Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-723/2022 02.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh Həmid oğlunun iştirakı ilə, iddiaçı təşkilat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Həmid oğluna qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Həmid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kia Rio” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 557.03 (beş yüz əlli yeddi manat üç qəpik) manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh Həmid oğlundan tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək, mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş bütün sənədlərin geri tələb edilməsi zərurətinin yarandığını, mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş bütün sənədlərin iddiaçıya geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddiaçı təşkilat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı təşkilat İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 iyun 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Həmid oğluna qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 07 iyun 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-723/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-723/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver