Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-641/2020 18.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi Babayeva Könül Yunis qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (evin) açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə (3/5 hissədə payın) cavabdehlər tərəfindən ona və övladlarına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, həyat yoldaşı X2 xx xxxxxx 2017-ci il tarixdə vəfat etdiyini, mərhumdan miras olaraq isə ünvan 1 ünvanında yerləşən mənzildən ibarət daşınmaz əmlakın qaldığını, mərhumun anası Cavabdeh1 miras əmlakdakı payın müəyyən edilməsinə dair Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, işə baxılması nəticəsində qəbul edilmiş qətnamə ilə həmin əmlakın 1/5 hissəsinin Cavabdeh1, 1/5 hissəsinin Cavabdeh2 payı olaraq müəyyən edildiyini, qalan hissədə isə qanun üzrə vərəsələr olaraq özünün və iki övladı- xx xxxxx 2018-ci il təvəllüdlü X8 ilə xx xxxx 2012-ci il təvəllüdlü X3 payının müəyyən edildiyini, uşaqlarının və özünün həmin evdə yaşayışlarının mümkünsüzlüyü səbəbindən evə olan 3/5 paylarına münasibətdə məhkəmədə birgə mülkiyyətdə olan əmlakda payın naturada bölünməsinə dair iddia qaldırdıqlarını, iş üzrə keçirilmiş tikinti-texniki ekspertizası üzrə xx xxxxxx 2018-ci il tarixli, 211/18 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən qeyd olunan ünvanda yerləşən ümumi sahəsi 56.1 kv.m olan mənzildən paylı mülkiyyət hüququ üzrə özünün, X4 və X3 hər birinə çatan 1/5 hissə pay olmaqla, ümumilikdə 3/5 hissədə payın təcrid mənzillər şəklində ayrılması texniki cəhətdən mümkün olmadığına görə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(078)-686/2018 nömrəli qətnaməsi ilə iddianın rədd edildiyini, bundan sonra paylı mülkiyyətdə olan əmlakdakı payların təcrid mənzillər şəklində ayrılması texniki cəhətdən mümkün olmadığına görə yenidən iddia qaldıraraq paylı mülkiyyətdə olan əmlakın-payın dəyərinin ödənilməsini tələb etdiklərini, lakin cavabdeh tərəfin məhkəmədə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (evin) dəyərinin paylarına mütənasib surətdə (3/5 hissədə payın) ona və övladlarına ödənilməsindən imtina edərək iddianı qəbul etmədiklərini, bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-05/2020 nömrəli qətnaməsi ilə bu tələbinə dair iddialarının da rədd edildiyini, artıq neçə illərdir ki uşaqları ilə birlikdə atasının evində yaşadığını, övladları böyüdükcə onların qayğılarının da artdığını, bu səbəbdən də onların rahat yaşayışını təmin edə biləcək daimi yaşayış yerinə ehtiyaclarının olduğunu, cavabdehlə birgə yaşamaqlarının isə mümkünsüz olduğunu, evin dəyərinin müəyyənləşdirilməsi üçün 2(078)-05/2020 nömrəli iş üzrə qiymətləndirmə keçirildiyini, təxmini dəyərinin də müəyyən olunduğunu, mənzilin dəyərinin 35000-40000 müəyyən olunduğunu, bunları nəzərə alaraq, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (evin) açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə (3/5 hissədə payın) cavabdehlər tərəfindən ona və övladlarına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiklərini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30-da keçiriləcək məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh1 iştirakı olmadan keçirilmişdir. Lakin əvvəlki məhkəmə baxışı iclasında iştirak edərək cavabdeh qismində izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək, iddia tələbi ilə razı olmadığını, İddiaçı hələ onun evinə gəlin gəlməmişdən 12 il əvvəl həmin evi Qazaxıstan Respublikasında işləyib qazandığı pul ilə aldığını, iddiaçının nəvələri ilə birgə gəlib həmin evdə yaşamaqlarına etiraz etmədiyini, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili X9 xx xxxxxx 2020-ci il tarixdə, saat 11:30-da keçiriləcək məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh1 vəkilinin iştirakı olmadan keçirilmişdir. Lakin əvvəlki məhkəmə baxışı iclasında iştirak edərək Cavabdeh1 vəkili qismində izahat verən X13 iddianı qəbul etmədiklərini, cavabdehin izahatına əlavəsinin olmadığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası Cavabdeh2 iştirakı olmadan keçirilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında "Qəyyumluq və Himayə Komissiyası”nın nümayəndəsi Babayeva Könül Yunis qızı məhkəmə baxışı iclası zamanı izahatında, hazırki mübahisə tərəfləri olan azyaşlı mülkiyyətçilərin anaları İddiaçı himayəsində yaşadıqlarını, hazırda onların yaşamağa şəxsi mənzillərinin olmadığını, İddiaçı azyaşlı uşaqları ilə atasına məxsus mənzildə yaşadığını, cavabdeh tərəfin isə onların mübahisəli mənzildə yaşamasına real şərait yaratmadığını, iddiaçı onlara düşən mülkiyyətlərindən istifadə edə bilmədiyindən hərrac yolu ilə payını reallaşdırıb özlərinə mənzil əldə etmək istədiyindən azyaşlı mülkiyyətçilərin hüquqlarını müdafiə edərək mübahisəyə baxılmaqla ədalətli qərar verilməsinin qanuni olacağını bildirdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.1 kv.m olan mənzil xx.xx.2018-ci il tarixdə 1/5 hissədə İddiaçı, 1/5 hissədə X4, 1/5 hissədə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3582 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********23-05101-093027, qeydiyyat nömrəsi: **********). Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx xxxxxx 2018-ci il tarixli, 211/18 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.1 kv.m olan mənzildən paylı mülkiyyət hüququ üzrə İddiaçı, X4 və X3 hər birinə çatan 1/5 (beşdə bir) hissə pay olmaqla, ümumilikdə 3/5 (beşdə üç) hissədə payın təcrid mənzillər şəklində ayrılması (bölünməsi), İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 1.3., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(078)-686/2018 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakda 3/5 payın naturada bölünməsi və özünə və uşaqlarına verilməsi və həmçinin iddia təmin olunacağı təqdirdə məhkəmə xərcləri olan 10 (on) manat notarius rüsumunun, 30 (otuz) manat dövlət rüsumunun, 750 (yeddi yüz əlli) manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(078)-05/2020 nömrəli qətnaməsinin surətinə əsasən,İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın payının dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə toplanmış sübutlara, izahatlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.1 kv.m olan mənzil açıq hərracdan satılmalı və satış pulu paylara uyğun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, iş üzrə sübutlarla tam təsdiq olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə İddiaçı, 1/5 hissədə X4, 1/5 hissədə X3 mülkiyyətində olsa da, iddiaçı həmin mənzilə mülkiyyətçi kimi sərəncam və istifadə hüququnu həyata keçirə bilmədiyindən Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin mülkiyyətdə olan mübahisəli mənzilin real bölgüsü mümkün olmadığından və cavabdeh tərəfdən kompensasiya ilə bağlı məbləğdə razılıq əldə edilmədiyindən iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair"x xxxxx 2014-cü il tarixli qərarına əsasən nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56.1 kv.m olan mənzil açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğin 1/5 hissəsi İddiaçı, 1/5 hissəsi X5, 1/5 hissəsi X6, 1/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi Cavabdeh2 paylarına mütənasib surətdə verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-641/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-641/2020
18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver