Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-916/2025 08.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanova Günel Bayram qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X15, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi mülkiyət hüququ ilə ona məxsusdur. Həmin fərdi yaşayış evini mərhum nənəsi X16 tərəfindən 31 avqust 2011-ci il tarixli bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Həmin fərdi yaşayış evində atasının ilk evliliyindən olan həyat yoldaşı Cavabdeh1, onun ögey bacısı Cavabdeh2 və ögey qardaşı Cavabdeh3dur. X8 ilə Cavabdeh1 14 oktyabr 1992-ci il tarixde nikaha daxil olmuşdular. 18 yanvar 1999-cu il tarixdə onların arasında olan nikah pozulmuşdur. Nikahın pozulduğu vaxtdan Cavabdeh1 himayəsində övladları Cavabdeh2 və Cavabdeh3 həmin ünvanı tərk etmiş və bugünədək ünvan 1vanda yaşamayıblar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Quliyeva X14 Şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixli iddia ərizəsinə etiraz göndərmişdir. Cavabdehlər etirazda bildirmişdirlər ki, məlum edirəm ki, Naxçıvan şəhər Məhkəməsində İddiaçı mənə və ailə üzvlərimə qarşı "yaşayış sahəsinə yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi"nə dair iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində mülki iddianın sübutu qismində bildirir ki, cavabdehlərin ünvan 2 ünvanında ona məxsus fərdi yaşayış evinə ehtiyacları qalmayıb. Həmin iddia ərizəsi ilə aşağıdakı əsaslara görə razılaşmıram: Birincisi, nəzərinizə çatdırıram ki, onun iddia ərizəsində göstərdiyi bütün faktlar yalan və əsassızdır. Belə ki, mənim keçmiş həyat yoldaşımla nikahımız pozulandan sonra yaşamaq və istifadə üçün məhkəmədə iddia qaldırıb Naxçıvan Şəhər Məhkəməsinin 2- 57-1999 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsi ilə ünvan 3 ünvanına köçürülüb yaşayış və istifadə hüququ əldə etmişəm. Naxçıvan Şəhər Məhkəməsinin 2-57-1999 nömrəli, xx.xx.1999-cu il tarixli İcra Vərəqəsi və Naxçıvan Şəhər Məhkəməsi ƏPQ-nun xx.xx.1999-cu il tarixli AKTİ ilə qeyd olunan ünvana köçürülüb həmin evin kirəcəyindəki sol tərəfdəki otaqdan, evin mətbəxindən və sanitar qovşağından istifadə hüququ əldə etdim. Bir neçə il həmin ünvanda dava-dalaşla yaşayandan sonra, keçmiş həyat yoldaşım X22 və qaynanam X16 tərəfindən zorla evdən çıxarıldım. Bundan sonra dəfələrlə: xx.xx.2011-ci ildə, xx.xx.2014-cü ildə Naxçıvan Şəhər İcra və Probasiya əməkdaşları tərəfindən keçmiş həyat yoldaşım X22 və qaynanam X5 qanunsuz əhərəkətlərinin qarşısı alınaraq məni uşaqlarımla birlikdə evə yerləşdirsələr də, yenidən həmin şəxslər tərəfindən zorla evdən çıxarılmışam. Davamlı mübahisələr səbəbindən keçmiş həyat yoldaşım X22 mən təklif etdi ki, mən həmin evdən istifadə hüququmu dayandırım, yəni başqa evə köçüm, əvəzində isə o mənə kirayə ev tutub pulunu ödəsin. Bununla bağlı X25 Şəhər İçra Bölməsinə ərizə də yazmışdı. Sonradan (2014-cü il tarixdə) öyrəndim ki, qeyd olunan evin mülkiyyətçisi X16 məni istifadə hüququmdan məhrum etmək üçün xx.xx.2011-ci il tarixdə evini nəvəsi İddiaçı bağışlamışdır. Mən qeyd olunan bağışlama müqaviləsi ilə bağlı həmin evdə qeydiyyatda olduğum və istifadə hüququm olduğu təqdirdə mənim notarial razılığım alınmaması səbəbindən dərhal Naxçıvan MR İnzibati Məhkəməsində "bağışlama müqaviləsinin ləğvi” tələbi ilə iddia qaldırdım. Eyni zamanda da Naxçıvan MR Ədliyyə Nazirliyinə yenə də evə məcburi köçürülməyimlə bağlı müraciət etdim. Lakin heç bir nəticəsi olmadı. Naxçıvan MR İnzibati məhkəməsində iddia ərizəm aidiyyat məsələsinə görə baxılmamış saxlanıldı. Sonra mən həmin iddianı Naxçıvan Şəhər Məhkəməsində qaldırdım. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.1914-cü il tarixli, 2(078)- 421/2014 nömrəli qətnaməsi ilə iddia tələbim rədd olunsa da, həmin qətnamənin 8-ci səhifəsində göstərilmişdir ki, "Bəxşiş müqaviləsi bağlanandan sonra da, iş üzrə iddiaçı Cavabdeh1 bəxşiş müqaviləsi bağlanmış evdə mövcud olan yaşayış evindən istifadə hüququ öz qüvvəsini saxlayır. Yəni evindən mövcuq istifadə vəziyyətdə mülkiyyətçinin dəyişməsi Cavabdeh1 yaşayış ilə əlaqədar hüququna toxunmur". oldu. Buna Həmin baxmayaraq qətnamə ilə mənim həmin evdən istifadə hüququm bir daha təsdiqlənmiş Şəhər İcra məni yenə də evə buraxmadılar. Mütəmadi olaraq Naxçıvan isə qeyd və Probasiya Şöbəsinə etdiyim müraciətlər təmin olunmadı. xx.xx.2022-ci ildə olunan icra şöbəsinə müraciət edərək icra sənədi üzrə icraatın təzələnməsini nömrəli xahiş etsəm məktubu də, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 67 Əli oğlu ilə mənə bildirildi ki, istifadə hüququma maneçilik törədən İddiaçı və X22 olduğundan həmin icra işi üzrə icraatın təzələnə bilməz. Şöbəsinə Bunlardan başqa xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya verilən evə köçürülməyimlə bağlı etdiyim müraciətə Naxçıvan Şəhər Məhkəməsindən ki, mənim 1-623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir qətnamənin, həmin evə köçürülməyim təmin olunmuş və istifadə hüququmu əldə etdiyim icra vərəqəsinin və köçürülməyimlə Bunlardan bağlı aktın surətləri mənə göndərilmişdir. Bunlardan bağlı aktın surətləri mənə göndərilmişdir. İslam Səfərli küçəsi, başqa hazırki iş üzrə iddiaçı mənim və övladlarımın Naxçıvan şəhəri, İnzibati Məhkəməsinə ev-4 iddia ünvanından qeydiyyatdan çıxarılmağımla bağlı Naxçıvan MR götürdüyündən ərizəsi ilə müraciət etsə də, iddiaçı iddiasını geri Naxçıvan şəhəri, iş üzrə icraata xitam verilmişdir. Həmçinin mən uşaqlarımla birlikdə hətta evin elektrik İslam Səfərli küçəsi, ev-4 ünvanında bir neçə il yaşaya bildiyim dövrlərdə istifadəsinə görə ödənişlərini mən ödəmişəm. ünvanından Onu istifadə da qeyd hüququm edim ki, mənim ünvan 2 Dövlət Reyestrində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın tapmışdır. Mənim bu qeydiyyat gün alınmış və xx.xx.1014-cü il tarixli Çıxarışda öz əksini evi olmadığına görə də həmin evdən istifadə hüququma ehtiyacı var, onun evi olmadığına görə məcbur orada yaşayır. Bu da məcburən Naxçıvan şəhərində Qaracuğ kəndində kirayədə edilməsini və həmin mənə maddi cəhətdə cox zərər vurur. O istifadə hüququnun təmin edilməsini və həmin evə məcburi köçürülməyini istəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdəfiə edərək izahatında qanuni mülkiyyətçi olduğunu, öz mülkiyyətindən hüquqlarından məhrum edildiyini, daşınmaz əmlaka müraciət etdikdə notariusa müraciət etdikdə problemlər yaşadığını, yaşayış sahəsindən istifadə hüququ yalnız ailə üzvlərinə verildiyini, cavabdehlərin onun ailə üzvü olmadığını, ögey olduqlarını, özünün kimsəyə yaşayış istifadə hüququ vermədiyini, atasının adına heç bir əmlakın olmadığını, keçmiş həyat yoldaşının da heç bir əmlaka sahib ola bilməyəcəyini, 6 ildən artıqdır ki evin yararsız vəziyyətdə olduğunu, təqdim etdiyi fotoşəkildə evin təmirsiz olduğunu, bu tikilinin yeni olduğunu, köhnə tikilinin uzun illər qabaq qanuni şəkildə söküldüyünü, yenidən bu evin tikildiyini, orada qeydiyyatda olsa da orada yaşamadıqlarını Atabəylər məhəlləsindəki evdə qaldığını, hal-hazırda cavabdehlərin yaşadıqları evin olduğunu, öz evindən sərbəst istifadə edə bilmədiyini, elektron sistemdə əmlakın evin onun adına olmadığını, hüquqlarının məhdudlaşdırıldığını, 2011-ci ildə nənəsinin evi ona bağışladığını, o zaman onun 10 yaşı olduğunu, torpaq komitəsinin bu əmlakda məhkəmə qətnaməsinin olduğunu, bu səbəbdən adına göstərilmədiyini dediyini, cavabdehlərin qanunsuz olaraq orada yaşayış istifadə hüququnun olduğunu bildirmiş, 1998-ci ildən evdən çıxıb o evə bir daha qayıtmadığını, cavabdehlərin qaldıqları həyətdə ikinci evin olduğunu təxminən bildiyini, onların orada qeydiyyata düşüb yaşaya biləcəklərini, qalmağa yerlərinin olduğunu, uzun illərdir orada yaşadıqlarını, qanunda 6 aydan artıq istifadə olunmadıqda yaşayış istifadə hüququna xitam veriləcəyinin göstərildiyini bildirmiş, cavabdehlərin yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X22 iddianı müdəfiə edərək izahatında notariusun o zamanlar qeydiyyatda olarkən nikah pozulduqdan sonra onların qeydiyyatda olması mülkiyyət hüququna bir problem yaratmayacaq dediyini, yaşayış hüququnun 1997-ci ildə verildiyini, məhkəmə qaydasında yaşayış hüququ verildiyini, ona otaq verildiyini, cavabdehin əşyalarını ora yerləşdirdiyini, 3 ay içərisində orada yaşamadığını, 3 ay sonra əşyalarını götürüb getdiyini, orada yaşamadığını, 1997-ci ildən sonra 2014-cü ildə Vəsilənin iddia qaldırdığını Ali məhkəmədə Naxçıvan şəhər məhkəməsinin qərarının qüvvədə qaldığını, iddianın təmin edilməsini, cavabdehlərin yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı izahatında uşağının haqqı olan evin söküldüyünü, özünün bilmədiyini, 1998-1999-cu illərdə evin verildiyini, açarın verilmədiyini, Yunis müəllimin Elman müəlllimin gəlib ora baxdığını, evin açarının olmadığını, heç bir otağa daxil ola bilmədiyini, imkan vermədiklərini, qardaşının qızlarının və onların onu söydüklərini, nənəsinin prinsipə görə evi ona verdiyini, evi sökdükdə ondan icazə almalı olduğunu, 1992-ci ildə ailə qurduğunu, 1998-ci ildə boşandıqlarını, yaşayış istifadə hüququnun ona və uşaqlarına verdiyini, özünün qətnaməni oxumadığını, bilmədiyini, uşaqlarının o vaxt 2 və 4 yaşı olduğunu, 2-3 ay qalıb oradan çıxdığını, özünə heç bir kompensasiya verilmədiyini, yaşayış istifadə hüququnun maneəsinin aradan qaldırılması ilə bağlı iddia verdiyni, amma özündə olmadığını, özünün sənədləri verməli olmadığını, məhkəmənin özündə olduğunu, özünün tapa biləcəyini, Qaraçuqda kirada qaldığını, illərlə kiralarda qaldığını, 1 ildir ata evinə gəlib qaldığını, atasının vəfat etdiyini, atasının 2 sot torpaq verdiyini, orada ev tikə biləcəyini, həyətin qardaşının olduğunu, qardaşı istəsə torpağı verəcək, istəməsə verməyəcək, lap özünün 50 evinin olsa belə onun buna aidiyyatı olmadığını, icazəsiz evi sökməməli olduğunu, evin geri verilməsini onun yaşama hüququnun verilməsini tələb etdiyini, kompensasiya istəmədiyini, evin yenidən tikilib təmir edilib onun hüququnun verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı izahatında orada bir insanın yaşıya bilməyəcəyini, haqqını tələb etdiyini, uşaq vaxtı yaşadığını, anasını döyüb, saçını yolub ordan qovduqlarını, özünün ailəli olduğunu ailəsi ilə birgə yaşadığını, babasının torpağı anasına verdiyini gedib orada ev tikə biləcəyini dediyini, qaldıqları həyətin babasından anasına qaldığını, o həyətin iddiaçıya heç bir aidiyyatının olmadığını, haqqını tələb etdiyini, evin 3-cü mərtəbəsinin tikilib satılıb onlarının payının verilməsini tələb etdiyini, 2015-ci ildə ailə qurduğunu, ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı izahatında 2 yaşından bəri anası ilə o evdən çıxdığını, mikrorayonda bina evində kirayədə qaldığını, 2 il kirayədə qaldığını, 9 nömrəli Qaraçuq məktəbini bitirdiyini, universitetə daxil olandan sonra babasıgildə yaşadığını, 2017ci ildə universiteti bitirdiyini, hal hazırda da babasıgildə qaldığını, öz haqqını tələb etdiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş Materialarında olan: Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 sayı sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 317 nömrəli arayışından aydın olur ki, Vəliyeva X9 şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 sayı sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 318 nömrəli arayışından aydın olur ki, Zalov X12 şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 sayı sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli 319 nömrəli arayışından aydın olur ki, Quliyeva X14 şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər Nikah evinin xx.xx.2025-ci il tarixli çıxarışından aydın olur ki, xx.xx.1992-ci il tarixdə X22 və Cavabdeh1 nikahları bağlanmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2-57-1999-cu il tarixli qətnaməsində Cavabdeh1 X13 ev tələbinə dair iddiası təmin edilmiş Cavabdeh1 İ.Səfərli küçəsi, 1-ci mərtəbədə, mənzil 4 ünvanındakı yaşayış sahəsinə köçürülməsi və yaşayış istifadə hüququ verilməsi qət edilmişdir. 26 mart 1999-cu il tarixli aktdan görünür ki, evin sahibi X17r. Cavabdeh1 otaqdan, evi mətbəxindən salondan və tualetindən istəfadə etmək hüququ var. 01 noyabr 2011-ci il tarixli aktdan görünür ki, tələbkar Cavabdeh1 ünvan 10 ünvanındakı mənzilə maneəsiz daxil olması və orada yaşaması təmin edilmiş, köçürmə zamanı tələbkarın özünə məxsus əmlakı mənzilə daşınmışdır. X15 28 dekabr 2013-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 verilən yaşayış istifadə hüququnun əvəzinə yaşadığı evin kirayə haqqını hər ay ödəməyi öz öhdəsinə götürmüşdür. 13 mart 2014-cü il tarixli aktdan görünür ki, tələbkar Cavabdeh1 Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında olan yaşayış evinə maneəsiz daxil olması və orada yaşaması təmin edilmiş,evin sahibinin açarları, tələbkarın özünün və uşaqlarının əşyalarının və əmlakın 14 mart 2014-cü il tarixdə daşıyıb gətirəcəyini bildirmişdir. Naxçıvan MR Ədliyyə nazirliyinin Cavabdeh1 ünvanladığı məktubda bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə 28 fevral 2014-cü il tarixdə daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, icra sənədi nəzarətə götürülmüş və yaşayış hüququnun təmin olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq köməklik göstəriləcək. Cavabdeh1 Naxçıvan MR İnzibati İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, 1999-cu il tarixdə Naxçıvan şəhər məhkəməsi tərəfindən mənə Naxçıvan şəhəri, İ. Səfərli küçəsi ev 4-də yerləşən mənzildə yaşamaq və istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilmişdir. Naxçıvan şəhər məhkəməsinin 2-57 saylı, 09 mart 1999cu il tarixli icra vərəqəsinə əsasən mən iki övladımla bərabər həmin evdə yaşamaq üçün yerləşdirildim. Lakin sonradan evdə darısqallıq olduğunu əsas gətirən cavabdehlə kirayə haqqını ödəmək şərtilə başqa evdə yaşamalı olduq. Artıq son vaxtlar kirayə pulu vaxtında ödənilmədiyindən qaldığım evdən çıxmalı oldum. Amma məhkəmənin qətnaməsi ilə mənə yaşamaq və istifadə hüququ verilən ünvana köçə bilmirəm. Çünki mənə hələ indi məlum olub ki, sözü gedən evin mülkiyyətçisi X18 tərəfindən nəvəsi İddiaçı öğluna xx.xx.2011-ci il tarixdə bağışlama müaviləsi əsasında bağışlanmışdır. Həmin uşaq indi bizi evə buraxmır, ev mənimdir, heç kim bura girə bilməz, deyərək bizi hədələyir. Naxçıvan MR Ali Məclisinin nümayəndəsinin və Naxçıvan şəhər Məhkəməsinin İcra bölməsinin əməkdaşlarının da işə qarışmasının bir köməyi olmamışdır. İndi mən sözün əsil mənasında iki övladımla birlikdə evsiz qalmışam. Evin əsil sahibi Zalov Sonaya deyəndə, ev nəvəmindir, özü bilər deyir. Əslində onun əsl məqsədi bu vasitə ilə biz ordan uzaqlaşdırmaqdır. Əgər belə olmasaydı evi saxta yolla nəvəsinin adına saldırmazdı. Belə ki, mən və uşaqlarım həmin evdə qeydiyyatda ola-ola evin başqasının adına keçməsindən xəbərimiz olmayıb. Notariat haqqında qanunun tələbinə görə ev başqasının adına hər hansı əsasda keçərsə, həmin evdə qeydiyyatda olanların yazılı razılığı alınmalı idi. Amma bizim nəinki razılığımız olmayıb, hətta indiyə qədər bu bizdən gizli saxlanılıb. Evin bizdən gizli şəkildə başqasının adına keçməsi ilə bizim hüquqlarımız pozulmuşdur Belə ki, həm bizim yazılı razılığımız olmayıb, həm də əgər ev əvvəlki sahibin, yəni Zalova Sonanın mülkiyyətində qalmış olsaydı, biz ondan evə daşınmaq üçün mane olmamağı tələb edə bilərdik və ya müəyyən konpensasiya ödənilməsi ilə aramızda razılığa g lə bilərdik. İndiki halda isə kiminlə danışacağımızı bilmirik. Bir söz deyəndə balaca uşağı üstümüzə buraxaraq bizi susdururlar. Artız vəziyyət dözülməz hal alıb, ona görə məhkəmədən saxtakarlıq yolu ilə bağlanmış "Bağışlama müqaviləsinin" ləğv olunmasını istəyirəm. Azərbaycan Respublikasının İnzibati Prosessual məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəçi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Naxçıvan MR Ədliyyə nazirliyinin Cavabdeh1 ünvanladığı məktubda bildirilir ki, vətəndaş Cavabdeh1 nazirliyə 01 may 2014-cü itarixdə daxil olmuş müraciəti araşdırılması və qanunvericiliyin tələblərinauyğun olaraq yaşayış hüququnun təmin olunması üçün Naxçıvan Şəhər İcra X2 göndərilir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-421/2014 saylı xx.xx.2014-cü il tarixli il tarixli qətnaməsində iddiaçı Cavabdeh1 cavabdehlər X16 vƏ Naxçıvan Şəhər İİ Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, iddiaçı Cavabdeh1 cavabdehlər X16 və Naxçıvan Şəhər İİ Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv olunması tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Naxçıvan MR Ədliyyə nazirliyinin Cavabdeh1 ünvanladığı məktubda bildirilir ki, vətəndaş Cavabdeh1 nazirliyə 27 dekabr 2014-cü itarixdə daxil olmuş müraciəti araşdırılması və qanunvericiliyin tələblərinauyğun olaraq yaşayış hüququnun təmin olunması üçün Naxçıvan Şəhər İcra X2 göndərilir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, X23rşı mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ tələbiniz Naxçıvan Şəhər Məhkəməsinin 2-57-1999 nömrəli, xx.xx.1999-cu il tarixli qətnaməsinə əsasən təmin edilmiş, ünvan 13 ünvanında yerləşən mənzildə yaşayış və istifadə hüququnuzun təmin edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən xx.xx.1999-cu ildə Sizin mənzildə yaşayış və istifadə hüququnuz təmin edilmiş və həmin mənzilə köçürülmənizlə bağlı akt tərtib edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə əsasen tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədinin icrası ilə əlaqədar tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Tələbkarın yaşayış və ya qeyriyaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6.-ci maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Sizin 13 dekabr 2022ci il tarixli müraciəfinizə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 13 ünvanında yerləşən mənzildə olan yaşayış və istifadə hüququnuza icra sənədi üzrə borclu Sona Zalova tərəfindən maneçilik törədilmədiyindən icra sənədi üzrə icraat təzələnə bilməz Nəzərinizə çatdırırıq ki, ünvan 13 ünvanında yerləşən mənzilin tərkib hissəsində yaşayış və istifadə hüququnuza maneçilik törədən və icra sənədi üzrə borclu olmayan şəxslər İddiaçı və X21 izolduğundan icraatın təzələnməsi mümkün deyildir. Bu mübahisə məhkəmə qaydasına həll edilməlidir. Naxçıvan MR İnzibati Məhkəmənin 2-1(122)-1187/2024 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan ünvan 14 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair qərardadında İddiaçı ərizəsi təmin edilməsi, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı"Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ZalovTurqay Əli oğlunun mülkiyyətində olan ünvan 14ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı və X3 adınadır və Cavabdeh1 istifadə hüququ mövcuddur, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 18/9 nömrəli reyestr kitabının 1654 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından aydın olur ki, İddiaçı 01 iyun 2010-cu il tarixdən Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından aydın olur ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 da Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2011-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/9 nömrəli reyestr kitabının 1654 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən aydın olur ki, X16, İddiaçı, X6 və X11 müqavilə bağlamış və müqavilənin məzmununda X1 MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qeydiyyat tarixi xx.xx.2011, qeydiyyat № ********** reyestr No **********45-10301 və ******* No-li çıxarışa əsasən ona məxsus olan Naxçıvan şəhər İ.Səfərli küçəsində mülkiyyətində olan 0.0432ha torpaq sahəsində yerləsən 1 mərtəbəli 4 otaqlı 62.2kv.m yaşayış 18.0kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin 176.32 kv.m sahəsini 2 otaq 21.8 kv.m yaşayış evini nəvəsi İddiaçı, 79.60 kv.m sahəsini oğlu X4 176.08 kv.m torpaq sahəsini 2 otaqlı 40.4 kv.m ev ilə birlikdə X11na bağışlamışdır. Müqavilədə bildirilir ki, həmin müqavilə imzalanarkən bağışlanan yaşayış evinə görə alıcılar İddiaçı, X7, X11 bütünlüklə bağışlamanı qəbul etdilər. Bağışlanan yaşayış evi girov qoyulmuş və həbs altında deyil. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edildi. Müqavilənin təsdiqi və rəsmləşdirilməsi üzrə xərci alıcılar İddiaçı X7, X11 tərəfindən ödənilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Məhkəmə iddia tələbinə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə yanaşaraq istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alaraq qeyd edir ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhində dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, Plenum qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli mənzildə yaşayış və istifadə hüququ mövcud olmuşdur və bu hüququ cavabdeh məhkəmə qətnaməsi əsasında əldə etmişdir. Cavabdehlə iddiaçının atasının-nümayəndəsinin nikahları pozulan zaman iki azyaşlı uşaqları yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh3 analarının himayəsində yaşamışlar. Ona görə də məhkəmə qeyd edir ki, baxmayaraq ki, məhkəmə qətnaməsi ilə sadəcə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququ verilmişdir, onun azyaşlı uşaqları olan cavabdehlərin də hüququ məhz valideyni olaraq analarına münasibətdə yaranmış hesab edilməlidir. Belə ki, nikah pozulduğundan və uşaqlar ananın himayəsində qalması müəyyən edildiyindən uşaqların yaşayış yeri valideynin yaşayış yeri hesab edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehə yaşayış istifadə hüququ verildikdən sonra onun 1999-cu ildə həmin mənzilə yerləşdirilməsi və istifadə hüququ ilə təmin edildikdən sonra 2010-cu ilə qədər keçən müddət ərzində cavabdehin övladları digər cavabdehlərlə birlikdə həmin mənzildə mütəmadi yaşaması barədə hər hansı sənədlər təqdim edilməmişdir. 2010-cu ildən 2014-cü ilə qədər cavabdeh icra şöbəsinə mənzilə köçürülməsi və yerləşdirilməsi barədə müraciətlərinə dair sənədlər təqdim etmişdir. 2014-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən kirayə yaşadığı mənzil üçün kirayə haqqını ödəməsi yaşayış və istifadə hüququnun əvəzi olaraq onun tərəfindən ödənilməsi barədə öhdəlik daşımasına dair ərizəni cavabdeh təqdim etmişdir. Həmin ərizə verildikdən sonra keçən müddət ərzində 2022-ci ilə qədər cavabdeh köçürülmənin təmin edilməsi barədə müraciətləri olmamışdır. Həmin müddətdə yaşayış sahəsinin sökülməklə yeni fərdi yaşayış evinin tikintisi aparılmış, iddiaçı tərəfindən təqdim edilən fotoşəkillərlə aydın olur ki, tikinti tam şəkildə başa çatmamışdır, fərdi yaşayış evi yaşamaq üçün yararsız vəziyyətdədir. Cavabdeh3 izahatında universitetə daxil olandan sonra babasıgildə yaşadığını, 2017-ci ildə universiteti bitirdiyini bildirmişdir. Digər Cavabdeh2 izahatında 2015-ci ildə ailə qurduğunu, ailəsinə məxsus evdə yaşadığını bildirmişdir. Bütün bunlardan aydın olur ki, cavabdehlər yaşayış və istifadə hüquqlarına olan ehtiyacı uzun müddətdir aradan qaldırmışlar və hazırda onların iddiaçıya məxsus mənzildə yaşamağa ehtiyacları və zərurətləri yoxdur. Digər tərəfdən isə təqdim edilən foroşəkillərdən aydın olur ki, fərdi yaşayış evi ümumiyyətlə cavabdehə yaşayış və istifadə hüququ verilən fərdi yaşayış evi deyildir, tamamilə sökülərək yenidən inşa edilməkdədir. Bununla yanaşı müəyyən edilir ki, cavabdehə yaşayış və istifadə hüququ verilən fərdi yaşayış evinin mülkyyətçisinin vəfat etməsi, vərəsəlik şəhadətnaməsi əsasında digər şəxsin adına keçirilməsi, həmin şəxsin iddiaçı ilə yanaşı, bir neçə şəxsə torpaq sahəsini və evi bölərək bağışlaması qanuni qüvvədə olan qətnamələrlə müəyyən edilmişdir. Cavabdehlər uzun müddətdir ki, həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşamışlar. Bütün bunların nəticəsində məhkəmə hesab edir ki, cavabdehlərin özlərinə yaşayış yeri seçərək mübahisəli mənzildən çıxıb getməsi daimi olaraq mənzili tərk etmək kimi qiymətləndirilməli, bu halda mülkiyyətçinin mənafeyi nəzərə alınmalı və əsassız olaraq mülkiyyət hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa və ya xitam verilərsə məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yenidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus Naxçıvan şəhəri, İslam Səfərli küçəsi ev 4 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı 21.8 kv.m yaşayış, 9.2 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. İddiaçı İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-916/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-916/2025
08.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver