Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-728/2020 21.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Abazərli X5 Qalibə Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan ona çatan 16/17 hissənin (payın) naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan şəhəri İbrahim Həmzəyev küçsi döngə2, ev 6 –da yerləşən miras əmlakdan onun payı mülkiyyət hüququ əsasında 16/17 hissə olaraq verilmişdir. digər 1/16 hissə bacısı qızı Cavabdeh aiddir. Belə ki, 1/16 hissənin mülkiyyətçisi olan bacısı Atlas Abazərli vəfat etdikdən sonra üç vərəsəsi olmuş, onlardan biri Dürrü onun xeyrinə, Şəmil digər bacısının xeyrinə mirasdan imtina etmişdir. Lakin cavabdehlə heç cür razılığa gələ bilmirlər. Cavabdeh nə ona aid olan payı satır, nə də ki qarşılığında ondan pul tələb edir. Digər bacısı X3 ona və cavabdehə qarşı iddia qaldıraraq ona aid olan 7/24 hissəsnin naturada bölünməsini tələb etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək həmin pay naturada ayrılmışdır. Hazırki cavabdehin payı isə 1/16 hissədir, onun tələbi özünə aid 16/17 hissədə payın naturada ayrılması tələbidir və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə iş üzrə İddiaçı və onun vəkili Vəkil qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı və onun vəkili Vəkil iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun anasından qalma həmin həyətdə bir payı vardır və o həmin payının orada olmasını istəyir. Payın dəyərində pula ehtiyacı yoxdur. Vaxtilə xalası İddiaçı ona hörəmət qoymayıb və haqsızlıq edibdir. Onun da tələbi odur ki, həmin pay orada pay şəklində qalsın, ayrılması mümkündürsə ayrılsın. Ona görə də öz payından pul müqabilində imtina etmək fikri yoxdur. Qeyd edilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Naxçıvan şəhəri, İbrahim Həmzəyev küçəsi döngə 1, ev 7-də yerləşən 77.18 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0434 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 1/17 hissədə X1,1617 hissə İddiaçı mülkiyyətinə verilmişdir. X4 xx xxxxxxx 2006-cı il tarixdə yoğun bağırsaq xərçəngi diaqnozu ilə vəfat etmiş, bu barədə xx xxxxxx 2006-cı il tarixdə 324 nömrəli ölüm akt qeydi icra edilmişdir. X2 vərəsələri 1955-ci il təvəllüdlü X10, 1957-ci il təvəllüdlü X11 və 1965-ci il təvəllüdlü Cavabdehdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 179/20 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı ilə Cavabdeh arasında təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən X7 verilmiş, MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətinə əsasən, Naxçıvan şəhəri, İbrahim Həmzəyev küçəsi döngə 1, ev 7-də yerləşən 77.18 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0434 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında 1/17 hissədə X1,1617 hissə İddiaçı adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində 18/40 nömrəli reyestr kitabının 7832 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 179/20 nömrəli əsaslılığı məhkəmədə şübhə doğurmayan məhkəmə tikinti-texniki ekspertizası üzrə rəyi ilə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın İddiaçı ilə Cavabdeh arasında təcrid olunmuş qaydada ayrılaraq verilməsinin (bölünməsinin) texniki cəhətdən mümkün olmadığı təsdiq olunur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" x xxxxx 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-728/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-728/2020
21.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver