Məhkəmə qərarları › İş №2(078)-825/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-825/2023

26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-825/2023 26.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdeh X8, cavabdeh və eyni zamanda digər Cavabdeh3 nümayəndəsi Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, X11 və Cavabdeh3 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən əmlakda paylarının bərabər qaydada müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında ünvan 2 ünvanında yerləşən 14 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət üzrə 5 nəfərin-onun, X5, Cavabdeh1, X8, X4 adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reystrindən çıxarışda qeydə alınıb. Sözügedən əmlakda payı müəyyən olunmadığından əmlakdan istifadə edə bilmir. Hər gün bir nəfərin evində qalır. Çünki cavabdehlər onu evə buraxmır. Hazırda dayı qızısının evində qalır. Birgə mülkiyyətdə olan əmlakda pay hüququnun müəyyən edilməsini istəyir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və eyni zamanda digər Cavabdeh3 nümayəndəsi X16 iddianı qəbul edərək verdiyi izahatında iddiaçının ona və oğluna qarşı nalayıq hərəkətlər etdiyini, bu barədə polisə məlumat verdiyini, içki içib və özündə olmadığı üçün iddiaçının evdə qalmasına razı olmadıqlarını bildirmişdir. Əgər problem yaratmayacaqsa iddiaçı gəlib evdə qalsın. Payların müəyyən olunmasına etiraz etmir. Məhkəmə iclasında cavabdeh X17 iddianı qəbul edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Özünün də həmin evdə pay hüququ var. İddiaçı dəfələrlə evdə qaldığı müddətdə ona və ailə üzvlərinə qarşı kobudluq edib. Onlara bir ailə üzvləri kimi hörmət qoymayıb. Payların müəyyən olunmasına etiraz etmir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 401473 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, İddiaçı ilə X16 arasında bağlanmış nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-87/2022 nömrəli qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə xitam verilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 65 nömrəli qeydiyyat aparılmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 2-də 0.0615 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 126.04 kv.m olan 14 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı, Həsənova (İbrahimova) Zeynəb Məhəmməd qızının, Cavabdeh1, X8 və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/50 nömrəli reyestr kitabının 9833 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1036 nömrəli arayışdan arayışından aydın olur ki, Həsənov X13 şəhəri Qaraçuq kəndi 5-ci küçə döngə 3, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1037 nömrəli arayışdan arayışından aydın olur ki, Həsənov X14 şəhəri Qaraçuq kəndi 5-ci küçə döngə 3, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1038 nömrəli arayışdan arayışından aydın olur ki, X3 şəhəri Qaraçuq kəndi 5-ci küçə döngə 3, ev 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1039 nömrəli arayışdan arayışından aydın olur ki, X1 şəhəri Qaraçuq kəndi 5-ci küçə döngə 3, ev 14 ünvanında qeydiyyatda deyil. İş materiallarında olan ünvan 3 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1040 nömrəli arayışdan arayışından aydın olur ki, X2 şəhəri Qaraçuq kəndi 5-ci küçə döngə 3, ev 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, ünvan 2-də 0.0615 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 126.04 kv.m olan 14 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/5 hissədə, Həsənova (İbrahimova) Zeynəb Məhəmməd qızının payı 1/5 hissədə, Cavabdeh1 payı 1/5 hissədə, X8 payı 1/5 hissədə və Cavabdeh3 payı 1/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023cü il tarixdə 7089 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, X6 və Cavabdeh3 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 2-də 0.0615 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 126.04 kv.m olan 14 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/5 hissədə müəyyən edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 7089 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, X6 və Cavabdeh3 tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar