Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-538/2022 20.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 26 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2009-cu ildən bu günədək ona məxsus olan ünvan 1 ünvanındakı evdə yaşadığı 13 ilin yəni 156 ayın hər ay üçün 150 manatdan hesablanaraq ümumilikdə 23400 manat dəyərində kirayə haqqının alınıb evin mülkiyyətçisi olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı tələblərini əsaslandıraraq qeyd etmiş ki, əmisi Cavabdeh 2009-cu ildə Ukrayna Respublikasından gələndən sonra az bir müddətdə qardaşı Baxşəlinin evində qalıb təkrarən Ukrayna Respublikasına qayıtmış, bir müddətdən sonra cavabdeh yenidən Azərbaycana gəlmiş və yenə də qardaşı Baxşəligilə getmişdir. Az bir müddətdən sonra orada olan söz söhbətə görə Cavabdeh qardaşı Baxşəlinin evindən çıxmalı olmuşdur. X3 Qaraçuq kənd məktəbində gözətçi işinə düzəltmiş, kirayədə yaşamağa maddi imkanı olmadığından elə məktəbin özündə ona balaca bir otaq da verilmiş və orada yaşamağa başlamışdır. Əmisi həmin dövrlərdə kənddə bir neçə evdə yaşamış və harada yaşamasından asılı olmayaraq onun yeməyi onların evindən gedirdi, pal-paltarı onun yoldaşı tərəfindən yuyulurdu, özü də gəlib onların hamamında yuyunurdu. Onun yaşadığı evdə ayrıca girişi olan bir otağı Cavabdeh təklif etdi ki, gəlib yaşasın. Kənd içində onun müxtəlif adamların evlərində yaşaması ona ağır gəlirdi. Lakin əmisi həmin otaqda yaşamaq istəmədi. Onun həyətində bacısının yoldaşı Bayram tərəfindən gətirilmiş çoxlu sayda beton bloklar olmuşdur. Bir gün işdən gələndə əmisinin həyətdə 4x4 metr ölçüdə him qazdığını görmüş, soruşanda bildirdi ki, burada bir otaq tikmək istəyir. O isə həmin himi genişləndirib 2 otaq (10 m x 4 m) əmisindən sonra həmin otaqlardan özünün istifadə etməyi üçün) və şüşəbənd üçün him qazdırıb yerinə bloklardan düzdürmüş, (şüşəbəndin himinin yarısını blokla etmiş), otaqların və şüşəbəndin içərisini torpaqla doldurub 4000 ədəd tuğlanı Çeşməbasar kəndindəki kərpic zavodundan alıb həyətinə gətizdirmiş, sürücü özü ilə 2 fəhlə gətirmiş, onlar da tuğlanı həyətə boşaltmışlar və o da onların pulunu ödəmiş, sonra usta gətizdirib otaqları tikdirmiş, otaqların qapı, pəncərələri, üstünün ağacları və taxtaları, şiferinin altının taxtaları onun və bacılarının köməkliyi ilə edilib. O cavabdehin yaşaması üçün ona ev tikdiyindən bacıları, xalası oğlu ona çox xərc düşməsin deyə köməklik göstəriblər. Otağın birinin gəcini də vurdurmuş, o həmin vaxtı cavabdehə demişdi ki, sənə evi tikirəm ölənə kimi bu evdə yaşa, lakin bir müddət sonra cavabdeh evin ona aid olduğunu bildirmiş və onun gördüyü işləri, aldığı materialları da özünün adına çıxaraq onun mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh ilə mübahisənin başlanmasına səbəb onun tövlə həyətinə gedən maşın yolunun cavabdeh tərəfindən bağlanması və oradan qaz xəttinin çəkməsi olmuşdur. Belə ki, cavabdeh ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində tikdiyi tikililərə çəkilmiş xərcin guya ki, ona aid olduğunu bildirərək ondan 27259 (iyirmi yeddi min iki yüz əlli doqquz) manat xərcin və məhkəmə məsrəfi olan 450 (dörd yüz əlli) manat vəkil xərcinin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi vermişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-14/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ondan Naxçıvan şəhəri, Bulqan kəndi 1-ci küçə, döngə 5, ev 23 ünvanındakı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinə çəkilən xərcin dəyəri olan 21239.77 (iyirmi bir min iki yüz otuz, doqquz manat yetmiş yeddi qəpik) manat pulun alınaraq Cavabdeh verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. O təbii ki, bununla razılaşmayaraq pozulmuş hüquqlarının bərpa edilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verdi. Lakin Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(108)-159/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(078)-14/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-882/22 saylı qərarı ilə onun verdiyi kassasiya şikayətinin təmin edilməməsi və Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(108)-159/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qəbul olunmuşdur. Onun cəmi 600 kv.m həyətyanı torpaq sahəsi var. Orada iki otaq tikib Cavabdeh yerləşdirməkdə məqsədi də onun ömrünün axırına kimi həmin evdə yaşaması idi. Lakin bilsəydi ki, ailə qurub belə problemlər yaşadacaq onu heç öz həyətinə belə buraxmazdı ki, o həmin evi sənədləşdirərkən cavabdeh özü bilirdi ki, bu evi o öz vəsaiti ilə tikmiş və onun evidir. Ona görə də heç bir narazılığı olmamışdır. Cavabdehin özünə və həyat yoldaşına da bildirmişdi ki, sən ölənə kimi bu evdə qala bilərsən. Onun həyətində cavabdeh tərəfindən tikilən tikililərin isə heç dəyəri yoxdur və istifadə edilmir. Onun maddi vəziyyəti öz ailəsinin dolanışığını ancaq qarşılaya bilir. Onun məhkəmələr tərəfindən qəbul edilən o borcu qarşılamağa maddi imkanı çatmır. O məsələnin bu həddə gələcəyini heç düşünməmişdi. O kəndin məktəbinin uçuq bir daxmasında, kənddəki uçuq qırıq daxmalarda qaldığı üçün ona öz həyətini açıb ev tikdi. Cavabdehin onu məhkəməyə verərək öz həyətində öz vəsaiti hesabına tikdiyi evin təmir pulunun ondan alınmasına qərar verdiyindən, o da onun mülkiyyətində olan mənzildə yaşadığı hər ay üçün kirayə pulu ödənilməsini tələb etmək niyyətindədir. Cavabdeh 2009-cu ildən Azərbaycana qayıtmış və kənddə onun həyətində inşa etdirdiyi evdə yaşamışdır. 13 ildir ki, onun mənzilində yaşayır. Cavabdeh yaşadığı mənzil ilə eyni tipdə olan mənzillərin aylıq kirayə haqqı 150-200 manat arasında dəyişir. 13 ildə 156 ay olduğunu nəzərə alaraq kirayə pulunun 156 ayın hər 1 ayı üçün 150 manatdan hesablanmalı olduğu qənaətindədir. Hesab edir ki, onun ünvan 3 ünvanında yerləşən evdən bu 13 il ərzində onun istifadə və mülkiyyət hüququ cavabdeh tərəfindən məhdudlaşdırılmışdır. Buna görə də Cavabdeh qaldığı hər bir ay üçün kirayə pulu verməlidir. Cavabdehin onun mənzilində 13 il yaşadığını nəzərə alsaq bu da öz növbəsində 156 ay edir. Hər ay üçün 150 manatdan hesabladıqda isə (156x 150=23400) 23400 (iyirmi üç min dörd yüz manat) manat məbləğində ona kirayə borcu yaranır. 20 iyun 2022-ci il tarixdə iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizədə İddiaçı Cavabdeh qarşı pul tələbi ilə iddia qaldırdığını, pul tələbi ilə bağlı ərizəni və ona əlavə olunmuş sənədlərin özünə qaytarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclası zamanı qeyd olunan ərizənin qəbul edilərək iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasına heç bir etirazı olmadığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 aprel 2022-ci il tarixli, 8373 nömrəli qəbzlə ödənilmiş 160.20 (yüz altmış manat, iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 21 aprel 2022-ci il tarixli, 8373 nömrəli qəbzlə ödənilmiş 160.20 (yüz altmış manat, iyirmi qəpik) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-538/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-538/2022
20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver