Məhkəmə qərarları › İş №2(078)-731/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-731/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-731/2024 04.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19200 (on doqquz min iki yüz) manat borc məbləğinin, vəkil xərcinə görə 500 (beş yüz) manat müqavilə haqqının, 20 (iyirmi) manat marka pulunun və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun, ümumilikdə 19869 (on doqquz min səkkiz yüz altmış doqquz) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birgə qızı X6 Dövlət Universitetində diş həkimliyi ixtisasına qəbul olunduğu üçün 2023-cü ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanında yaşayırlar. Naxçıvan şəhərində olduqları müddətdə Hilal adlı “Badəm” restoranını işlədən şəxslə tanış olmuşdurlar. Həmin restoranda çay içdikləri zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətində olduqlarını Hilala söyləmişlər və Hilal da bildirmişdir ki, həmin şəxs elə mən özüməm, gəlin razılaşıb iş ortağı olaq, çünki restoran işində pul çoxdur, bu işə görə çox pul qazanarıq. Cavabdeh X3 İddiaçı iş qurmaq üçün 30000 manat pul istəmiş, lakin iddiaçı ona 19200 manat pul verə biləcəyini bildirmişdir. Cavabdeh iddiaçının başqa pul verə bilməyəcəyinə əmin olduqdan sonra iddiaçıdan 19200 manat pul məbləğini alaraq onunla birgə iş görəcəklərinə razılaşmışdır. Həmin günün axşamı iddiaçı və cavabdeh razılaşmışlar ki, sabah, yəni 19 yanvar 2024-cü il tarixində görüşsünlər və iddiaçı 19200 manat pulu Cavabdeh versin. Beləliklə də, 19 yanvar 2024-cü il tarixində iddiaçı qızı Nuriyyə Şahin, həyat yoldaşı Sevim Şahin və ailə dostları Elxan Məmmədovla birlikdə 19200 manat pulu Cavabdeh vermək üçün Cavabdeh işlətdiyi “Badəm” restoranına getmişdirlər. Restoranda çay içmişlər və həmin zaman 19200 manat pulu İddiaçı öz əli sayıb Cavabdeh vermişdir. Cavabdeh bildirmişdir ki, İddiaçı ilə birlikdə artıq onlar ortaqdırlar və sabah gedib notariusda bu barədə müqavilə bağlayacaqlar. Lakin sabahısı gün Hilal bir həftəlik işi üçün Bakıya getməli olduğunu bildirmiş və bir həftə iddiaçı ilə görüşməmişdir. Bir müddət keçdikdən sonra iddiaçının yanına gələrək notariusa gedib müqavilə bağlayacağını bildirmişdir. Cavabdeh və iddiaçı, eləcə də iddiaçının qızı və həyat yoldaşı ilə birlikdə “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariusa müqavilə bağlamaq üçün getmişdirlər. Notariusda cavabdeh iddiaçıya bildirmişdir ki, biz ortaq kimi işləyə bilməyəcəyik, pulu xərcləmişəm, gəlin borc müqaviləsi bağlayaq, mən ən qısa zamanda 19200 manat pulunuzu özünüzə verəcəm. İddiaçı çarəsizlikdən cavabdehin bu təklifi ilə razılaşmış, lakin notarius onlara pulu göstərməsələr, müqaviləni təsdiq edə bilməyəcəyini bildirmişdir. Həmin zaman Cavabdeh isə ona iddiaçı tərəfindən verilmiş 19200 manat pulu borclu olduğu üçün başqa şəxsə verdiyini və buna görə də pulu göstərə bilməyəciyini söyləmişdir. Notariusda borc müqaviləsi bağlamaq baş tutmadıqdan sonra Hilal iddiaçıya bildirmişdir ki, öz aramızda borc müqaviləsi bağlayaq. İddiaçı notariusdan kənar aralarında bağlanacaq borc müqaviləsinin nə dərəcədə əsaslı olmasını bilmək üçün cavabdehlə Türkiyə Konsulluğuna gedərək belə bir borc müqaviləsinin bağlanmasının düzgünlüyünü soruşduqda, ordan bildirmişdilər ki, həmin müqavilənin hüquqi əsası yoxdur. Bundan sonra iddiaçı cavabdehə dəfələrlə ona olan 19200 manat pul borcunu ödəməsini tələb etsə də, cavabdeh ona pulunu verməkdən yayınmışdır. İddiaçı bununla bağlı bir sıra qurumlara, həmçinin Naxçıvan şəhər Polis İdarəsinə müraciət etsə də, bu günədək nəticəsiz qalmışdır. Hazırda cavabdeh iddiaçıya 19200 (on doqquz min iki yüz) manat pul borcludur. İddiaçı dəfələrlə Hilalın ona borclu qaldığı 19200 (on doqquz min iki yüz) manat borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. iddiaçı Fethi X7 şəhər Polis İdarəsinə Cavabdeh bağlı, ondan 19200 manat pul alaraq geri verməməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Naxçıvan şəhər Polis İdarəsi tərəfindən Cavabdeh iddiaçıya borclu olması barədə izahat alınmışdır. Hazırda həmin izahatın əldə olunaraq sübut qismində məhkəməyə təqdim edilməsi üçün Naxçıvan şəhər Polis İdarəsinə vəkil sorğusu verilmişdir və sorğunun özü və göndərilməsi ilə bağlı qəbzi iddia ərizəsinə əlavə edirəm. Sorğuya veriləcək cavab məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir. Həmçinin iddiaçı bu mülki mübahisə ilə bağlı 500 (beş yüz) manat ödəniş edərək vəkil tutaraq, vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istəyir. İddiaçı hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 19200 (on doqquz min iki yüz) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 500 (beş yüz) manat müqavilə haqqının və 20 (iyirmi) manat marka pulunun və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun cavabdehdən alınmaqla, ümumilikdə 19869 (on doqquz min səkkiz yüz altmış doqquz) manat pulun ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.İddianın təmin edilməsi xahiş olunur. İddiaçı məhkəmə iclasında izahat verərək iddia ərizəsində bildirdiyi halları qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, qızı Naxçıvanda təhsil aldığından bu işlə məşğul olmaq qərarına gəlmiş, Şanlıurfada əvvəllər meyvə-tərəvəz işi ilə məşğul olmuşdur. Sonra vergi qeydiyyatından çıxmışdır. Bir həftə müddətində restoranda ailəsi ilə birlikdə işləmiş, Hilal onları restorandan qovmuşdur. Bu günə qədər pulunu ala bilməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddia ərizəsini müdafiə edərək eyni məzmunlu izahat vermiş, iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı və ailəsi 18 yanvar 2024-cü il tarixdə özləri restorana gəlmişdir. Həmin vaxt orada olmayıb. 3-4 dəfə gedib gəldilər, ortaq olmağı təklif edirdilər. İddiaçını aldatmayıbdır. Belə olsaydı elə iddiaçını deportasiya edərdi. 19200 manat ona pul verilib. Onlarla ilk dəfə danışan kirayə pulunun əvvəldən ödənilməli olduğunu demişdir. Yemək dəzgahı alınmasını, iddiaçının yoldaşının həmin dəzgahda yemək bişirəcəyini bildirmişlər. Bakıdan dəzgah almışdır. Özü müqavilə bağlamasını təklif etmişdir. Hər ikisinin əvəzindən kirayə pulu vermişdir. Natorusa getdilər orada dedilər pul bank vasitəsilə daxil olmalıdır, sonra müavilə bağlanmalıdır. Asan xidmətdə dedilər ki, ortada pul olmalıdır. Ortada pul olmadığına görə müqavilə bağlana bilmədi. Çünki artıq pul xərclənmişdir. Konsulluğa birlikdə getmişdilər. Orada dedilər ki, lap video ilə çəkib öz aranızda razlığa gəlin. 18 yanvardan 14 fevral sevgililər gününə qədər orada birlikdə işləyiblər. Günə 30-40 manat iddiaçıgil pul götürürdülər. 8-9 nəfər küflət yeyib içirdilər. Gündə qışqır bağır salırdılar. Pullarını tələb edirdilər. Həmin pulu kafeyə xərclədiyini onlara bildirmişdir. Çox narahatçılıq etdilər kafedə. İş yaxşı olmadı və restoranı bağlamaq məcburiyyətində qalmışdır. Dükanın gəlirilən şərikdilərsə ziyana da şərik olmalıdırlar. Ona görə də onlara verəcək pulu yoxdur. Suallara cavab olaraq cavabdeh bildirmişdir ki, şirkətin restoranı olub, o icarəyə götürmüşdür, icarə müqaviləsi şirkətlə var idi. Aylıq icarəsi 6000 manat idi. Həmin yeri icarəyə götürəndə 2 ay qabaq pul vermişdi. Təmir etmişdi. Oraya ət, ərzaq almışdı. İddiaçı ikinci ayın kirayəsini verməyib. Dükan bağlanıb. Bakıya 19 yanvar tarixində gedib. 3-4 gündən sonra Bakıdan gəlib notariusa gediblər. Notarius pul olmadığı üçün müqavilə imzalamadı. 19200 manat almışdır. Ortaq iş üçün almışdır. Həmin yeri təzə açmışdı. Kirayə pulu 20 yanvarda verilməli idi. Hələ verilməmişdi. Pul verildi. Həmin günü axşamı getdi Bakıya. İddiaçının yoldaşı yemək dəzgahı demişdi onu alıb gətirdi. Gündəlik iddiaçı və ailəsi 50.40.60 manat pul götürürdülər. 19200 manatın qarşılığında iddiaçıya heç nə verməmişdir. Savaşıb çıxdılar getdilər. 10000 manat dükanın təmirinə xərc çəkilmişdi. Borclarını həmin pulla ödəmişdi. 19200 manatdan 6000 manat dükanın kirayəsinə pul verib. Niyə tək kirayə pulu verməli idi ki? Şəxsi heç tanımamışdır, onu aldatmayıbdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4 bildirmişdir ki, sadəcə olaraq o, Şahin bəyin qızı Nuriyə və oğlu Sinana dərs deyir. Nuriyə də Sinan da həmişə məsuliyyətli tələbə olub. Ailəsini də tanıyır. Universitetdə Nuriyə dedi atası iş qurmaq istəyir. Bir az narahat olmuşdur. Demişdir ki, tanımadığınız adam olar allanarsız. Ancaq Naxçıvanın sakit bir məkan olduğunu demişdir. Badəm restoranına getmişdir. Çay içmişdilər. Hilalı göstərdilər dedilər bu şəxslə ortaq olacaqlar. Heç tanımadığı halda Hilalı tərifləmişdir. Demişdir yaxşı olacaq. Hilal bəyi çağırıb pulu verdilər. 12300 dollar verdilər. Dollar idi. Bir dəfə də ailəliklə getmişdilər. Şahinin xanımı işləyirdi. Heç onlardan pul da almadılar. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, ailəliklə nə vaxt getdiklərini tam xatırlamır. 14 fevrala hazırlıq gedirdi. Hətta televizor alacaqlarını bildirdilər. Yəqin ki, fevral ayının ilk vaxtı olardı. Soyuq aylar idi. Dərslər hələ başlamamışdı. 17 fevral dərs başladı. Yanında bərabər işləyib qazanacaqlarından danışdılar. Şahin bəyin arvadı da dedi əlindən hər şey gəlir. Müqavilə bağlamaq sözü olmadı. Xanım çantasından pulu çıxardıb Şahin bəyə verdi, Hilal da sayıb pulunu cibinə qiydu. Hətta Hilal dedi bəs 20000 verəcəkdin. Şahin dedi xərclər var çatdıra bilmədik. Nuriyə sonra dedi ki, kaş pulu verməmişdən qabaq müqavilə bağlanardı, o da demişdir ki, narahat olma problem olmaz. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X8 bildirmişdir ki, 19 yanvar qış ayında ailəsi ilə birlikdə gəzirdi. Restorana girdilər. Çay içdilər. Dedilər ki, iş qurmaq istəyirlər. Bir az sonra Hilal gəldi. Fikirlərini dedilər. Dedi olar. Oturub söhbət etdilər. O günlük yemək miqdarını dedi. Evdə yemək yeyən zaman Hilal onlara zəng etdi. Atası, anası və o Hilalla danışdılar. Dedi 70000 (yetmiş min) manat ortaqlıqdır. Dedilər çoxdur imkan yoxdur. Dedi nə qədər pulunuz var. Dedilər 20000 (iyirmi min) manatdır. Dedi yaxşı. Səhər anası, atası və o və Elxan müəllim Hilala danışıdılar. 12300 (on iki min üç yüz) dollar 19200 (on doqquz min iki yüz) manatı Hilala sayıb verdilər. Hilal dedi pulu verin sonra müqavilə üçün notariusa gedək. Onlar da inanıb verdi. Dedi dükanda əksiklər var Bakıya getdi. 3 gün gözlədilər. İşə gəldi dedilər gedək müqavilə bağlayaq. Onları neçə dəfə süründürdü. 10 gün orada oldular. Müqavilə bağlamadılar. Dedilər Bakıdan gəldin lazımı şeyləri aldın indi gəl gedək. Razı olmurdu. Günlük çoxlu xərclər yazırdı. Heç ağla gəlməz rəqəmlər idi. Onlar konsula getdilər. Sonra notariusa getdilər. Dedilər pul ələ alandan sonra müqavilə olmaz. Sizi aldadıblar. Asan xidmətdə də dedilər ki, pul ortada olmadan müqavilə olmaz. Hilala konsulluqda soruşdular pulu neynədin. Dedi ki, 10000 manat borcuma vermişəm. Onlar niyə pulu onun borcu üçün veriblər?. Onların təhsil xərcləri var. İndi əldə heç nə yoxdur. Bir dəfə olsun Hilal demədi ki, bəs nə edirsiz. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X10 bildirmişdir ki, Fethi yoldaşıdır. Şanlıurfa doğumludur. O və qızı Nuriye restoranda oturub Hilalla danışıblar. Evdə İddiaçılə danışdılar və Hilal onun yoldaşından 19200 manat pul aldı. Onlar dedi ki, müqavilə bağlayasınlar. Hilal Bakıya getmişdi, 3-4 sonra gəldi. Notarius dedi ki, pul ortada olmadan müqavilə olmaz. Konsulluğa getdilər. Orada dedi ki, pulu borclarına vermişdir. Türkiyədə neçə insanlarla ortaq olub işləmişdir. Ancaq belə bir dolandırıcılığa rast gəlməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9 bildirmişdir ki, dostu Hilal kafe açmışdı. O da orada işləyirdi. Qarşı tərəfin qızı və yoldaşı gəlib çay içdilər. Dedilər işləmək istəyirlər. Soruşdular ki, buranı kim işlədir. Dedi Hilaldır. Hilal bunlarla danışmağa razı olmadı. Bunlar 3-4 dəfə gəlib getdilər. Hətta dedilər ki, kirayə pulunu da şərik verəcəklər. Ancaq qabağa gəlmədilər. Danışıq vaxtı səhərisi pulu gətirdilər. 19200 manatı gətirdilər. Bunlar dedi vitrin alınmalıdır. Hilal Bakıya gedib müəyyən şeylər aldı. Sonra iş yaxşı olmadı və restoran bağlandı. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları, şahid ifadələrini, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın təmin edilməsi barədə nəticəyə gəlir. Naxçıvan Şəhər Polis İdarəsinin 27 fevral 2024-cü il tarixli qərarından aydın olur ki, X5 müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Cavabdeh sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs olsa da iddiaçı tərəfindən təqdim edilən vətəndaşı olduğu Türkiyə Respublikasının vergi ödəyici vərəqəsini təsdiq edən sənədlərdən onun hazırda vergi ödəyicisi olmadığı, sahibkarlıq fəaliyyətinin 2004-cü ildə dayandırıldığı göstərilmişdir. Buna görə məhkəmə işin aidiyyəti məhkəmə olaraq onun səlahiyyətinə aid olması nəticəsinə gələrək işə baxmışdır. Məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 19200 (on doqquz min iki yüz) manat pulun verilməsi işin mübahisəsiz halıdır və bu hal cavabdeh tərəfindən etiraf edilməklə yanaşı, şahidlər, iddiaçı tərəfindən də sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki pul tələbinə müqavilə münasibətləri deyil, müqavilədənkənar münasibətlər-əsassız varlanma öhdəlikləri tətbiq edilməlidir. Belə ki, tərəflər arasında yazılı ortaqlıq müqaviləsi, birgə icarə müqaviləsi mövcud olmamışdır. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19200 (on doqquz min iki yüz) manat pul tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə Cavabdeh bildirdiyi hallara görə-iddiaçı və ailəsinin hər gün müəyyən məbləğdə qazanc əldə etməsinə dair arqumentlərinə münasibətdə qeyd edir ki, bununla bağlı cavabdeh tərəfindən qarşılıqlı iddia olmamış, eləcə də mötəbər sübutlar təqdim edilməmişdir. İddia təmin edildiyindən vəkil xərcinə görə 500 (beş yüz) manat, eləcə də 20 (iyirmi) manat marka pulu və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 19200 (on doqquz min iki yüz) manat pul tutularaq İddiaçı qaytarılsın. Cavabdeh vəkil xərcinə görə 500 (beş yüz) manat müqavilə haqqı, 20 (iyirmi) manat marka pulu və 149 (yüz qırx doqquz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar