Məhkəmə qərarları › İş №2(078)-627/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-627/2021

08.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-627/2021 08.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin alınıb verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 16 may 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh evə çəkilən xərcin 19101.74 (on doqquz min yüz bir manat, yetmiş dörd qəpik) manatın yarısı olan 9550.87 (doqquz min beş yüz əlli manat, səksən yeddi qəpik) manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 27 yanvar 2011-ci il tarixdə ailə həyatı qurmuşlar. Nikahlarından iki övladları olmuşdur. Nikahları Naxçıvan Şəhər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi əsasında pozulmuşdur. Birgə nikah dövründə ünvan 1 ünvanında ikimərtəbəli yaşayış evi tikmişlər. Tikintinin aparılmasına və onların təmirinə iddiaçının anası X1 Türk Bankdan 7331.74 (yeddi min üç yüz otuz bir manat, yetmiş dörd qəpik) manat pul vəsaiti götürmüş və həmin pulu iddiaçıya vermişdir. Pul vəsaiti evin tikilməsinə xərclənmişdir. Bundan başqa materiallardan aboy, laminant, lambirin “Cahan İnşaat”dan alınmışdır. Lambirinə 560 (beş yüz altmış) manat, kleyə 200 (iki yüz) manat xərclənmişdir. Aboyun alınmasına 2000 (iki min) manat, laminantın alınmasına 1760 (bir min yeddi yüz altmış) manat pul vəsaiti xərclənmişdir. Hamamın duş kabinəsinin yığılmasına 650 (altı yüz əlli) manat xərclənmişdir. Pilləkənin yığılmasına görə Azər ustaya 2500 (iki min beş yüz) manat verilmişdir. Qapılara 1400 (bir min dörd yüz) manat pul vəsaiti keçirilmişdir. Pəncərələr 1500 (bir min beş yüz) manat, əlavə qapı 700 (yeddi yüz) manat pul tutmuşdur. Hamamın kafelinə 500 (beş yüz) manat verilmişdir. Evə çəkilə xərc 19101.74 (on doqquz min yüz bir manat, yetmiş dörd qəpik) manat təşkil edir. 08 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 02 iyul 2021-ci il tarixdə iş üzrə İddiaçı məhkəməyə ərizə göndərərək ərizədə Cavabdeh qarşı qaldırdığı çəkilən xərclərin alınıb verilməsi tələbi ilə bağlı iddia ərizəsini geri götürdüyünü, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin özünə qaytarmaqla ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamış, cavabdehin vəkili Vəkil da məhkəmə iclası zamanı bununla bağlı heç bir etirazları olmadığını qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin alınıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 28 aprel 2021-ci il tarixli, 6871 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı çəkilmiş xərclərin alınıb verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 28 aprel 2021-ci il tarixli, 6871 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar