Məhkəmə qərarları › İş №2(078)-633/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-633/2025

01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-633/2025 01.10.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1830 (bir min səkkiz yüz otuz) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 39 (otuz doqquz) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh 23 oktyabr 2021-ci il tarixdə Sədərək rayon Dəmirçi kəndində yerləşən ona məxsus dükandan dəyəri 900 (doqquz yüz) manat olan "EUROLUX" markalı 8 kq paltaryuyan, 1130 (bir min yüz) manata "LG" markalı 108 ekran televizor almış, ilkin ödəniş olaraq həmin tarixdə ona 200 (iki yüz) manat ödəniş etmişdir. Dəfələrlə əlaqə yaratmağa çalışmağına baxmayaraq bu günə qədər heç bir ödəniş etməmişdir. xx.xx.2024 tarixlərdə ona pretenziya məktubu da göndərmişdir. Lakin Oğuz ona olan borcunu ödəməmişdir. Mülki iş üzrə 01 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi X2 cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 01 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh nümayəndəsi X3 aralarında bağlanmış 01 oktyabr 2025-ci il tarixli barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: -İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə 1830 (bir min səkkiz yüz otuz) manat borcun 2025-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat (sonuncu ay 180 (bir yüz səksən) manat) olmaqla 12 ay ərzində, yəni 2026-cı ilin oktyabr ayınadək ona verilməsi ilə razılaşır və buna etiraz etmir. Barışıq sazişinin şərtləri ilə razılaşaraq təsdiq olunmasını, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. -İş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə Cavabdeh adından 1830 (bir min səkkiz yüz otuz) manat borcun 2025-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat (sonuncu ay 180 (bir yüz səksən) manat) olmaqla 12 ay ərzində, yəni 2026-cı ilin oktyabr ayınadək cavabdeh tərəfindən ödənilməsi şərtilə razılaşır. Barışıq sazişinin şərtləri ilə razılaşaraq təsdiq olunmasını, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, İddiaçı ilə Cavabdeh nümayəndəsi X3 arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, İddiaçı ilə Cavabdeh nümayəndəsi X3 arasında bağlanmış barışıq sazişinin şərtləri qanunazidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, 3222 nömrəli qəbzlə ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: -İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə 1830 (bir min səkkiz yüz otuz) manat borcun 2025-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat (sonuncu ay 180 (bir yüz səksən) manat) olmaqla 12 ay ərzində, yəni 2026-cı ilin oktyabr ayınadək ona verilməsi ilə razılaşır və buna etiraz etmir. -İş üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə Cavabdeh adından 1830 (bir min səkkiz yüz otuz) manat borcun 2025-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat (sonuncu ay 180 (bir yüz səksən) manat) olmaqla 12 ay ərzində, yəni 2026-cı ilin oktyabr ayınadək cavabdeh tərəfindən ödənilməsi şərtilə razılaşır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2025-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2025-ci il tarixli, 3222 nömrəli qəbzlə ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar