Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-557/2025 10.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2600 manat əsas borc, pretenziya məktubunun göndərilməsi üçün poçt göndərişinin verilməsi üçün ödənilən 6 (altı) manat, bundan əlavə məhkəmə xərcləri ilə əlaqədar ödənilən 47 (qırx yeddi) manat 40 (qırx) qəpik dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, o, 17 avqust 2022-ci il tarixdə, Cavabdeh ilə bir birini tanıdıqlarından 3(üç) ədəd "SAMSUNG" markalı mobil telefonu şifahi surətdə aralarında razılığa gəldikdikdən sonra, hər ay ödəniş etməklə ödəyəcəyini bildirmişdir. Özü isə ona inanaraq 5400(beş min dörd yüz) manat məbləğində mobil telefonları ona vermişdir. Lakin həmin puldan 2800(iki min səkküz) manatını ödəmiş, 2023-cü ilin mart ayından sonra ödənişləri dayandırmışdır. Cavabdehdə qalan 2600(iki min altı yüz) manat pulunun geri qaytarılmasını dəfələrlə tələb etsə də hər dəfə onu yubadaraq bu gün sabah qaytaracağını bildirsə də bu günə kimi qaytarmamışdır. Cavabdeh hər dəfə borcu ödəməkdən yayınmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq onun pulunu qaytarmasını tələb etsə də onu hər dəfə müxtəlif bəhanələrlə yubatmış, borcu ödəməmişdir. Qeyd etmişdir ki, cavabdehin ona 2600(iki min altı yüz) manat pul ödəməlidir. Ona olan borcunu Vhatsapp yazışmaları da təsdiq edir. Həmin yazışmaları da iddia ərizəsinə əlavə etmişdir. Borcun ödənilməsi barədə dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. İddiaçı sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında dəfələrlə cavabdehin qapısına getdiyini, onun isə məhkəməyə ver dediyini, özünün bir dostunun Bakıdan telefon aldığını, iddiaçı üçün də 3 dənə telefon götürdüyünü bildirmişdir. Cavabdehlə münasibəti olduğu üçün telefonları öz adına götürüb ona vermişdir. Cavabdeh borcun 2800 manatını ödəmiş gerisi qalmışdır. Təqdim etdiyi CD də telefon danışıqlarının da mövcud olduğunu, cavbdehin hərbidə işlədiyini, sonradan işdən çıxdığını, dostunun Bakıda telefon mağazasının olduğunu, dostunun telefonları özünə, öz adına göndərdiyini, özünün də telefonları cavabdehə satdığını, cavabdehin telefonlardan birini Oskar Mobile telefon mağazasına aparıb satdığını, ona 3 ədəd telefon gətirdiyini, onunla münasibətlərinin 2022-ci ildən başlandığını, 1 il ödəniş edib 50-50, 100-100 ümumilikdə 2800 manat ödəniş etdiyini bidlrimişdir. Daha sonra bildirmişdir ki, cavabdeh verdiyi kartı geri götürdükdən sonra ona boş kart vermişdir. Bu kartdan pul almamışdır. Kartın nə qədər müddət onda qaldığını dəqiq bilmədiyini, lakin kartı təxminən 2024-cü ildə qaytardığını, sonra məhkəmə prosesi gedişində onunla əlaqə saxlayaraq, iddiasını götürməsini istədiyini, hər ay 200 manat ödəyəcəyini, özünün razı olmadığını, kart onda olarkən bir neçə dəfə, kartda pulun olmadığını görüb cavabdehlə əlaqə saxladığını və cavabdeh müxtəlif bəhanələr gətirdiyini qeyd etmişdir. Bu hadisədən sonra kartı ona geri qaytarmış və artıq ondan pul ala bilməmişdir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və zamanı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş məhkəməyə məlumat göndərmişdir. Cavabdeh məlumatında aşağıdakıları qeyd etmişdir: Daha öncədən tanıdığım Qafarov Orxan adlı şəxsin vasitəsilə İddiaçı tanımışam və mənə telefon satıcısı kimi özünü tanıtmışdır. Ondan bir ədəd samsung A73 markalı telefon almışam, qiyməti 1200 manat idi. Bu telefonu ilkin odəniş olaraq 200 manat və hər ay 100 manat olmaqla razılasıb götürmüşəm. Sonra ikinci telefonu da eyni şərtlərlə eyni markalı telefon istəmişəm, yenə də mənə samsung galaks a73 markalı telefonu verdi. Ödəniş cox olduğu üçün mənə aid olan axır nomrəsi 8833 əmək haqqı kartını ona verməyimi istədi. Mən də razılasıb əmək haqqı kartını ona verdim. Ümumilikdə iki telefon qiyməti 2400 manat etdiyini, bu puldan 900 manat odediyini bildirdi və 1500 borcumun qaldığını bildirdi və hər ay kartımdan 200 manata cəkəcəyini bildirdi məndə bunla razılasdim. Beləliklə iki ay mənə aid olan kardan 400 manat cəkdi və mənim müqaviləm bitdiyi üçün isdən cixmalı oldum. Beləliklə mən İddiaçı pul bir neçə ay odəyə bilmədim. Sonra Turqut dəfələrlə məni təhqir şantaj eleyirdi və məni polislə qorxudurdu, təhqir edirdi. Sonra maraqlandim ki, həmin səxs telefon satan deyil ədliyyə işçisidir. Məndə qorxub onla danışıb razılasıb mənə aid olan muharibə veteranı olduğu üçün dövlətin mənə 80 manatlıq kartımı ona verib hər ay çəkməyini istədim. Mənim kartım 14 ay onda qaldı və hər ay mənim kartımdan 80 manat çəkib borcumdan sildiyini düşünürdüm. Borcumun bitdiyini biləndən sonra mən kartımı geri isteyib halallasmaq istəyəndə mənə borcunun 3400 manat olduğunu bildirdi və ona 2800 manat odədiyini bildirdi mən isə ona ümumilikdə 2400 manat iki ədəd telefon qiyməti olduğunu və ödəyib qutardığımı bildirməyimə baxmayaq mənə ödəmədiyimi yəni ödəyə bilmədiyim vaxt borcuna şirkət tərəfindən faiz gəldiyini və borcumun 3400 manat olduğunu söylədi və mən bunla razılasmadım. Mənə hədə-qorxu gəldi. Mənim 78 yaşlı nənəm bunu eşidəndə dəfələrlə təzyiqi qalxıb halı pisləsib xəstəxanaya düşüb. Axırı mən bunun hərəkətlərindən bezib Naxçıvan Prokurorluğuna şikayət etdim ondan sonra mənə zəngləri dayandi və nəticə hesabı ilə bu gün məhkəməyə üz tutub. Yazdığı iddia tamamilə yalandır və yenə şər və böhtandır. İddia ərzəsində qeyd edilmiş 3 telefon yox iki telefon olub və məndən onun pulunu tamamilə və artıqlaması ilə ödəniş etmişəm. Və bildirmək istəyirəm ki aramizda da heç bir müqavilə və təhvil təslim aktı olmayıb. Sizdən xahis edirəm yazdıqlarımı nəzərə alıb ədaləti qərar qəbul edəsiniz. Məhkəmə iclası Cavabdeh iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə olunmuş 28 yanvar 2025-ci il tarixli pretenziyadan aydın olur ki iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi-yəni cavabdehə müraciət etməsini iddia ərizəsinə əlavə etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq "xxxx" ASC 04 iyul tarixli 2025/204/15155 nömrəli müşayiət məktubu ilə 510307******8252 nömrəli plastik karta köçürülən vəsaitə dair çıxarış məlumatlarını məhkəməyə göndərmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istisna deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. İş materiallarında olan səs yazılarının əks olunduğu bir ədəd CD, vatsapp yazılarından, iddiaçının izahatından, cavabdehin yazılı məlumatından tərəflər arasında telefon alqı-satqısında dair mübahisənin nəticəsi olaraq məhkəmədə iddia ərizəsi ilə müraciət edilməsi təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-ci maddəsinə görə müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar. İşin araşdırılmış hallarından, aydın olur ki, cavabdeh etirazında telefonun sayını, aralarında müqavilə və təhvil təslim aktı olmadığını, həmçinin əmək haqqı kartından ödənişlərini apardığını bildirmişdir. Hazırki halda tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin olması mübahisəsizdir. Cavabdeh etirazında bildirdiyi halları yəni telefonun ödənişini ödəməsinə dair sübutlarını təqdim edə bilmir. Bu halda sübutetmə yükü cavabdehin üzərindədir. İddiaçı isə səs yazılarından telefonların cavabdehə verməsini, hazırda cavabdehin ona borclu olmasını sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəm Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan pulun qaytarılması barədə tələbi əsaslıdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən poçt göndərişinin verilməsi üçün ödənilən 6 (altı) manat və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş poçt göndərişinin verilməsi üçün ödənilən 6 (altı) manat və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-557/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-557/2025
10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver