Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-852/2025 19.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tələb etdiyi 619820 (altmış bir min doqquz yüz səksən) manat pulun, vəkil xidmət haqqı üçün ödədiyi 350 (üç yüz əlli) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 276 (iki yüz yetmiş altı) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandıraraq bildirmişdir ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh vasitəçiliyi ilə ünvan 1 ünvanında yerləşən mənzili satın almışdır. Lakin həmin vaxt həmin evi bəzi səbəblərə görə kirvəsi Cavabdeh adına sənədləşdirmək qərarına gəldilər və həmin evi cavabdehin adına qeydiyyata saldılar. Evi satın almaq üçün Cavabdeh 60000 (altmış min) manat pul verdi. Beləliklə Cabir həmin evi öz adına sənədləşdirdi. Həmin vaxtdan o ünvan 1 ünvanında yerləşən mənzili kirayəyə vermişdir. 2021-ci ildə həmin mənzili qızı X2 adına keçirmək qərarına gəldilər. Cabirlə danışdılar ki, daşınmaz əmlaka yaxınlaşsın həmin evi qızının adına keçirtsin. Daşınmaz əmlaka yaxınlaşdılar həmin vaxt onlardan forma 1 arayışı istənildi. Arayışı aldılar daha sonra Cabir evi sənədləşdirmək üçün 2000 (iki min) manat pul istədi. Lakin həmin vaxt maddi imkanı pis olduğundan həmin məbləği Cabirə verə bilmədi. Bu səbəbdən də sənədləşmə işləri yarımçıq saxlanıldı. Daha sonra 2023-cü il tarixdə yenidən evi sənədləşdirmək üçün Daşınmaz əmlaka yaxınlaşdılar, həmin evin sənədinin daşınmaz əmlakda olmadığı bildirildi. Bu hadisədən sonra Naxçıvan şəhər Asan Xidmət Mərkəzinə yaxınlaşdı. Orada evin sənədinin yenidən çıxarılması üçün 96 manat rüsum ödəməli olduğu bildirildi. Cabirlə danışdım və ona 100 manat pul verdi. Daha sonra Cabir evi sənədləşdirmək üçün daşınmaz əmlakda yenidən lahiyə hazırlanmalı olduğunu və 680 (altı yüz səksən) manat ödəniş etməli olduğunu bildirdi. O həmin məbləği Cabirə verdi. 2023-cü ilin dekabr ayının 27-də Cabir ona zəng vuraraq evi qızı Leylanın adına sənədləşdirmək üçün əlavə 1200 (bir min iki yüz) manat pul istədi. Həmin vaxt ona 1200 (bir min iki yüz) manat pul verdi. Həmin tarixdən sonra dəfələrlə Cabirə evin sənədinin niyə hazır olmadığını, sənədi niyə təhvil vermədiyini soruşduqda müxtəlif bəhanələrlə onu aldatmışdır. 2025-ci ilin mart ayında artıq mən öyrəndi ki, cavabdeh Cabir ona məxsus evi ipotekaya qoyaraq 100000 (yüz min) manat məbləğində pul götürmüşdür. Sonra o pulu ödəyə bilmədiyindən həmin ev də onun adından çıxarılmışdır. Bu hadisələrdən sonra o Naxçıvan Muxtar Respublikası DİN-nə, Naxçıvan şəhər Polis idarəsinə müraciət etsə də bu vaxtdadək ona heç bir köməklik göstərilməmişdir. Qeyd edir ki, bu hadisədən sonra dəfələrlə cavabdehə ona məxsus olan evi adına sənədləşdirməsini və ya ona həmin ev üçün ödədiyi 61980 (altmış bir min doqquz yüz səksən) manat pulunu geri qaytarmasını tələb etsə də hər dəfəsində müxtəlif bəhanələrlə nə evini nə də ki, ödəmiş olduğu pulunu geri verməkdən boyun qaçırdır. Cavabdehin onun pulunu qaytarmağa niyyəti də yoxdur. Bu səbəbdən də oməhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 61980 (altmış bir min doqquz yüz səksən) manat pul məbləğinin, vəkil xidmət haqqı üçün ödədiyi 350 (üç yüz əlli) manat pulun və 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona vérilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçı öz tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443.1, 448.1, 449, 739.1-ci maddələri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında 2017-ci il oktyabr ayının 7 də yoldaşı və Cabirin gedib evə baxdıqlarını, həmin gün ona 60 000 manat pul verdiyini, evi Cabirin adına saldırdıqlarını, yoldaşının əlil və müharibə veteranı olduğunu, bu səbəbdən dövlətin onlara ev verəcəyini, ona görə evi öz adlarına sənədləşdirə bilmədiklərini, Cabiri yaxın bilib onun adına evi rəsmiləşdirdiklərini, 2021-ci ilin iyulunda evi qızının adına saldıqmaq istədikdə Cabirin onlardan yalandan 2000 manat pul istədiyini, 2023-cü ilin dekabr ayında ondan sənəd üçün 100 manat, texniki pasport üçün 680 manat və evi ada saldırmaq üçün 1200 manat pul aldığını, il yarım onları süründürdüyünü, 2025-ci ilin mart ayının 25 də evin lombarda qoyulduğunu öyrəndiklərini, verdiyi pulları geri qaytarmasını istədiyini, şahid Məmmədin mart ayında Cabirgilə gedəndə kirvə dostu get ver məhkəməyə mən özümdə sənin arxandayam, Cabirin də bizə 10 000 borcu var dediyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında izahatında evə verdiyi 60 000 pulu istədiyini, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddia ərizəsində uyğun olaraq iddianı müdafiə etdiyini, tələbin əsaslı olduğunu, cavabdehin keçən məhkəmə iclasında evin kirayədə olduğunu, evi Rəşada kirayə verdiyini dediyini, lakin Rəşadın şahid kimi ifadəsində evi iddiaçılardan kirayə götürdüyünü, evin kirayə pulunu iddiaçılara ödədiyini təsdiq etdiyini, şahidlərin ifadələri ilə cavabdehə 60 000 manat pul verilməsinin öz təsdiqini tapdığını, cavabdehin yoldaşının işin mahiyyətindən yayınma ilə bağlı verdiyi izahatlardan da tələbin əsaslı olmasını, cavabdehin təqdim etdiyi səs yazısı barədə həmin səs yazısının bu mübahisədən öncə mübahisənin yaranmasından qabaq olduğunu, cavabdehin şahidi yanıltıdığını, cavabdehin hərşeyi əvvəlcədən planlı şəkildə etdiyi təsdiq edildiyini, digər şahidlərin və kirayəçilərin pul ilə bağlı ifadələrinə əsasən iddianın təmin edilməsi üçün əsaslı olduğunu bildirmişdir. Məhkəmə baxış iclasında Cavabdeh izahatında evi Zahiddən aldığını, 2017-ci ildən özündə olduğunu, 40 000 manata aldığını, notariusda bütün sənədlərin olduğunu, şahidlərinin olduğunu, Zəkiyyə xanımın ona pul vermədiyini, iddiaçı tərəfin o evin alınması ilə bağlı heç bir əlaqəsinin olmadığını, münasibətlərinin yaxşı olduğunu, kimsənin ona evin alınması üçün pul vermədiyini, heç bir vəsait verilmədiyini, evin sənədinin daima onda olduğunu, evin alınmasında iddiaçı tərəfin heç bir pul vermədiyini, kiminsə evini satmadığını, kiminsə onun adına ev salmadığını, özünün evinin olduğunu, evi qanuni şəkildə özünün aldığını, 40 manata Zahid adlı şəxsdən aldığını, evi 2017-ci ildə alıb Rəşad adlı şəxsə kirayə verdiyini, kirayə müqaviləsinin də olduğunu, Rəşadın hər ay kirayənin pulunu da özünün aldığını, 2021-ci ildən sonra evi iddiaçılara kirayə verdiyini, evin içini onların doldurduğunu, 2021-ci ilə qədər Rəşadın, 2021-ci ildən sonra iddiaçılara kirayə verdiyini, müqavilələrinin olduğunu, Rəşad evdən çıxdıqdan sonra evi kirayə müqaviləsi iddiaçıların qızının adına bağladığını, kirayənin pulu olaraq 1900 manat pul aldığını, 1900 manatın kirayə pulu üçün istədiyini, özünün ayda 200 manat pul aldığını, özünə maraqlı olmadığını, iddiaçıların orada nə qədər qaldığını bilmədiyini, aybaay pulunu kartına atıldığını, kirayədə 4 dənə evinin olduğunu, evlərin kirayəçiləri ilə maraqlanmadığını, aylıq olaraq kirayə pulunu onun kartına atdıqlarını, müqavilə bağlayıb pulunu aldığını, iddiaçıların bir müddət sonra kirayə pulunu vermədiklərini, o səbəbdən evdən çıxardıqlarını, evi lombarda qoyduğunu, özünün şəhərdə insanlardan 250 000 manatdan çox alacağının olduğunu, əsla kimsəni məhkəməyə, polisə vermədiyini, özünün işindən heç kimin xəbərinin olmadığını, o vaxt evində də dediyini, o evin kirvənin evidi dediyini, özünün səs yazısını gətirib təqdim edəcəyini, kirvənin evidi deməsinin səbəbi olduğunu, danışıqlarının olduğunu, səsi gətirib təqdim edəcəyini, ikinci səsin onun uşaqlarının səsi olmadığını, yoldaşının səsinin də o olmadığını, özünün heç bir cəriməsinin olmadığını, özünün flaşkartı gətirib təqdim edəcəyini, yoldaşının 6 ildir onunla birgə yaşamadığını, yoldaşının da iddiaçıların tərəfinə keçə biləcəyini, yalan danışa biləcəyini, özünün yoldaşı ilə boşanmasının məhkəmədə olduğunu, ilk boşanma məsələsinin 8 ay qabaq olduğunu, sonra hal-hazırda da olduğunu, səs yazısındakı səsin onun uşaqlarının səsi olmadığını, səslərin sübut olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında izahatında kirayə müqavilələri barədə müqavilələri Rəşadla bağladığını, 4 evinin olduğunu, 4 evinin də müqavilələrini gətirəcəyini, müqavilələr barədə qardaşına tapşırdığını, qardaşının işi yarıtmadığını, özünün məhkəməyə çağırılmasından məlumatı olmadığını, o səbəbdən proseslərə gəlmədiyini, məktub və smslər almadığını, o səbəbdən səs yazıları olan flaşkartı məhkəməyə indi təqdim etmək istədiyini, şahid Məmmədov Sevindiklə danışdıqlarını, Sevindiyin aramızda elə söhbət olmadığını, bu nə ev haqq hesabıdır dediyində şahidin aramızda ev haqq hesabı olmadığını, aramızda bir problemin olmadığını dediyini, sadəcə aralarında maşın haqq hesabı olduğunu onu da şahidin həll edib bağlamışıq dediyini, Sevindiyə səsdə danışarkən evin dəqiq yerini deyib soruşduğunu, onun da o ev sənindi sənin məsləhətindi dediyini, onun evin özünün adına olduğunu dediyini, evin yiyəsi sənsən özün bilərsən dediyini, evi özünün alıb onun adına keçirməsi məsələsinin olmadığını qəbul etdiyini, o səsi şahidin o zaman onu polisə şikayət etdikdə o səsləri polisə təqdim etdiyini, o zamandan bəri səslərin qaldığını, özünün kimsənin əlindən evini almadığını, kimsənin onun adına ev vermədiyini, evi özünün aldığını, evin 2017-ci ildən onun adına olan ev olduğunu, öz məsləhəti olduğunu, özünün də evi satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində iddiaçının yoldaşı olduğunu, o evi özlərinin aldığını, pulunu özlərinin verdiyini, Cabirə güvəndiklərini, evi alanda özünün Qarabağ Veteranı olduğunu, ikinci evi o səbəbdən ala bilmədiyini, dövlətin ona ev tikdiyini, adına ikinci evin ola bilməyəcəyini, o səbəbdən Cabirin adına keçirdiklərini, evə gedib baxdıqlarını, birlikdə gedib baxdıqlarını, çıxanda pulu verib evi aldıqlarını, özünün Cabirlə maşına oturduqlarını, maşında pulu sayıb verdiklərini, pulu yoldaşının sayıb verdiyini, 60 000 manat verdiyini, Cabirin evi onun adına saldırmağa razı olduğunu, etiraz eləmədiklərini, evin sənədini öz adına keçirdikdən sonra onlara verdiyini, kirayəyə verib evin kirayəsindən gələn qazancı özlərinin götürdüklərini, sonra qızının adına salmaq istədikərini, daşınmaz əmlaka getdiklərini, oradan 2000 pul istədiyiklərini, dövlətə 2000 pul keçirilməsinin tələb olunduğunu, pula görə o işin aldığını, evi adlarına saldıqmaq istədiklərində Asan xidmətə getdiklərini, orada Cabirin yoldaşına şəkil göndərdiyini, sənədləri göndərdiyini, Cabirə 1000 manat göndərdiklərini, evin çertyojunun çəkilməsi üçün pul göndərdiklərini, 900 manat da pul aldığını, sənədləşmə üçün o pulu istədiyini, sonra kirayədə qalanların evin satıldığını dediklərini, kirayədə qalanların 8 il kirayənin pullarını onlara verildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında ifadəsində səs yazısı barədə elə bir şeyin olduğunu, bu söhbətin olduğunu, özünün səslərdə hansı evi nəzərdə tutduğunu bilmədiyini, özünün səsdə o ev barədə danışmadığını, birinci ifadəsində dağda olduğunu demə səbəbinin yolda dağa getdiyini, evi satdığını bilmədiyini, evi satdığını bilsəydi o sözləri deməyəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində iddiaçıları tanımadığını, cavabdeh Cabirə ev satdığını, yeni Naxçıvanda 3 otaqlı ev satdığını, evini 38-40000 manata satdığını pul lazım olduğu üçün təcili satdığını, beh verdiyini, 2 ay keçdikdən sonra evin pulunu tam verdiyini, evin alqı-satqısının Cabirlə danışdığını, kimə satacağını, kimlə qalacağını bilmədiyini, o haqda soruşmadığını, sadəcə evini Cabirə satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində anasıgilin evi Cabirin adına keçirdiklərini, sonra evi öz adlarına keçirmək istədiklərini, o zaman 3000 manat pul istədiklərini, sonradan özünün maraqlanıb 1500 manat xərc olduğunu, sonra Cabirə dediklərini, günü-günə satdığını, yoldaşının gəlib evə Cabirin evi satdığını dediyini, Cabirlə danışdıqda evi satmadığını, sonra Cabirin satdığı evin təzə sahibinin gəlib kirayəçiləri evdən çıxaranda işin üstünün açıldığını, atasının və anasının təsərrüfatla məşğul olduqlarını, uzun illər işləyib pul yığdığını, o zaman özünün yaşının 18 tamam olmadığını, o səbəbdən öz adına keçirə bilmədiklərini, ev ilə 2019-cu ildən sonra yoldaşının maraqlandığını, 2025-ci ilin mart ayına qədər hər ay 300 manat kirayə haqqını özlərini aldıqlarını, hər ayın 25 nə qədər kirayənin pulunu kirayəçilərin göndərdiyini, Cabirin o zaman onlara 2000 manat verin sənədi sizin adınıza çıxaracam dediyini, sonra mart ayının 21-də evi satdığını öyrəndiklərini, Cabirin evi kirayə vermədiyini, heç bir şeylə maraqlandığını, anası özü və bacısının ev ilə maraqlandıqlarını, evi təmizlədiklərini, evin hərşeyi ilə uzun zaman yoldaşının maraqlandığını, evi Rəşad adlı şəxsdə yoldaşının kirayəyə verdiyini, Cabirin heç vaxt kirayə pulunu götürmədiyini, evin sənədlərinin belə onda olmadığını. Anasında olduğunu, 2021-ci ilə qədər anasıgildə olduğunu, sonra sənədin onlarda olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində evi adlarına keçirmək istədiklərində sənədi itirdiyini dediyini, Asan Xidmətdə evi sənədləşdirmək üçün 2000 manat aldığını, daha sonra sənədləşdirmək üçün dediklərində gene genə satdığını, hərdən bir tarix dediyini, mart ayında evin satıldığını öyrəndiklərini, anası və atasının pulu ona verdiyini, evi alıb onun adına sənədləşdirdikıərini, Cabirin onların kirvəsi olduğunu, uzun müddət əvvəl atasıgilin onlarla münasibətlərinin yarandığını, pulun atasıgilin özlərində olduğunu, özünün pulu görmədiyini, ailəli olduğunu, anasıgilin pulu maşında sayıb verdiklərini, sənədin 2021-ci ilə qədər onlarda qaldığını, evə onun nəzarət etmədiyini, 5 il özünün ailəsi tanışlarının qaldığını. Kirayə pulunu atasının və kürəkənlərinin aldığını, bacısının kürəkəninin kirayə pullarını aldığını, evlə maraqlandığını, Cabirin yoldaşının belə şahidlik edərik dediklərini, indi boyunlarına almadıqlarını, cabirin sizin pulunuz məndədir dediyini, sizin evinizi verəmməsəm belə Gənclər şəhərciyindəki evi sizə verəcəm dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində Cabirin kirvələrinin olduğunu, Cabirin mülkün ona məxsus olduğunu dediyini, kirayə məsələsində kirayədə qaldığını, 2019-cu ilin fevral ayının sonlarından 2020-ci ilin fevral ayında o evdən çıxdığını, sonra Cabirin ona gəlib orada yaşayacam dediyini, özünün evdən çıxıdığını, özünün binanın 1-ci padyezindən sonuncu padyezə köçdüyünü, evi 170 manata Sevindik əminin ona kirayə verdiyini, 8 ay pul vermədiyini, əşyalar aldığı üçün əşyaların pulundan çıxdığını, 4 ay evin kirayə pulunu Sevindik əmiyə verdiyini, Cabirin Sevindik əmiyə görə tanıdığını, heç bir münasibətinin olmadığını, Cabirin ona zəng vurmasından Zəkiyyə xanıma bəhs etmədiyini, o zaman soyuqluq yarandığını, Cabirin ona ev mənimdir demədiyini, Zəkiyyə xanımın ev mənimdir dediyini, özünün ipoteka ilə bağlı köməklik istədiyini, evi ipotekaya qoymaq istədiyini, ev sahibi kimi Sevindik əmini və Zəkiyyə xanımı tanıdığını, Cabirin onların kirvələri olaraq tanıdığını, münasibətlərinin olduğunu, özünün yəqin Sevindik əmigilin utanıb deyə bilmədiklərini bu səbəbdən cabirin vasitəsilə dedikərini düşünüb evdən çıxdığını, yoxsa bu məsələnin daima özünə də qaranlıq qaldığını, Cabiri mülk sahibi kimi tanımadığını, bu barədə məlumatının olmadığını, Cabiri tanımadığını, ona heç bir vəsait vermədiyini, cabirlə arasında heç bir müqavilənin olmadığını, ümumiyyətlə Cabiri heç tanımadığını, Sevindik əmiyə görə tanıdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində evin qaynanasıgilin evi olduğunu, orada Rəşadın kirəyə qaldığını, Rəşad çıxdıqdan sonra özünün kirayə verdiyini, evi 3 ilə yaxın kirayə verdiyini, kirayəçinin pulu onun kartına göndərdiklərini, ən axırıncı dəfə kirayəçinin zəng etdiyini, evə bir nəfərin gəlib evdən çıx dediyini, evin onun olduğunu dediyini, həmin şəxslə görüşdüyünü, o şəxsin evi Cabirin lombarda qoyduğunu, Cabirin pulu vermədiyini, özünün evi lombarddan cabirin adından öz adına keçirdiyini, Cabirin bir neçə dəfə o evə getdiyini, kirayəçinin Cabiri evdən qovduğunu, evi Rəşaddan sonra 1 ay sonra evin bəzi əşyalarını təmir edib özünün kirayə verdiyini, 2-3 ay başqalarının kirayədə yaşadığını, sonra Pərvanə xanımın qaldığını, 3 il yaşadığını, pulu onun kartına göndərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində iddaçıların kirayəçisi olduğunu, 3 il o evdə qaldığını, kirayənin pulunu iddiaçılara ödədiyini, Cabir adlı şəxsi tanımadığını, bir dəfə gəlib ev sahibiyəm dediyini, evdə dəyişikliklər edəcəm deyib evin şəklini çəkdiyini, yanında bir nəfərlə gəldiyini. Evin remontuna baxmağa gəldiyini dediyini, Seyidgilin onların kirayəçisi olduqlarını dediyini, özünün açarı kimdən alıbsa pulu ona ödəyəcəyini dediyini, ona bir gün Mikayıl adlı şəxsinzəng etdiyini, evin sahibiyəm dediyini, sonra evi satıb satmadıqlarını soruşanda Cabirin evi satmadığını dediyini, Mikayılın gəlib evin sahibiyəm evdən çıx dediyini, 1 ay evdən çıxmaq üçün vaxt istədiyini, evin sənədlərini gətirib təqdim etdiyini, o zaman evi Cabirin ona satdığını bildiyini, özünün 2022-ci ildən 2025-ci ilə qədər o evdə qaldığını. Açarı Tövratdan aldığını, Zəkiyyə xanımın yoldaşını tanıdığını, Zəkiyyənin yoldaşını ev sahibi kimi tanıdığını, Seyid dediyi Tövratın Zəkiyyə xanımgilin kürəkəni olduğunu, evin təmir işlərini onların gördüyünü, Cabirin 2025-ci ilin martında evə gəldiyini, təsadüfən gəldiyini, Cabir gələndə başı qarışıq olduğu üçün Seyidə zəng etmədiyini, Cabirin özünü ev sahibi kimi tanıtdığını. Evi remont edəcəyi üçün şəkillərini çəkməli olduqlarını, sonradan bu barədə Zəkiyyə xanımgilə və Seyidə məlumat verdiklərində evin sahibinin cabir olmadığını dediklərini, hər ay o evə 300 manat kirayə haqqı ödədiyini, Seyidin yoldaşı ilə gəldiyini, Cabir gələndə Zəkiyyə xanımın qızının yoldaşı olduğunu zənn etdiyini, seyidi görmədiyini, Cabir getdikdən sonra seyidə Cabirin gəlməsi barədə xəbərdarlıq etdiyini, evə satılır vurduqlarını, seyidə ev sizindisə başqaları bu evi necə satmağa çalışdığını soruşanda sən qarışma biz özümüz həll edəcəyik dediyini, sonra evin yeni sahibinin gəlib ev mənimdir dediyini, özünün yeni ev sahibini tanımadığı bu barədə məlumatı olmadığı üçün kirayəni seyidə ödədiyini sonra gedib yeni ev sahibinin sonuncu kirayənin pulunu seyiddən aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində Cabirin onun qaynı olduğunu, Zəkiyyə və Cabir arasında heç bir pul söhbətində iştirak etmədiyini, iddiaçının dediyi hadisələrin olmadığını, özünün bu işlə əlaqəsinin olmadığını, fəhlə adam olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində Cabirin onun oğlu olduğunu, özünün heçnə bilmədiyini, Zəkiyyəni tanıdığını, kirvə olduqlarını, gediş-gəlirlərinin olduğunu, Zəkiyyə ilə oğlu arasında ev mübahisəsi barədə ev alanın niyə öz adına keçirmədiyini, ev alanın evi öz adına keçirməli olduğunu, oğlunun işlərinə qarışmadığını, Zəkiyyəni görüşməyə çağırmadığını, özünün elə təklif etmədiyini. Zəkiyyənin yalan dediyini, özünün ev barədə onunla söhbətinin olmadığını, oğlunun öz evinin olduğunu, öz məsləhətinin olduğunu, satıb-satmayacağını özünün biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində Cabirin yoldaşı olduğunu, iddiaçıların onların kirvəsi olduğunu, oğlunun 16 yaşı olduğunu, kirvə olmaq üçün ailəvi razılaşdıqlarını, gediş-gəlişlərinin olduğunu, Zəkiyyə xanımgilin Naxçıvanda evlərinin olduğunu, Naxçıvanda yaşadığını, başqa evlərinin olub olmadıqlarını bilmədiyini, yoldaşının 2 evinin olduğunu, başqa evlərinin olmadığını, ailə münasibətlərinin yaxşı olmadığını, 2 dəfə məhkəməyə boşanmağa verdiyini, yoldaşının adına neçə əmlak olduğunu bilmədiyini, ev ilə bağlı məlumatının olmadığını, səs yazılarındakı səslərin öz səsi olduğunu, səslərə etiraz etdiyini, ailə problemlərini Zəkiyyəni yaxın bilib danışdığını, Sumşetdəki evi nəzərədə tutduğunu düşünüb səslərdə o barədə danışdığını, özünün ürək xəstəsi olduğunu, 6-7 ildə problemlərini bacı kimi Zəkiyyəyə danışdığını, Zəkiyyənin şəxsi problemlərini danışdığı səsləri gətirib məhkəməyə təqdim etdiyini, özünün o evdən məlumatı olmadığını, səslərdə Sumşestdəki ev barədə danışdığını bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan 2 Saylı Mənzil İstismar İdarəsinin yaşayış yeri üzrə qeydiyyat haqqında 1045 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, X1 Şəhəri, İstiqlal küçəsi, bina 21, mənzil 32 ünvanında qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, İddiaçı Naxçıvan Şəhəri, Culfa rayonu, Qazançı kəndində qeydiyyatdadır. İddia ərizəsinə 1 ədəd Flaş disk əlavə olunmuşdur: Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional Asan Xidmət mərkəzində Notariat ofisi göndərdiyi xx.xx.2025-ci il tarixli 1494 saylı məktubda bildirmişdir ki, Cavabdeh ünvan 3 ünvanla bağlı xx.xx.2025-ci il tarixli 4Ə10 reyestr nömrəli alqı-satqı müqaviləsinin və ona əlavə olunmuş sənədlərin surətini Sizə göndəririk. Həmçinin üzürlü səbəbdən 06 oktyabr 2025-ci il tarixə saat 16:30-a təyin edilmiş İddiaçı pul tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyik. Bu səbəbdən də, bizim iştirakımız olmadan işə baxıb qətnamə qəbul etməyinizi Sizdən xahiş edirik. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Qurbanov X12 şəhəri, Çənlibel məhəlləsi, bina 27, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 73.71 kvadram metr olan mənzili tam mülkiyyət hüququ üzrə alıcı X4 mülkiyyətinə verir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, ünvan 3 ünvanında, 73.71 kv.m mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 12/3 nömrəli reyestr kitabının 578 nömrəli vərəqində qeydiyyata alınmışdır Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional Asan Xidmət mərkəzində Notariat ofisi göndərdiyi xx.xx.2025-ci il tarixli 1495 saylı məktubda bildirmişdir ki, Cavabdeh ünvan 3 ünvanla bağlı 2017-ci ildən bu günədək ünvan 4ional "ASAN xidmət" mərkəzində notariat ofisinin elektron notariat sistemində alqı-satqı müqaviləsi barədə notariat işi rəsmiləşdirilməmişdir İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışdan aydın olur ki, Qurbanov X12 şəhəri, Çənlibel məhəlləsi, bina 27, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarına "xxxx" ASC-nin RPA********** nömrəli daşınmaz əmlakın icbari siğorta şəhadətnaməsindən aydın olur ki, siğortalı Cavabdeh ilə siğortaçı "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın icbari siğorta müqaviləsi bağlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Əmlak Məslələri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilə dair texniki-pasportun surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********53 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın texniki pasportunda ünvan 3 ünvan X4 adınadır İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********53 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın texniki pasportunda ünvan 3 ünvanındakı mənzil X3 adınadır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına cavab olaraq Naxçıvan Şəhər Polis idarəsi xx.xx.2025-ci il tarixdə məktub göndərərək bildirmişdir ki, Naxçıvan şəhər Qoçüstü məhəlləsi ev-1, mənzil-50 ünvanında yaşayan Şahid1, Şahid2 və Cavabdeh ilə əməkdaşlar tərəfindən əlaqə saxlanılan zaman övladının müalicəsi ilə əlaqədar Bakı şəhərində olduqlarını xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasına gələcəklərini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq şəxslərin Naxçıvan şəhər Məhkəməsinə göndərilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki,hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443.1, 448.1, 449, 739.1-ci maddələri ilə əsaslandırmışdır. Hazırki tələb üzrə hüquqi dəyərləndirmə sözügedən maddələr üzrə qiymətləndirmə mümkün olmamışdır. Belə ki, hazırki tələbin araşdırılması zamanı tərəflər arasında müqavilə olmadığı, yazılı və ya şifahi razılaşma olmadığı müəyyən edilmişdir. İddiaçının tələb etdiyi pul məbləğinin cavabdehdən qaytarılmasına münasibətdə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma olaraq da dəyərləndirmək mümkün olmamışdır. Ona görə ki, ümumiyyətlə iddiaçı tərəfindən cavabdehə pul verilməsi işə baxılan zaman sübuta yetirilməmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, vəkil xərci və ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Sözü gedən Məcəllənin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmə məsrəfi olaraq vəkil xərci və dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-852/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-852/2025
19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver