Məhkəmə qərarları › İş №2(078)-726/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-726/2021

02.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-726/2021 02.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin bağlanmış hesab edilməsi, avtomaşına mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DY 150 ZN nömrə nişanlı motoskilə onunla Cavabdeh arasında müqavilənin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında Cavabdeh DY 150 ZN nömrə nişanlı avtomaşını 1500 (bir min beş yüz) manata aldığını, lakin alqı-satqının üzərindən bir il keçdiyindən dövlət yol polis idarəsi tərəfindən sənədləşmə aparılmasından imtina edildiyini, belə ki, sonradan öyrəndiyi qədəri ilə cavabdehiş sözügedən minik vasitəsini 500 manata alsa da adına sənədləşdirmə aparmadığını, məhz buna görə də aldığı minik vasitəsini adına sənədləşdirə bilmədiyini, bu minik vasitəsinin onun yeganə qazanc mənbəyi olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili X2 iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən o, İddiaçı DY 150 ZN nömrə nişanlı minik vasitəsi satdığını, lakin iddiaçının da qeyd etdiyi kimi minik vasitəsini alanda öz adına sənədləşdirmədiyini, buna görə də hazırda da İddiaçı adına sənədləşmə aparıla bilmədiyini, qanunları bilmədiyi üçün bütün sənədləşmə işlərini vaxtında etmədiyi üçün hazırda iddiaçı ilə aralarında narazılıq yarandığını, həqiqətən də minik vasitəsini iddiaçıya satdığını, bunu inkar etmədiyini bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən 19.08.2011-ci il tarixdə verilmiş ÇZZ 419086 nömrəli qaimə-fakturasından məlum olur ki, Cavabdeh DY 150 ZN nömrə nişanlı motoskilə 500 (beş yüz) manata almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsi nəzərə alınaraq iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında DY 150 ZN nömrə nişanlı motoskilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməli və DY 150 ZN nömrə nişanlı motoskilə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Belə ki, iş materiallarına əlavə edilmiş arayış və ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı qardaşı X3 09 noyabr 2020-ci il tarixdə döyüş meydanında şəhid olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında DY 150 ZN nömrə nişanlı motoskilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilsin və DY 150 ZN nömrə nişanlı motoskilə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar