Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-9/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil və Cavabdeh3 ştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrinin naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu çıxarışlara əsasən Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş paylarının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişlər ki, Babək rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayon Şıxmahmud kəndində paylı mülkiyyət olaraq qayınatası X2, qayınanası X6, və o, İddiaçı1 qızna və övladları İddiaçı2, İddiaçı3 və İddiaçı4 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Onlar hər iki torpaq sahəsini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatdan keçirib, çıxarışlar almış, Naxçıvan şəhər Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(078)-71/2022 nömrəli qətnaməsi həmin torpaq sahələri üzərində paylarını müəyyən etdirərək 05 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində 0.25 ha həyətyanı torpaq sahəsinə, **********57 reyestr və ********** qeydiyyat, 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini, **********15 reyestr və ********** qeydiyyat nömrəli çıxarışlar almışlar. Həmin torpaq sahələrini naturada öz aralarında bölə bilmədiklərindən onlar öz mülkiyyətlərində olan hər iki torpaq sahələrindən istifadə edə bilmirlər. Onların başqa torpaq sahəsi yoxdur. Məcburdurlar ki, məhkəmə qaydasında öz paylarının naturada ayrılmasını tələb etsinlər. 24 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək o və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “torpaq sahələrinin naturada bölünməsi tələbi barədə” 23 may 2022-ci il tarixli iddia ərizəsi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət etdiyini, həmin mülki işə məhkəmədə baxılarkən 1/6 hissədə paylarının naturada bölünməsinin texniki cəhətdən mümkün olub-olmaması, əgər bölgü mümkün olarsa bunun hansı qaydada aparılması ilə bağlı məhkəmə ekspertizası təyin olunduğunu, lakin 18 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən 1/6 hissədə həyətyanı torpaq sahəsinin şəxslərə münasibətdə ayrı-ayrılıqda bölünməsinin mümkün olmadığının göstərildiyini qeyd edib Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu çıxarışlara əsasən Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş paylarının iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2(078)-660/2022 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil ərizəsinin təmin edilməsi, iddia tələbinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu çıxarışlara əsasən Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş paylarının iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada ayrılıb verilməsi həddində baxılması qərara alınmışdır. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 17 mart 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdıqlarını, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona etibarnamə verdiklərini, lakin onun səhhətinə görə 30 mart 2023-cü il tarixdə saat 1400-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək onun və etibarnamə üzrə nümayəndəsi olduğu şəxslərin iştirakı olmadan vəkil və nümayəndəsi olduğu Vəkil Xanməməd oğlunun iştirakı ilə mülki işə baxıb iddianın təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə həmçinin qeyd olunan ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə eyni məzmunlu izahat vermişdir. Keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı3 iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclaslarında iştirak İddiaçı1 vəkili və nümayəndəsi Vəkil İddiaçı1 keçirilmiş məhkəmə iclasında verdiyi izahatına əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında mübahisəli torpaq sahələrinin iddiaçıların, mərhum atası və anasının mülkiyyətində olduğunu, ata və anasının öldüyünü, onun və digər bacı-qardaşının da valideynlərinin vərəsələri olaraq həmin torpaq sahələrindən payının olduğunu, torpağın naturada bölünməsi ilə bağlı iş üzrə iddiaçılarla aralarında razılıq əldə edə bilmədiklərini, ancaq özünün də bir vərəsə olaraq torpaq sahələrinin naturada bölünməsini istədiyini, məhkəmə mübahisələrinin artıq onu yorduğunu, torpaq naturada bölünəcəyi halda onun da rahat olacağını, bacı-qardaşı gəlmədiyi üçün öz aralarında naturada bölgünün aparıla bilmədiyini, ancaq özünün ekspert rəyində göstərilən qaydada bölgüyə etiraz etmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələrinin 1/6 hissəsinin İddiaçı1, 1/6 hissəsinin İddiaçı2, 1/6 hissəsinin İddiaçı3, 1/6 hissəsinin İddiaçı4, 1/6 hissəsinin X1 və 1/6 hissəsinin X5 mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin hər birinin payı 1/6 hissəsi olmaqla mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 21/39 nömrəli reyestr kitabının 7539 nömrəli vərəqində qeydiyyata alınması; -Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin hər birinin payı 1/6 hissəsi olmaqla mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 21/39 nömrəli reyestr kitabının 7466 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. Hazırda iddiaçıların Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş paylarının iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada ayrılıb verilməsini tələb etmələri isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki işin mübahisəsiz hallarından mübahisə predmeti olan daşınmaz əmlakın ümumi paylı mülkiyyətdə olması və onların hər birinin payının müəyyən edilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. İddiaçılar mübahisə predmeti üzrə özlərinin payının naturada ayrılmasını tələb etdiklərindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində deyilir ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mübahisə predmeti olan daşınmaz əmlakın naturada bölünməsinin mümkün olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə tərəfindən 14 noyabr 2022-ci il tarixli, 2(078)-660/2022 nömrəli qərardada əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli, 79 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən baxış zamanı və mülki iş materiallarında əldə olunmuş məlumatları nəzərə alaraq, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən və Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş paylarının iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada təcrid sahələr şəklində ayrılmasının (bölünməsi) texniki baxımdan Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə bölgü nəticəsində, ayrılmış həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə hansı dəyişikliklərin aparılması, tərəflərin sərəncamına düşən hansı sahələrdən ibarət olması, eləcə də onların paylarına nə qədər sahələr düşdüyü rəyin tədqiqat hissəsində eləcədə rəyə əlavə olunmuş plansxemdə ətraflı göstərilmişdir. Həmçinin həmin rəyin tədqiqat hissəsində qeyd edilmişdir ki, əlavə baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan həyətyanı torpaq sahəsi bir tərəfdən yol ilə üç tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Həmin həyətyanı torpaq sahəsinin yuxarı hissəsində təqribən uzunu 17,5 metr, eni isə 10,5 metr, onun yan istiqamətində təqribən eni 9,60 metr, uzunu isə 16,50 metr və həyətin digər hissəsində isə təqribən eni 12,8 metr eni isə 10,6 metr olan ayrı-ayrılıqda üç ədəd müxtəlif tikinti materiallarından inşa olunmuş fərdi yaşayış evi təyinatlı tikililər yerləşir. Həmin tikililərdən biri yaşayışa yararlı olmaqla istifadə olunur, digər tikililərdən biri köhnə və digər biri isə yarımtikilidir. Eyni zamanda həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış üçün dəmir darvazalar quraşdırılmışdır. Tədqiq olunan həmin həyətyanı torpaq sahəsinin sərhədlərinin birket daşdan hasara alındığı müəyyən edilmişdir. Əgər nəzərə alınsa ki, mübahisəli həyətyanı torpaq sahəsinin mövcud vəziyyətdə ümumi sahəsi 2500,0 m2 eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 9869,0 m2 təşkil edir, bu zaman həmin həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə 1/6 paylar aşağıdakı kimi müəyyən olunur: 2500.0 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi üzrə -416,60 m2 (2500,0: 6), 9869.0 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi üzrə -1644,80 m2 (9869,0: 6). Ekspertiza tərəfindən qeyd olunur ki, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir: Yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,50-2,75 metr olmalıdır. Qərardadın suallarında göstərilən məsələ ilə bağlı ekspert tərəfindən qeyd olunur ki, həyətyanı torpaq sahələrinin (torpaqların, boş sahələrin və s.) tərəflər (mülkiyyətçilər, istifadəçilər) arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda piyada və nəqliyyat üçün giriş-çıxış yolu olmalıdır. Bunun üçün tədqiq olunan iddiaçının 1/6 hissəninin ayrılması eləcə də həyətyanı torpaq sahəsinin daxilində 1-ci mənzilin yaradılması zamanı həyətyanı sahənin yuxarı hissəsinin sağ sərhəddindən sol sərhəddinə doğru təqribən 18,43 metr, həmin istiqamətdə onun son nöqtəsindən həyətin sonuna doğru təqribən 25,37 metr, həmin hasarın son nöqtəsindən sol istiqamətə doğru 13,39 metr, (ümumilikdə 416,7m2 torpaq sahəsi) 2-ci mənzilin yaradılması üçün birinci mənzili ayıran hasarın yuxarısından sol istiqamətə doğru təqribən 17,67 metr, onun son nöqtəsindən həyətin sonuna doğru istiqamətdə təqribən 23,41 metr, onun son nöqtəsindən sağa doğru istiqamətdə isə təqribən 12,81 metr, (ümumilikdə 416,7m2 torpaq sahəsi) 3-cü mənzilin yaradılması üçün ikinci mənzili ayıran aşağı hissədə yerləşən hasarından sağ istiqamətə doğru təqribən 14,45 metr, onun son nöqtəsindən həyətin sol istiqamətinə doğru təqribən 64,88 metr, onun son nöqtəsindən yuxarı sola istiqamətə doğru təqribən 1,44, 4,61 və 25,06 metr, həmin son nöqtədən sağ istiqamətə doğru təqribən 4,17, 0,94 və 13,78 onun son nöqtəsindən yuxarı istiqamətə doğru 2,84, onun son nöqtəsindən sağ istiqamətə doğru təqribən 20,59 metr, onun son istiqamətindən aşağı doğru təqribən 23,41 və onun son nöqtəsindən sol istiqamətə doğru isə təqribən 30,03 metr, (ümumilikdə 1666,7m2 torpaq sahəsi) sərhəd hasarları çəkilməklə mübahisə olunan həyətyanı torpaq sahənin təcrid sahələr şəklində ayrılaraq bölünməsi mümkündür. Yaradılmış 1-ci, 2-ci və 3cü mənzillərin həyətyanı torpaq sahələrinə sərhəd hasarları istifadəçilər tərəfindən çəkilə bilər və həmin çəkilən sərhəd hasarlarının müvafiq istiqamətlərində mövcud olan giriş-çıxış üçün nəzərdə tutulan hasar qapılarından istifadə edilə və ya arternativ hissələrdə quraşdırıla bilər, belə bölgü nəticəsində, iş üzrə tərəflərdən hər birinin 1/6 payının mülkiyyətçisinin sərəncamına düşən həyətyanı torpaq sahəsi 1-ci mənzil üzrə 146,7 m2, 2-ci mənzil üzrə 146,7 m2, və 3-cü mənzil üzrə isə hamısının payına birlikdə 1666,7 m2 təşkil etdiyi müəyyən olunur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini N.Nəcəfalıyevin şəxsi imzası ilə təsdiq edilmiş 19 sentyabr 2022-ci il tarixli 14/88 saylı məktubu və həmin məktuba qoşma olaraq yuxarıda qeyd olunan idarənin mütəxəssisləri tərəfindən Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən tərəflərin (mülkiyyətçilərin) 1/6 hissə paylarının naturada bölünməsinin bölgü variantı ilkin ekspertiza rəyində hazırlanmışdır. Əlavə ekspertiza zamanı həmin plan-sxemə əsasən tədqiq olunan 1-ci və 2-ci tərəfə ayrılan torpaq sahəsinin daxilində torpaq sahəsinin yuxarı hissəsindən aşağı hissəsinə doğru istiqamətində ayrı-ayrılıqda uzunluqları 101.44 metr, enləri isə 16.46 və 16.45 metr, (1644,8 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) eyni zamanda 3-cü tərəfə ayrılan torpaq sahəsinin daxilində torpaq sahəsinin yuxarı hissəsindən aşağı hissəsinə doğru istiqamətində ayrı-ayrılıqda uzunluqları 101.45 metr, enləri isə 65.84 metr, ölçülərdə (6579,88 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) hamısının payına birlikdə təcrid sahələr şəklində ayrılaraq bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini məhkəmədə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirilərək məhkəmə belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Ekspertin rəyindən müəyyən edilir ki, rəy üzrə şərti olaraq müəyyən edilmiş 3-cü mənzil yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində- torpaq sahəsinin yuxarı hissəsində təqribən uzunu 17,5 metr, eni isə 10,5 metr, onun yan istiqamətində təqribən eni 9,60 metr, uzunu isə 16,50 metr və həyətin diər hissəsində isə təqribən eni 12,8 metr eni isə 10,6 metr olan ayrı-ayrılıqda üç ədəd müxtəlif tikinti materiallarından inşa olunmuş fərdi yaşayış evi təyinatlı tikililər mövcuddur. Mübahisə predmeti olan həyətyanı torpaq sahəsi üzərində olan tikililərin, yəni fərdi yaşayış evi təyinatlı tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını, iddiaçının həmin tikililər üzrə hər hansı tələb irəli sürməməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ekspertin rəyində qeyd edilən üçüncü mənzil üzrə müəyyən edilmiş ölçülər əsas götürülməklə iddiaçıların Babək rayonu, Şıxmahmud kəndində yerləşən sahəsi 0,25 hektar olan həyətyanı torpaq sahəsinə olan payları iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada ayrılmalıdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrinin naturada bölünməsi tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı1 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -Paylı mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və X6 məxsus olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş payları iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada bölünməli; -Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə aid 1/6 hissə 3-cü mənzilin yaradılması üçün ikinci mənzili ayıran aşağı hissədə yerləşən hasarından sağ istiqamətə doğru təqribən 14,45 metr, onun son nöqtəsindən həyətin sol istiqamətinə doğru təqribən 64,88 metr, onun son nöqtəsindən yuxarı sola istiqamətə doğru təqribən 1,44, 4,61 və 25,06 metr, həmin son nöqtədən sağ istiqamətə doğru təqribən 4,17, 0,94 və 13,78 onun son nöqtəsindən yuxarı istiqamətə doğru 2,84, onun son nöqtəsindən sağ istiqamətə doğru təqribən 20,59 metr, onun son istiqamətindən aşağı doğru təqribən 23,41 və onun son nöqtəsindən sol istiqamətə doğru isə təqribən 30,03 metr, (ümumilikdə 1666,7 m2 torpaq sahəsi) sərhəd hasarları çəkilməklə iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla təcrid olunmuş qaydada ayrılaraq verilməli; -Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə aid 1/6 hissə 3-cü tərəfə ayrılan torpaq sahəsinin daxilində torpaq sahəsinin yuxarı hissəsindən aşağı hissəsinə doğru istiqamətində ayrı-ayrılıqda uzunluqları 101.45 metr, enləri isə 65.84 metr, ölçülərdə (ümumilikdə 6579,88 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) sərhəd hasarları çəkilməklə iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla təcrid olunmuş qaydada ayrılaraq verilməli; -iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı1 ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Paylı mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4 və X6 məxsus olan Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı və Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin 1/6 hissədə müəyyən olunmuş payları iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla naturada bölünsün. Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə aid 1/6 hissə 3-cü mənzilin yaradılması üçün ikinci mənzili ayıran aşağı hissədə yerləşən hasarından sağ istiqamətə doğru təqribən 14,45 metr, onun son nöqtəsindən həyətin sol istiqamətinə doğru təqribən 64,88 metr, onun son nöqtəsindən yuxarı sola istiqamətə doğru təqribən 1,44, 4,61 və 25,06 metr, həmin son nöqtədən sağ istiqamətə doğru təqribən 4,17, 0,94 və 13,78 onun son nöqtəsindən yuxarı istiqamətə doğru 2,84, onun son nöqtəsindən sağ istiqamətə doğru təqribən 20,59 metr, onun son istiqamətindən aşağı doğru təqribən 23,41 və onun son nöqtəsindən sol istiqamətə doğru isə təqribən 30,03 metr, (ümumilikdə 1666,7m2 torpaq sahəsi) sərhəd hasarları çəkilməklə iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla təcrid olunmuş qaydada ayrılaraq verilsin. Babək rayonu, Şıxmahmud kəndində yerləşən 0.9869 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinə aid 1/6 hissə 3-cü tərəfə ayrılan torpaq sahəsinin daxilində torpaq sahəsinin yuxarı hissəsindən aşağı hissəsinə doğru istiqamətində ayrı-ayrılıqda uzunluqları 101.45 metr, enləri isə 65.84 metr, ölçülərdə (ümumilikdə 6579,88 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) sərhəd hasarları çəkilməklə iddiaçıların hamısının payına birlikdə vahid giriş-çıxış yolu müəyyən olunmaqla təcrid olunmuş qaydada ayrılaraq verilsin. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-9/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-9/2023
30.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver