Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-568/2021 13.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 469 kvadrat metr torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsində olan 109 kvadrat metr hissəsinin cavabdehin sahibliyindən azad edilməsi, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı nümayəndəsi X12 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun oğludur. Oğlu hazırda Türkiyədə olduğundan məhkəmədə onu özü təmsil edir. ünvan 2 ünvanında yeləşən 469 kvadrat metr torpaq sahəsi oğlunun mülkiyyətindədir. Torpaq sahəsini oğlu Culfa rayonu Ərəfsə kəndində yaşayan X6 12000 manata almışdır. Torpaq sahəsi alınan zaman arxa, sağ və sol tərəflər hasarla əhatə olunmuşdur. Torpaq sahəsi alınan zaman ölçü aparılmamışdır. Həmin torpaq sahəsində oğlu iki mərtəbəli fərdi yaşayış evi tikmiş, lakin qeydiyyata aldırmamışdır. 2018-ci ildə evi sənədləşdirmək üçün müraciət edərkən müəyyən olunmuşdur ki, onun mülkiyyətində 469 kvadrat metr torpaq sahəsi olsa da faktiki 360 kvadrat metr torpaq sahəsi istifadəsindədir. Sonra müəyyən etmişdir ki, kəsir olan 109 kvadrat torpaq sahəsi Cavabdeh istifadəsindədir. Dəfələrlə cavabdehin həyat yoldaşı Rasim Əliyevə müraciət edərək mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də bununla razılaşmamış, hətta 109 kvadrat metr torpaq sahəsinin dəyərinin ona verilməsini təklif etsə də heç bir razılıq əldə edilməmişdir. Hesab edir ki, 109 kvadrat metr torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Onun qeyd etdikləri hal Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin verdiyi mütəxəsis rəyi təsdiq edir. Torpaq sahəsində olan kəsirlə bağlı İnzibati Məhkəmədə, Culfa Rayon Məhkəməsində iddia qaldırmışdır. İşə həmin vaxt baxılarkən torpaq sahələri yerində ölçülmüşdür. Həmin vaxt müəyyən olunmuşdur ki, kəsir olan torpaq sahəsi cavabdehin istifadəsindədir. Lakin müəyyən səbəblərdən iddiallarını geri götürmüşdür. Bütün bunların əsasında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsinin müdiri X2 öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi dayanır. Ona dörə də həmin şəxsin fəaliyyətinin araşdırılması üçün istintaq orqanlarına məlumat verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Onun əlində torpaq sahələrinin ilkin ölçülərinin aparılması barədə plan sxem vardır. Hazıki torpaq sahələrinin plan sxemindən tamamilə fərqlidir. İlkin sənədlərə istinad edildikdə onun mükiyyətində olan kəsir torpaq sahəsinin cavabdehin istifadəsində olması aydın olur. Qeyd edilənllərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda onun mülkiyyətində olan 439 kvadrat metr torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini 19 mart 2013-cü ildə Culfa şəhər sakini X3 34000 (otuz dörd min) manat verməklə almışdır. Evi və torpaq sahəsini alan zaman hasar olmuş və onun tərəfindən torpaq sahəsinin zəbt edilməsi halı olmamışdır. İddiaçının atası Hüseyn Babayevin müxtəlif orqanlara müraciəti nəticəsində dəfələrlə torpaq sahəsi ölçülmüşdür. İddiaçının nəyə görə ondan torpaq sahəsi tələb etdiyini başa düşmür. İddiaçı ondan reallıqda onun istifadəsində olmayan 109 kvadrat metr torpaq sahəsinə görə 2000 manat pul tələb edir. Lakin o özünün pul verib aldığı torpaq sahəsindən istifadə edir və heç kimin torpağını zəbt etməmişdir. Dəfələrlə iddiaçı məhkəmələrdə iddia qaldırmış və ekspertiza təyin edilmişdir. Torpaq sahəsinin onun müllkiyyətində olan torpaq sahəsində olmadığı aydın olduqdan sonra iddiaçı ərizə verib iddiasını geri götürmüşdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Culfa Rayon Dövlət Arxivinin 06 aprel 2019-cu il tarixli 94 nömrəli arxiv arayışından aydın olur ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa şəhər İcra Nümayəndəliyinin Sərəncamlar kitabında X7 adına 19 iyul 2000-ci il 46 nömrəli sərəncamla 500 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17.04.2012-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2 ünvanında 0.0469 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli aktın surətindən aydın olur ki, Culfa şəhər sakini X5 müraciəti ilə əlaqədar **********09 reyestr nömrəli torpaq sahəsinin lanı və ölçüsü ilə İddiaçı mülkiyyətinə verilmiş 467.5 kv.metr torpaq sahəsinin sərhəd döngə nöqtələri köçürülmüş, ölçmə dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, torpaq sahəsinin şərq istiqamətində 5.0 m, qərb istiqamətində isə 4.40 m torpaq sahəsi sənəd üzrə göstəriləndən kəsirdir. Həmin kəsir torpaq sahəsi cənub istiqamətində (**********73- 10301 reyestr nömrəsi ilə) Cavabdeh istifadəsində olması müəyyən edildi. İş materiallarına əlavə edilmiş 23 noyabr 2020-ci il tarixili mütəxəssis rəyindən aydın olur ki, İddiaçı nümayəndəsi X5 AA 004039 inventar nömrəli “Torpaq sahəsinin plan ölçüsü”ndə qeyd olunmuş ölçülərin naturaya köçürülməsi barədə müraciəti ilə əlaqədar 20 noyabr 2020-ci il tarixdə Xidmətin Torpaq Məsələləri şöbəsinin müdirinin, Culfa Rayon İdarəsinin mütəxəssislərinin, Culfa Rayon İcra Hakimiyyəti başçısının Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavinin, Culfa bələdiyyəsinin sədrinin və Hüseyn Babayevin iştirakı ilə ölçmə-dəqiqləşdirmə işləri aparıldı. Culfa şəhərinə aid 2003-cü ilə dair kosmik şəkillər üzərində aparılan təhlillər zamanı məlum olmuşsur ki, həmin dövrdə ərazidə ancaq qonşu torpaq mülkiyyətçisi (şimal istiqamətdə) X13 tərəfindən tikinti və hasarllama işləri aparılmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin mərz nişanllarının naturaya köçürülməsi zamanı Mehriban Səfərovanın mükiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədlərinə istinad edildi. AA 004039 inventar nömrəlli “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin eni şərq istiqamətində 20.03 m qeyd ounsa da naturada 15.3 m, torpaq sahəsinin qərb istiqamətində isə eni 19.4 metr qeyd olunsa da 15.0 metr olduğu müəyyən edidi. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin kəsr hissəsi cənub istiqamətindəki qonşu mülkiyyətiçi X4 istifadəsində olduğu müəyyən edilsə də Cavabdeh faktiki istifadəsində 437.3 kvadrat metr torpaq sahəsi mövcuddur. Naxçıvan MR Daşınmaz Əmıakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh təqdim olunmuş **********73-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən mülkiyyətində 439.3 kv.metr torpaq sahəsi qeydiyyata alınmışdır. 2010-cu ilə dair kosmik şəkillər üzərində aparılan təhlillər zamanı məlum olur ki, həmin dövrədək hər iki mülkiyyətçi tərəfindən hasarlama işləri aparılmışdır. Məlumat bazasında 2003-2009-cu illərə dair Culfa şəhəri ərazisini əhatə edən kosmik şəkillər olmadığından hansı torpaq mülkiyyətçisinin daha öncə tikinti apardığını və mərz nişanlarının kim tərəfindən dəyişdirilməsini müəyyən etmək mümkünsüzdür. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.04.2013-cü il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, Culfa şəhəri M.Əsgərov küçəsi döngə 1-də müllkiyyətində olan 0.0439 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 37.20 kv.m yaşayış, 12.60 kv.metr qeyriyaşayış, 46.60 kv.metr köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 20/1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il arixli məhkəmə tikinti-texniki ekspertizasının 152/19 nömrəli rəyindən aydın olur ki, mülki işin materiallarınd aolan sənədlərə, Naxçıvan MR Əmlak Məsələləri yanında Daşınmaz Əmakın Reyestri Xidmətinin sədr müavini N.Nəcəfalıyevin imzası ilə təsdiq edilmiş 04 sentyabr 2019-cu il tarixli 440 saylı məktubuna və baxış zamanı əldə olunmuş məlumata əsasən Komitənin kadastr məlumat bazasında saxlanıan ortofotoplanlar üzərində aparılan təhlillər zamanı “Torpaq sahəsinin planı və ölçüsü” və tərtib olunmuş texniki sənədlərdə göstərilən ölçülərdə naturada olan ölçülər arasında uyğunsuzluq olduğu, həyətyanı torpaq sahəsinin şərq istiqamətində naturada eni 15.0 metr olduğu halda torpaq sahəsinin planı və ölçüsündə 19.37 m olduğu, daş hasarla əhatə olunmuş həyətyanı torpaq sahəsi faktiki olaraq 360.18 kv.metr olduğu halda A№004158 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə 467.47 kv.metr torpaq sahəsi qeyd olunduğunu və bu texniki səhvlik nəticəsində torpaq sahəsinin alqı-satqısı zamanı da təkrarlandığı və həmin torpaq sahəsinin 360.18 kvadrat metr olduğu müəyyn edilərək və qeyd edilən həyətyanı torpaq sahəsinin başqa mülkiyyətçilər tərəfindən zəbt olunmasına dair faktın aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixi 2-1(122)-86/2020 nömrəli qərardadından aydın olur ki, İddiaçı nümayəndəsi X5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsünə uyğun olaraq mərz nişanlarının yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası İddiaçı nümayəndəsi X5 ərizəsi təmin edilməklə geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Şöbəsindən göndərilmiş 19 mart 2013-cü il tarixli 4-Ə-15 reyestr nömrəli alqı-satqı müqaviləsindən və ona əlavə edilən sənədlərdən aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18.04.2013-cü il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətində Culfa şəhəri M.Əsgərov küçəsi döngə 1-də müllkiyyətində olan 0.0439 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 37.20 kv.m yaşayış, 12.60 kv.metr qeyri-yaşayış, 46.60 kv.metr köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 20/1 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. 19 mart 2013-cü il tarixli 270605 nömrəli müqavilə ilə ünvan 3 ünvanında yaşayan X14 ilə ünvan 4aşayan Cavabdeh arasında alqı-satqı bağlanmış və Culfa şəhəri M.Əsgərov küçəsi döngə 1-də müllkiyyətində olan 0.0439 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 37.20 kv.m yaşayış, 12.60 kv.metr qeyri-yaşayış, 46.60 kv.metr köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evini X1 Günay Əbülfəz qızına satmışdır. Həmçinin məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilən sənədlərin müşayiət məktubunda qeyd edilmişdir ki, Nazirliyin dövlət notariat arxivində 16 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsi tapılmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2021-ci il tarixli 162 nömrəli məhkəmə-tikinti ekspertizasının rəyindən aydın olur ki, Culfa şəhəri M.Əsgərov küçəsi döngə1, ev 9-da yerləşən Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq shaəsi ilə 19 mart 2013-cü il tarixdə aparılan alqı-satqı müqaviləsi əsasında həmin həyətyanı torpaq sahəsinin satıcısı olan X9 məxsus həyətyanı torpaq shaəsi (naturada) faktiki istifadə vəziyyətinə uyğun olaraq müqavilədə göstərilən 0.0439 ha həyətyanı torpaq sahəsi ilə eynilik təşkil edir, lakin həmin müqavilədə əks olunan həyətyanı torpaq sahəsinin coğrafi koordinatları (döngə nöqtələri) barədə olan məlumatlar, plan-sxem və.s sənədlər ekspertiza tədqiqatına təqdim olunmadığına görə qeyd olunan həyətyanı torpaq sahəsinin coğrafi koordinatları baxımından həmin həyətyanı trpaq shaəsinin olub-olmadığını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İddia tələbinin qanuni əsası: Hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil ediir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi olmalı, 2) əşya cavabdehin sahibliyində olmalı, 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu iddia təmin edilə bilər. Həmçinin nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyanın özünün mülkiyyətində olduğunu və tələb edilən anda cavabdehin sahibliyində olduğunu sübuta yetirməsidir. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar). Məhkəmə işin hallarını, iddia tələbi ilə əlaqədar təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəylərini əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia tələbi özüözlüyündə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin hallarından aydın olur ki, iddiaçı mülkiyyətində olan kəsr torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu və onun faktiki istifadəsində olduğunu bildirsə də iş materiallarında olan ekspert rəyi ilə həmin halların mövcudluğu təkzib edilir. Məhkəmə eskpert rəyini sübut qismində qəbuledilən hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş akt və mütəxəssis rəyinə münasibətdə qeyd edir ki, sözügedən akt və mütəxəssis rəyi iddiaçının inzibati orqana qarşı qaldırdığı iddia ilə bağlı araşdırma aparılan zaman tərtib edilmiş, iddiaçının ərizəsini geri götürməsi barədə ərizə verməsi əsası ilə iş üzrə icraata xitam verildiyindən həmin sənədlərin hüquqi nəticəsi də müəyyən edilmişdir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia qaldırdığı əmlakın qanunsuz sahibikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəmədə mülki işin olduğu zaman tərtib edilmiş ekspert rəyinə, həmçinin cavabdeh tərəfindən təqdim edilən 04 sentyabr 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının 152/19 nömrəli rəyinə hüquqi qiymət verərək həmin rəyləri sübut qismində qiymətləndirir. Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşadılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-568/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-568/2021
13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver