçün Bankdan pul götürmüşlər. O, xx.xx.2022-ci il tarixdə 3 illiyə bankdan 3000 (üç min) manat kreditə pul götürmüşdür. Mərhum həyat yoldaşı Əsgərov Şirzad da həmin tarixdə 2 illik müddətə bankdan 2000 (iki min) manat pul götürmüşdür. Həmin kredit ödənişlərini hələ ödəyib qaytara bilməmişdir. Şirzad 1 ay X1 Kardiologiya şöbəsində müalicə almışdır. Daha sonra damarları açılmadığına görə onlar göndərişlə Bakıya əməliyyata getmişlər. Şirzad Bakıda əməliyyat olunmuşdur. Əməliyyat olunanda 3 gün sonra dünyasını dəyişmişdir. Meyiti Bakıdan gətirmək üçün ümumilikdə 1550 (min beş yüz əlli) manat xərc çəkmişdir. Bura morq, yuma, tabut, maşın və təyyarə pulu daxildir. Şirzad vəfat edəndən sonra da onun bütün xərclərini özü qarşılamışdır. Yas xərci 5000 (beş min) manat, qırxda çəkilən xərc 1500 (min beş yüz) manat, qara bayrama çəkilən xərc 1500 (min beş yüz) manat, ilə çəkilən xərc 2000 (iki min) manat, qəbir daşı üçün çəkilən xərc 4000 (dörd min) manat, ümumi olaraq 15.550 (on beş min beş yüz əlli) manat xərc çəkmişdir və həmin xərci cavabdehlərdən tələb edir. İddiaçı 31 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəməyə müraciət etdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı 31 iyul 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 fevral 2025-ci il tarixli, 1129 nömrəli qəbzlə ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı çəkilmiş xərcin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 fevral 2025-ci il tarixli, 1129 nömrəli qəbzlə ödənilmiş 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-512/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-512/2025
31.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver