Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-66/2022 12.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçı X15, iddiaçının vəkili Vəkil, cavabdeh X16, cavabdehin vəkili X5, cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8, X9 və X20 iştirakı ilə, iddiaçı X15 cavabdeh X21 qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunması, mirasın faktiki qəbulu və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Ramin Firudin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin X28 ilə mərhum həyat yoldaşı X13 birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və həmin əmlakda onun ikidə bir pay hüququnun müəyyən olunması, ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mərhum həyat yoldaşı X10 miras qalmış ikidə bir hissəsinə münasibətdə onun mirasın qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması), ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mərhum həyat yoldaşı X10 miras qalmış ikidə bir hissəsinə münasibətdə onun miras əmlakda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X22, X17, X23, X24 və X31 iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən X28 iddianı müdafiə edərək, həyat yoldaşı X26 ilə 27 iyun 1969- cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, birgə nikahlarından 6 övladının- X11, X9, X6, X8, X20 və X16 doğulduğunu, ünvan 1 ünvanında yerləşən həmin daşınmaz əmlakın onun və mərhum həyat yoldaşı X13 birgə nikah dövründə qazandıqları əmlak olduğunu, yəni onun və mərhum həyat yoldaşı X13 ümumi birgə mülkiyyəti olduğunu, onun və mərhum həyat yoldaşı X13 iddia olunan daşınmaz əmlak üzərində bərabər paylara malik olduqlarını, yəni həmin əmlakın 1/2 hissəsinin onun payı olduğunu, mərhum həyat yoldaşı X18 məxsus 1/2 hissəni isə onun və X16 faktiki olaraq həmin hissəyə sahiblik edərək birlikdə qəbul etdiklərini, daha doğrusu, iddia olunan əmlakın bütünlükdə 3/4 hissəsinin ona, 1/4 hissəsinin isə X21 çatdığını, oğlu Raminin Naxçıvan Şəhər Məhkəməsində ona qarşı iddia qaldıraraq mirasın faktiki qəbulu barədə iddia irəli sürdüyünü və Naxçıvan Şəhər Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(078)-810/2021 saylı qətnaməsi ilə iddianın təmin olunduğunu və oğlu Raminin hal-hazırda mübahisə predmeti olan əmlakda mirasın qəbulu faktını təsdiqlədiyini, həmin əmlakı mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiklərindən həmin əmlakın ümumi birgə mülkiyyət hesab olunduğunu və AR Ailə Məcəlləsinin ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlakın qanuni rejimini müəyyənləşdirdiyini, həmin əmlakın yarısının mülkiyyət hüququ ilə ona məxsus olduğunu, lakin məhkəmənin bunu araşdırmadığını, əmlakın birgə nikah dövründə əldə edilməsinə hüquqi qiymət vermədiyini və əmlaka bütövlükdə miras əmlak kimi yanaşdığını, əslində isə, bu əmlakın yarısının miras əmlak, yarısının isə ona məxsus olan əmlak olduğunu, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmasını və həmin əmlakda onun ikidə bir pay hüququnun müəyyən olunmasını, əmlakın digər yarısı olan və mərhum həyat yoldaşından qalan hissəsində isə onun mirası faktiki olaraq qəbul etməyinin təsdiq olunmasını və miras əmlak hissəsində payının müəyyən olunmasını istədiyini, həmçinin müvafiq qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verdiyini, mərhum həyat yoldaşının 05 mart 2018-ci il tarixdə dünyasını dəyişdiyini, ümumi birgə mülkiyyət olan mübahisə predmeti olan əmlakın mərhum həyat yoldaşı F.İbrahimova aid olan ikidə bir hissəsini həmin evdə yaşamaqla, faktiki sahiblik etməklə özünün və oğlu Raminin qəbul etdiklərini, bunu Raminin ona qarşı qaldırdığı iddia zamanı da verdiyi izahatında etiraf etdiyini, müvafiq qətnamənin təsviri hissəsində Raminin verdiyi izahatın da olduğu kimi qeyd edildiyini, 1969-cu ildə ailə qurduğunu, 1970-ci ildə kolxoz tərəfindən onlara torpaq sahəsinin verildiyini, ailə olaraq işləyib 1981-ci ildə özlərinə ev tikdiklərini, vərəsə olaraq Ramin İbrahimovla ondan başqa digər vərəsələrin miras əmlakı qəbul etmədiklərini, digər vərəsələrin mirasın qəbulu ilə əlaqədar notariat orqanına və məhkəməyə müraciət etmədiklərini göstərərək, ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin onunla mərhum həyat yoldaşı X13 birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və həmin əmlakda onun ikidə bir pay hüququnun müəyyən olunması, ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mərhum həyat yoldaşı X10 miras qalmış ikidə bir hissəsinə münasibətdə onun mirasın qəbul edilməsi faktının müəyyən olunması (təsdiq olunması), ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin mərhum həyat yoldaşı X10 miras qalmış ikidə bir hissəsinə münasibətdə onun miras əmlakda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən X29 iddianı qismən qəbul etdiyini, atasından qalan miras əmlakı faktiki qəbul etdiyini, bu faktın məhkəmənin qətnaməsi ilə təsdiq olunduğunu, iddiaçının da miras əmlakı qəbul etməsi faktının tanınmasını qəbul etdiyini, lakin ½ hissədə payın müəyyən olunması tələbini qəbul etmədiyini, məhkəmə qətnaməsinə əsasən həmin mülkün miras əmlak hesab olunduğunu, bu səbəbdən iddia tələbini qismən qəbul etdiyini, vərəsə olaraq onunla iddiaçıdan başqa digər vərəsələrin miras əmlakı qəbul etmədiklərini, digər vərəsələrin mirasın qəbulu ilə əlaqədar notariat orqanına və məhkəməyə müraciət etmədiklərini, hazırda həmin evi iki ailənin yaşaması üçün müəyyənləşdirərək yaşadıqlarını, iddiaçının və onun ayrı-ayrı hissələrdə yaşadıqlarını, hər iki tərəfdə yaşamaq üçün şəraitin yaradıldığını, həmin evdə özünün, yoldaşının və 3 uşağının yaşadığını, evin ümumi istifadədə olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə 05 mart 2018-ci il tarixdə ölən X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edildiyini, bundan razı qalmayan 2(078)-810/2021 nömrəli mülki iş üzrə cavabdeh (hazırda iddiaçı) X15 Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsindən Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verməklə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və 05 mart 2018-ci ildə vəfat edən mərhum həyat yoldaşı X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 3/4 hissəsinin Qətibə İbrahimova, 1/4 hissəsinin isə X29 tərəfindən qəbul edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etdiyini, Qətibə İbrahimovanın məhkəmə prosesində verdiyi apellyasiya şikayətindən imtina etdiyini, bununla da hazırki iddia tələbindən imtina etdiyini göstərərək, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili qismində izahat verən X19, ½ payı qəbul etmədiklərini, cavabdehin sözügedən ünvanda yaşadığını, mirası qəbul etdiyini, cavabdehin mərhum atası X13 05 mart 2018-ci il tarixdə vəfat etdiyini, mərhum atasının ölümündən 3 il keçdiyini, anası X15 birgə nikah dövründə qazanılmış əmlak hesab olunmasının və həmin əmlakda ikidə bir pay hüququnun müəyyən olunmadığını, cavabdehin Naxçıvan Şəhər Məhkəməsində mərhum atası X10 miras qalan ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə 05 mart 2018-ci il tarixdə ölən X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin X29 tərəfindən qəbul edilməsi faktının müəyyən edildiyini, bundan razı qalmayan 2(078)-810/2021 nömrəli mülki iş üzrə cavabdeh (hazırda iddiaçı) X15 Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsindən Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verməklə, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və 05 mart 2018-ci ildə vəfat edən mərhum həyat yoldaşı X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 3/4 hissəsinin Qətibə İbrahimova, 1/4 hissəsinin isə X29 tərəfindən qəbul edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etdiyini, Qətibə İbrahimovanın məhkəmə prosesində verdiyi apellyasiya şikayətindən imtina etdiyini, cavabdehin mərhum atası X13 ölümündən 3 il keçdiyini, iddiaçı X15 həmin müddətdə birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və həmin əmlakda ikidə bir pay hüququnun müəyyən olunması ilə əlaqədar heç bir hərəkət etmədiyini, əlavə olaraq iddiaçının Naxçıvan MR Ali Məhkəməsinə verdiyi apellyasiya şikayətindən imtina etməklə, vermiş olduğu iddia ərizəsində birgə nikah dövründə qazanılmış əmlakın hesab olunmasından imtina etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə 05 mart 2018-ci il tarixdə ölən X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X29 tərəfindən qəbul edilmə faktının müəyyən edildiyini, cavabdehin mərhum atası F.İbrahimovdan miras qalan miras kütləsinin- ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin cavabdeh tərəfindən qəbul edildiyini, cavabdehin iddiaçı X28 tərəfindən qaldırılmış iddianı qismən qəbul etdiyini, iddiaçı Q.İbrahimovanın mərhum atasının ölümündən sonra həmin evdə qalıb yaşamaqla, mirası qəbul etdiyini, cavabdehin iddianı bu səbəbdən qismən qəbul etdiyini, cavabdehin iddianı qəbul etmədiyi hissəsinə münasibətdə isə səbəbin Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etməsi və atasının ölümündən sonra ikidə bir pay hüququnu tanıtmaması olduğunu, cavabdehin iddiaçı X15 Naxçıvan Şəhər Məhkəməsində qaldırdığı iddianın qismən təmin edilməklə, mirasın onun tərəfindən qəbul edilməsi faktının tanınmasını və bərabər paylara bölünməsini xahiş etdiyini, iddianın qalan hissədə, yəni ünvan 1 ünvanında yerləşən 2802 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin iddiaçı X28 ilə mərhum həyat yoldaşı X13 birgə nikah dövründə qazanılmış əmlak hesab olunması və həmin əmlakda iddiaçı Q.İbrahimovanın ikidə bir pay hüququnun müəyyən olunması barədə iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X23, 1995-ci ildə ailə qurub evdən çıxdığını, özünə aid evinin olduğunu, atası öləndən sonra o evdə yaşamadığını, anasının və qardaşı Raminin qaldığını, başqa heç kimin olmadığını, vərəsə kimin müraciət edib qanun üzrə vərəsəlik şəhadətnaməsi almadığını, mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmədiyini, iddia vermək barədə düşünmədiyini, evin valideyinlərinə məxsus olduğunu göstərərək qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24, həmin evdə doğulduğunu, anasının kolxozda emalçı, atasının isə sürücü işlədiyini, həmin evi valideyinlərinin tikdirdiyini, 1995-ci ildə ailə qurub evdən çıxdığını, özünün evinin olduğunu, atası öləndən sonra anasının, sonra da həmin evdə Raminin qaldığını, digər vərəsələrin miras hesab olunan evdə qalmadığını və qəbul etmədiyini, atasının sağlığında Ramini evdən çıxardığını, 2018-ci ildən notariusa vərəsə kimin müraciət etmədiyini, məhkəməyə mirasın qəbulu faktı ilə bağlı müraciət etmədiyini, miras əmlakı qəbul etmədiyini göstərərək qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X31, 1996-cı ildə ailə qurub evdən çıxdığını, evdə anasının və Raminin yaşadığını, digər vərəsələrin miras evdə qalmadığını və qəbul etmədiyini, 2018-ci ildən notariusa vərəsə kimin müraciət etmədiyini, məhkəməyə mirasın qəbulu faktı ilə bağlı müraciət etmədiyini, miras əmlakı qəbul etmədiyini, əmlakın anasına çatdığını, bu səbəbdən iddia qaldırmadığını, həmin mülkün valideyinləri tərəfindən birgə nikah dövründə qazanıldığını göstərərək qanuni qərar verilməsini xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X14 və X12 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası cavabdeh tərəfdən mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11 və X6 iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiqlənmiş surətindən aydın olur ki, Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 18/20 nömrəli reyestr kitabının 3749 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********72-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 22.08.2014). Naxçıvan MR-in Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20 avqust 2014-cü il tarixli, 16574 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiq olunmuş surətinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, 05 mart 2018-ci il tarixdə ölən X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 m2 olan 2 otaqlı fərdi yaşayış evinin X29 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli, 977 nömrəli arayışa əsasən, X13 aşağıdakı vərəsələri vardır:
1. X28 həyat yoldaşı 1952-ci il təvəllüdlü;
2. X22 qızı 1970-ci il təvəllüdlü;
3. X24 oğlu 1972-ci il təvəllüdlü;
4. X17 qızı 1971-ci il təvəllüdlü;
5. X23 oğlu 1973-cü il təvəllüdlü;
6. X31 oğlu 1976-cı il təvəllüdlü;
7. X29 oğlu 1979-cu il təvəllüdlü. İ-İE 278874 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X26 ilə X32 arasında 27 iyun 1969-cu il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra qadına “İbrahimova” soyadı verilmişdir. AZ-İ 496393 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, X26 05 mart 2018-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər 1 saylı Notariat ofisinin 24 sentyabr 2021-ci il tarixli, 228 nömrəli məktubuna əsasən, X25 aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsini, izahatları və toplanmış sübutları əlaqəli şəkildə təhlil edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndində göstərilir ki, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri olmaqla yanaşı, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18.07.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Məhkəmə baxışında verilən izahatlardan, eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olmuşdur ki, X26 ilə X28 27 iyun 1969-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquq münasibətləri yaranmışdır. Mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər ailə münasibətlərinə girdikdən sonra X4 şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evini adına qeydiyyata aldırmışdır. İşin bu halı mübahisələndirilməmişdir. Mülki işin tədqiq olunan faktiki hallarından və mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, 05 mart 2018-ci il tarixdə vəfat etmiş mərhum X10 qalmış miras əmlak vərəsələrdən həyat yoldaşı X28 tərəfindən faktiki olaraq qəbul olunmuşdur. X1 həyat yoldaşı X2 əmlakda yaşamaqla mirası qəbul etmiş, həmçinin miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək qəbul etmişdir. Bu fakt iş üzrə izahatlar və iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-810/2021 nömrəli, 24 avqust 2021-ci il tarixli qətnaməsinin surətinə əsasən, 05 mart 2018-ci il tarixdə ölən X10 miras qalmış ünvan 1 ünvanında yerləşən 2802 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 153.22 m2 olan 2 otaqlı fərdi yaşayış evinin X29 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, X15 X26 ilə birgə nikah dövründə əldə etdikləri X13 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 22 avqust 2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə X15 ½ pay hüququ müəyyən olunmalı, X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X18 məxsus 1/2 hissəsinin onun həyat yoldaşı X28 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X10 miras qalmış 1/2 hissəsinə münasibətdə X15 miras əmlakda 1/4 hissədə payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. X15 X26 ilə birgə nikah dövründə əldə etdikləri X13 adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 22 avqust 2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə X15 ½ pay hüququ müəyyən olunsun. X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X18 məxsus 1/2 hissəsinin onun həyat yoldaşı X28 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. X1 mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndi, 5-ci küçədə 0.2802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48.59 kv.m yaşayış, 29.44 kv.m qeyri-yaşayış, 104.63 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin mərhum X10 miras qalmış 1/2 hissəsinə münasibətdə X15 miras əmlakda 1/4 hissədə payı müəyyən olunsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.