Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-544/2021 17.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəyəri 150 (bir yüz əlli) manat olan yataq dəstinin, dəyəri 450 (dörd yüz əlli) manat olan şifoner və şkafın, dəyəri 30 (otuz) manat olan lüsturun, dəyəri 360 (üç yüz altmış) manat olan ayaqqabı şkafının, dəyəri 50 (əlli) manat olan ütü stolunun, dəyəri 200 (iki yüz) manat olan “Beko” markalı tozsoranın, dəyəri 200 (iki yüz) manat olan “Beko” markalı ət çəkən maşının, dəyəri 130 (bir yüz otuz) manat olan duxovkanın, dəyəri 160 (bir yüz altmış) manat olan 1 dəst yorğan döşəyin, dəyəri 50 (əlli) manat olan elektrik plitəsinin, dəyəri 80 (səksən) manat olan ütünün, dəyəri 800 (səkkiz yüz) manat olan “Beko” markalı kompüterin və dəyəri 80 (səksən) manat olan qaşıq, bıçaq, çəngəl dəstinin və yaxud onların ümumi dəyəri olan 2740 (iki min yeddi yüz qırx) manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, atası Cavabdeh ilə anası X2 17 iyul 1998-ci il tarixdə Şahbuz rayon Badamlı kənd icra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından 26 may 1999-cu il tarixdə iddiaçı doğulmuşdur. Valideynləri yola gedə bilmədiklərindən onların arasında nikah Naxçıvan Şəhər Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 2(078)-534/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur. Valideynləri boşanana kimi onlar ünvan 1 ünvanında yaşamışlar. İddiaçı ayrıca otaqda yaşamışdır. Həmin otaqda valideynləri tərəfindən ona alınmış və iddiaçının özünün aldığı əşyalar vardır. Valideynləri boşandıqlarından iddiaçı anası ilə birlikdə evdən çıxarkən həmin əşyalar atasının evində qalmışdır. Atası isə həmin əşyaları iddiaçıya vermir. 17 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya məxsus əmlakların alınıb verilməsini xahiş etiyini, Cavabdehla qarşılıqlı razılıq əsasında şifoner, şkaf, ütü stolu, tozsoran, yorğan-döşək, ütü, qaşıq - bıçaq dəsti və kompüteri götürdüyünü, əşyaların götürülməsi ilə bağlı 17 iyun 2021-ci il tarixdə akt tərtib olunduğunu, ona görə də iddiası təmin olunduğundan iddia ərizəsindən imtina etdiyini bildirərək mülki işin icraatına xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının iddiadan imtina etməsi barədə verdiyi ərizənin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 14 aprel 2021-ci il tarixli, 25652 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 14 aprel 2021-ci il tarixli, 25652 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-544/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-544/2021
17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver