Məhkəmə qərarları › İş №2(078)-844/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-844/2022

15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-844/2022 15.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və mərhum X4 ilə paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Babək rayonu, Qaraxanbəyli kəndində 0.34 ha torpaq sahəsinin bir hissəsinin Cavabdeh, bir hissəsinin onun, bir hissəsinin X2 Babək rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə mülkiyyətinə verildiyini, X2 25 noyabr 2021-ci il tarixdə vəfat etdiyini, onun nikahının olmadığını, lakin həyətyanı torpaq sahəsində paylarının həyətyanı torpaq sahəsinin hansı hissəsində olması, paylarından istifadə ilə bağlı aralarında narazılıqlar yarandığını, buna görə payının naturada ayrılmasını istədiyini, ekspert rəyi ilə razı olduğunu göstərərək, Cavabdeh və mərhum X4 ilə paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, ekspert rəyi ilə razı olduqlarını, rəyə uyğun qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul edərək, ekspert rəyi ilə razı olduğunu, etirazının olmadığını, qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Babək rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-923B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Cavabdeh ailə üzvləri İddiaçı və X4 ilə birlikdə 0.34 ha ölçüsü olan həyətyanı torpaq sahəsi verilmişdir. AZ-İİ seriyalı, 241334 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X4 25 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən verilmiş 1265 nömrəli, 05 iyul 2022-ci il tarixli arayışa əsasən, ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 26 oktyabr 2011-ci il tarixdən 05 aprel 2022-ci il tarixədək vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 04 sentyabr 2022-ci il tarixli, 130 nömrəli rəyinə əsasən, tədqiq olunan həyətyanı torpaq sahəsi təqribi olaraq planda dörd bucaq formalı şəklində olub, bir tərəfdən küçə yolu, üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu isə həyətyanı torpaq sahəsinin əsas küçə yolu hissəsindəndir. Baxış zamanı həyətyanı torpaq sahəsinin daxilində təqribən uzunu 15.00 metr, eni isə 13.00 metr olan yeni inşa olunmuş hazırda daxili və xarici sahələrində təmir işləri aparılan bir mərtəbəli fərdi yaşayış evi təyinatlı tikili yerləşir. Eyni zamanda torpaq sahəsinin digər hissələrində tövlə və ona bitişik çardaq (mal-qara üçün ot yığılan yer) təyinatlı tikililərin də olduğu müşahidə olunmuşdur. Tədqiq olunan həyətyanı torpaq sahəsinin dörd bir ətrafı dəmir tor çəpərlərlə əhatə olunduğu müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, JN-923B (kod ********) Torpağa mülkiyyət verilməsinə dair Şəhadətnamənin surətinin göstəricilərinə əsasən həyətyanı torpaq sahəsinin mövcud vəziyyətdə ümumi sahəsi 3400.0 m2 təşkil edir, bu zaman həmin həyətyanı torpaq sahəsi üzrə şəhadətnamənin surətində qeyd olunan tərəflərin (Cavabdeh, İddiaçı və X4) payları müəyyən olunur: 3400.0 m2 həyətyanı torpaq sahəsinin 1/3 hissəsi üzrə - 1133.34 m2 (3400.0 :3). Ekspertiza tərəfindən qeyd olunur ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: ... Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1.5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2.50-2.75 metr olmalıdır. Ekspert tərəfindən qeyd olunur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrıayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Yuxarıda göstərilənlərlə əlaqədar, tədqiq olunan həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti, planlı yerləşməsi, bir tərəfdən küçə ilə əhatə olduğu, həyətyanı torpaq sahəsinin digər texniki göstəricilərini nəzərə alaraq tərəflərin sərəncamına düşən paylarının naturada bölünməsi texniki cəhətdən mümkündür. Həyətyanı torpaq sahəsindən tərəflərin paylarının bölünməsi üçün aşağıdakı yenidənqurma işləri yerinə yetirilməlidir: - bunun üçün tədqiq olunan həyətyanı torpaq sahəsinin küçə yolu tərəfindən həyətin sonuna doğru bir-birinə paralel iki ədəd uzunluqları 49.40 və 48.62 metr, olan ayrı-ayrılıqda sərhəd hasarı çəkilməklə, (narıncı, yaşıl və mavi rəngdə ştrixlənmiş sahələr) 1-ci, 2-ci və 3-cü mənzillər yaradılmalıdır, - bu zaman tərəflərin ümumi istifadələrində olan 3400.0 m2 həyətyanı torpaq sahələrinin bölünməsi zamanı hər bir mülkiyyətçinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi 1133.34 m2 təşkil edəcəkdir. Bu zaman 1-ci, 2-ci və 3-cü mənzil üzrə ayrılmış həyətyanı torpaq sahələrinə düşən tərəflərə onlara çatacaq üç hissədə ayrılmış paydan 1133.34 m2 ümumi sahələrin bərabər düşdüyü müəyyən olunur. Beləliklə, aparılmış tədqiqat nəticəsində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən payların naturada texniki cəhətdən ayrılması (bölünməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərənləri, baxış zamanı və mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən payların naturada texniki cəhətdən ayrılması (bölünməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə izahatları və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsinin paylara münasib formada (1/3 hissə (1133.34 m2) Cavabdeh, 1/3 hissə (1133.34 m2) İddiaçı və 1/3 hissə (1133.34 m2) X2 payıdır). Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsinin payların təcrid olunmuş qaydada ayrılaraq (bölünərək) verilməsinin mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı naturada bölünməlidir. Belə ki, iddiaçı payın naturada bölünməsini tələb edir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Babək rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə JN-923B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Cavabdeh ailə üzvləri İddiaçı və X4 ilə birlikdə 0.34 ha ölçüsü olan həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən bu hal mübahisələndirilməmişdir. Həmçinin Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 04 sentyabr 2022-ci il tarixli, 130 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərənləri, baxış zamanı və mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən payların naturada texniki cəhətdən ayrılması (bölünməsi) Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/3 hissədə payı naturada bölünsün. Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən Cavabdeh, İddiaçı və X2 mülkiyyətində olan 0.34 ha həyətyanı torpaq sahəsində küçə yolu tərəfindən həyətin sonuna doğru birbirinə paralel iki ədəd uzunluqları 49.40 və 48.62 metr, olan ayrı-ayrılıqda sərhəd hasarı çəkilməklə, 1-ci, 2-ci və 3-cü mənzillər yaradılmaqla, tərəflərin ümumi istifadələrində olan 3400.0 m2 həyətyanı torpaq sahələrinin bölünməsi zamanı hər bir mülkiyyətçinin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi 1133.34 m2 təşkil etməklə, 1-ci, 2-ci və 3-cü mənzil üzrə ayrılmış həyətyanı torpaq sahələrinə düşən tərəflərə onlara çatacaq üç hissədə ayrılmış paydan 1133.34 m2 ümumi sahələrin bərabər düşdüyü müəyyən olunmaqla bölgü aparılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar