Məhkəmə qərarları › İş №2(078)-709/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-709/2024

03.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-709/2024 03.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X30 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdehlər İddiaçı və Nümayəndə qarşı miras əmlakda payının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzildə mərhum anası X10 payına münasibətdə (atası X4 anasının payının qəbulu faktının təsdiq olunması ilə birlikdə) onların-İddiaçı və Nümayəndə paylarının müəyyən olunması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu nəzərə alaraq həmin əmlakda mərhum atası X16 miras əmlakına münasibətdə onların- İddiaçı və Nümayəndə paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı və Nümayəndə tələblərini əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, onlar Naxçıvan Şəhər Məhkəməsində hazırki iş üzrə Cavabdeh və digər cavabdehlərə qarşı mərhum anaları X9 miras qalmış əmlakın qəbul olunması faktının təsdiq olunması barədə iddia qaldırmışlar. Eyni zamanda hazırki iş üzrə cavabdeh və digər cavabdehlər də eyni tələblə onlara qarşı iddia qaldırmışdılar. Hər iki tələbə Naxçıvan Şəhər Məhkəməsində baxılmış və xx.xx.2023-cü il tarixli, 2(078)-1063/2023 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır. Onlar qeyd edilən miras əmlakda ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzildə faktiki yaşamaqla miras əmlakı qəbul etmişlər. Məhz bu əsasla da onlar qeyd edilən iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişlər. Qeyd edilən əmlak onların ata və analarının birgə nikah dövründə əldə etdikləri əmlakdır. Onlar qeyd edilən müvafiq qətnamə ilə mərhum anasından miras qalan əmlakın atası tərəfindən qəbulu faktının təsdiq olunmasından sonra atalarına münasibətdə həmin miras əmlakı qəbul etmişlər. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi qeyd edilən əmlak ər-arvadın birgə nikah dövründə qazandıqları əmlakdır. AR Mülki Məcəlləsinin tələbinə görə də mirasın bir hissəsinin qəbul edilməsi onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olamayaraq bütövlükdə qəbulu deməkdir. Onlar həm qeyd edilən atalarının öz payına münasibətdə onların paylarının müəyyən olunmasını, həm də analarının payına münasibətdə atasının sağlığında qəbul etdiyi və sonradan onlar tərəfindən faktiki olaraq qəbul edilən miras payında paylarının müəyyən olunmasını istəyirlər. Cavabdeh 19 avqust 2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X26 tərəfindən qəbul etdiyi X10 1/2 payına münasibətdə onun-Cavabdeh payının bütövlükdə müəyyən olunması, mərhum həyat yoldaşının sağlığında qəbul etdiyi sonradan onun tərəfindən qəbul olunmuş X16 miras əmlakına münasibətdə bir payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və Nümayəndə Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən olunması tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə qarşı miras əmlakda payının müəyyən edilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır. 22 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iddiaçıcavabdehlər İddiaçı və Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizədə ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X10 və mərhum X16 1/2 payının müəyyən olunması barədə qətnamə qəbul edilməsi, X6 qalan miras əmlakdan yəni (1/2 paydan) X16 payının müəyyən olunması, X11 qalan miras əmlakdan iddiaçıların paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-709/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərardadı ilə iddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X10 və mərhum X16 1/2 payının müəyyən olunması, X6 qalan miras əmlakdan yəni (1/2 paydan) X16 payının müəyyən olunması və X11 qalan miras əmlakdan iddiaçıların paylarının müəyyən olunması həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı izahatında ünvan 1 ünvanında yerləşən mənzilin anası və atasının birgə nikah dövründə əldə etdiklərini, ona görə də həmin əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə bərabər pay müəyyən edilməli olduğunu, sonra həmin əmlakdan atasının və anasının ayrı-ayrı paylarına münasibətdə özünün payının müəyyən edilməli olduğunu, işlərinə düzgün baxılmadığını, cavabdehin məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində Şəfiqənin 2019-cu ildə həmin mənzilə qeydiyyata düşdüyünün yazıldığını, bunun yanlış olduğunu, qardaşının atasından əvvəl vəfat etdiyini, ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X10 və mərhum X16 1/2 payının müəyyən olunmasını, X6 qalan miras əmlakdan, yəni 1/2 paydan X16 payının müəyyən olunmasını və X11 qalan miras əmlakdan payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı-cavabdeh Nümayəndə izahatında ünvan 1 ünvanında yerləşən mənzilin anası və atasının birgə nikah dövründə əldə etdiklərini, ona görə də həmin əmlakın birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə bərabər pay müəyyən edilməli olduğunu, sonra həmin əmlakdan atasının və anasının ayrı-ayrı paylarına münasibətdə özünün payının müəyyən edilməli olduğunu, işlərinə düzgün baxılmadığını, anasının qardaşına vəsiyyətnamə verdiyini məhkəmədə öyrəndiklərini, ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X10 və mərhum X16 1/2 payının müəyyən olunmasını, X6 qalan miras əmlakdan, yəni 1/2 paydan X16 payının müəyyən olunmasını və X11 qalan miras əmlakdan payının müəyyən olunmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh izahatında həyat yoldaşının və oğlunun birlikdə Türkiyə Respublikasında avtomobil qəzasında vəfat etdiklərini, ərinin qayınatasından əvvəl vəfat etdiyini, özünün hazırda yaşamağa yerinin olmadığını, ona görə də miras əmlakda payının müəyyən edilməsini istədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, X10 20 dekabr 2020-ci il tarixdə vəfat etməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin tam mülkiyyət hüququ ilə X12 məxsus olması, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X27 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X16 ölümündən sonra isə həmin əmlakın Nümayəndə, İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, X16 ölümündən sonra həmin əmlakın X28 və X24 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə iddianın rədd edilməsi, X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, X1 qəbul etdiyi miras əmlakın onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasının qət edilməsi mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X58 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin tam mülkiyyət hüququ X10 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 609 nömrəli arayışdan mərhum X10 ünvan 1 ünvanında yaşadığı, onun vərəsələrinin əri X27 (vəfat edib), qızı İddiaçı, oğlu X28, oğlu X24, oğlu X26 (vəfat edib) və qızı Nümayəndə olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 671 nömrəli arayışdan mərhum X20 ünvan 1 ünvanında yaşadığı, onun vərəsələrinin arvadı X21 (vəfat edib), qızı İddiaçı, oğlu X28, oğlu X24, oğlu X26 (vəfat edib) və qızı Nümayəndə olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2024-cü il tarixli, 1960 nömrəli arayışdan X31 və X43 arasında 06 mart 1972-ci il tarixdə nikahın bağlanması, bu barədə nikah kitabının 06 nömrəli akt qeydinin tərtib olunması və nikah bağlanması zamanı arvadın özünə ərinin soyadını, yəni “Allahverdiyeva” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 801354 nömrəli çıxarışdan X10 20 dekabr 2020-ci il tarixdə beyin qan dövranının pozğunluğu səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 dekabr 2020-ci il tarixdə 617 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 802645 nömrəli çıxarışdan X16 24 oktyabr 2022-ci il tarixdə durğunluq aterosklerotik xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 noyabr 2022-ci il tarixdə 365 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş 26 fevral 2019-cu il tarixli vəsiyyətnamədən Naxçıvan MR, ünvan 1-da qeydiyyatda olan X10 ölən günədək özünə məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış mənzilini oğlu X22 vəsiyyət etməsi; -iş materiallarına əlavə olunmuş 01 mart 2019-cu il tarixli vəsiyyətnamədən ünvan 1da yaşayan X16 ölən günədək özünə məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilinin özünə qalan hissəsini oğlu X22 vəsiyyət etməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli, 1386 nömrəli arayışdan mərhum X17 ünvan 1 ünvanında yaşadığı, onun vərəsələrinin arvadı Cavabdeh, qızı X44, oğlu X38 və oğlu X45 (vəfat edib) olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 12 noyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 688275 nömrəli nikah haqqında şəhadətnamədən X26 və X39 arasında 12 noyabr 2012-ci il tarixdə nikahın bağlanması, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 521 nömrə ilə qeydiyyatın aparılması və nikah bağlanması zamanı arvadın özünə ərinin soyadını, yəni “Allahverdiyeva” soyadını seçməsi; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2013-cü il tarixli, AZ-İİ seriyalı, 857100 nömrəli doğum haqqında şəhadətnamədən X26 ilə Cavabdeh birgə nikahlarından 14 iyul 2010-cu il təvəllüdlü X44 adlı uşaqlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 iyun 2013-cü il tarixli, AZ-İİ seriyalı, 857101 nömrəli doğum haqqında şəhadətnamədən X26 ilə Cavabdeh 22 yanvar 2012-ci il təvəllüdlü X38 adlı uşaqlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802401 nömrəli ölüm haqqında şəhadətnamədən X17 01 iyul 2022-ci il tarixdə həkim tərəfindən təsdiqlənməyən səbəbdən Tükiyə Respublikası, İğdır şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyul 2022-ci il tarixdə 254 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802402 nömrəli ölüm haqqında şəhadətnamədən X32 02 iyul 2022-ci il tarixdə həkim tərəfindən təsdiqlənməyən səbəbdən Tükiyə Respublikası, İğdır şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 iyul 2022-ci il tarixdə 255 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 608 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında müvəqqəti yaşaması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli, 607 nömrəli arayışdan Nümayəndə ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli, 670 nömrəli arayışdan Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olması; -iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 73 nömrəli arayışdan X10 mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 20-də yerləşən 16 nömrəli mənzilin Naxçıvan şəhəri, XDM İKnin 10 iyun 1992-ci il tarixli, 376 nömrəli qərarı əsasında X10 adına özəlləşdirilməsi və 1992ci ilin iyul ayında X50 Bürosu tərəfində 5544 inventar nömrəli texniki pasport və 02 nömrəli Qeydiyyat vəsiqəsi verilməsi, həmin mənzilin xx.xx.2019-cu il tarixdə Daşımaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və qeydiyyat vəsiqəsinin ********** qeydiyyat nömrəli çıxarış ilə əvəzlənməsi, mərhumun vərəsəsi X13 mənzilin texniki pasportunun və çıxarışının itməsi ələ əlaqədar dublikatın verilməsi üçün xx.xx.2022-ci il tarixli müraciəti əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən mənzilin texniki pasportunun dublikatı və ********** qeydiyyat nömrəli elektron çıxarışı verilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan şohər İcraiyyə Komitəsinin 17 iyun 1985-ci il tarixli 203 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 sentyabr 2024-cü il tarixli arxiv çıxarışından X23 6 nəfər (X21-arvadı, X18-qızı, X28-oğlu, X24-oğlu və X26-oğlu) ailə tərkibinə görə İİ mikrorayondakı 20 nömrəli, 16 nömrəli 4 otaqlı mənzilin verilməsi ; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X27 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X16 ölümündən sonra isə həmin əmlakın Nümayəndə, İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, ilkin iddianın X16 ölümündən sonra həmin əmlakın iddiaçı-cavabdehlər X28 və X24 tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilməsi, mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, X1 qəbul etdiyi miras əmlakın onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasının qət edilməsi aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə ünvan 1 ünvanında yerləşən mənzilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə mərhum X10 və mərhum X16 1/2 payının müəyyən olunması barədə qətnamə qəbul edilməsi, X6 qalan miras əmlakdan yəni (1/2 paydan) X16 payının müəyyən olunması, X11 qalan miras əmlakdan iddiaçıların paylarının müəyyən olunmasını və cavabdeh-iddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış, ünvan 5 ünvanında yerləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X26 tərəfindən qəbul etdiyi X10 1/2 payına münasibətdə onun- Cavabdeh payının bütövlükdə müəyyən olunması, mərhum həyat yoldaşının sağlığında qəbul etdiyi sonradan onun tərəfindən qəbul olunmuş X16 miras əmlakına münasibətdə bir payının müəyyən olunmasını tələb etmələri isə mülki işin mübahisəli hallarıdır. Məhkəmə ilkin iddia tələbinin xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi X3 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin mərhum X21 ilə mərhum X16 ümumi birgə mülkiyyəti sayılmaqla X10 və mərhum X16 1/2 payının müəyyən olunmasına dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında həmçinin o da qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bununla yanaşı, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Mülki iş üzrə məhkəmə araşdırması zamanı iş üzrə tərəflərin izahatlarından, iş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli, 73 nömrəli arayışdan məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzil mərhum X21 və mərhum X27 tərəfindən birgə nikah dövründə əvəzli qaydada əldə edilməmişdir ona görə də qeyd olunan əmlak onların birgə mülkiyyəti kimi tanına bilməz. Yuxarıda qeyd olunan qanunvericilik normaları və mülki işin araşdırılması zamanı müəyyən edilmiş halları nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddia tələbi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi X3 adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin mərhum X21 ilə mərhum X16 ümumi birgə mülkiyyəti sayılmaqla X10 və mərhum X16 1/2 payının müəyyən olunmasına dair hissədə rədd edilməlidir. Məhkəmə ilkin iddia tələbinin X6 qalan miras əmlakdan X16 payının müəyyən olunması və X11 qalan miras əmlakdan iddiaçı-cavabdehlər İddiaçı və Nümayəndə paylarının müəyyən olunmasına dair hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X27 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X16 ölümündən sonra isə həmin əmlakın Nümayəndə, İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, ilkin iddianın X16 ölümündən sonra həmin əmlakın iddiaçı-cavabdehlər X28 və X24 tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilməsinin qət edilməsi aydın olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə belə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsinə əsasən mərhum X27 X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin faktiki olaraq qəbul edilməsi faktı və mərhum X16 ölümündən sonra isə həmin əmlakın Nümayəndə, İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Belə olan halda hazırda iddiaçı-cavabdehlər miras əmlakda payın müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Məhkəmə belə hesab edir ki, ilk növbədə mərhum X16 payı müəyyən edilməli və həmin paya münasibətdə isə iddiaçı-cavabdehlər Nümayəndə və İddiaçı ayrı-ayrılıqda payları müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, işin araşdırılması zamanı X10 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili oğlu X22 vəsiyyət etməsi müəyyən edilmişdir. Belə olan halda vəsiyyətnamə üzrə mirasda payın müəyyən edilməsinə dair normalara istinad olunmaqla X16 həmin miras əmlakda məcburi payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə belə hesab edir ki, X16 miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildə 1/4 payı müəyyən edilməlidir. X7 ölümündən sonra isə həmin əmlakın Nümayəndə və İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edildiyindən miras əmlak olan X16 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildən 1/4 payına münasibətdə İddiaçı 1/8 payı və Nümayəndə 1/8 payı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsi ilə X16 ölümündən sonra həmin əmlakın iddiaçıcavabdehlər X28 və X24 tərəflərindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə münasibətdə əsassız olduğundan rədd edilməsi qət edildiyindən vərəsələr X28 və X14 miras əmlakda payına münasibət bildirilməməlidir. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı idda ərizəsində xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzilin 01 iyul 2022-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X26 tərəfindən qəbul etdiyi X10 1/2 payına münasibətdə onun-Cavabdeh payının bütövlükdə müəyyən olunmasını tələb etməsinə münasibətdə isə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsi ilə mərhum X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.96 kv.m olan mənzilin miras əmlak olaraq X1 tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, X1 qəbul etdiyi miras əmlakın onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən olunması qət edildiyindən cavabdeh-iddiaçı Cavabdeh da ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildə payının müəyyən edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı X10 özünə məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili oğlu X22 vəsiyyət etməsi müəyyən edilmişdir. Belə olan halda vəsiyyətnamə üzrə mirasda payın müəyyən edilməsinə dair normalara istinad olunmaqla X17 həmin miras əmlakda payı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, X17 miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildən 3/4 hissədə payı müəyyən edilməlidir. X17 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildən 3/4 hissədə payından cavabdeh-iddiaçı Cavabdeh payının müəyyən edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, X17 vərəsələri arvadı Cavabdeh, qızı X44, oğlu X38 və oğlu X35r. X45 isə vəfat etdiyindən onun hazırda 3 vərəsəsi vardır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh X15 qalmış miras əmlakda payı müəyyən edilərkən digər 2 vərəsə olan övladlarının da miras əmlakı qəbul etməsi və onların da həmin miras əmlakda payı nəzərə alınmalıdır. Belə ki, hazırki iş üzrə predusiyial əhəmiyyətli olan Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(078)-1063/2023 nömrəli qətnaməsindən X1 qəbul etdiyi miras əmlakın onun ölümündən sonra irsi transmissiya qaydasında Cavabdeh tərəfindən qəbul edilməsi faktının müəyyən edildiyi aydın olur. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 14 yaşınadək olan uşaqların yaşayış yeri onların valideynlərinin yaşadığı yer hesab edildiyindən Cavabdeh övladları X44 və oğlu X38 da onunla birlikdə yaşamaqla atalarından qalan miras əmlakı qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X15 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin 3/4 hissəsi olan miras əmlakda Cavabdeh payı 1/4 hissədə (yəni miras əmlak 3 vərəsə arasında - X44 1/4 hissə, X38 1/4 hissə və Cavabdeh payı 1/4 hissə bölünməklə) payı müəyyən edilməlidir. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində mərhum həyat yoldaşının sağlığında qəbul etdiyi sonradan onun tərəfindən qəbul olunmuş X16 miras əmlakına münasibətdə bir payının müəyyən olunmasını tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin vərəsə kimi tanınması üçün ilk növbədə miras qoyanın öldüyü məqamda həmin vərəsə sağ olmalıdır. Ancaq iş materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli, AZ-İ seriyalı, 802401 nömrəli ölüm haqqında şəhadətnamədən X17 01 iyul 2022-ci il tarixdə, 01 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 802645 nömrəli çıxarışdan isə X20 24 oktyabr 2022-ci il tarixdə vəfat etməsi aydın olur. Qeyd olunanlardan da görünür ki, X5 Novruz Rəhim oğlundan əvvəl vəfat etmiş, X20 öldüyü vaxt sağ olmamışdır. Buna görə də X2 Novruz Rəhim oğlunun vərəsəsi kimi tanına bilməz. Yuxarıda qeyd olunanlara nəzərə alaraq məhkəmə belə qeyd edir ki, qarşılıqlı iddia ərizəsi cavabdeh-iddiaçı Cavabdeh mərhum həyat yoldaşının sağlığında qəbul etdiyi sonradan onun tərəfindən qəbul olunmuş X16 miras əmlakına münasibətdə bir payının müəyyən olunmasınını tələb etməsinə dair hissədə əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin iddia qaldırılan zaman Nümayəndə tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu və qarşılıqlı iddia qaldırılan zaman Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu həm ilkin iddia həm də qarşılıqlı iddia qismən təmin edildiyindən iş üzrə tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ilkin iddia qismən təmin edilməli; -X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildə X16 1/4 hissə payı müəyyən olunmalı; -X8 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin 1/4 hissəsindən iddiaçı-cavabdeh İddiaçı 1/8 hissə və Nümayəndə 1/8 hissə payları müəyyən edilməli; -ilkin iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -qarşılıqlı iddia qismən təmin edilməli; -X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildən X17 3/4 hissədə payı müəyyən edilməklə X15 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin 3/4 hissəsindən cavabdeh-iddiaçı Cavabdeh 1/4 hissə payı müəyyən edilməli; -qarşılıqlı iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -ilkin iddia qaldırılan zaman Nümayəndə tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu və qarşılıqlı iddia qaldırılan zaman Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildə X16 1/4 hissə payı müəyyən edilsin. X8 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin 1/4 hissəsindən iddiaçı-cavabdeh İddiaçı 1/8 hissə və Nümayəndə 1/8 hissə payları müəyyən edilsin. İlkin iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X6 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzildən X17 3/4 hissə payı müəyyən edilməklə X15 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70.96 kv.m olan mənzilin 3/4 hissəsindən cavabdeh-iddiaçı Cavabdeh 1/4 hissə payı müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İlkin iddia qaldırılan zaman Nümayəndə tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu və qarşılıqlı iddia qaldırılan zaman Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iş üzrə tərəflərə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar