Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-899/2025 19.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mağazasından nisyə olaraq götürülən kosmetik məhsulların dəyəri olan 756 (yeddi yüz əlli altı) manat və onun gecikmə faizi olan 54 (əlli dörd) manat, həmçinin məhkəməyə Bakı şəhərindən gəlməyi ilə əlaqədar olaraq çəkdiyi yol xərci olan 158 (bir yüz əlli səkkiz) manat (120 manat aviabilet, 38 manat taksi), iddia tələbi ilə bağlı banka ödədiyi 30 (otuz) manat olmaqla, ümumilikdə 998 (doqquz yüz doxsan səkkiz) manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cahan Ticarət Mərkəzi, 2-ci mərtəbədə yerləşən 76 nömrəli kosmetika mağazasından Cavabdeh 2023-cü ilin müəyyən vaxtlarında dəfələrlə ümumi dəyəri 756 manat olan nisyə məhsullar götürmüşdür. Vaxtı çatanda, yəni 2023-cü ilin oktyabr-noyabr aylarında məhsulların ödənişini ödəməyi tələb etmək üçün ona zəng etsə də zənglərinə cavab verməmiş, pulu ödəməkdən yayınmışdır. Onunla birbaşa əlaqə saxlaya bilmədiyindən ortaq tanışları Sona Fətullayeva vasitəsi ilə Cavabdeh pulunu tələb etmişdir. O isə "Whatsapp" mobil tətbiqində işə girəcəyi vaxt pulu ödəyəciyini demiş, pulunu təkidlə istəməyinə baxmayaraq hər dəfəsində bəhanələr gətirərək ödəniş etməmişdir. Son olaraq keçən ay əri X2 ilə telefon əlaqəsi saxlayaraq pulunu tələb etmişdir. O, isə ayda 200-150 manat olmaqla ödəyəcəyini demiş, lakin yenə də hər hansı ödəmə həyata keçirilməmişdir. Həm özü həm də əri hazırda işləyirlər. Pulu ödəmək üçün normal imkanları var. Lakin ödəməkdən boyun qaçırırlar. Mağazası 2023-cü ilin noyabr ayından bağlanmışdır. 29 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, iddia tələbini qəbul etdiyini, onun mağazasından dəyəri 756 manat olan kosmetik vasitələr aldığını, pulu qaytarmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə 29 iyul 2025-ci il tarixə və 19 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, 29 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək Naxçıvan Muxtar Respublikası ərazisində yaşamadığı üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 19 avqust 2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 24 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cahan ticarət mərkəzində kosmetika mağazası olduğunu, cavabdehin həmin mağazadan dəyəri 756 manat olmaqla kosmetik vasitələr aldığını, lakin pulu hələ də qaytarmadığını, cavabdehi əvvəlcədən tanımadığını, sadəcə müştəri olduğunu, hansı kosmetik vasitələr olduğunu tam olaraq xatırlamadığını, 2023-cü ildə həmin malları cavabdehə satdığını bildirmişdir. 29 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsində qeyd olunan halların doğru olduğunu, iddiaçının kosmetika mağazasından ümumi dəyəri 756 manat olan kosmetik vasitə aldığını, tonal krem, ten, tuş və s. kosmetik vasitələr aldığını, 2023-cü ildə götürdüyünü, ayda 50-100 manat olmaqla ödəniş etmək şərti ilə razılaşdıqlarını, 2 ay sonra getdiyini, mağazanın bağlı olduğunu, Sona xanımın əlaqə saxladığını, Sona xanımın köhnə iş yoldaşı olduğunu, işləmədiyini, işə girib ödəniş edəcəyini bildirdiyini, iddia tələbini 756 manat borca dair hissədə qəbul etdiyini, borcunu etiraf etdiyini, ödəniş edəcəyini, ancaq faiz ödəmək barədə razılaşmaları olmadığını bildirmişdir. İddiaçının mağazasından nisyə olaraq götürülən kosmetik məhsulların dəyəri olan 756 (yeddi yüz əlli altı) manat pulun Cavabdeh alınıb verilməsini tələb etməsi işin ilk mübahisəli halıdır. Məhkəmə işin ilk mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının mağazasından nisyə olaraq götürülən kosmetik məhsulların dəyəri olan 756 (yeddi yüz əlli altı) manat pul tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi həmin hissədə əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddiaçının mağazasından nisyə olaraq götürdüyü kosmetik məhsulların dəyəri olan 756 (yeddi yüz əlli altı) manatı ödəmədiyinə dair hissədə iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçının digər tələbləri olan əsas borc məbləğinin gecikmə faizi olan 54 (əlli dörd) manat məbləğində pulun və məhkəməyə Bakı şəhərindən gəlməyi ilə əlaqədar olaraq çəkdiyi yol xərci olan 158 (bir yüz əlli səkkiz) manat (120 manat aviabilet, 38 manat taksi) məbləğində pulun cavabdehdən alınıb ona ödənilməsi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı cavabdehlə faiz ödənilməsi barədə razılaşmalarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh izahatında həmin halı təkzib edərək iddiaçı ilə faiz ödəmək barədə razılaşmaları olmadığını bildirmişdir. Həmçinin iddiaçı Bakı şəhərindən gəlməyi ilə əlaqədar olaraq 120 manat aviabilet üçün və 38 manat taksi üçün olmaqla, ümumilikdə 158 (bir yüz əlli səkkiz) manat xərc çəkməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlə əsas borc məbləğinə gecikmə faizi ödəniləcəyi barədə razılaşmalarını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsas borc məbləğinin gecikmə faizi olan 54 (əlli dörd) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə və iddiaçı tərəfindən məhkəməyə Bakı şəhərindən gəlməyi ilə əlaqədar olaraq 120 manat aviabilet üçün və 38 manat taksi üçün olmaqla, ümumilikdə 158 (bir yüz əlli səkkiz) manat xərc çəkməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi məhkəməyə Bakı şəhərindən gəlməyi ilə əlaqədar olaraq 158 (bir yüz əlli səkkiz) manat çəkdiyi xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə rədd edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23.43 (iyirmi üç manat qırx üç qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -756 (yeddi yüz əlli altı) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23.43 (iyirmi üç manat qırx üç qəpik) hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 756 (yeddi yüz əlli altı) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 23.43 (iyirmi üç manat qırx üç qəpik) hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-899/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-899/2025
19.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver