Məhkəmə qərarları › İş №2(078)-54/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-54/2025

25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-54/2025 25.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və digər iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 Cavabdeh qarşı mülkiyyət hüququna yaranmış maneənin aradan qaldırılması, tikilinin sökülməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 86.17 kv.m yaşayış sahəsində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan halların aradan qaldırılması, Cavabdeh tərəfindən qanunsuz olaraq evlərinin divarına bitişik tikilmiş hamam binasının öz hesabına sökülməsi və evə vurulmuş zərər olaraq 3000 (üç min) manat pulun onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qanuni nümayəndə və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 86.17 m² yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində xx.xx.2022-ci il tarixli, **********26-10301 dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə onun adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə 3/4 hissəsi ona, 1/4 hissəsi isə azyaşlı qızı İddiaçı2 məxsusdur. Qeyd etmək istəyir ki, qonşuluqda yaşayan Cavabdeh mülkiyyətlərində olan yaşayış evinə bitişik hamam tikmiş, hamamın bir divarını onların evinin divarı olaraq götürmüşdür. Hamam tikilən zaman narazılıq etsə də, ona bildirmişdir ki, əlindən nə gəlirsə et. Həmin zaman şifahi olaraq polis orqanına müraciət etmiş, polis əməkdaşları gəlib evin vəziyyətinə baxmışlar. Ona müvafiq məhkəmə orqanına müraciət etməyi bildirilmişdir. Qeyd etmək istəyir ki, hal-hazırda Cavabdeh onun evinə birləşik olaraq tikdiyi hamam onun evini yaşanmaz hala salıb, evinin həmin hissəyə aid olan divarları su çəkməklə nəmişlik yaranmış və evin həmin divarı yararsız hala düşmüşdür. Cavabdeh təklif etsə də, evinin divarına bitişik olan hamamın sökməsini və vurduqları zərəri yəni evin divarının təmir olunmasını bildirsə də bunların heç birinə məhəl qoymayaraq ona bildirmişdir ki, get nə istəyirsən et. Məcbur qalıb məhkəməyə müraciət edir. Evlərinə Cavabdeh tərəfindən vurulmuş zərər 3000 (üç min) manat təşkil edir. İddiaçı və digər iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Aysel onun qonşusudur. Lakin orada yaşamır. Evi kirayə veriblər və kirayə yaşayır. Evin içərisində cavabdeh düzəlişlər aparmış və hamam hissəni onun evinin divarına bitişdirmişdir. Evi su çəkir, divar şişmişdir. Dəfələrlə bildirsə də cavabdeh heç bir hərəkət etməmişdir. Polisə müraciət etmişdir. Lakin polis əməkdaşları gəlib evin vəziyyətini görsələrlə də məhkəməyə müraciət edilməsini bildirmişlər. Evin divarı yararsız hala düşüb, nəm çəkib. Nə hamamı sökürlər, nə vurduqları ziyanı ödəyirlər. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edərək verdiyi izahatında iddiaçının izahatına əlavəsi olmadığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 17 iyun 2011-ci il tarixdə tərtib olunmuş 6920 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.17 kv.m olan mənzilin 3/4 hissəsi Qanuni nümayəndə, 1/4 hissəsi isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 12/6 nömrəli reyestr kitabının 1190 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********80-05101-093005, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 06 sentyabr 2019-cu il tarixdə tərtib olunmuş 19137 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m, torpaq sahəsinin ölçüsü 0.0064 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/37 nömrəli reyestr kitabının 7234 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********41-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 1562 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materialında olan məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında tikilmiş hamam tikilisinin qüvvədə olan Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci və 72.1-ci maddələrinin tələblərinə riayət edilmədən inşa olunduğu müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə müvafiq olaraq, ünvan 4 ünvanına inşa olunmuş mübahisəli hamam tikilisi ilə ünvan 1 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi arasında məsafənin 1,32 metr ölçüdə nəzərdə tutulmalıdır. Eyni zamanda qeyd olunur ki iddiaçının yaşayış otağında yaranmış qüsurların məhz cavabdehə məxsus olan hamam sahəsinin döşəmə və divarlarına vurulmuş kafelmetlax piltələrin altı izolyasiya qatının düzgün yerinə yetirilməməsi nəticəsində bu zaman iddiaçıya məxsus olan fərdi yaşayış evinin tərkibində olan yaşayış otağında qeyd olunan qüsurların (qabarma, qopma, saralma, sınma, dağılma və s.) yaranması ve nəticədə həmin otaqdan istifadə olunmasına müəyyən qədər mane törətməsi faktı müəyyən edilir. ünvan 3 ünvanında inşa edilmiş sanitar qovşağından (hamam və ayaqyolu) su çəkməsi nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərəbəsində yerləşən yaşayış otağı təyinatlı tikilinin iki divarına dəymiş ziyan 2025-ci ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 170,60 (bir yüz yetmiş manat altmış qəpik) manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə izahatları dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh iddiaçıların yaşayış evinə bitişik hamam tikmiş, hamamın bir divarını onların evinin divarı olaraq götürmüşdür. İddiaçının razılığı mövcud deyildir. Eyni zamanda Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 1562 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materialında olan məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında tikilmiş hamam tikilisinin qüvvədə olan Azərbaycan Respubliksının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci və 72.1-ci maddələrinin tələblərinə riayət edilmədən inşa olunduğu müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsinin tələblərinə müvafiq olaraq, ünvan 4 ünvanına inşa olunmuş mübahisəli hamam tikilisi ilə ünvan 1 ünvanında yerləşən iki mərtəbəli yaşayış evi arasında məsafənin 1,32 metr ölçüdə nəzərdə tutulmalıdır. Eyni zamanda qeyd olunur ki iddiaçının yaşayış otağında yaranmış qüsurların məhz cavabdehə məxsus olan hamam sahəsinin döşəmə və divarlarına vurulmuş kafelmetlax piltələrin altı izolyasiya qatının düzgün yerinə yetirilməməsi nəticəsində bu zaman iddiaçıya məxsus olan fərdi yaşayış evinin tərkibində olan yaşayış otağında qeyd olunan qüsurların (qabarma, qopma, saralma, sınma, dağılma və s.) yaranması ve nəticədə həmin otaqdan istifadə olunmasına müəyyən qədər mane törətməsi faktı müəyyən edilir. ünvan 3 ünvanında inşa edilmiş sanitar qovşağından (hamam və ayaqyolu) su çəkməsi nəticəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərəbəsində yerləşən yaşayış otağı təyinatlı tikilinin iki divarına dəymiş ziyan 2025-ci ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 170,60 (bir yüz yetmiş manat altmış qəpik) manat məbləğində olduğu müəyyən edilir. Nəticədə Qanuni nümayəndə və İddiaçı2 mülkiyyətində olan yaşayış evinə Cavabdeh tərəfindən bitişik hamam tikilməklə, məhdudlaşdırılaraq istifadə olunduğu müəyyənləşdirilmişdir. Onlar arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur. Həmçinin məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan yaşayış evinə bitişik hamam tikməsi qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən Cavabdeh qarşı mülkiyyət hüququna maneənin aradan qaldırılmasını, tikilinin sökülməsini tələb etməkdə haqlıdır. Vurulmuş ziyanın ödənilməsi tələbinə münasibətdə isə məhkəmə ekspert rəyini əsas götürür. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iddiaçılar Qanuni nümayəndə və İddiaçı2 mülkiyyət hüququna yaranmış maneə Cavabdeh tərəfindən aradan qaldırılmalı, iddiaçılar Qanuni nümayəndə və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.17 kv.m olan mənzildə Cavabdeh tərəfindən tikilmiş hamam cavabdehin öz vəsaiti hesabına sökülməli, Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 170,60 (bir yüz yetmiş manat altmış qəpik) manat məbləğində pul iddiaçı Qanuni nümayəndə ödənilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. İddia qismən təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Qanuni nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 12 avqust 2024-cü il tarixdə 20382 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat əvəzi Cavabdeh alınıb iddiaçı Qanuni nümayəndə ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 30 (otuz) manat Cavabdeh tutularaq büdcə təsnifat kodu: 142330, X2 MR İdarəsi kodu 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, hesab: AZ21NABZ******************** olan hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. iddiaçılar Qanuni nümayəndə və İddiaçı2 mülkiyyət hüququna yaranmış maneə Cavabdeh tərəfindən aradan qaldırılsın. İddiaçılar Qanuni nümayəndə və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 86.17 kv.m olan mənzildə Cavabdeh tərəfindən tikilmiş hamam cavabdehin öz vəsaiti hesabına sökülsün. Cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 170,60 (bir yüz yetmiş manat altmış qəpik) manat məbləğində pul iddiaçı Qanuni nümayəndə ödənilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı Qanuni nümayəndə tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 12 avqust 2024-cü il tarixdə 20382 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh alınıb iddiaçı Qanuni nümayəndə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının xərci olan 30 (otuz) manat iCavabdeh tutularaq büdcə təsnifat kodu: 142330, X2 MR İdarəsi kodu 502906, VÖEN: **********, müxbir hesab: AZ88NABZ******************** olan, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, hesab: AZ21NABZ******************** olan hesaba ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar