Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-69/2022 14.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X1, onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı mənzil təmir-tikintisinə çəkilmiş xərc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X6 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən 11147.00 (on bir min yüz qırx yeddi) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq qayınatasıdır, oğlu X17 ilə 2003-cü ildə Naxçıvan şəhər Qeydiyyat şöbəsində nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları 02 oktyabr 2004-cü il tarixdə X14, 01 avqust 2009cu il tarixdə X12 doğulmuşdur. 2007-2008-ci il aralığında ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi cavabdehin adına alınmışdır. 2009-cu ilin əvvəlində o ailəsi və uşaqları ilə evə köçmüşdür. Mənzilə köçəndə mənzilin sadəcə içəri suvağı vurulmuşdu. Cavabdehin oğlu sabiq əri Anar Əbil oğlu ilə aralarında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(078)-120/2021 saylı qətnaməsi əsasında pozulmuşdur. 2009-cu ilin əvvəlindən başlayaraq 2020-ci ilin sentyabr ayının 10 tarixinədək cavabdehin oğlu ilə birgə nikahda olduğu dövrdə yaşadığı evdə Cavabdeh adına olan ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. 2009-cu ildən başlayaraq 2020ci ilin 10 sentyabr tarixinədək cavabdehin oğlu ilə birgə nikahda olduğu dövrdə yaşadıqları evdə təmir-tikinti işləri aparmışdır. Həmin təmir-tikinti işləri-dəyəri 1000 (bir min) manat dəyərində həyətin giriş qapısına qapı-darvaza qoyulmasından, həyətin hasarın 13 kv metrində suvaq vurulmasından-bu iş üçün 90 (doxan) manat xərclənmişdir, evin fasadına 100 kv.metr sahəsinə suvaq vurulmasından bu iş üçün 950 (doqquz yüz əlli) manat xərclənmişdir, 2015-ci ildə hamam, tualet və koridorun təmir edilərək kafel vurulmasından (koridorun divarına həmçinin) umvalnik və s. avadanlıqlar alınmasından bu iş üçün 3000 (üç min) manat xərclənmişdir, hamam, tualetin təmiri zamanı 2 ədəd ağ palirovkalı qapı qoyulmasından hər birinə 250 (iki yüz əlli) manat olmaqla 500 (beş yüz) manat xərclənmişdir, 2016-cı ildə evin 6 ədəd taxta pəncərəsinin plastik pəncərə ilə əvəz edilməsindən hər birinə 170 (bir yüz yetmiş) manat olmaqla 1020 (bir min iyirmi) manat xərclənmişdir, 2017-ci ildə həyətdə tualet qoyularaq təmir edilməsindən, həyətdə yerə daş döşənməsindən, darvaza qapısının içəridən və eşikdən sütunları mərmər daşla üzlənməsindən (Naxçıvan şəhərində AVM-dən alınmışdır), həyətin iç tərəfindən 80 sm hündürlüyündə mərmər daşların dekor edilməsindən, həyətdə işıqlandırma işləri görülməsindən, işıqlandırma avadanlıqları alınmasından, bu işlərin cəminə 9700 (doqquz min yeddi yüz) manat pul xərclənmişdir, 2017-ci ildə həyətdə tikinti işləri aparılarkən evin ümumi giriş qapısı olan taxta qapının dəyişdirilərək yeni dəmir seyf qapı qoyulmasından bu iş üçün 1000 (bir min) manat xərclənib, 2020-ci ilin aprel ayının 1-i evin 3 otağının, koridorun, mətbəxin təmirinə başlanılaraq otaqlara aboy vurulmasından 1500 (bir min beş yüz) manat, otaqların iki sarı taxta qapısının əvəz olunaraq 2 ədəd yeni ağ qapı qoyulmasından hər biri 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat, mətbəxin qapısının dəyişdirilməsindən 650 (altı yüz əlli) manat dəyərəində yeni qapı qoyulmasından, mətbəxdə su sisteminin dəyişdirilməsindən, əlavə materiallar alınmasından, otqların arası 3 arakəsmə arko yığılmasından hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla 1050 (bir min əlli) manat, evin bütün otaqlarının döşəməsinin üzərinə Naxçıvan AVM-dən 932 (doqquz yüz otuz dörd) manata alınmış yeni ağ laminatın vurulmasından, qeyd edilən işlərin cəminə 5034 (beş min otuz dörd) manat xərclənmişdir. Cavabdeh adına olan ünvan 3 ünvanında yerləşən mənzildə yaşadığı 12 ilə yaxın müddət ərzində həmin mənzilin yenidənqurma və təmir işlərinin görülməsi üçün ümumilikdə 22294 (iyirmi iki min iki yüz doxsan dörd) manat pul xərclənmişdir. Həmin evdə yaşadığı müddətdə əmək fəaliyyəti ilə məşğul olaraq Naxçıvan Şəhər X4ndə dərnək rəhbəri vəzifəsində işləmiş, sabiq əri Əlizadə Anar əmək fəaliyyətində olmaqla "xxxx" firmasında və digər işlərdə çalışmışdır. Birgə yaşadıqları müddətdə sözügedən evdə yuxarıda sadalanan işlərin görülməsinə çəkilmiş xərclər eləcə də müvafiq mal-materiallarının dəyərinin ödənilməsi müştərək qazancları hesabına təmin edilmişdir. Müvafiq mənzildə görülən işlərin, alınan mal-materialların dəyərinin ödənilməsi üçün kredit götrümüş, işlədiyi müəssisədə iş yoldaşları ilə lotereya oynamış, özünün və övladlarının ehtiyaclarında fədakarlıq etmişdir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 32.1, Mülki Məcəlləsinin 157.6, 157.7, 386.1, 1091, 1092 –ci maddələrinə əsaslanaraq ünvan 4 ünvanında yerləşən mənzilin yenidən qurulması və yaxşılaşdırılması üçün çəkilən vəsaitin 22294 (iyirmi iki min iki yüz doxsan dörd) manatın yarısını təşkil edən 11147 (on bir min yüz qırx yeddi) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 18 noyabr 2021-ci il tarixdə iddiaya etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh etirazında göstərmişdir ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir, rəqəmlər şişirdilmişdir, həqiqətə uyğun deyil. İddiaçının irəli sürdüyü bəndlərin izahını belə verə bilər. 1000 manat dəyərində qiymətləndirdiyi darvaza qapısı 150 manat material məbləği təşkil etməklə dostu Şahid3 onu pay olaraq düzəltmişdir. Əlavə olaraq 13 kv.metr sahənin suvağı və evin fasadının suvağı Bayram tərəfindən 166 kv.metr cəmi 3 manatdan hesablanmaqla 499 manat təşkil etməklə tərəfindən ödənilmişdir. Hamam, tualet və koridorun təmirinə material və əl muzdu 1380 manat təşkil etmiş və tərəfindən ödənilmişdir. Hamam tualet qapıları 270 manat, 2 ədəd ağ qapı 700 manat, mətbəx qapısı 480 manat, 3 arakəsmə 1050 mana təşkil etmiş, sadalananlar küərəkəni tərəfindən düzəldilmiş, onların pulu hal-hazırda ödənilməmişdir. Plastik pəncərələr 5 ədəd hər biri 140 manat təşkil etməklə ümumi dəyəri 700 manat Kamil adlı şəxsə tərəfindən ödənilmişdir. Həyətə vurulmuş daş fakturalarda göstərilməklə 1863, 480 manat maya dəyəri əl xərci 1200 manat, ümumilikdə 3542 manat təşkil etməklə tərəfindən Üfüq adlı ustaya ödənilmişdir. Laminat ümumi dəyəri (material və əl xərci) 834 manat təşkil etmiş, tərəfindən bacısı oğlu Cavanşirə ödənilmişdir. Divar kağızları barədə heç nə deyə bilmir. O evi oğlu Anara ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Divar kağızlarından başqa ev tam olaraq təmir edilmişdi. Jalə Əlizadənin qaldırdığı iddia əsassızdır, həqiqətə uyğun deyil, şəxsi düşüncəsinə görə rəqəmlər şişirdilərək göstərilmişdir. Məhkəmə iclasında iddiaçı X6 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddia ərizəsində hər şeyi geniş şəkildə göstərmişdir. Cavabdeh tərəf də iddia ərizəsi ilə tanış olub. Əlavə olaraq bildirir ki, cavabdehin oğlu ilə 2003-cü ildə ailə qurmuşdur. Birgə nikahdan 2 övladı olub. 2021-ci ilin mart ayında məhkəmə qətnaməsi əsasında rəsmi olaraq boşanmışdır. 2008-ci ilin dekabr ayında aləliklə həmin mübahisəli əmlaka köçmüşlər. Evin tikintisi bir il davam edib. Torpaq 3 sot idi. Ev bir mərtəbəli idi. Qobulu tikilmiş və onlar köçmüşdürlər, həmin vaxt evin şəraiti yox idi, təmirsiz idi. Hamam-tualet divarları şkaturka idi, döşəməsi sadə metlax vurulmuşdur. Evin divarları gəclənmiş alçı vurulmuş, tavan alçıpan idi, döşəmə qəhvəyi rəng laminat idi. Mətbəx də eyni idi. Hələ ev tikilən zaman atası evin gəcini vermişdi, həmçinin yerə basdırmaq üçün 2 tonluq su çəni vermişdir. Həmin həyətin giriş qapısı yox idi. Evə giriş qapısı taxta materialından idi. Evin çox hissəsi təmirsiz, çox hissəsi isə orta təmirli idi. Evin təmirinə 32.000 manatdan çox miqdarında pul xərclənib. Evin demək olar ki, çox hissəsini keçmiş həyat yoldaşı Anar və qaynı Ceyhun tikiblər. Evin döşəməsi var idi. Lakin köhnə olduğu üçün özü “1 kart” vasitəsilə evin içinin döşəməsinə açıq rəngli laminant vurdurmuşdur. Köhnə döşəmənin üstündən yeni laminat vurulmuşdur. Evin giriş qapısına seyf qapısı qoymuşlar. Onun pulunu Anar Əliyev verdi. Evin divarlarına suvaq vuruldu. Ancaq hansı usta tərəfindən vurulduğunu xatırlamır. Hamam-tualetin qapıları baldızının əri Natiqin sexində düzəldildi. Anar Əliyev ustalarla birlikdə həmin qapıları gətirib qoydular. 2016-cı ildə evin taxta pəncərələri plasmas adapen pəncərələrlə əvəz edildi. Kim tərəfindən düzəldildiyini bilmir. Həmin adopen pəncərələrin pulunu atası vermişdi. Ona görə ki, Anar gümüş işinə başlamaq istədi. Atası ona dəstək olsun deyə 1000 manat pul verdi. Sonra iş alınmadı. Anar atasına pulu qaytaracağını dedi, atası da dedi ki, həmin pulla evin pəncərələrini dəyiş, toz-torpaq evə dolur. 2017-ci ildə həyət təmir edildi. Onda həyat yoldaşı "xxxx" MMC-də işləyirdi. 4-5 il həmin şirkətdə işlədi. İşi yaxşı idi. Ən çox təmir işlərinin pulunu Anar verirdi. Sonra həmin işdən çıxıb “Danyeri” marketdə çalışmağa bağladı. Onda da yaxşı pulu olduğu üçün demək olar ki, evin əksər təmir işlərini tamamlamışdılar. Həyət hamam-tualetinə 3700 manat xərc çəkilib. Evin qapılarının hamısı yenisi ilə əvəz edildi. Həmin qapılar baldızının həyat yoldaşı Natiq tərəfindən düzəldlilib. Natiqin bildiyinə görə özünün sexi var. Qapıların hər biri 500 manat pul tutub. Pandemiya dövründə evdə qaldıqları üçün otaqları təmir etməyi palnlaşdırmışdılar. Evin divarları nəmləmişdi. Uşaqlar böyüyürdü. Anara demişdir ki, “evdəyik, mən pul götürüm, usta kimi sən işlə, əlindən gəlir, evin içini də dəmir edək”. Maaşı ilə bağlı “Kapital Bank” hesabından “1 kart” la tikinti materialları götürmüşdür. 2 yataq otağını tam hazır etmiş, dəhlizin təmirində Anarla mübahisə başlamışdır. Anar onu məcbur edirdi ki, “get qal atangildə evin təmiri bitsin gələrsən”. O da razı olmurdu. Çünki Anar başı soyuqluq edirdi. 5 günlük işi 1 ay idi bitirməmişdi. Hər dəfə gedəndə baxırdı ki, ustalarla yeyib, içki içirlər. O da dözməyib danışanda mübahisə yaranırdı. Sonra Anarın pulu olmadı və məcbur qalıb gedib anasından 700 manat borc pul götürmüşdür ki, evin bir iki tikinti materiallarını alsınlar. Anar onu məcbur elədi ki, “get qızıllarını qoy lombarda bizə pul lazımdır”. Ancaq o razı olmadı. Çünki Anar elə bir insandır ki, daimi iş yeri olmayıb. Əlində olan çoxlu miqdarda pulu bir günə xərcləyən adamdır. Heç vaxt özünün sabit bir pulu olmayıb. Əgər o da əlimdə olan qızılları versə onda uşaqlarına gələcəkdə pul lazım olarsa kimin qapısına getməlidir? Buna görə Anar gedib bacısından 60 qram qızıl alıb lombarda qoydu. Bunu eşidib əsəbləşmişdir və baldızının evində söz-söhbət olmasın deyə özü pul düzəldib aparıb baldızının qızılını lombarddan çıxartmaq istəmişdir. Ancaq Anar dedi ki, “mən pul tapmışam, bacımın qızılını qaytarmışam”. Sonra eşitmişdir ki, bankdan atası evi girov qoyub 9000 manat pul götürübdür. Özlərinin əvvəlki borclarını bağlayıblar. Qalan pulu Anara veriblər. Anar da 2000 manatı lombarda verib bacısının qızılını qaytarıb, yerdə qalan 1000 manatı da evin qapılarının pulunu verməsini özü Anara təklif etmişdir. Lakin Anarın həmin pulu veribvermədiyini də bilmir. Ev tam hazır olmadığı halda məcbur olub həmin evə köçsə də evə köçdüyü bir gündən başlayaq Anar ancaq içib onunla savaşır, onu və uşaqları təhqir edirdi. Evin küçə qapısını yoldaşı alıb gətirib qoyubdur. Qayınatası yalnız fiziki köməklik edibdir. Evin balkonu təmirsiz idi. Onun təmirini də padvalı da təmir etdirmişlər. Çöl hamam-tualetin təmirində həyat yoldaşı İrandan material gətirdi. Hamam-tualetin qapılarına 500 manat pul verilibdir, qapıları Rəfail adlı usta düzəldibdir. Həyəti Üfüq adlı usta düzəltmişdir. Həyətin bütün xərcini yoldaşı çəkmişdir. Cavabdehin qardaşı Arif usta həyətdə santex-montaj işlər aparıb ancaq heç bir pul almayıbdır. Padvala şkaturka edilmişdir. Həyətə daş düzüldü. Həyətin kənarlarına mərmər daşlardan dekor edildi. Materialları “Cahan” AVM-dən almışlar. Həyətə işıqlar çəkilmişdir, hər bir işığa 70-80 manat pul xərclənmişdir. Həyətə ümumilikdə 9700 manat pul xərclənibdir. Otaqların arasını götürüb arko yığdırmışlar, işçiliyini baldızının əri Natiq öz ustaları ilə həll etmişdir və buna görə pul almamışdır. Lakin lazım olan tikinti avadanlıqlarını özləri almışdır. Onun bildiyi qədər otaqların və mətbəxin qapılarına hər birinə 500 manat pul verilmişdir. Həmin qapıları baldızının həyat yoldaşı Natiq usta öz sexində düzəltdirmişdi. Qayınatası həmin evə bir-iki cüzi xərc çəkə bilər. Ancaq saydığı təmir materiallarının hamısının pulunu o və keçmiş həyat yoldaşı Anar verib. Qayınatası fiziki köməklik edib. Bir də ara-sıra gəlib ustaların işinə nəzarət edirdi. Təmir işlərinin ən çoxunu Anar "xxxx" MMC-də işlədiyi vaxt və daha sonra “Danyeri” marketdə dondurma yerində işlədiyi vaxt ediblər. Hazırda Anar müəllim işləyir. Həyətin daşlarının hamısının pulunu Anar verib. Bunu dəqiq bilir. Ancaq ola bilsin ki, həmin vaxt Anarın vaxtı olmayıb ki ödəmə eləsin, pulu verib atasına atası da gedib ödəmə elədiyi üçün ödəmə qəbzləri də atasının adına olub. Evin son təmir işlərinə 2020-ci ilin aprel ayında başlanan zaman təmirlə əlaqədar 2 ay anası evində qalmışdır. Daha sonra görmüşdür ki, 10 günlük iş hələ 2 ay bitməmib. Yarımçıq vəziyyətdə qayıtmışdır. O zülümlə, əzab-əziyyətlə neçə illər evin təmirində iştirak etmiş, təzə-təzə evdə yaşamağa başlayanda Anarın ucbatından hər gün evdə dava-dalaş, təhqir, övladlarına və ona qarşı Anar tərəfindən nalayıq hərəkətlər edilmişdir. O və uşaqları da onun hərəkətlərindən bezib evi tərk etmişdir. O yalnız həmin müddət ərzində çəkdiyi xərcləri tələb edir. Bu neçə illər ərzində o ancaq pul yığıb evi təmir etdirmişdir. Hamısını Anarla o etmişdir. O ancaq özünə düşən pulu tələb edir. Hazırda onun evi yoxdur. Övladları ilə birgə anasının evində qalır. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X1 izahatını təsdiq edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsini o da, oğlu da oxuyub tanış olmuşdur. İddiaçının həm iddia ərizəsində göstərdikləri, həm də izahatında söylədikləri hamısı yalan-yalnış cümlələrdir. O neçə illərdir usta-sənətkar işləyir. Əlindən bütün tikinti işləri gəlir. Bir neçə illər bundan qabaq tanış bir şəxsin evində usta kimi işləyirdi. Həmin şəxs torpaq məsələlərinə baxırdı. Ondan xahiş etmişdir ki, ina 2 sota kimi bir torpaq sahəsi almasında köməklik göstərsin. O da bunu onun xahişi ilə etdimişdir. 1250 ABŞ dolları pul verib həmin bu sozügedən torpaq sahəsini öz adına almışdır. Həmin torpaq sahəsinin içində bir mərtəbəli ev tikmişdir. Evin demək olar ki yaşamaq üçün hər şəraiti var idi. Bir küçə qapısı yox idi. Evin içərisinə girəndə evin divarlarının divar kağızı olmasa da emusiya ilə rənglənmişdi. 2008-ci ilin dekabr ayı oğlu Anarı və keçmiş gəlini Jaləni nəvələri ilə birlikdə həmin evə köçürmüşdür. Evdə isti-soyuq su, həyətin hasarı var idi. Jalənin atası su çəni ilə gəc vermişdi. Həmin su çənini yerə basdırmışdı. Buna 100 manat xərci çıxmışdı. Həyətin küçə qapısına 150 manat xərc çəkmişdir. Qapını onun fiziki köməkliyi ilə Qılman usta yığıbdır. Pulunu ondan almayıbdır. Evin altı ədəd taxta pəncərəsinə 140 manat pul veribdir. Evin dam örtüyünü təzədən düzəltdirmişdir. Evin otaq qapılarını düzlətmişdir. Evə köçəndən 1 il sonra təmir işlərinə başlamışlar. Culfa rayonu Yayıcı kəndindən daş gətirtmişdir. Onun pulunu özü hissə-hissə vermişdir. Daşları sifariş verəndə oğlu Anarı göndərmişdir ki, gedib özü seçib bəyənsin. Evin içinə seyf qapısını Anar bəyənib o da 350 manat pul verib almışdır. Evin divar kağızlarını bildiyi qədər ilə Jalə xanım alıb. Evin divarında dekor arakəsmə aparılıb. Onu kürəkəni Natiq öz usta briqadası ilə eləyib. Evin içinin döşəməsi olduğu halda Jalə xanım bəyənmədi və elə həmin döşəmənin üstündən laminant döşəmə vurdurdu. Onun pulunu Jalə xanım verib. Evin qabaqkı laminantını da bacısının oğlu Cavanşir usta vurub. Həyətin təmir işlərinin aparılmasında, santexnik-montaj işlərinin aparılmasında, daşların düzülməsində həm maddi həm də fiziki baxımdan köməklik göstərmişdir. Həmin həyəti pul verib alanda bir ilin içində evi tikmişdir. Evin fasadı oğlugil köçməmişdən 1 il qabaq şkaturka edilmişdi. Evin hasar divarları isə həyətin təmiri vaxtı oğlugil yaşayan zaman şkaturka edilib. Etiraf edir ki, evlə həyətin təmirində oğlu və Jalə xanım da maddi baxımdan iştirak edib. Ancaq əmlakın təmirinin 80 faiz işini öz maddi imkanım hesabına etmişdir. İş materiallarında olan ödəmə qəbzlərində Anarın adı olsada həmin pulları o Anara vermiş Anar aparıb ödəmişdir. Qəbzlərdə Jalə xanımın adı ola bilər. Ancaq pulunu Anar verib. Jalə xanımın əmək haqqısı ilə bağlı arayışı məhkəməyə təqdim etmişdir. Həmin miqdarda əmək haqqı ilə ev təmiri eləmək olarmı?. Jalə xanım “1 kart” vasitəsilə ödəmə aparsa da həmin ödəmələrin əksəriyyətinin pulunu Anar verib. Ümumiyyətə heç iddiaçının həyətdə işləyən ustalardan və fəhlələrdən xəbəri belə olmayıb. Həmin ustaların və fəhlələrin hamısını o işlətmiş, zəhmət haqlarını da o ödəmişdir. İddiaçı oğlu ilə həmişə pul və qızıl mübahisəsi aparıbdır. Heç vaxt bir ailə kimi dil tapıb yola gedə bilməyiblər. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 izahatında göstərmişdir ki, iddiaçı ilə 2003-cü ildə ailə qurmuşdur. Birgə nikahdan iki övladı vardır. Bir ailə olaraq heç vaxt bir-birini başa düşüb yola gedə bilməmişlər. Ona görə də 2021-ci ilin mart ayında nikahları rəsmi qaydada pozulub. İddia ərizəsi ilə atası ilə birlikdə tanış olmuşdur. Orada yazılanların demək olar ki çoxu yalandır və uydurmadır. Həmin mübahisəli əmlakı 2008-ci ildə atası alıb. Həmin həyətə köçəndə həyətdə olan evin divarları, gəc, alçı, hamam-tualetin yeri metlak, divarlar isə skaturka idi. Kafel qoyulmamışdı. Evin su sistemi də var idi. Həyətə giriş qapısı yox idi. Atası Qılman usta ilə qapı təmir edib darvaza qapısı yığdılar və qapını asdılar. Həyətin divarlarının suvağını həyətə köçdükdən 2-3 il sonra ediblər. Həmin işləri Bayram usta etdi. Pulunu da atası verdi. Bir-iki tikinti materialına o 40 manat pul xərcləmişdir. Hamam-tualetin kafeli vuruldu. Atası 450 manat ona pul verdi, həmin pula İran İslam Respublikasından kafel-metlak gətirmişdir. Unitaz, vanna, rakvina materiallarını özü “FAB”-dan almışdır. Onların da pulunu atası verib. Əlavə bir iki materialın pulunu özü vermişdir. Evin qaplarını da atası alıb. Ancaq forma və ölçüsünü o vermişdir. Həyətdə tualet, yerə daş, küçə qapısı, çöldən və içərindən divara mərmər daşların çoxunun pulunu özü, qalanlarının pulunu da atası verib. Üzləmə daşların pulunu özü vermişdir. Evin divar kağızlarını iddiaçı Əlizadə Jalə alıb. Evin içində yerin köhnə taxta döşəməsi var idi. Həmin döşəmənin üstündən açıq rəngli laminat döşəmə vurdurmuşlar. Həmin döşəmənin pulunu da iddiaçı alıb. Evin təmir işlərinin və eyni zamanda həyətin təmir işlərinin 100-də 80 faizinin xərcini atası çəkib. Atası özü sənətkar-ustadır. Onun özünün usta kimi tanıdığı yaxın yoldaşları var. Atası ən çox həmin ustaları gətirib həyətdə işlədib. Ona görə də həmin ustalarla pul haqq-hesabını həmişə atası aparıb. “X16” zavodunda verilən tikinti materialları sifarışlərinin hamısının pulunu o və atası vermişdir. Bir-iki təmir materiallarının pulunu iddiaçı eləyib. Qalan materialın çoxunu atası edib, az bir hissəsini də o edibdir. Ümumiyyətlə ustalarla əl xərci məsələsini atası həll edirdi. Ustalarda atasına görə pul məsələsində onlara çox güzəşt edirdilər. Buna görə də qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Əbil kişini bir usta, sənətkar kimi tanıyır. Əbil usta ona həyətdə qapı təmiri ilə bağlı müraciət etdi. Həyətin küçədən darvaza qapısı qoyulacaqdı. Əbil usta ilə materialları gedib almışdır. Həmin materialların pulunu Əbil usta verdi. Şənbə günü idi gedib uqolnik, qapı listi almışlar. Gətirib həyətdə düzəltmiş, Əbil usta da ona köməklik etmişdir. Bazar günü işi bitirib Əbil usta, oğlu Anar və o qapını üstünə asmışdırlar. Jalə xanımı həmin zaman orada görməmişdir. O Əbil ustanı tanıyır. Əbil ustadan zəhmət haqqı almamışdır. Məhkəmə baxışı iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2008-ci ildə müəsisə yaratmış, şəxsi bizneslə məşğuldur. İşlətdiyi müəsisənin adı "xxxx" MMC-dir. O sözügedən evin içərisində hamam-tualetin qapılarını, mətbəx qapılarını və otaq qapılarını öz sexində hazırlatmışdır, “Amerika-poul” materiallardan qapı yığdırmışdır. Sifarişi ona qaynı Anar vermişdi. İlkin olaraq hamam-tualet qapısının düzəldilməsində 270 manat pul ödənildi. Ödəməni Əbil əmi etdi. Sonra 2 “Arko” modelinə uyğun arakəsmə etmişdir. Ümumi üç otaq qapısı, mətbəx qapısı və 2 arko modelinin düzəldilməsi 2550 manat pul tutdu. Evdə bu işlər görüləndə Jalə xanım evdən çıxıb getmişdi. Sözügedən işlərə 2550 manat pul xərclənsə də, hələ ki həmin pul mənə ödənilməyib. Anarla Jalə xanımın mənə 2550 manat pul borcu var. İndiyə kimi də mənə borcludular. Sonra da tərəflər arasında nikah pozuldu. O da bu ailənin yaxın qohumu olduğu üçün hələ ki, pulu tələb etməmişdir. Ona yalnız hamam-tualetin qapıları ilə bağlı 270 manat pul ödənilib. O pulu da Əbil əmi ödəyib. Evdə “Arko” arakəsmələrə sərf olunan materialların kim tərəfindən alındığı barədə məlumatı yoxdur, hesab edir ki, hər halda Anar evdə yaşayırdı və o edirdi. Anarla Jalə xanım evdə dəyişiklik etməyi birgə qərarlaşdırblar. Onlar da işə başlayıb işləmişdirlər. “Arko” arakəsmələri Jalə xanımında qeyd etdiyi kimi onların evinə pulsuz yığmışdır. Demişdir ki, “məndən evinizə hədiyə olsun”. Ancaq qapıların pulu 2550 manat təşkil edib. Ona heç kim pul ödəməyib. Məhkəmə baxışı iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o Əbil ustanın oğlu Anarla yaxın olubdur. Anarla birlikdə “Kainat” firmasında işləmişdirlər. Anar ona demişdir ki, “bizim həyətimiz var, orada daş düzülmə işləri aparılacaq, biz sənin maddi baxımdan hörmətini edəcəyik”. O da razılaşmışdır. Sonra Əbil usta onunla əlaqə saxladı. Onu həmin həyətə gətirdi, 1-2 gündən sonra o həyətdə daş düzmə işlərinə başladı. Təqribən 20-25 gün işləmişdir. Əbil usta da işə nəzarət edirdi. O və yanında da bir fəhlə var idi. Daşları Əbil ustagil Yayıcıdan gətirmişdilər. Bir də həyətin hasar divarlarının yerdən kənarlıqlarına və hasar divara yarıya qədər mərmər daş düzmüşdür. Bu işlərin görülməsində 1200 manat pul almışdır. Həyətdə tualetin daşı təmir edilməsini də o aparmışdır. Həmin pulu ona Əbil usta vermişdir. Düzdür pulun hamısını birdəfəlik bütün vermədi. Hisə-hissə verib qurtardı. Bəlkə də Jalə xanım həmin vaxtlar evdə olurdu. Ancaq o Jalə xanımı görməmişdir. Məhkəmə baxışı iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Əbil ustanı tanıyır. Əbil ustanın xahişi ilə evdə suvaq işləri aparmışdır. Bacısının oğlu ilə birlikdə iki nəfər işləmişlər. Həm evdə çöldə divarların suvanmağı işlərini görmüşdür. Çöldə hasarı və evin fasadının divarını şkaturka etmişdir. Beton materialından şkaturka edilibdir. Jalə xanımı ancaq təmir vaxtı görmüşdür. İşlədikləri zaman naharda xörək hazırlayıb verirdi. Ancaq evin fasadını şkaturka edən zaman evdə heç kimi görməmişdir. Birinci evin fasadını şkaturka etmişdir. Bir neçə il keçəndə sonra küçə hasarının divarlarını şkaturka etmişdir. Onda Jalə xanım onlara qulluq edirdi. Xörək və çay təklif edirdi. İş bitdikdən sonra Əbil usta onu yanında işləyən bacısı oğlunu və digər bir-iki ustanı oğlu Anarla birlikdə qonaqlıq təşkil etdi. Orada Anar onun gördüyüm işin pulunu verdi. Həmin vaxt suvağın kv.metrini 3 manatdan vururdu. Onun xatırladığı qədər Anar onun pulunu iki dəfə Soyüdlük adlı yemək yerində yemək yedikləri vaxt veribdir, atası da orada idi. Məhkəmə baxışı iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Əbil usta onun dayısıdır. O həmin evin içində yalnız laminat döşəmə vurmuşdur. Həmin vaxt hələ Jalə xanımgil evə köçməmişdilər. Məhkəmə baxışı iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Əbil usta onun qardaşıdır. O həmin həyətdə Əbil ilə birlikdə həyətin bütün santexnik-montaj işlərini aparmışdır. Pul da almamışdır. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o sözügedən evdə hamam-tualetin kafelini vurmuşdur. Zəhmət haqqını Anardan almışdır. O kafeli vurarkən yerdə metlak olmayıbdır. Koridorun kafel-metlakını da o vurmuşdur. Təxminən Anardan 350-400 manat əl haqqı almışdır. Məhkəmə baxışı iclasında Şahid8 ifadəsində göstrəmişdir ki, sözügedən ünvana 4 ədəd pəncərə qoymuşdur. Həmin pəncərələrin qoyulmasında Anar ona 80 manat əl haqqı vermişdir. Başqa bir iş görməmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 01 iyun 2021-ci il tarixdə verilmiş 959 nömrəli arayışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adınadır. Müki işin materiallarına əlavə edilmiş Cavabdeh adına olan daşınmaz əmlakın texniki pasportunda yaşayış evlərinin göstəricilərindən aydın olur ki, otaqların sayı 3, ümumi sahə 105.57 kv.metr, yaşayış sahəsi 47.13 kv.metr, köməkçi sahə 58.44 kv.metr, tikinti altı sahə 141.30 kv.metr, mərtəbənin sayı 1, tikilldiyi il 2008-ci ildir. Eyni zamanda həyətyanı tikililərin və qurğuların texniki göstəricilərində aydın olur ki, hasar ümumi sahə 31.39 kv.metr, tikinti altı sahə 6.28 kv.metr, darvaza tikinti altı sahə 9 metr təşkil edir. Mülki işin materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(078)-120/2021 nömrəli qətnaməsindən aydın olur ki, X17 ilə X6 arasında 10 dekabr 2003-cü il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış 331 nömrəli nikah pozulmuş, tərəflərin uşaqları 02 oktyabr 2004-cü il təvəllüdlü X14 və 01 avqust 2009-cu il təvəllüdlü X12 anaları X1 yanında saxlanılması, 11 noyabr 2020-ci il tarixdən hesablanmaqla X9 hər ay sabit pul məbləğində bir uşağa 120 (yüz iyirmi) manat olmaqla iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında aliment tutularaq 02 oktyabr 2004-cü il təvəllüdlü X10 və 01 avqust 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün anaları X2 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş 15 noyabr 2021-ci il tarixli 187 nömrəli arayışdan aydın olur ki, Cavabdeh 17.06.2020-ci il tarixdə İK1706/24 saylı kredit müqaviləsinə əsasən 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş 26 noyabr 2021-ci il tarixli ******* nömrəli arxiv arayışından aydın olur ki, Məmmədova (Əlizadə) X3 MR Təhsil Nazirliyi X4ndə işləmiş və 2006-2013-cü illər üzrə əmək haqqı almışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş kassa qəbzlərindən aydın olur ki, X13 MMC-dən 23.06.2017-ci il tarixdə 60 manat, 05.07.2017-ci il tarixdə 385 manat, 22.06.2017-ci il tarixdə 400 manat, 23.06.2017-ci il tarixdə 1018 manat məbləğində ödəmələr Cavabdeh tərəfindən həyata keçirilmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş “Cahan” X21 qəbzlərindən aydın olur ki, divar kağızları üçün 29 mart 2020-ci il tarixdə və 04 aprel 2020-ci il tarixdə 289 manat, 459 manat, 07 iyun 2020-ci il tarixdə laminat üçün 934 manat pul ödənilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş X1 “Kapital Bank” ödəniş kartından çıxarışdan aydın olur ki, 08 iyun 2020-ci il tarixdə İnşaat materialalrında 934 manat məbləğində pul kartdan silinmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan MR X4 tərəfindən 10 dekabr 2021-ci il tarixdə verilmiş 43 nömrəli arayışdan aydın olur ki, X6 həmin təhsil müəssisəsində dərnək rəhbəri işləyir və əmək haqqı 406 (dörd yüz altı) manatdır. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin X1 06.12.2009-cu il tarixdən 06.12.2021-ci il tarixədək əmək haqqı kartından çıxarışda iddiaçının həmin müddət ərzində aldığı əmək haqqı göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş “X13 Sənaye Kompleksi” MMC tərəfindən 30 noyabr 2021-ci il tarixli 12 nömrəli arayışdan aydın olur ki, Anar Əliyev adlı müştəri 18 mart 2017-ci il 05 oktyabr 2017-ci il tarixləri arasında müəssisəyə 3215 manatlıq müxtəlif ölçülü daş sifarişi vermişdir. Bu sifarişin 1863 manatlıq qismini Cavabdeh ödəmiş, geri qalan 1352 manatlıq qismini isə Anar Əliyev ödəmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş kassa qəbzlərindən aydın olur ki, X13 MMC-dən 17.08.2017-ci il tarixdə 262 manat, 13.06.2017-ci il tarixdə 233 manat, 17.08.2017-ci il tarixdə 138 manat, 14.07.2017-ci il tarixdə 133 manat, 04.08.2017ci il tarixdə 108 manat, 04.07.2017-ci il tarixdə 79 manat, 13.07.2017-ci il tarixdə 74 manat, 04.07.2017-ci il tarixdə 73 manat, 14.06.2017-ci il tarixdə 252 manat məbləğində ödəmələr Anar Əliyev tərəfindən həyata keçirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, iddiaçı X6 hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarında olan yuxarıda qeyd edilən qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçı X6 ilə X17 arasında nikah pozulmuşdur. Artıq tərəflər arasında etibarlı ailə münasibətlərinə xitam verildiyindən hüquqi əsas olmadan varlanma sonradan aradan qalxmış əsasa (ailə münasibətlərinin xitam verilməsi) söykənmiş və bu halda iddiaçı nikah müddətində yaşadığı cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində birgə nikah dövründə ailənin qazancı nəticəsində aparılmış təmir xərclərini varlanmış şəxsdən-cavabdehdən (mülkiyyətçidən) tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə məhkəmədə baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək Naxçıvan şəhəri, Xətai məhəlləsi döngə 34 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 12A nömrəli fərdi yaşayış evinin həyətinin giriş qapısına qoyulmuş qapı-darvazanın dəyəri, həyətin hasarın 13 kvadrat metr sahəsinə suvaq vurulması ilə əlaqədar çəkilmiş xərcin dəyəri, evin fasadına 100 kvadrat metr sahəsinə suvaq vurulması ilə əlaqədar çəkilmiş xərcin dəyəri, fərdi yaşayış evinin hamam, tualet və koridorunun təmir edilməsinə, hamam, tualet və koridorun divarına kafel vurulmasına, umvalnik və digər lazımi avadanlıqların alınmasına çəkilmiş xərcin dəyəri, hamam, tualetin təmiri zamanı 1 ədəd ağ palirovkalı qapının dəyəri, fərdi yaşayış evinə qoyulmuş 6 ədəd plastik pəncərənin dəyəri, fərdi yaşayış evinin həyətinə tualet qoyularaq təmir edilməsi, həyətə daş döşənməsi, darvaza qapısının içəridən və eşikdən sütunları mərmər daşla üzlənməsi, həyətin iç tərəfində 80 sm hündürlüyündə mərmər daşların dekor edilməsi, həyətin işıqlandırma işlərinin görülməsi, işıqlandırma avadanlıqlarının alınmasına çəkilmiş xərcin dəyəri, fərdi yaşayış einin giriş qapısına dəmir seyf qapısının qoyulmasına xərclənmiş vəsaitin dəyəri, fərdi yaşayış evinin 3 otağının, koridorunun, mətbəxinin aboyunun vurulmasına, iki otaq üçün ağ qapı qoyulmasına, mətbəx qapısının dəyişdirilərək yeni qapı qoyulmasına, mətbəxin su sisteminin dəyişdirilməsinə, əlavə materiallar alınmasına, otaqlar arası 3 arakəsmə arko yığılmasına, evin bütün otaqlarının döşəməsinə ağ laminat vurulmasına xərclənmiş vəsaitin dəyəri,ümumilikdə yuxarıda sadalanan işlərin görülməsi üçün xərclənmiş vəsait (təmir və usta xərci ilə birlikdə) nə qədər vəsaitin cəlb edilməsi barədə ekspertin 15 fevral 2022-ci il tarixli 02 nömrəli rəyindən aydın olur ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi döngə 34 ünvanında yerləşən fərdi yaşayış evi üzrə üumilikdə yuxarıda sadalanan işlərin görülməsi üçün xərclənmiş vəsait (təmir və usta xərci ilə birlikdə) 12425.67(on iki min dörd yüz iyirmi beş manat altmış yeddi qəpik) manat məbləğində olması müəyyən edilmişdir. İstər iddiaçının, istər cavabdehin izahatlarından, istərsə də şahid ifadələrindən və yazılı sənədlərdən aydın olmuşdur ki, cavabdehin mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evində aparılmış təmir və yenidən qurma işlərinin bir qismində iddiaçının nikahda olduğu müddətdə ailənin ümumi qazancı hesabına əldə edilmiş vəsait xərclənmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrini və yazılı sübutları, eləcə də cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələrini və yazılı sübutaları tədqiq edərək, onları iddia tələbi ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. İddiaçı X6 2009-cu ildə həyətin giriş qapısına qapı-darvaza qoyulması onun dəyərinin 1000 (bir min) manat təşkil etməsini iddia ərizəsində göstərməsinə baxamayaraq istinad etdiyi halı sübuta yetirə bilməmiş, əksinə Cavabdeh sübut təqdim edərək həyətin giriş qapısına qapı-darvaza qoyan usta Şahid3 şahid qismində məhkəməyə dəvət etmiş, şahid ifadəsində sözügedən darvaza qapısının yığılmasına və yerinə qoyulmasında cavabdehdən zəhmət haqqı almadığını, qapının düzəldilməsində istifadə edilən materiallara verilən 150 manat pulun Cavabdeh tərəfindən verildiyini bildirmişdir. Şahidin ifadəsini təkzib edən hər hansı mötəbər sübut iddiaçı X6 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmin şahidin ifadəsini sübutun tamlıq, konkretlilik, təkzibolunmazlıq xüsusiyyəti ilə uzlaşdığını qəbul edir və hesab edir ki, sözügedən darvaza qapısının qoyulması cavabdeh tərəfindən onun vəsaiti hesabına həyata keçirilmiş, həmin vaxt iddiaçının ailə büdcəsindən hər hansı xərc çəkilməmişdir. Ona görə də iddiaçı tələbi darvaza qapısının qoyulmasında çəkilmiş xərcə münasibətdə rədd edilməlidir. İddiaçı həyətin hasarının 13 kv.metr sahəsinə suvaq vurulması, bu iş üçün 90 (doxsan) manat xərclənməsi, evin fasadına 100 kv.metr sahəsinə suvaq vurulması, bu iş üçün 950 (doqquz yüz əlli) manat pul xərclənməsinə iddia ərizəsində göstərmiş və bununla bağlı cavabdeh yazılı etiraz bildirərək həmin işləri öz vəsaiti hesabına həyata keçirdiyini bildirmiş, ustaya 166 kv.metr üçün 3 manatdan hesablanaraq 499 manat pul verdiyini bildirmiş, bu işləri görən şəxs-usta Şahid2 şahid qismində məhkəməyə dəvət etmişdir. Şahid ifadəsində həqiqətən evin fasadına və hasarına suvağın onun tərəfindən vurulmasını təsdiq edərək iki dəfə sözügedən evə işlədiyini, bir-birinin arasında müddət olduğunu, hər iki dəfə zəhmət haqqının Söyüdlük adlı yeməkxanada Anar tərəfindən ödənildiyini bildirmişdir. Həmin vaxt suvağın kvadratını 3 manatda vururdu, təxmini nə qədər pul aldığını bilmir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadəsini sübutun tamlıq, konkretlilik, təkzibolunmazlıq xüsusiyyəti ilə uzlaşması qənaətinə gəlir və qeyd edir ki, baxmayaraq şahid cavabdeh tərəfindən təqdim edilmişdir, lakin şahid pulun cavabdehdən yox müstəqil tələb irəli sürməyən X9 aldığını bildirmişdir. Cavabdeh öz təqdim etdiyi sübut olaraq şahid ifadəsi onun bildirdiyi halı-yəni pulun onun tərəfindən verildiyini təkzib etmişdir. Belə olan halda evin hasarına və fasadına suvaq çəkilməsi barədə görülmüş işlər üzrə xərclənmiş vəsait ailə büdcəsindən xərclənməsi əsas götürülməlidir. Məhkəmə sözügedən işlərin görülməsinin ekspert rəyində həyətyanı sahədə sərhəd hasarlarının daxildən sement məhlulu ilə suvanması 159.54 manat, sement 41.6 manat, qum 15.75 manat, fərdi yaşayış evinin fasad divarlarının sement məhlulu ilə suvanması 193.05 manat, sement 46.8 manat, qum 19.15 manat olaraq qiymətləndirilməsini iddia tələbində iddiaçının göstərdiyi qiymətlərlə müqayisə edir və hesab edir ki, hasar divarının suvanması üçün iddia tələbində göstərilən qiymət əsas götürülməlidir. Belə ki, iddiaçı tələbində 13 kv.metr hasarın suvanması üçün 90 manat xərc çəkildiyini göstərmişdir. Ekspert rəyində bu iş üçün çəkilən xərc iddia tələbindən artıq məbləğdə 215.89 manat olaraq göstərilmişdir. Məhkəmə müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Hazırki hal isə müstəsna hal hesab edilmir. Ona görə də hasarın suvanmasına münasibətdə iddia tələbində göstərilən 90 manat məbləğ əsas götürülməlidir. Lakin məhkəmə hesab edir ki, evin fasadının suvanmasında ekspert rəyi əsas götürülməlidir, belə ki, ekspert rəyində evin fasadının suvanması üçün görülmüş işin dəyərinin 259 manat olaraq qiymətləndirmişdir. İddiaçı iddia ərizəsində həmin işin görülməsində 950 manat xərc çəkildiyini bildirsə də ekspert rəyini təkzib edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Şahid ifadəsində Anardan nə qədər pul aldığını xatırlamadığını göstərmiş, lakin kvadratın 3 manata işlədiyini bildirmişdir. Ekspert rəyində fasadın ümumi kvadratı 64.35 kv.metr göstərilmiş, 1 kv.metrin qiyməti 3 manat hesablanmaqla ümumilikdə suvanması üçün çəkilən xərcin 193.05 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinin qismən təmin edilməsi nəticəsində gəlməklə hesab edir ki, evin hasar divarının və fasadının üzlənməsinə (suvaq vurulmasına) çəkilən xərc 90manat+259manat=349 manat ailə büdcəsindən xərcləndiyindən həmin pulun yarısı 349:2=174.5 manat Cavabdeh alınaraq iddiaçı X2 ödənilməlidir. İddiaçı iddia tələbində 2015-ci ildə hamam, tualet və koridorun təmir edilməsi, kafel vurulması (koridorun divarına həmçinin) umvalnik və sair avadanlıqlar alınması, bu iş üçün 3000 manat xərcləndiyini bildirmiş, tələbinin təsdiqi üçün şahid ifadəsi məhkəməyə təqdim etmişdir. Cavabdeh etirazında hamam, tualet və koridorun təmirinə onun tərəfindən 1380 manat pul ödənildiyini bildirmişdir. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 izahatında hamam və tualetin, koridorun kafel-metlakını özünün İrandan gedib aldığını, pulunu atasının verdiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş şahid X8 ifadəsində sözügedən evdə hamam-tualetin kafelini vurduğunu, zəhmət haqqını Anardan aldığını, koridorun kafel-metlakını da vurduğunu, bu işlər üçün Anardan təxminən 350-400 manat əl haqqı aldığını bildirmişdir. Ekspert rəyində fərdi yaşayış evinin ayrı-ayrılıqda yerləşən sanitariya qovşaqlarının (hamam, ayaqyolu və girişin) təmir edilməsi, hamam və ayaqyolunun divararının kafellə üzlənməsi 420 manat, kafel İran istehsalı 472.5 manat, kafel üçün yapışqan (mata) 50 manat, əl-üz yuyan, duş, unitaz dəstinin alınıb quraşdırılması və s (materialla və müvafiq ləvazimatla birlikdə) 142 manat, fərdi yaşayış evinin ayrı-ayrılıqda yerləşən sanitariya qovşaqlarının (hamam və ayaqyolu) taxta materialdan olan müasir tipli mebel keçid qapısının və onun quraşdırılması (materialla və xırda ləvazimatla birlikdə) 700 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə bu halda şahid ifadəsinin düzgünlüyünə əsaslanaraq hamam, tualet və koridorun təmir edilməsi, kafel vurulması (koridorun divarına həmçinin) umvalnik və sair avadanlıqlar alınmasına münasibətdə görülmüş işlərdə cavabdeh tərəfindən xərc çəkilmədiyi, iddiaçının ailə büdcəsinin qazancı əsasında işlərin görülməsi qənaətinə gəlir. Belə ki, şahid ifadəsində kafel metlak vurulmasında zəhmət haqqını Anardan təxminən 350-400 manat aldığını bildirir, ekspert rəyində həmin məbləğ şahid ifadəsi ilə üst-üstə düşür-məbləğ 420 manat göstərilir. X17 izahatında özünün İrandan kafel metlak aldığını bildirir, lakin pulunu atasının verdiyini qeyd edir. Cavabdeh hamam, tualet və koridor üçün kafel-metlakın pulunun onun tərəfindən verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. X11 izahatında göstərdiyi kafel metlakın pulunu atası verməsi ilə bağlı fikrini məhkəmə artıq son qoyulmuş ailə münasibətləri zəminində qeyd etdiyini göz önünə alaraq qəbul etmir. Həmçinin məhkəmə iddiaçının tələbində göstərdiyi məbləğdə 3000 manat dəyərində xərc çəkilməsi ilə bağlı mötəbər sübutlarını təqdim edə bilməmişdir. Ona görə də məhkəmə ekspert rəyinə əsaslanaraq ümumi halda fərdi yaşayış evinin 2015-ci ildə hamam, tualet və koridorun təmir edilməsi, kafel vurulması (koridorun divarına həmçinin) umvalnik və sair avadanlıqlar alınmasında çəkilən xərcin 1784.5 manat iddiaçının ailə büdcəsindən xərclənməsi qənaətinə gələrək həmin məbləğin 1784.5:2=892,25 manatın cavabdehən alınaraq iddiaçı X2 ödənilməsi qənaətinə gəlir. İddiaçı iddia tələbində hamam, tualetin təmiri zamanı 2 ədəd ağ palirovkalı qapı qoyulmasından hər birinə 250 (iki yüz əlli) manat olmaqla 500 (beş yüz) manat xərclənməsini bildirmiş, izahatında həmin qapıların baldızının əri Natiqin sexində düzəldildiyini bildirmişdir. Cavabdeh etirazında hamam-tualetin qapılarının 270 manat olması və kürəkəni tərəfindən düzəldilməsini bildirmiş, izahatında pulunun özünün kürəkəni Natiqə verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdeh tərəfindən təqdim edilmiş Şahid1 ifadəsində iki ədəd qapının Anar tərəfindən sifariş verildiyini, sexində hazırlatdığını, pulunun 270 manat Əbil əminin ödədiyini bildirmişdir. Məhkəmə şahid ifadəsini sübutun təkzibolunmazlıq xüsusiyyəti ilə uzlaşması qənaətinə gəlir, ona görə ki, iddiaçı şahid ifadəsini təkzib edən mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələbində göstərilən hamam, tualetin qapılarının pulunun cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlir və hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. İddiaçı iddia tələbində 2016-cı ildə evin 6 ədəd taxta pəncərəsinin plastik pəncərə ilə əvəz edilməsini hər birinə 170 (bir yüz yetmiş) manat olmaqla 1020 (bir min iyirmi) manat xərclənməsini göstərmiş, izahatında həmin pəncərələrin pulunun mərhum atası tərəfindən sabiq əri Anara verildiyini, Anar qaytarmaq istədikdə pulu almadığını, həmin pulla pəncərələri dəyişməsini bildirdiyini göstərmişdir. Cavabdeh taxta pəncərələrin plastik pəncərələrlə əvəz edilməsi zamanı onun tərəfindən xərc çəkilməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan və qanuni qüvvədə olan Naxçıvan Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(078)-446/2021 nömrəli qətnaməsində cavabdeh X11 izahatından aydın olur ki, cavabdeh X17 iddiaçının atasının həqiqətən ona 1000 (bir min) ABŞ dolları pul verdiyini, lakin sonra həmin pulu iddiaçının atasına qaytarmaq istədiyini, amma iddiaçının atasının o pulu qəbul etmədiyini bildirmişdir. Bu halda məhkəmə iddiaçının izahatının düzgün olması nəticəsinə gəlir. Ekspert rəyində “PVC” plastik materialdan iki qat pəncərələrin quraşdırılması (materialla və xırda ləvazimatı ilə birlikdə) ümumilikdə 850.3 manat xərc qoyulduğunu göstərmişdir. İddiaçı pəncərələrin həqiqi qiymətinin 1000 manat təşkil etməsinə dair sübutunu məhkəməyə təqdim etmədiyindən məhkəmə ekspert rəyində göstərilən məbləği əsas götürməklə həmin pulun ailə büdcəsi əsasında xərclənməsi nəticəsinə gələrək 850.3:2=425.12 manat Cavabdeh alınaraq iddiaçı X2 ödənilməlidir. İddiaçı iddia tələbində 2017-ci ildə həyətdə tualet qoyularaq təmir edilməsini, həyətdə yerə daş döşənməsini, darvaza qapısının içəridən və eşikdən sütunları mərmər daşla üzlənməsini (Naxçıvan şəhərində AVM-dən alınmışdır), həyətin iç tərəfindən 80 sm hündürlüyündə mərmər daşların dekor edilməsini, həyətdə işıqlandırma işləri görülməsini, işıqlandırma avadanlıqları alınmasını, bu işlərin cəminə 9700 (doqquz min yeddi yüz) manat pul xərclənməsini bildirmiş, tələbinin əsası kimi X13 MMC-dən sabiq əri Anar Əlizadə adına satış qəbzlərini və arayışı məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaya etiraz edərək həmin xərclərin onun tərəfindən ödənildiyini bildirdiyini, bunun təsdiqi üçün satış qəbzlərini, şahid ifadələrini təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Anar Əliyev adına olan satış qəbzlərindən və arayışdan aydın olur ki, Anar Əliyevin müəssisəyə sifariş verdiyi 3215 manat dəyərində müxtəlif ölçülü daşların pulunun 1352 manat hissəsini Anar Əliyev, 1863 manat hissəsini Cavabdeh ödəmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş şahid X7 ifadəsində sözügedən fərdi yaşayış evinin həyətində daşların düzülməsi, mərmər daşların qoyulması, həyətdə olan tualetin təmir edilməsi onun tərəfindən aparılmış və bu işlərin görülməsinə görə 1200 manat zəhmət haqqını Əbil ustadan almışdır. Məhkəmə şahid ifadəsinin sübutun konkretlilik və təkzibolunmazlıq xüsusiyyəti ilə uyğunlaşdığı qənaətinə gəlir. Eyni zamanda həyətdə aparılmış santexnik montaj işlərinin su sisteminin çəkilməsində Şahid5 işləməsinin və hər hansı haqq almaması barədə şahid ifadəsini işin mübahisəsiz halı hesab edir. Cavabdeh tərəfindən təqdim edilmiş həmin şahid ifadəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş və təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yalnız sabiq əri Anar Əlizadə tərəfindən alınmış daşların 1352 manat hissəsini sübuta yetirə bildiyindən iddia həmin hissədə qismən təmin edilməklə 1352:2=676 manat pul Cavabdeh alınaraq iddiaçı X2 ödənilməlidir. İddiaçı tələbi həyətə çəkilmiş xərcə münasibətdə qalan hissədə, ekspert rəyində aparılmış qiymətləndirməyə uyğun olaraq mötəbər və şahid ifadəsini təkzib edən sübut təqdim edilmədiyindən rədd edilməlidir. İddiaçı iddia tələbində 2017-ci ildə həyətdə tikinti işləri aparılarkən evin ümumi giriş qapısı olan taxta qapının dəyişdirilərək yeni dəmir seyf qapı qoyulmasını bu iş üçün 1000 (bir min) manat xərcləndiyini bildirmiş, cavabdeh etirazında bununla bağlı fikir bildirməmişdir. Ekspert rəyindən aydın olur ki, evin girişində “seyf” tipli metal qapının quraşdırlması (materialla birlikdə) 355 (üç yüz əlli beş) manat olaraq qiymətləndirilmişdir. İddiaçı ekspert rəyin göstərilən məbləği təkzib edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, bu halda ekspert rəyi əsas götürülməsi seyf qapının qoyulmasında çəkilən xərc ailə büdcəsi əsasında həyata keçirildiyindən 355:2=177.5 manat cavabdeh X15 alınaraq iddiaçı X2 ödənilməlidir. İddiaçı iddia tələbində 2020-ci ilin aprel ayının 1-i evin 3 otağının, koridorun, mətbəxin təmirinə başlanılaraq otaqlara aboy vurulmasını 1500 (bir min beş yüz) manat, otaqların iki sarı taxta qapısının əvəz olunaraq 2 ədəd yeni ağ qapı qoyulmasını hər biri 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat, mətbəxin qapısının dəyişdirilməsini 650 (altı yüz əlli) manat dəyərində yeni qapı qoyulmasını, mətbəxdə su sisteminin dəyişdirilməsini, əlavə materiallar alınmasını, otaqların arası 3 arakəsmə arko yığılmasını hər birinin qiyməti 350 (üç yüz əlli) manat, olmaqla 1050 (bir min əlli) manat, evin bütün otaqlarının döşəməsinin üzərinə Naxçıvan AVM-dən 932 (doqquz yüz otuz dörd) manata alınmış yeni ağ laminatın vurulmasını, qeyd edilən işlərin cəminə 5034 (beş min otuz dörd) manat xərclənməsini bildirmiş, tələbinin əsası kimi satış qəbzlərini, birkart hesabından çıxarışı təqdim etmişdir. Cavabdeh etirazında qapıların pulunun hələ də ödənilmədiyini bildirmiş, Şahid1 hələ də borc olduğunu göstərmiş, yeni laminat vurulmasını təsdiq etmiş, divar kağızlarının vurulmasını inkar etməmişdir. İddiaçı otaqların iki sarı taxta qapısının əvəz olunaraq 2 ədəd yeni ağ qapı qoyulmasını hər biri 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat, mətbəxin qapısının 650 (altı yüz əlli) manat dəyərində yeni qapı ilə əvəzləşdirilməsini, otaqların arası 3 arakəsmə arko yığılmasını hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla 1050 (bir min əlli) manat dəyərində xərc çəkilmiş işlərin baldızının əri Şahid1 tərəfindən aparıldığını göstərmişdir. Şahid1 ifadəsində həqiqətə qeyd edilən işlərin onun işçi qrupu tərəfindən həyata keçirildiyini, ümumi üç otaq qapısı, mətbəx qapısı və 2 arko modelinin düzəldilməsinin 2550 manat pul tutduğunu, arko arakəsmələrinin hədiyyə etdiyini dediyini, bunun üçün pul almadığını, qalan pulu borclu qaldıqlarını və ödənilmədiyini bildirdi. Ekepsrt rəyindən aydın olur ki, fərdi yaşayış evinin iki otağı üçün ağ rəngdə qapının qoyulmasına, mətbəx qapısının dəyişdirilərək yeni qapı ilə əvəz edilməsi 1050 manat, salonun daxilində üç ədəd taxta materialdan olan arkonun yığılması 1170 manat təşkil edir. Ekspert rəyindən görünür ki, həmin işlər 2220 manat təşkil etmişdir. Şahid ifadəsində həmin işlərə görə 2250 manat borclu olduğunu qeyd etmişdir. İddiaçı izahatında pulu birbaşa Natiq ustaya vermədiyini, atasının ona kreditlə verdiyi puldan qalan 1000 manatın Natiqə verməsini təklif etdiyini bildirmişdir. Məhkəmə bu hada şahid ifadəsinin əsaslı və konkret hesab edir və otaqların iki sarı taxta qapısının əvəz olunaraq 2 ədəd yeni ağ qapı qoyulmasına hər biri 450 (dörd yüz əlli) manat olmaqla 900 (doqquz yüz) manat, mətbəxin qapısının 650 (altı yüz əlli) manat dəyərində yeni qapı ilə əvəzləşdirilməsinə, otaqların arası 3 arakəsmə arko yığılmasına hər birinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla 1050 (bir min əlli) manat dəyərində xərcin çəkilməsini sübuta yetirə bilmədiyindən bu işlərə münasibətdə iddia tələbini rədd edir. Məhkəmə otaqlara aboy vurulmasına, evin bütün otaqlarının döşəməsinin üzərinə yeni ağ laminatın vurulmasına münasibətdə tələbin əsaslı olması qənaətinə gəlir. Belə ki, təqdim edilən satış qəbzləri, birkart hesabından çıxarışlarda sözügedən işlərin iddiaçının vəsaiti hesabına həyata keçirilməsi təsdiqini tapır. Eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(078)-446/2021 nömrəli qətnaməsində cavabdeh X11 izahatından aydın olur ki, X17 izahatında evin təmirinə 2020-ci ilin mart ayında başladıqlarını, mart, aprel, may ayları ərzində işləmədiyini, həmin dövrdə evin təmirinə qoyulan xərclərin hamısının iddiaçının çəkdiyini bildirmişdir. Ekspert rəyindən aydın olur ki, fərdi yaşayış evinin üç otağının, dəhlizinin və mətbəxin divarının divar kağızı ilə yapışdırılması, divar kağızı divar kağızı yapışqanı ilə birlikdə 1764.5 manat təşkil edir. İddiaçı tələbində həmin iş üçün 1500 manat xərc çəkildiyini göstərmişdir. Məhkəmə iddia tələbindən kənara çıxılmaması əsası ilə iddia tələbi çərçivəsində ailə büdcəsindən xərclənmiş 1500 manat vəsaitin 1500:2=750 manat hissəsinin Cavabdeh alınaraq iddiaçı X2 ödənilməsi qənaətinə gəlir. Həmçinin iddiaçı tələbində evin döşəməsi üçün 934 manat xərc çəkdiyini bildirmiş, ekspert rəyində fərdi yaşayış evinin ümumi otaqlarının və dəhlizin döşəməsinə laminatın vurulması, laminat (plintusu ilə birlikdə) plintus mismarı ümumilikdə 1153.64 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxılmaması əsası ilə iddia tələbi çərçivəsində ailə büdcəsindən xərclənmiş 934 manat xərcin 934:2=467 manat pulun Cavabdeh alınaraq iddiaçı X2 ödənilməsi qənaətinə gəlir. Ekspert rəyində əlavə və nəqliyyat xərcləri (zibilin atılması, materialların daşınması və s) 310 manat məbləğində müəyyən edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin xərc də sözügedən yaşayış evinin təmir və yendiən qurmasına çəkilmiş xərc siyahısına daxil olduğundan, iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığından həmin xərcin yarısı 310:2=155 (bir yüz əlli beş) manat Cavabdeh alınaraq iddiaçı X2 ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri və yenidənqurma işlərində xərcin dəyəri olan 3717.37 (üç min yeddi yüz on yeddi manat otuz yeddi qəpik) manat pul alınaraq iddiaçı X2 verilməlidir. Məhkəmə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsinə münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsaslanmışdır. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən iddianın qalan hissəsinin sübuta yetirilməməsinə əsaslanaraq iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan iddiaçı X6 tərəfindən “Kapital Bank” Naxçıvan filialına 23.09.2021-ci il tarixdə 7178 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 10 (on) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X2 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı X1 Cavabdeh qarşı mənzil təmir-tikintisinə çəkilmiş xərc tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri və yenidənqurma işlərində X6 tərəfindən çəkilən xərcin dəyəri olan 3717.37 (üç min yeddi yüz on yeddi manat otuz yeddi qəpik) manat pul alınaraq iddiaçı X2 verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı X6 tərəfindən “Kapital Bank” Naxçıvan filialına 23.09.2021-ci il tarixdə 7178 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 10 (on) manat hissəsi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-69/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-69/2022
14.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver