Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-537/2025 16.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, Babək rayonu, Nehrəm qəsəbəsində mobil telefonların satışı mağazasını işlədir. Tanıdığı və yaxud bir-iki dəfə mal alıb pulunu vaxtlı-vaxtında ödəyən şəxslərə nisyə olaraq da telefonlar verir. Keçən ilin mart ayında Cavabdeh mağazasına gəlib ondan nisyə olaraq 3 (üç) ədəd mobil telefonu- Redmi 13 markalı - 450 manat, Samsung A14 markalı - 400 manat, Samsung A05s markalı - 400 manatgötürmüşdür. Cavabdeh götürdüyü telefonların ümumi dəyəri 1250 (bir min iki yüz əlli) manat etmişdir. Telefonları ondan nisyə olaraq götürəndə o şəxsiyyət vəsiqəsinin surətini ona vermiş, o da onların arxasına müəyyən qeydlər etmişdir. O hissə-hissə 380 manat borcundan verib, qalan 870 (səkkiz yüz yetmiş) manatı ödəməmişdir. Son vaxtlar da o ümumiyyətlə yoxa çıxmış, onunla nə əlaqə saxlamaq olur, nə özü zəng edir. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Mülki iş üzrə 16 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdehin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 16 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət etdiyini, cavabdehlə aralarında razılıq əldə olunduğundan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 16 aprel 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Babək filialı vasitəsilə 26 fevral 2025-ci il tarixli, 31625 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Babək filialı vasitəsilə 26 fevral 2025-ci il tarixli, 31625 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-537/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-537/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver