Məhkəmə qərarları › İş №2(078)-658/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-658/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-658/2025 15.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı cavabdeh Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” X7 və Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvanpoçt" X5 530 (beş yüz otuz) manat borc məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 560 (beş yüz altmış) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının yazılı yazılığı ilə məhkəmənin 12 may 2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2024-cü il tarixdə "Umico" Marketdən kredit müqaviləsi əsasında 419 (dörd yüz on doqquz) manat dəyərində Lenovo markalı noutbuk sifariş etmişdir. Kreditlə aldığına görə noutbukun qiyməti 453,27 manat təşkil etdirdi. 01 noyabr 2024-cü il tarixdə noutbuk "Sürət karqo" vasitəsilə ona çatdırılmışdır. 07 noyabr 2024-cü il tarixdə noutbuku Masallıya göndərmək məqsədilə noutbuku Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvanpoçt" X7 aparmışdır. Noutbukun BB021455855AZ bağlama nömrəsi ilə Masallı rayonu, Türkoba kənd AZ4437 nömrəli Poçt Şöbəsinə göndərilməsi ilə bağlı ona məlumat verildi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq bağlama müvafiq ünvana çatmamışdır. Bununla bağlı X2 dəfələrlə müraciət etməsinə baxmayaraq ona hər dəfə müxtəlif bəhanələrlə bağlama haqqında məlumat verəcəklərini bildirsələr də, heç nə deməmişdirlər. 16 dekabr 2024-cü il tarixdə Poçta şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvanpoçt" X6 16 dekabr 2024-cü il tarixli 3-27-100-11/2-405/2024 nömrəli məktubu ilə ona bağlama ilə əlaqədar araşdırma aparılacağı bildirilsə də, ağlabatan cavab ala bilməmişdir. Təqribən 15 gün sonra ona bildirdilər ki, bağlama itmişdir. Ona isə bunun müqabilində Poçt tərəfindən sadəcə 53 (əlli üç) manat göndəriş pulunu qaytardılar. Məsələ ilə əlaqədar Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsinə müraciət etdim. Müracətinə cavab olaraq 13 mart 2025-ci il tarixli, 325436/2-6869/2025 nömrəli məktubla ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd etmişdir ki, Naxçıvana tələbə kimi gəlmişdir. Gərək noutbukun itməsi ilə əlaqədar məsrəflər, gərək də poçta dəfələrlə getməyi ilə əlaqədar ona xeyli maddi ziyan dəymişdir. Əlavə olaraq noutbuku aldıqdan sonra ona əməliyyat sistemini də 30 (otuz) manat ödəniş edərək yüklətmişdir. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvanpoçt" X11 noutbukumun itməsi ilə əlaqədar ona heç bir kompensasiya ödəməmiş, həm maddi, həm də mənəvi zərər vermişdir. Ona ümumi olaraq 530 (beş yüz otuz) manat maddi zərər dəymişdir. Hesab etmişdir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbinin tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 530 (beş yüz otuz) manat pul məbləğinin və 30 (otuz manat dövlət rüsumunun ümumilikdə 560 (beş yüz altmış) manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsini göstərmişdir. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 448.1, 449.1, 385.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” X6 göndərdiyi 01 may 2025-ci il tarixli etirazında bildirilmişdir ki, İddiaçı "Naxçıvanpoçt" X7 (PHŞ) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək 530 (beş yüz otuz) manat itən bağlaması üçün, 30 (otuz) manat dövlət rüsumu üçün, ümumilikdə 560 (beş yüz altmış) manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirik ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı 07 noyabr 2024-cü il tarixində "Naxçıvanpoçt" PHŞ-nin Mərkəzi poçt şöbəsindən göndərdiyi bağlama (bağlama nömrəsi - BB021455855AZ) müvafiq qaydada qəbul edilərək ünvan sahibinə çatdırılması üçün Cavabdeh1-nin X8 - AZ9095 yola salınmışdır. İddiaçı 5 manat 30 qəpik çatdırılma haqqı ödəmişdir. BB021455855AZ saylı bağlama Cavabdeh1-nin X8 göndərilməsi üçün "Naxçıvanpoçt" PHŞ tərəfindən X3 limanına təhvil verilmiş və bununla əlaqədar olaraq qaimə tərtib olunmuş və orada bağlamanın təhvil alındığı qeyd olunmuşdur. İddiaçı 10 dekabr 2024-cü il tarixdə bağlamanın ünvana çatmaması, Cavabdeh1 tərəfindən bağlamanın itirildiyi və bağlamanın içərisindəki əşyanın dəyərinin ödənilməsi ilə əlaqədar "Naxçıvanpoçt" PHŞ-yə müraciət etmişdir. Müraciətin araşdırılması ilə bağlı tərəfimizdən “Azərpoct" MMC-nin X8 16 dekabr 2024-cü il tarixində məktub göndərilmişdir. Cavabdeh1-nin X12 itirilmiş hesab edilən bağlama ilə əlaqədar "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.3-cü maddəsinə əsasən daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında, yəni 53 (əlli üç) manat günahkar şəxsdən tutaraq İddiaçı kompensasiya ödənildiyi barədə 16 yanvar 2025-ci il tarixli məktubla məlumat vermişdir. Müvafiq təsdiqedici sənədlər işin materiallarına əlavə olunur. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı halda tələb edə bilər. "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən poçt haqqında" Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən poçt operatorları qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində məsuliyyət daşıyırlar. Həmin Qanunun 1.0.13.-cü maddəsinə əsasən bəyan olunmuş qiymət poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləğidir. Yəni bu kimi hallarda qanunvericilikdə poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən yalnız bəyan edilmiş poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, V. Abbasov bağlamanı "Naxçıvanpoçt" PHŞ-yə təhvil verən zaman bağlamanın qiymətini bəyan etməmişdir. Bu halda müvafiq Qanunun 17.1.3-cü maddəsinə əsasən daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında kompensasiya ödənilir ki, müvafiq məbləğ (53 manat) də Cavabdeh1 tərəfindən İddiaçı ödənilmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən məlumatlara əsasən "Naxçıvanpoçť" X11 məsələ ilə bağlı cavabdeh deyildir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq məhkəmədən xahiş etmişdir ki İddiaçı cavabdeh "Naxçıvanpoçt" PHŞ-yə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında İddiaçı izahatında bağlamanı verdikdə bir problem olmayacağını dediklərini, qiymətləndirmə ilə bağlı ona heç bir məlumat verilmədiyini, olası hər hansısa problemdə özlərinin cavabdeh olduqlarını dediklərini, kamera görüntülərinə baxdıqlarını, Şahnaz xanım və Cəlil müəllimlə birgə Sevinc xanımın otağında baxdıqlarını, ona maraqlı deyil bağlamanın hansı poçt tərəfindən itirilməsini bilmədiyini, özünə dəyən maddi ziyanın ödənilməsini istədiyini, 6 manat 80 qəpik ödəniş etdiyini, lakin qaytarıldıqda 5 manat 30 qəpiyin 10 misli ilə hesabladıqlarını, qanunsuz işlədiklərini, video görüntüləri qəsdən sildiklərini, qanunsuz işlədikləri üçün görüntüləri sildiklərini, bağlamanı göndərdikdən 2 həftə sonra mübahisənin başladığını, şikayət edərkən onu direktorun yanına qoymadıqlarını, pulunu tam məbləğdə geri istədiyini, hansı poçtun ödəməsinin fərqi olmadığını, pulunu istədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” X10 nümayəndəsi X1 izahatında Naxçıvan poçtla bağlı bir problemin olmadığını, bağlamanın Azərpoçta təhvil verildiyini, bağlama onlarda olarkən itmədiyini, özlərinin cavabdeh olmadıqlarını, Naxçıvanpoçtla bağlı bir məsələnin olmadığını, hətta iddiaçıya Azərpoçt tərəfindən ödənişin 10 misli məbləğində 53 manat konpensasiyanın artıq ödənildiyini, təqdim etdikləri etirazda hər bir nüansı əsaslandırdıqlarını, kamera görüntülərinə özlərinin baxdıqlarını, Azərpoçtun imzalı sənədləri olduğunu, bağlamanın Azərpoçtda olduğunu, vətəndaşa da bunu bildirdiklərini, vətəndaşın bağlamanı göndərdikdə bağlamanı vətəndaşın qiymətləndirdiyini, bağlamanın dəyərinin 15 faizini ödədikdə, gələcəkdə bağlama itdikdə qiyməti dəyərində rüsum ödədiyinə görə konpensasiya tam ödənildiyini, vətəndaşın isə sadəcə 5 manat 30 qəpik minimal standart rüsumu ödədiyini, qiymətləndirmə etmədiyini, bu iş barədə ümumiyyətlə özlərinin cavabdeh olmadıqlarını bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh3 MMC-ə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh3 MMC tərəfindən xx.xx.2025-ci il tarixdə məktub göndərərək prosesdə iştirak edə bilməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh3 MMC elektron məhkəmə informasi sistemi ilə məhkəməyə məktub göndərərək bildirmişdir ki, müvafiq iş üzrə təqdim edilmiş sənədlər və materiallarla ətraflı tanış olmaq, iddia ərizəsində qeyd edilən məsələnin tərəflərindən tam və obyektiv araşdırılması üçün iş üzrə əlavə Cavabdeh3 MMC-yə müəyyən vaxt və şəraitin yaradılması, habelə iş üzrə icraatın effektivliyini təmin etmək və sənədlərlə operativ tanış olmaq üçün Cəmiyyətin elektron məhkəmə kabinetinə əlavə edilməsi zəruridir. Bununla yanaşı qeyd etmək istəyirik ki, 02 iyun 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan iclasda Cəmiyyətimizin nümayəndələrinin iştirakı mümkün hesab edilmir. Belə ki, 02 iyun tarixindəki iclas saat 16:00-a təyin edilmiş, lakin həmin tarixdə və ya yaxın tarixlərdə Bakı şəhərindən Naxçıvan şəhərinə aviabiletlərin sayı tükənmişdir. Bu səbəbdən gələcəkdə təyin ediləcək iclaslarda iştirakının təmin edilməsi üçün Cəmiyyətimizə məlumat verilməsi məqsədəuyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq məhkəmə işi üzrə Cəmiyyətimiz üçün lazımi vaxt və şəraitin yaradılmasını, Cavabdeh3 MMC-nin elektron məhkəmə kabinetinə əlavə edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh3 MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə ərizə göndərərək 15 iyul 2025-ci il tarixə saat 09:30-a təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan aydın olur ki, İddiaçı 08 mart 2016-cı il tarixdən Masallı rayonu, Türkoba ərazi dairəsi, Qəzvinoba kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli satış çekindən məlum olur ki, Lenevo V15 G2 JL Model 8 markalı noutbukun qiyməti 419 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadığı halda tələb edə bilər. "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət daşıyırlar: 17.1.1. qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində; 17.1.2. qiyməti bəyan olunmuş poçt göndərişinin içərisindəkilərin bir hissəsinin itirildiyi, oğurlandığı zədələndiyi və xarab olduğu halda həmin əşyaların göndəricinin siyahıda göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında; 17.1.3. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında; "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.13.-cü maddəsinə əsasən bəyan olunmuş qiymət poçt göndərişinin qəbulu zamanı göndərici tərəfindən bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki əşyaların zədələnməsi hallarında ona və ya onun təyin etdiyi şəxsə ödəniləcək kompensasiyanın məbləğidir. İş materiallarında olan sənədlərdən aydın olur ki, Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvanpoçt” X11 tərəfindən vətəndaş İddiaçı poçt göndərişinin çatdırılmaması barədə müraciəti araşdırılmışdır. Sənədlərlə müəyyən edilir ki, İddiaçı tərəfindən Abbasova Sevgul adına Masallı rayonu Türkoba kəndinə BB02145585AZ göndərişli bağlama üçün 4.80 manat rüsum və 0.50 poçt göndərişinin qablaşdırılması aparılmış və bağlamanın çəkisi 2.7 kiloqram olmuşdur. Vətəndaş tərəfindən “Naxçıvanpoçt” X7 təhvil verilən poçt bağlaması Embroer UK-AZ-67 256 nömrəli təyyarə ilə xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhərindən Bakı şəhərinə göndərilmişdir. Bununla bağlı müvafiq sənədləşmələr iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh3 MMC tərəfindən X12nin 16 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Naxçıvandan göndərilən BB021455855AZ saylı bağlama fiziki olaraq daxil olmasa da HNPDS-nin əməliyyatçı-nəzarətçisi Bəsti Quliyeva tərəfindən səhvən sistem üzərindən qəbul edilmişdir. Daxil olma tarixindən uzun müddət keçdiyi üçün araşdırma bir nəticə verməmişdir. İtirilmiş hesab edilən bağlama ilə bağlı kompensasiyanın “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.3-cü bəndinə əsasən 53 manat günahkar şəxsdən tutularaq ünvan 2 ünvanında yaşayan İddiaçı ödənildi. Lakin, V. Abbasov bağlamanı "Naxçıvanpoçt" PHŞ-yə təhvil verən zaman bağlamanın qiymətini bəyan etməmişdir. Bu halda müvafiq Qanunun 17.1.3-cü maddəsinə əsasən daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında kompensasiya ödənilir ki, müvafiq məbləğ (53 manat) Cavabdeh1 tərəfindən İddiaçı ödənilmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli 189 saylı əmri ilə təsdiq edilmiş digər poçt xidmətləri üçün Tariflərdən aydın olur ki, qiyməti bəyan olunmuş göndərişlər üçün 50 manatdan yuxarı hər tam və natamam 50 manat üçün əlavə haqqı 1 manat olaraq ödənilməlidir. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, həmin kompüterin qiyməti 419 manat təşkil etmişdir. Qiymət bəyan edildiyi halda yükün göndərilməsi üçün rüsum iddiaçının ödədiyi rüsumdan daha artıq məbləği əhatə edir. Buradan belə aydın olur ki, iddiaçı göndərdiyi yükün qiymətini bəyan etməmiş, buna münasibətdə rüsum ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3. Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, İddiaçı ilə Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi “Naxçıvanpoçt” X11 arasında yükün göndərilməsi barədə şifahi müqavilə bağlanmış və həmin müqavilənin bağlandığını təsdiq edən qaimələr və digər sənədlər iş materiallarında mövcuddur. İddiaçı göndərdiyi yük sənədinin qiymətləndirilməsinə dair müvafiq yük haqqı ödəməmiş, adi yükün göndərilməsi üçün nəzərdə tutulan rüsumu ödəmişdir və bu hal onun 5.30 manat çatdırılma haqqı ödənilməsi barədə qəbzlə təsdiq edilir. İddiaçı göndərdiyi yükün qiymətli əşya olmasını bəyan etməmiş və buna münasibətdə xidmət haqqı ödəməmişdir. Bu halda isə yükü göndərən şəxs olaraq İddiaçı yükün qiymətləndirilən yük olaraq bəyan edilməməsi və onun qiymətinə münasibətdə xidmət haqqı ödənilməməsi daşıyıcının yükün itirilməsinin və ya məhvinin məhz yükün dəyəri həcmində məsuliyyət daşımasını istisna edən hal hesab edilməlidir. Bu halda isə yük göndərən olaraq iddiaçı göndərdiyi bağlamanın adi çatdırılma xərcinə münasibətdə “Poçt haqqında” Qanunun tələbinə uyğun olaraq 10 misli miqdarında kompensasiya ödənilməsi hüququ yaranmışdır və bu hüququna uyğun olaraq ona cavabdeh təşkilat Cavabdeh3 MMC tərəfindən müvafiq kompensasiya ödənilmişdir. Məhkəmə bu halda sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alır. Belə ki, iddiaçı məhz göndərdiyi yükün qiymətinini bəyan etdiyini sübut etməlidir. Bunun üçün sübut isə həmin qiymətə müvafiq çatdırılma xərcinin ödənilməsi barədə qəbzin məhkəməyə təqdim edilməsidir. Lakin iddiaçı özü bildirir ki, yükün göndərilməsi zamanı sadəcə adi yük çatdırılma xərcinin ödəmişdir və həmin məbləğ qeyd edilmişdir. İddiaçı qiymətləndirmə barədə poçt operatorları tərəfindən məlumatlandırılmadığı üçün xidmət haqqı ödəmədiyini bildirmiş, lakin bu halı təsdiq edə bilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh təşkilatlara qarşı pul tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “NaxçıvanPoçt” X7 və Cavabdeh3 MMC-yə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar