Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-606/2024 13.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X32 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Ələsgərova (Salmanova) Rəna Abbas qızının, iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh2 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1, Ələsgərova (Salmanova) Rəna Abbas qızının Cavabdeh2 qarşı payların müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Ələsgərova (Salmanova) Rəna Abbas qızı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 yerləşən torpaq sahəsindən X12, Cavabdeh1, X7 və X18 hər birinin 1/10 hissədə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, ünvan 2 0.1438 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 62.8 m2 təşkil edən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X33 adınadır. Hüquqların X74 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının daşınmaz əmlakın reyestr nömrəsi **********28- 10301 nömrə ilə qeydiyyata alınmışdır. Həmin paylı mülkiyyət İddiaçı1, Cavabdeh1, X76, X77, X40 mülkiyyətindədir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)- 950/2022 nömrəli qərarı ilə Naxçıvan şəhər 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kvm olan 52 nömrəli fərdi yaşayış evində iddiaçılar X13 payı 1/10 hissə, X14 payının 1/10 hissə, Akdağ (Abuzərova) Zərifə Bayraməli qızının 1/10 hissə və X8 1/10 hissədə müəyyən olunmuşdur. Həmçinin İddiaçı1, Cavabdeh1, X76, X77, X78 arasında paylarının müəyyən olunmasını istəyirlər. 4 saylı Mənzil İstismar idarəsinin 06 aprel 2022-ci il tarixli, 16 nömrəli arayışına əsasən Naxçıvan şəhəri, Çənlibel, 24/30 nömrəli evdə yaşamış mərhumə X9 İddiaçı1 (əri - 1959-cu il təvəllüd), X87 (oğlu - 1984-cü il təvəllüd), X96 (oğlu - 1986-cı il təvəllüd) və X79 (qızı - 1993-cü il təvəllüd) adlı vərəsələri vardır. ünvan 1 ünvan 20 Yanvar küçəsi ev 52) mərhum X18 X34 (atası- vəfat edib), X49 (anası- vəfat edib), Cavabdeh1 (qardaşı-1949), X23 (bacısı- vəfat edib), İddiaçı2 (bacısı- 1953), Cavabdeh2 (bacısı- 1955), X24 (bacısı- 1957), X19 (bacısı- 1960) və X20 (bacısı- 1962) adlı vərəsələri vardır. Mərhum qardaşı X41 ailə həyatı qurmamış, onun varisi o olmaqla payının müəyyən olunmasını məhkəmədən xahiş edir. X35 xx.xx.1982-ci il tarixdə, X49 xx.xx.1965-ci il tarixdə, X41 xx.xx.2019-cu il tarixdə, X19 16 may 2010-cu il tarixdə, X42 xx.xx.2018-ci il tarixdə, X62 xx.xx.2002-ci il tarixdə, X23 xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Naxçıvan şəhər 2 saylı Nikah evinin xx.xx.2022-ci il tarixli, 05/Q-163/16 saylı arayışına əsasən X77 xx.xx.1976-cı il tarixdə, X76 xx.xx.1974-cü il tarixdə, X96 xx.xx.1986-cı il tarixdə, X43 xx.xx.1960-cı il tarixdə, X80 xx.xx.1993-cü il tarixdə, X87 xx.xx.1984-cü il tarixdə anadan olmuşlar. Mərhum qardaşı X41 nikaha daxil olmamış və vəfat etmişdir. X33 vərəsəsi yoxdur. Naxçıvan şəhəri, 20 yanvar küçəsi, ev 52-də yerləşən həmin əmlakda paylarının naturada bölünmədiyindən aralarında mübahisələr, narazılıqlar olur. Bu səbəbdən də o payının naturada bölünməsini istəyir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə iddiaçı Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X76, X77, X87, X96 və X50 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, X96 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə, mülki iş üzrə məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbinə etirazının olmadığını, iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, X76 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə, mülki iş üzrə məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələbinə etirazının olmadığını, iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X76, X77, X87, X96 və X44 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X63, X51, X64, X36, X45, X15 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X52, X46, X53, X25, X37, X10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında qardaşı X18 payının müəyyən olunmasını istədiyini, qardaşı evlənmədiyi üçün başqa vərəsəsi olmadığını ünvan 2 yerləşən torpaq sahəsində qardaşı X18 1/10 hissədə payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Ələsgərova (Salmanova) Rəna Abbas qızı izahatında anası X7 ünvan 2 yerləşən torpaq sahəsində 1/10 hissədə payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında arvadı X12 ünvan 2 yerləşən torpaq sahəsində 1/10 hissədə payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında atası Cavabdeh1 ünvan 2 yerləşən torpaq sahəsində 1/10 hissədə payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, payların müəyyən edilməsinə etiraz etmədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 iddia tələbinə heç bir etirazının olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 2 yerləşən ümumi sahəsi 0.1438 ha olan torpaq sahəsinin X33, X21, Cavabdeh1, İddiaçı2, Cavabdeh2, X11, X9, X10, X18 və X16 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: İş materiallarına əlavə edilmiş NMR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların X74 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 0.1438 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 m2 olan fərdi yaşayış evi X33, X21, Cavabdeh1, İddiaçı2, Cavabdeh2, X11, X9, X10, X18 və X16 adına Daşınmaz əmlakın dövlət reyestrində 18/47 nömrəli reyestr kitabının 9150 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 028936 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən və xx.xx.2022-ci il tarixli 1309 nömrəli arayışından görünür ki, ünvan 2 yerləşən daşınmaz əmlak ümumi birgə mülkiyyət kimi X33, X21, Cavabdeh1, İddiaçı2, Cavabdeh2, X11, X9, X10, X18 və X16 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1281 nömrəli arayışdan görünür ki, ünvan 2 yerləşən fərdi yaşayış evində X88, X81, X82, X97, X54, X55, X65, X47, Cavabdeh1, Nümayəndə, Cavabdeh2, X20, X56 və X89 pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1280 nömrəli arayışdan görünür ki, mərhum X4 şəhəri, 20 yanvar küçəsi, ev 52 ünvanında ünvanında yaşamış və onun X88, X81, X90, X57 və X66 adlı vərəsələri var. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1216 nömrəli arayışdan görünür ki, X2 şəhəri, Xətai məhəlləsi, döngə 5, ev 7 ünvanında yaşamış və onun X83, X77, X76, X48 və X78 adlı vərəsələri var. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1350 nömrəli arayışdan görünür ki, X6 şəhəri, 20 yanvar küçəsi, ev 52 ünvanında yaşamış və onun X34 adlı vərəsəsi var. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər icra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 24 nömrəli arayışdan aydın olur ki, mərhum X5 şəhəri, 20 Yanvar, ev 39 (yeni ünvan Naxçıvan şəhəri, 20 Yanvar küçəsi, ev 52) ünvanında yaşamış və onun X34, X49, Cavabdeh1, X23, İddiaçı2, Cavabdeh2, X24, X19 və X20 adlı vərəsələri var. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər icra Hakimiyyəti 4 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 16 nömrəli arayışdan görünür ki, mərhum X1 şəhəri, Çənlibel küçəsi, 24/30 ünvanında yaşamış və onun İddiaçı1, X87, X96 və X79 adlı vərəsələri var. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli, 599407 nömrəli çıxarışdan görünür ki, X34 və X26 birgə nikahından 18 mart 1964-cü il tarixdə X41 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən təkrar verilmiş 26 mart 1986-cı il tarixli, Xİ- ЖГ seriyalı, 401570 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X34 və X26 birgə nikahından xx xxxx 1953-cü il tarixdə İddiaçı2 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 770800 nömrəli çıxarışdan görünür ki, X67 və X26 birgə nikahından 02 mart 1960-cı il tarixdə X43 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər zaks şöbəsi tərəfindən verilmiş 27 iyul 1955-ci il tarixli, ИЖ seriyalı, 428206 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X34 və X26 birgə nikahından xx xxxx 1949-cu il tarixdə Cavabdeh1 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan rayon zaks şöbəsi tərəfindən verilmiş 17 dekabr 1974-cü il tarixli, İİİ- ЖГ seriyalı, 268688 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X83 və X16 birgə nikahından 10 avqust 1972-ci il tarixdə X78 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 337279 nömrəli çıxarışdan görünür ki, X83 və X16 birgə nikahından 10 avqust 1972-ci il tarixdə X76 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 352748 nömrəli çıxarışdan görünür ki, X83 və X7 birgə nikahından 13 fevral 1976-cı il tarixdə X77 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 24 mart 1981-ci il tarixli, Vİİİ-Жİ seriyalı, 298187 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 və X17 birgə nikahından xx xxxx 1981-ci il tarixdə Nümayəndə adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 498530 nömrəli çıxarışdan görünür ki, İddiaçı1 və X12 birgə nikahından 05 iyun 1986-cı il tarixdə X96 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 299205 nömrəli çıxarışdan görünür ki, İddiaçı1 və X12 birgə nikahından 08 mart 1993-cü il tarixdə X84 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 347232 nömrəli çıxarışdan görünür ki, İddiaçı1 və X12 birgə nikahından 15 avqust 1984-cü il tarixdə X87 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, X34 xx.xx.1982-ci il tarixdə UQD çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 87 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, X49 xx.xx.1965-ci il tarixdə bədənin bütün hissəsinin yanması səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 138229 nömrəli çıxarışdan görünür ki, X62 xx.xx.2002-ci il tarixdə ürəyin işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 120 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ seriyalı, 701122 nömrəli çıxarışdan görünür ki, X23 xx.xx.2016-cı il tarixdə beyin qan dövranının çatışmazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 292 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 598121 nömrəli çıxarışdan görünür ki, X42 xx.xx.2018-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 260 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 375846 nömrəli çıxarışdan görünür ki, X19 xx.xx.2010-cu il tarixdə intihar, baş beyinin əzilməsi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 148 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ seriyalı, 748031 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X41 xx.xx.2023-cü il tarixdə qaraciyər xərçəngi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 103 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X27 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1219 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 şəhəri, Çənlibel küçəsi, ev 10, mənzil 14 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 429 nömrəli arayışdan görünür ki, İddiaçı2 ünvan 10 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-950/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Naxçıvan şəhəri 20 Yanvar küçəsində 0.1438 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 62.8 kv.m olan 52 nömrəli fərdi yaşayış evində iddiaçılar İddiaçı2 payının 1/10 hissə, X11 payının 1/10 hissə, Akdağ (Abazərova) Zərifə Bayraməli qızının payının 1/10 hissə və X10 payının 1/10 hissə olmasının müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçıların ünvan 2 yerləşən torpaq sahəsindən X12, Cavabdeh1, X7 və X18 hər birinin 1/10 hissədə paylarının müəyyən olunmasını tələb etmələri isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumpsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin daşınmaz əmlak 10 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək mülki işin mübahisəli halı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıların tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 2 yerləşən 0.1438 ha torpaq sahəsi və onun üzərində yerləşən 62.8 kv.metr fərdi yaşayış evindən X12 payı 1/10 hissə, Cavabdeh1 payı 1/10 hissə, X7 payı 1/10 hissə və X18 payı 1/10 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı2 tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - ünvan 2 yerləşən 0.1438 ha torpaq sahəsi və onun üzərində yerləşən 62.8 kv.metr fərdi yaşayış evindən X12 payı 1/10 hissə, Cavabdeh1 payı 1/10 hissə, X7 payı 1/10 hissə və X18 payı 1/10 hissə müəyyən edilməli; - İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı2 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 2 yerləşən 0.1438 ha torpaq sahəsi və onun üzərində yerləşən 62.8 kv.metr fərdi yaşayış evində X12 payı 1/10 hissə, Cavabdeh1 payı 1/10 hissə, X7 payı 1/10 hissə və X18 payı 1/10 hissə müəyyən edilsin. İddiaçı2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-606/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-606/2024
13.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver