Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-835/2021 17.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə, 05 mart 2015-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə Cavabdeh arasında bağlanılmış 05-03/102/İK nömrəli Alqı-satqı və İpoteka Müqaviləsi əsasında 300 ay müddətinə 45000 manat pul krediti üzrə hər ay ödənilməli olan kredit üzrə əsas borc və faizlər üzrə 237.53 manat, can sığortası üzrə 20 manat və əmlak sığortası üzrə 6 manat, ümumilikdə 262.53 manat məbləğində ödənişlərin yarısı olan 131.765 manat pulun hər ay cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcda payların müəyyən olunması tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, iddia tələbinə «birgə nikah dövründə, 05 mart 2015-ci il tarixdə "xxxx" ASC-nin Naxçıvan MR Baş İdarəsi ilə Cavabdeh arasında bağlanılmış 05-03/102/İK nömrəli Alqı-satqı və İpoteka Müqaviləsi əsasında 300 ay müddətinə 45000 manat pul krediti üzrə hər ay ödənilməli olan kredit üzrə əsas borc və faizlər üzrə 237.53 manat, can sığortası üzrə 20 manat və əmlak sığortası üzrə 6 manat, ümumilikdə 262.53 manat məbləğində ödənişlərin yarısı olan 131.765 manat pulun hər ay cavabdeh tərəfindən ona ödənilməsi, ünvan 1 ünvanında 11 mərtəbəli, 1 bloklu binanın 1-ci blokunda, 10-cu mərtəbəsində yerləşən yaşayış evindən pay hüququ müəyyən olunanadək cavabdehin əvəzindən banka ödədiyi 2380.02 manat pulun hamısının, pay hüququ müəyyən olunduqdan sonra banka ödədiyi 2444.40 manatın yarısı olan 1222.20 manatın, ümumilikdə 3602.22 manat pulun ona verilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İddiaçı məhkəmə baxışı iclasında ərizə yazaraq, Naxçıvan Şəhər Məhkəməsində Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcda payların müəyyən olunması tələbi barədə iddia qaldırdığını, hazırda işin baxılmasını istəmədiyini, ona görə də, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə müvafiq qərar verilməsini xahiş etdi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılması barədə müvafiq qərar verilməsini xahiş etdiyinə və cavabdeh də işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı tərəfindən "xxxx"ın Naxçıvan filialı vasitəsilə 25 iyun 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış borcda payların müəyyən olunması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx"ın Naxçıvan filialı vasitəsilə 25 iyun 2021-ci il tarixli qəbzlə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-835/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-835/2021
17.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver