Məhkəmə qərarları › İş №2(078)-970/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-970/2024

28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-970/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və cavabdeh təşkilatın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X3rşı Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası X2 yaratdığı MMC-nin Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-970/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X1rşı Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması tələbinə dair ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinə həvalə edilərək mülki iş üzrə icraat ekspertizanın müvafiq rəyi məhkəməyə təqdim olunanadək dayandırılmış, mülki iş üzrə ekspertiza aparılmasından imtina edilməsi barədə məktub məhkəməyə daxil olduqdan sonra icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli ekspert məlumatında qeyd olunmuşdur ki, zəruri məlumatlar ekspertiza tədqiqatına təqdim olmadığından məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə 24 iyul 2024-cü il tarixli qərardad “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.1, 5.8-ci bəndlərinin tələblərinə müvafiq olaraq icrasız saxlanılır və mülki iş materialları geri qaytarılır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 oktyabr 2024-cü ildə məhkəməyə göndərdiyi məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 02 avqust 2023-cü il tarixli 347-06/S saylı Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “X10 Müalicəxanası” publik hüquqi şəxs ləğv edilmiş, Sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 07 avqust 2023-cü il tarixli 234 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən ləğvetmə prosesi aparılmış və əmlaklar Naxçıvan Muxtar Respublikası X4 təhvil verilmişdir. "xxxx" Turizm Firmasına verilən 111 inventar nömrəli texniki pasportda qeyd edilən müalicə və turizm tikilisi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında həmin tikililərin yerləşdiyi torpaq sahəsinin dəqiq yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmadığından, bəhs edilən torpaq sahəsinin Naxçıvan Muxtar Respublikası X4 məxsus 10 avqust 2023-cü il tarixli, 000625 inventar nömrəli texniki pasportda qeyd edilən torpaq sahəsi İlə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X3rşı Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı Məmmədov X8 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək hüquqi ünvanı Naxçıvan şəhəri olan Cavabdeh Şurasının Culfa rayon Darıdağ massivindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia predmetini təşkil edən obyektə-X10 müalicəxanasına dair mülkiyyət hüququ haqqında şəhadətnamə almışdır. Hazırda həmin müalicəxana Naxçıvan MR X4 verilmişdir. Naxçıvan MR X2 məcburi çıxarılmasını xahiş edir. Tələbdən aydın olur ki, iddia ərizəsi müstəsna aidiyyət kateqoriyasına daxil olan tələbdir və daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Hazırki tələb məhz 39.1-ci maddədə nəzərdə tutulan-- daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbi olaraq müstəsna aidiyyət qaydalarına uyğun olaraq aidiyyəti məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2-ci və 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X3rşı Culfa rayon Darıdağ massivindən məcburi çıxarılması tələbinə dair mülki iş baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar