Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-536/2024 29.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı X4, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X5, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə X4, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X5, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 və X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində JN-1522A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.07 ha və JN-1522B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.09 ha həyətyanı torpaq sahələrində payların bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində bir qayda olaraq konkret ifadə olunmalıdır. Yəni, tələbin nədən ibarət olduğu anlaşılmalıdır. Lakin məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq tərəfimdən araşdırılarkən İddiaçı iddia ərizəsində cavabdehlərə qarşı öz tələbini konkret ifadə etmədiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı iddia ərizəsində mərhum X3 və X6 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində JN-1522A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.07 ha və JN-1522B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.09 ha həyətyanı torpaq sahələrində payların bərabər qaydada müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin X6 cavabdeh olması, kimliyi iddia ərizəsindən və əlavə olunan sənədlərdən məlum olmur. Bununla da, İddiaçı iddia ərizəsində tələbə dair qeyrimüəyyənlik yaratmışdır. Həmçinin məhkəmə qeyd edir ki, sübut əhəmiyyətli təqdim olunan sənədlərdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində JN-1522A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.07 ha və JN-1522B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0.09 ha həyətyanı torpaq sahələrinin X7 ilə X1 mülkiyyətinə verilməsi məlum olur. Lakin sonradan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və X13 Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə aid möhür şəhadətnamələrə vurulmaqla, D.Babayev tərəfindən imza edilməklə, X1 mülkiyyətçi olmaması barədə soyadı, adı və ata adı üzərindən xətt çəkilməklə X6 mülkiyyətçi olması əl yazısı ilə qeyd edilməklə düzəliş edilmişdir. Məhkəmə qeyd edir ki, həmin düzəlişin edilməsinə əsas verən qərar və sələhiyyətli şəxs həmin sənədlərdə öz əksini tapmamış və əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi geri qaytarıldığına görə, Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 fevral 2024-cü il tarixli, 25901 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı və vəkili və nümayəndəsi Cavabdeh1 izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı X4, Rüstəmova (Məhərrəmova) Xavər İslam qızına, X2, X5, Tağıyeva (Məhərrəmova) Bəsdi İslam qızına, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 21 fevral 2024-cü il tarixli, 25901 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı və vəkili və nümayəndəsi Cavabdeh1 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-536/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-536/2024
29.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver