Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-57/2024 06.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Novruzova (Hüseynova) Zəhra Fərman qızına qarşı payın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Novruzova (Hüseynova) Zəhra Fərman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın (1/3 hissə ilə İddiaçı məxsus olan) payına münasibətdə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, ünvan 1 ünvanındakı daşınmaz əmlakın (evin) mərhum atası X3 miras olaraq qaldığını, X4 vərəsələrinin: 1. X23, 2. X10, 3. X17, 4. X15, 5. X18, 6. X19, 7. X16 və 8. İddiaçı olduğunu, qeyd olunan vərəsələrdən özünün, mərhum qardaşı X7 və mərhum bacısı X5 mərhum ataları X3 miras olaraq qalmış ünvan 1 ünvanındakı daşınmaz əmlakı (evi) faktiki olaraq bərabər paylarda qəbul etməklərinin Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsi ilə müəyyən olunduğunu, mərhum X7 vərəsələrinin: 1. Cavabdeh1, 2. Cavabdeh2 və 3. X20 olduğunu, mərhum X5 isə vərəsələrinin: 1. X11, 2. Cavabdeh4 və 3. Cavabdeh5 olduğunu, məlum qətnamə qüvvəsini aldıqdan sonra öz payını qeydiyyatdan keçirərək Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alsa da, mərhum Əjdər Qasımovun və Səidə Qasımovanın sağlıqlarında nə özlərinin, nə də ki, vərəsələrinin valideynlərindən qalan mirası faktiki yaşamaqla qəbul etsələr də, qeydiyyata aldırmadıqlarını, bu səbəbdən də, həmin daşınmaz əmlakın (evin) 1/3 hissəsinin onun adına qeydiyyata alındığını, 2/3 hissəsinin isə miras qoyan mərhum atası X4 adında qaldığını, mərhum Əjdər Qasımovun və Səidə Qasımovanın məlum qətnamə ilə paylarının müəyyən edildiyini, miras əmlakda hazırda yaşayan vərəsələrinin də öz valideynlərinə münasibətdə mirası faktiki qəbul etsələr də, miras əmlakla bağlı öz adlarına Notariusda və Daşınmaz Əmlakda heç bir əməliyyat aparmadıqlarını, bu səbəbdən də, miras əmlakın 2/3 hissəsinin miras qoyan mərhum X4 adında qaldığını, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 mülki hüquq baxımından (vərəsəlik münasibətlərinə görə) mərhum X7 mümkün vərəsələri sayıldıqlarını, eyni zamanda, Cavabdeh4 və Cavabdeh5 isə mərhum X5 mümkün vərəsələri sayıldıqlarını, həmçinin mərhum Əjdər Qasımovun və Səidə Qasımovanın vərəsələrinin valideynlərinə münasibətdə X1 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2/3 hissəsinə münasibətdə miras əmlakı faktiki idarə etməklə və yaşamaqla mirası qeyri-formal üsulla qəbul etdiklərini və “həqiqi vərəsə” statusu qazandıqlarını, mərhum Əjdər Qasımovun və Səidə Qasımovanın vərəsələrinin də yuxarıda qeyd olunduğu kimi hal-hazırda payın naturada ayrılması tələb olunan daşınmaz əmlakın 2/3 hissəsinə münasibətdə mirası faktiki qəbul etməklə (yaşamaqla və idarə etməklə) həqiqi vərəsə statusu qazandıqlarını və eyni zamanda artıq həmin hissənin də mülkiyyətçiləri olduqlarını, sadəcə mirasın faktiki qəbulunu rəsmiləşdirmədiklərini (notariat orqanına müraciət edərək şəhadətnamə almadıqlarını) və eyni zamanda daşınmaz əmlakın dövlət reyestrinə çıxarışın öz adına (həmin hissəyə münasibətdə) qeydiyyata alınması üçün müraciət etmədiklərini (bəyanedicilik baxımından), məhz buna görə də, hazırki iş üzrə cavabdeh şəxsin də, mülkiyyətçi və həqiqi vərəsənin də mərhum Əjdər Qasımovun və Səidə Qasımovanın vərəsələri olduqlarını, hal-hazırda mübahisə predmeti olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın məhkəmə qərarı ilə naturada (yerində) ayrılması zərurətinin yarandığını, çünki həmin daşınmaz əmlakdakı 1/3 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmədiyini, buna görə də, məcbur qalaraq mübahisə predmeti olan daşınmaz əmlakla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, ekspertin əmlaka baxıb bölgü mümkün olduğu halda etmədiklərini, əmlakın texniki cəhətdən bölgüsü mümkün olmasada yaşayanların razılığı olduğu halda mümkün olduğunu, cavabdehlərin isə bölgü üçün təklifi qəbul etmədiklərini, bu səbəbdən ekspertlərin bölünmə barədə rəy vermədiyini, həmin torpaq sahəsinin onun və mərhum atasının mülkiyyətində olduğunu, lakin cavabdehlərin həmin torpaq sahəsi üzərində yaşayış evlərinin olduğunu, hər kəsin yaşadığı evə münasib olaraq torpaq sahəsinin də bölünməsinin mümkün olduğunu, lakin razılıq olmadığını, hazırda yaşadığı evin otaqlarının digər cavabdehlərlə yaşamaqları üçün ayrıldığını, istifadə etdikləri şəkildə ayrılmasının mümkün olduğunu, cavabdehlərə aid hissədə evin girişində olan pilləkənin yerinin dəyişdirilməsi şərti ilə mümkün olacağını, lakin cavabdehlərin razılaşmadığını, bunları nəzərə alaraq, paylı mülkiyyətdə olan ünvan 1 ünvanındakı daşınmaz əmlakın (1/3 hissə ilə İddiaçı məxsus olan) payına münasibətdə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etmədiyini, mübahisəli mülkə gəlin gəldiyini, hazırki, tarixədək həmin evdə yaşadığını, yaşadığı evin otaqlarının ayrılması ilə iki ailənin yaşaması üçün bölündüyünü, iddiaçının yaşadığı sahənin ayrıldığını, hər iki ailənin yaşaması üçün girişlərin ayrıldığını, özünün və oğlunun ailəsi ilə həmin evdə yaşadıqlarını, ekspertlərin əmlaka baxdıqlarını, bölgü aparılmasının mümkün olmadığını, ekspert rəyinə etirazının olmadığını, hazırda əmlakın bölünməsinin mümkün olmadığını, iddiaçının təklif etdiyi formada mənzilin bölünməsinin mümkün olmadığını, evə giriş pilləkənin götürülməsinin mümkün olmadığını, evin satılmasını istəmədiyini, miras olaraq qaldığını bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh2 iddianı qəbul etmədiyini, həmin evdə ailəsi ilə yaşadığını, evin otaqlarının ayrılması ilə iki ailənin yaşaması üçün bölündüyünü, iddiaçının yaşadığı sahənin ayrıldığını, hər iki ailənin yaşaması üçün girişlərin ayrıldığını, ekspertlərin əmlaka baxdıqlarını, bölgü aparılmasının mümkün olmadığını, ekspert rəyinə etirazının olmadığını, hazırda əmlakın bölünməsinin mümkün olmadığını, iddiaçının təklif etdiyi formada mənzilin bölünməsinin mümkün olmadığını, evə giriş pilləkənin götürülməsinin mümkün olmadığını, iddiaçının təklif etdiyi formada bölgü aparılarsa onların istifadəsində olan zirzəminin istifadələrindən çıxdığını, evin satılmasını istəmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Cavabdehlər Qasımova (Məmmədova) Səbinə Əjdər qızına, Cavabdeh4 və Novruzova (Hüseynova) Zəhra Fərman qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası onların iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.3 kv.m, torpaq sahəsinin ölçüsü 0.1422 ha olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X4 (2/3 hissə) və İddiaçı (1/3 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində 18/22 nömrəli reyestr kitabının 4211 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********00-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). AZ-İ 494786 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X12 13 sentyabr 2013-cü il tarixdə vəfat etmişdir. AZ-İ 166256 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X21 11 avqust 2007-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli, 1207 nömrəli arayışa əsasən, mərhum X4 aşağıdakı vərəsələri vardır:
1. X23 həyat yoldaşı vəfat edib;
2. X10 qızı 1951-ci il təvəllüdlü;
3. X17 oğlu 1954-cü il təvəllüdlü;
4. X15 qızı 1956-cı il təvəllüdlü;
5. X18 oğlu vəfat edib;
6. X19 qızı 1966-cı il təvəllüdlü;
7. X16 qızı vəfat edib;
8. İddiaçı oğlu 1962-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 1260 nömrəli arayışa əsasən, mərhum X5 aşağıdakı vərəsələri vardır:
1. X11 həyat yoldaşı vəfat edib;
2. Cavabdeh4 oğlu 1995-ci il təvəllüdlü;
3. Cavabdeh5 qızı 1991-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, 1211 nömrəli arayışa əsasən, mərhum X7 aşağıdakı vərəsələri vardır:
1. Cavabdeh1 həyat yoldaşı 1964-cü il təvəllüdlü;
2. Cavabdeh2 oğlu 1991-ci il təvəllüdlü;
3. X20 qızı 1993-cü il təvəllüdlü. Naxçıvan Şəhər Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(078)-661/2020 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı cavabdehlər X6, X13, Əkbərova (Qasımova) Adilə İbrahim qızına, Əsgərova (Qasımova) Aidə İbrahim qızına və X14 qarşı mərhum X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi faktının tanınmaqla pay müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, X1 qalan ünvan 3 ünvanında yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və ünvan 3 ünvanında yerləşən miras əmlakda İddiaçı payının 1/3 hissə olması müəyyən olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 27 dekabr 2023-cü il tarixli, 1192 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.3 kv.m, torpaq sahəsinin ölçüsü 0.1422 ha olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 27 dekabr 2023-cü il tarixli, 1192 nömrəli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.3 kv.m, torpaq sahəsinin ölçüsü 0.1422 ha olan fərdi yaşayış evindən payların naturada təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitdə bəndlərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmini əsasları olmadığından iddia rədd edilməlidir. İddia rədd edildiyinə görə, iddia verilərkən ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddiaçı Cavabdeh1, Cavabdeh2, X9, Cavabdeh4 və Novruzova (Hüseynova) Zəhra Fərman qızına qarşı payın naturada bölünməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.