Məhkəmə qərarları › İş №2(078)-957/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-957/2021

02.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-957/2021 02.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Quliyeva X2 Ələkbər Yusif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ½ hissədə paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 23-də yerləşən 49 nömrəli mənzilin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 23-də yerləşən 49 nömrəli mənzilin ½ hissədə mülkiyyət hüququ üzrə ona və Cavabdeh məxsus olduğunu, bu mülkiyyət hüququnun Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş **********21-05101-093037 reyestr nömrəli Çıxarışla rəsmiləşdirildiyini, paylarının naturada bölgüsü ilə bağlı Cavabdeh ilə aralarında mübahisə yarandığını, ona görə də, paylı mülkiyyətdə olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 23də yerləşən 49 nömrəli mənzildən ibarət daşınmaz əmlakın naturada məhkəmə qaydasında bölünməsini istədiyini, çünki paylı mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermə hüququnu həyata keçirə bilmədiyini, mübahisəli mənzildə cavabdehin yaşadığını, ekspertin rəyinə etirazının olmadığını, bunları nəzərə alaraq, ½ hissədə paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 23-də yerləşən 49 nömrəli mənzilin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etməyərək, mübahisəli mənzilin paylı mülkiyyət olduğunu, həmin mənzilin bölünməsinin mümkün olmadığını, ekspertizanın rəyinin düzgün olduğunu, iddia tələbinin əsassız olduğunu, iddiaçıya mülkiyyətindən istifadə etmə demədiyini, iddiaçının özünün mənzili tərk edib getdiyini, hazırda gəlib yaşamasına etirazının olmadığını, bunların nəzərə alınaraq, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.43 kv.m olan mənzil paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 12/26 nömrəli reyestr kitabının 5122 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********21-05101-093037, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 27.07.2021). Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 01 may 2021-ci il tarixdə verilmiş 8149 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 06 oktyabr 2021-ci il tarixli, 269 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.43 kv.m olan mənzildən payların naturada ayrılmasının (bölünməsinin) İnşaat Norma və Qaydaları 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Məhkəmə izahatları, iddia ərizəsinin dəlillərini və iş mаteriаllаrını аrаşdırıb iş üzrə tоplаnmış sübutlаrа оbyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 125-ci mаddəsinin Vİİ bəndinə əsаsən, məhkəmə icrааtı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Yuxarıda sadalanan maddi hüquq normaların tələblərinə görə, tərəflər razılıq əldə edə bilmədikdə, əşyanın mülkiyyətçisi evin naturada məhkəmə qaydasında bölünməsini tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı tərəflər öz aralarında razılığa gəlməmişlər. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 06 oktyabr 2021-ci il tarixli, 269 nömrəli rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.43 kv.m olan mənzildən payların naturada ayrılmasının (bölünməsinin) İnşaat Norma və Qaydaları 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bu səbəbdən də, məhkəmə evin real qaydada bölünməməsi qənaətinə gəlir. İddia rədd edildiyinə görə, iddia verilərkən ödənilmiş dövlət rüsumu iş üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddiaçı Cavabdeh qarşı payların naturada bölünməsi tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar