Məhkəmə qərarları › İş №2(078)-958/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-958/2021

01.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-958/2021 01.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 aprel 1973-cü il tarixdə Naxçıvan rayonu, Cavidabad kənd Soveti tərəfindən tərtib olunmuş 33 nömrə ilə qeydə alınmış doğum akt qeydləri kitabının ad qrafasında Fariz qeydinin düzgün olmamasının müəyyən edilməsi və ad qrafasında ad qeydinin Feyruz qeydi kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçi qismində izahat verən Ərizəçi ərizəni müdafiə edərək, xx xxxxx 1973-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində anadan olduğunu, anadan olduqdan sonra ona doğum haqqında şəhadətnamə verildiyini, həmin doğum haqqında şəhadətnamədə adının Feyruz kimi yazıldığını, eyni zamanda orta məktəb dövründə adının məktəb jurnalında, orta məktəbi bitirməsini təsdiq edən attestatında Feyruz kimi göstərildiyini, orta məktəbi bitirəndən sonra instituta daxil olduğunu, ona verilmiş diplomda da adının Feyruz kimi yazıldığını, həmin dövr ona sovet pasportunun və hərbi biletinin verildiyini, habelə şəxsiyyət vəsiqəsinin və beynəlxalq pasportunun da verildiyini, onlarda da adının Feyruz kimi yazıldığını, işlədiyi dövrlərdə ona verilmiş əmək kitabçasında da adının Feyruz kimi qeyd olunduğunu, hazırda valideynindən miras qalmış mülkün sənədləşdirilməsini istədiyini, bunun üçün ondan doğum haqqında şəhadətnamənin tələb edildiyini, evdə doğum haqqında şəhadətnaməni tapa bilmədiyindən qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında şəhadətnamənin təkrar verilməsini istədiyini, qeydiyyat şöbəsindən onun müraciətinə verilmiş cavabdan ona doğum akt qeydləri kitabında adının Feyruz deyil, Fariz kimi qeyd edildiyinin məlum olduğunu, 48 yaşının olduğunu, bu illər ərzində ona hər kəsin Feyruz kimi müraciət etdiyini, bütün sənədlərdə də adının Feyruz kimi göstərildiyini, bu barədə Naxçıvan şəhər Qeydiyyat şöbəsinə müraciət etdiyini, ona doğum akt qeydində adında düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğunun bildirildiyini, doğum haqqında şəhadətnamənin kötüyündən başqa ona verilmiş bütün hüquqmüəyyənedici sənədlərində (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, pasport, əmək kitabçası, nikah haqqında şəhadətnamə və s.) adının Feyruz kimi qeyd edildiyini, bu sənədlərin (şəxsiyyət vəsiqəsi, pasport, əmək kitabçası və s.) ilkin olaraq ona verilmiş doğum haqqında şəhadətnaməyə əsasən yazıldığını, doğum haqqında qeydlər kitabında adının Feyruz kimi deyil, Fariz kimi yazılmasında onun heç bir günahının və xəbərinin olmadığını, qeydiyyat şöbəsində olan kitabda adının fərqli yazılmasını son zamanlaradək bilmədiyini, ona görə də, doğum akt qeydində də adının Fariz kimi deyil, Feyruz kimi qeyd edilməsini istədiyini, həmin düzəlişi başqa yolla düzəltməyin mümkün olmadığını, bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəldiyini, bunları nəzərə alaraq, 26 aprel 1973-cü il tarixdə Naxçıvan rayonu, Cavidabad kənd Soveti tərəfindən tərtib olunmuş 33 nömrə ilə qeydə alınmış doğum akt qeydləri kitabının ad qrafasında Fariz qeydinin düzgün olmamasının müəyyən edilməsi və ad qrafasında ad qeydinin Feyruz qeydi kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Naxçıvan şəhər Qeydiyyat şöbəsinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin Naxçıvan şəhər Qeydiyyat şöbəsi məhkəməyə məktub göndərərək, məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası Naxçıvan şəhər Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətinə əsasən, Ərizəçi xx xxxxx 1973-cü il tarixdə doğulmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli arayışa əsasən, Novruzov X4 şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. C02920391 nömrəli pasportun təsdiqlənmiş surətindən görünür ki, vətəndaşın adı Ərizəçidur. Vİ-JQ seriyalı, 492591 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Ərizəçi 17 sentyabr 1999-cu il tarixdə evlənmişdir. AZ-İ seriyalı, 175549 nömrəli və İ-AZ seriyalı, 110725 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiqlənmiş surətinə əsasən, X3 və X2 atası Ərizəçidur. 23 nömrəli diplomun təsdiqlənmiş surətindən və XXİİİ-JQ seriyalı, 722088 nömrəli pasportun surətindən ərizəçinin adının Ərizəçi olduğu görünür. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 07 iyul 2021-ci il tarixli, 13/755 nömrəli arxiv arayışına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qaraxanbəyli kəndinin 1991-1995-ci illərə dair 14 nömrəli təsərrüfatbaşına kitabında Ərizəçi xx xxxxx 1973-cü ildə anadan olması göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 07 iyul 2021-ci il tarixli, 13/755 nömrəli arxiv arayışına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Cavidabad Sovetliyi-Qaraxanbəyli kəndinin 1991-1995-ci illərə dair 14 nömrəli təsərrüfatbaşına kitabında mərhum X5 ailə başçısı olmaqla, aşağıdakı ailə üzvləri qeyd edilmişdir:

1. X5- ailə başçısı 1936-cı il;

2. Ərizəçi- oğlu xx xxxxx 1973-cü il. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02/432 nömrəli, 02 avqust 2021-ci il tarixli cavab məktubuna əsasən, Ərizəçi doğum akt qeydində adına düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edə biləcəyi göstərilmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb ərizəçinin izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək və yuxarıda sadalanan qanunvericilik normalarını hazırki iş üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26 aprel 1973-cü il tarixdə Naxçıvan rayonu, Cavidabad kənd Soveti tərəfindən tərtib olunmuş 33 nömrə ilə qeydə alınmış doğum akt qeydləri kitabının ad qrafasında “Fariz” qeydinin düzgün olmaması faktı müəyyən edilməli və “Fariz” qeydi “Feyruz” kimi qeyd edilməlidir. Ona görə ki, iş üzrə mübahisə yoxdur və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, ərizəçinin adı müvafiq olaraq Feyruz olduğu halda, doğum haqqında akt qeydində düzgün olmayaraq ərizəçinin adı Fariz kimi yazılmış, qeydiyyat orqanı da vətəndaşlıq vəziyyəti haqqındakı akt qeydində müvafiq düzəliş və ya dəyişiklik etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə, hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6.2.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Qərarın 4-cü bəndində qeyd edilir: Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət еtdi:

Ərizə təmin edilsin. 26 aprel 1973-cü il tarixdə Naxçıvan rayonu, Cavidabad kənd Soveti tərəfindən tərtib olunmuş 33 nömrə ilə qeydə alınmış doğum akt qeydləri kitabının ad qrafasında “Fariz” qeydinin düzgün olmaması faktı müəyyən edilsin. “Fariz” qeydi “Feyruz” kimi qeyd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar