Məhkəmə qərarları › İş №2(078)-559/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-559/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-559/2025 24.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi İddiaçı və iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mağazadan götürdüyü kafel, metlaxa görə qalan 10600 (on min altı yüz) manat borcunun və dövlət rüsumu olaraq ödədiyi 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat, cəmi 10721.80 (on min yeddi yüz iyirmi bir manat səksən qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq iddia ərizəsində bildirmişdir ki, Şərur Rayon Sərxanlı kəndində yaşayır. xx.xx.2021-ci il tarixdən 2023-cü ilin fevral ayınadək Naxçıvan şəhəri, İpəkyolu Yanacaq doldurma məntəqəsinin yaxınlığında tikinti materiallarının satışı mağazasında satıcı işləmişdir. Əliabad qəsəbə sakini Cavabdeh ilə də mağazada satıcı işləyərkən tanış olmuşdur. Cavabdeh usta işlədiyini və evlərdə təmir işləri ilə məşğul olduğunu bildirərək dəfələrlə mağazadan kafel, metlax alaraq vaxtlı-vaxtında pulunu ödəmişdir. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə mağazaya gələrək Bakı şəhərində yaşayan qardaşına kafel, metlax göndərəcəyini, pulunu isə qardaşının kafel, metlaxı aldıqdan sonra verəcəyini bildirərək ona nisyə 1200 kv.m kafel, metlax verməyini xahiş etmişdir. Özünün də Cavabdeh əvvəllər ondan dəfələrlə kafel, metlax aldığını və pulunu tam ödəməsini nəzərə alaraq ona inanmış və heç bir rəsmi sənəd almadan ona 15600 manat dəyərində 1200 kv.m kafel, metlax vermişdir. O, dəfələrlə Cavabdeh ona olan borcunu ödəməsini tələb etsə də Müşfiq ona olan borcunu ödəməkdən yayınmışdır. Özü məcbur qalıb bu barədə şifahi olaraq Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdikdən sonra Cavabdeh ona olan borcundan hissə-hissə olaraq 4600 manat ödəmiş və xx.xx.2023-cü il tarixdə yazılı olaraq ona 11000 manat borcu qaldığını və həmin borcu ona qaytaracağı barədə iltizam vermişdir. Cavabdeh ona olan 11000 manat borcundan bu günə kimi 400 manat qaytarsa da hələdə ona 10600 manat borcu qalmışdır. Dəfələrlə ona olan borcunu qaytarmasını bildirmək üçün işlətdiyi ***- ***-**-** mobil nömrəsinə zəng etsə də, ya telefonuna zəng çatmır, ya da telefonlarıma cavab vermir, cavab verəndə isə pulu olmadığını və bu səbəbdən ona olan borcunu qaytara bilmədiyini bəhanə gətirərək ona olan borcunu qaytarmaqdan yayınır. Özü haliyədə heç bir yerdə işləmir, maddi vəziyyəti də yaxşı deyil və bu gün onun həmin bu pula çox ehtiyacı var. Cavabdeh isə ona borcu olması barədə iltizam verdiyi gündən bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də ona olan borcundan qalan 10600 manat pulu qaytarmamışdır. Ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının vəkil və nümayəndəsi Nümayəndə 10 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizədə İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mağazadan götürdüyü kafel, metlaxa görə qalan 10600 (on min altı yüz) manat borcunun və dövlət rüsumu olaraq ödədiyi 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat, cəmi 10721.80 (on min yeddi yüz iyirmi bir manat səksən qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, iddiaçının məhkəmə baxışı zamanı ona hüquqi yardım göstərilməsi məqsədi ilə onunla müqavilə bağladığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərclərinin dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğunu, həmin məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclərin işə baxılması ilə əlaqədar məsrəflərə daxil olduğunu və İddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş məbləğin də cavabehdən alınaraq ona ödənilməsini istədiyini, ona görə də iddia tələbinə dəqiqləşmə verilməsinə zərurət yarandığını, qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilərək Cavabdeh mağazadan götürdüyü kafel, metlaxa görə qalan 10600 (on min altı yüz) manat borcunun, dövlət rüsumu olaraq ödədiyi 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat və vəkil xərci olaraq ödədiyi 400 (dörd yüz) manat olmaqla cəmi 11121.80 (on bir min bir yüz iyirmi bir manat səksən qəpik) manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbi daxilində baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(078)-559/2025 nömrəli qərardadı ilə iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə Cavabdeh mağazadan götürdüyü kafel, metlaxa görə qalan 10600 (on min altı yüz) manat borcunun, dövlət rüsumu olaraq ödədiyi 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat və vəkil xərci olaraq ödədiyi 400 (dörd yüz) manat olmaqla cəmi 11121.80 (on bir min bir yüz iyirmi bir manat səksən qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, 23 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə 3 il bundan əvvəl İddiaçı kvadratı 14 manatdan hesablanmaqla kalef-metlaxı satış məqsədilə aldığını, 5700 manatını iddiaçıya qaytardığını, 8 manat olmasına baxmayaraq 14 manata razılaşdıqlarını, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 23 iyun 2025-ci il tarixli ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiklərinə əlavə olaraq Naxçıvan şəhəri, İpəkyolu Yanacaq doldurma məntəqəsinin yaxınlığında tikinti materiallarının satışı mağazasını işlətdiyini, Cavabdeh həmin mağazadan kafel, metlax götürdüyünü, vaxtlı-vaxtında pulu ödədiyini, Cavabdeh 2022-ci ilin noyabr ayında gələrək ona qardaşının Bakı şəhərində olduğunu, ona kafel, metlax göndərmək istədiyini və 1 həftə sonra pulu ödəyəcəyini dediyini, özünün də razı olduğunu, 15600 manat dəyərində kafel metlax götürdüyünü, ancaq Cavabdeh ödəmədiyini, ona hər ay 500 manat verməsini dediyini, cavabdehin borcundan 4600 manat ödəniş etdiyini, 11000 manat borcu qaldığını, sonra həmin borcdan 400 manat ödəniş etdiyini, ümumilikdə 5000 manat ödədiyini, cəmi 10600 manat borcu qaldığını, cavabdehin həmin borcu ödəmədiyini, cavabdehin ona Əliabadda torpağı olduğunu, 3 sot torpağı ona verəcəyini dediyini, ASAN xidmətə getdiklərini, orada cavabdehin həyat yoldaşının şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitdiyinin deyildiyini, sonra cavabdehin 4 dana verəcəyini dediyini, özünün də gətirməsini dediyini, onu da vermədiyini, paltaryuyan gətirəcəyini dediyini, onu da gətirməsini dediyini, yenə də gətirmədiyini, özünün cavabdehə kafel, metlaxın kvadratını 12 manatdan verdiyini, sonradan cavabdehin həmin kafel, metlaxı Bakı şəhərinə göndərmədiyini, özündən 12 manata alaraq başqa yerə 8 manata satdığını, başqa şəxslərə olan borcunu bağladığını eşitdiyini, özünün səhhəti ilə bağlı problemləri olduğunu, cavabdehin ona olan borcundan 5700 manat deyil, cəmi 5000 manat ödəniş etdiyini, cavabdehin onun pulunu qaytarmasını istədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə izahatında cavabdehin ərizəsində iddiaçının ona kafel, metlaxın kvadratını 14 manatdan verdiyini dediyini, ancaq 14 manatdan vermədiyini, cavabdehin özünün də ərizəsində borcu olduğunu etiraf etdiyini, 5700 manat borc qaytardığını bildirsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyini, cavabdehin 15600 manat borcundan 5000 manat qaytardığını, Cavabdeh mağazadan götürdüyü kafel, metlaxa görə qalan 10600 (on min altı yüz) manat borcunun, dövlət rüsumu olaraq ödədiyi 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat və vəkil xərci olaraq ödədiyi 400 (dörd yüz) manat olmaqla cəmi 11121.80 (on bir min bir yüz iyirmi bir manat səksən qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsini istədiklərini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş materiallara əlavə edilmiş 23 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı həmin tarixdə ərizə ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət edərək, 2022-ci ildə Naxçıvan şəhərində təmir tikinti materialları satışı ilə məşğul olduğu dükanı olduğunu, Naxçıvan şəhər sakini Cavabdeh onun dükanına gələrək ondan 12714 (on iki min yeddi yüz on dörd) manatlıq tikinti materialı-kafel, metlax aldığını, həmin tarixdən Cavabdeh götürdüyü təmir tikinti materiallarına görə ona cəmi 2214 (iki min iki yüz on dörd) manat pul ödədiyini, qalan borcu olan 10500 (on min beş yüz) manat pulu ödəmədiyini bildirərək, Cavabdeh ona olan borcunu qaytarması üçün köməklik edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 13 yanvar 2025-ci il tarixli izahatdan görünür ki, Mehdiyev X2 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə izahat vermiş və verdiyi izahatda qeyd etmişdir ki, “Hal-hazırda Naxçıvan şəhər avtovağzalında balıq satıram. İşsizəm. 2022-2023-cü illər tarixdə daş ustası işləmişəm. 2022ci ildə taksi ilə evə getdiyim zaman sürücü ilə söhbət əsnasında adının Elman olduğunu, tikinti materialları satdığını dedi, mən isə sürücüyə özümün daş ustası olduğumu və mənə tikinti materialları lazım olduğunu və onun dükanına material almaq üçün gələcəyimi dedim. 2022-ci ilin qış ayları olardı Naxçıvan şəhəri İpək yolu yanacaq doldurma məntəqəsinin yanında Elmanın tikinti materiallarının satışı ilə məşğul olduğu dükana getdim və Elmandan nisyə olaraq 1250 kvadratlıq kafel, metlax aldım. Tikinti materiallarını alan zaman Elmanla belə bir razılığa gəldim ki, götürdüyüm materiallara görə hər ay 500 manat ödəniş edəcəyəm. Elmandan aldığım tikinti materiallarını Naxçıvan şəhərində başqa tikinti materialları satılan dükanlara 2 ay ərzində ucuz qiymətə satdım. Mən Elman adlı şəxsin dükanından 1250 kvadratlıq kafel, metlaxı 12714 manata almışdım. Qeyd etdiyim materiallara görə Elman adlı şəxsə 6400 manat ödəniş etmişəm. Hal hazırda Elman adlı şəxsə 6314 manat borcum qalır. Həmin materiallar Elmanın öz dükanında qalırdı iki ay ərzində oradan götürüb satmışam. Tikinti materiallarını kvadratı 11 manatdan alıb 9 manatdan satmışam”. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 23 sentyabr 2023-cü il tarixdə verdiyi iltizamda qeyd etmişdir ki, “23 sentyabr 2023-cü il tarixdə tarixdə bu iltizamı verirəm Cavabdeh, ondan ötrü ki, mən İddiaçı 11000 (on bir min) manat borcluyam. Həmin borcu qaytaracağıma söz verirəm”. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarına obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iş materiallarından aydın olur ki, cavabdeh Mehdiyev X2 şəhəri, ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla, ünvan 2a yaşayır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun yaşadığı ünvana rəsmi qaydada göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazlarının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində iddiaçıya olan borcundan 5700 (beş min yeddi yüz) manat qaytardığını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında şifahi alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı cavabdehə dəyəri 15600 (on beş min altı yüz) manat olan kafel, metlaxı verməyi, cavabdeh isə həmin əşyaların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qeyd olunan dəyəri 15600 (on beş min altı yüz) manat olan kafel, metlaxı vermiş, cavabdeh həmin əşyaların dəyəri olan 15600 (on beş min altı yüz) manat pulu ödəməyi öhdəsinə götürmüş, 5000 (beş min) manatını ödəmiş, lakin 10600 (on min altı yüz) manat borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasındakı razılaşmaya əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində dəyəri 15600 (on beş min altı yüz) manat olan kafel, metlaxı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin razılaşmaya əsasən həmin əşyaların dəyərini iddiaçıya ödəməyi öz öhdələrinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan əşyaları cavabdehə təhvil vermiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyaları əldə etməsinə, həmin əşyaların dəyərini iddiaçıya ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, dəyəri 15600 (on beş min altı yüz) manat olan kafel, metlaxın dəyərinin 5000 (beş min) manatını iddiaçıya ödəmiş qalan hissəsini isə ödəməkdən yayınmışdır. Cavabdehin polis İdarəsində verdiyi izahatdan görünür ki, o 2022-ci ilin qış ayları olardı Naxçıvan şəhəri İpək yolu yanacaq doldurma məntəqəsinin yanında Elmanın tikinti materiallarının satışı ilə məşğul olduğu dükana getdiyini və Elmandan nisyə olaraq 1250 kvadratlıq kafel, metlax aldığını qeyd etmiş, həmçinin məhkəməyə göndərdiyi ərizədə aldığı malların kvadratını 14 manata razılaşdıqlarını qeyd etmişdir. Məhkəmə bu halı iddia tələbində göstərilən məbləğdə yəni 15600 manat məbləğində malın cavabdehə satılmasının təsdiqi kimi qəbul edir və iddiaçını həmin hissədə iddia tələbini sübutetmə yükündən azad hesab edir. Məhkəmə qeyd edir ki, cavabdeh 5700 manat məbləğində pulu iddiaçıya ödədiyini qeyd etsə də, iddiaçı onun tərəfindən sadəcə olaraq 5000 manat məbləğində pulun ödənildiyini qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh əlavə olaraq göstərdiyi 700 (yeddi yüz) manat məbləğində pulun iddiaçıya ödənilməsini təsdiq etməlidir. Lakin işin araşdırması zamanı onun tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi Cavabdeh məhkəməyə göndərdiyi ərizəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyində verdiyi izahatı ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı şifahi alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında öz öhdəliyini lazımınca icra etməməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının tələbini əsaslı qəbul edir. İddiaçının digər tələbi isə vəkil üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının, və ödənilmiş 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -10600 (on min altı yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin olunsun. 10600 (on min altı yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 121.80 (bir yüz iyirmi bir manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar