Məhkəmə qərarları › İş №2(078)-779/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-779/2021

13.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-779/2021 13.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehizlərin məcburi çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının yaşadığı mərhum əri X2 mülkiyyətində olan Naxçıvan şəhəri, məhəllə 58/32-də yerləşən evdən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, oğlu X3 ilə Cavabdeh 2017-ci ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər. Birgə nikahdan iki övladı olmuşdur. Lamiyyə toydan əvvəl mərhum əri X2 mülkiyyətində olan Naxçıvan şəhəri, məhəllə 58, ev 32-də yerləşən evinə cehiz əşyalarını gətirmişdir. Cehiz əşyalarından cüt nəfərlik bir ədəd çarpayı, iki ədəd tumba, bir ədəd şfoner, bir ədəd tirmo və bir ədəd sandıqdan ibarət yataq dəsti, bir ədəd cüt nəfərlik döşək, bir ədəd tək nəfərlik döşək, dörd ədəd balınc, yorğan, 3 ədəd xalça, 5-6 karobka qab-qacaq gətirmişdir. Oğlu ilə gəlini bir müddət birlikdə yaşadıqdan sonra yola getməmişlər. Bu səbəbdən dəfələrlə Lamiyə boşanma barədə məhkəmədə iddia qaldırmış, lakin Məhərrəmin səyi nəticəsində barışıb yenə də birlikdə yaşamışlar. Barışsalar da cavabdehin dili üzündən yenə yola getməmişlər. Sonuncu dəfə Lamiyə 2021-ci ilin may ayı uşaqları da özü ilə götürərək atası evinə getmiş və yenə boşanma barədə Babək Rayon Məhkəməsində iddia qaldırmışdır. Artıq bundan sonra Məhərrəmlə Lamiyyənin barışıb bir ailədə yaşamaları mümkün deyil. Hər ikisinin boşanmaqda fikri qətidir. İddiaçı Lamiyyədən cehiz əşyalarının evindən çıxarmasını tələb etsə də və o, həmin əşyalar götürəcəyini bildisə də o, cehizlərini götürmür. İddiaçı mərhum əri X4 16 aprel 2019-cu ildə vəfat etdikdən sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, məhəllə 58, ev 32-də yerləşən miras evdə özünün yaşadığını və ona məxus mirası da iddiaçı qəbul etmişdir. Bu səbəbdən də Cavabdeh məxsus cehiz əşyalarının həmin evdə qalmasını istəmir və məcburi çıxarılmasını istəyir. İddiaçı 05 iyul 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində Cavabdeh qarşı cehizlərin məcburi çıxarılması tələbi ilə bağlı iddia qaldırdığını, cavabdeh cehizləri götürdüyünə görə iddiasından imtina etdiyini qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 07 iyun 2021-ci il tarixli, 23159 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı cehizlərin məcburi çıxarılması tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “xxxx” ASC-nin Naxçıvan filialına 07 iyun 2021-ci il tarixli, 23159 nömrəli qəbzlə ödənilmiş 10 (on) məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar