Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-973/2020 28.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinin ½ payda mülkiyyət hüququnun tanınması və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Həmçinin İddiaçı məhkəməyə ərizə göndərərək, Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək daşınmaz əmlakda 1/2 pay üzərində mülkiyyət hüququnun tanınması və hüquqi yardıma görə vəkilə ödənilmiş pulun alınıb geri verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Bakı şəhərində yaşadığından və mövcud vəziyyətlə əlaqədar gəlib məhkəmədə iştirak etmək mümkün olmadığından məhkəmə iclaslarının nümayəndəsinin iştirakı ilə keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil1 iddianı müdafiə edərək, iş üzrə tərəflərin xx xxxxxxx 1997-ci il tarixdə Babək rayon Cəhri kənd İcra Nümayəndəliyində rəsmi nikaha daxil olmaqla evlənib Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-09/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, tərəflərin birgə nikahda olduqları müddətdə Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxx 2013-cü il tarixli, 4/ə-02- 464 nömrəli Alqı-satqı Müqaviləsi əsasında Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsini alıb xx xxxx 2013-cü il tarixdə Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığını, İddiaçı göstərilən hüquqi yardıma görə onun vəkillə xx xxxxxxxx 2020-ci il tarixdə 04/474 nömrəli hüquqi yardım üzrə xidmət müqaviləsi bağlayaraq 400 manat pul ödədiyini, həmin məbləğin cavabdehdən alınıb iddiaçıya qaytarılmasını istədiyini, iddiaçının mübahisənin həlli ilə əlaqədar cavabdehə müraciət etdiyini, lakin mübahisəsiz həllinin olmadığını, tərəflərin razılığa gəlmədiklərini, iddia ərizəsi ilə müraciət edəndən sonra cavabdehin mübahisənin məhkəmədən kənar həlli ilə əlaqədar ona da müraciət etmədiyini, tərəflərin torpağa dair söhbətinin boşanma zamanı olduğunu, bu səbəbdən iddiaçının hüquqi yardım alaraq məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu göstərərək, Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinin ½ payda iddiaçının mülkiyyət hüququnun tanınması və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qismən qəbul edərək, həqiqətən birgə nikahda olduqları müddətdə Naxçıvan şəhər İkinci Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxx 2013-cü il tarixli, 4/ə-02-464 nömrəli Alqısatqı Müqaviləsi əsasında Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsini alıb xx xxxx 2013-cü il tarixdə adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındığını, 2018-ci ilin iyun ayından iddiaçının atası evinə getdiyini, həmin vaxtdan onu görmədiyini, iddiaçının boşanma işinə belə gəlmədiyindən görüşmədiyini, iddiaçı ilə əlaqəsinin olmadığını, torpağa görə iddiaçıdan ona heç bir təklif gəlmədiyini, iddiaçı ondan ½ hissəyə hüquq istəsəydi məhkəməsiz işi həll edə biləcəklərini, hazırda da iddia tələbinin həmin hisədə təmin olunmasını qəbul etdiyini, vəkilsiz də işin həll oluna biləcəyini, iddiaçının öz istəyi əsasında vəkil tutaraq xərc çəkdiyini, vəkil xərcinin onun ödəməli olmadığını, iddianın torpaq sahəsinə münasibətdə təmin olunmasına, vəkil xərcinə münasibətdə isə rədd olunmasına dair qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında cavabdehin vəkili qismində izahat verən Vəkil2, cavabdehin izahatına əlavəsinin olmadığını, əlavə olaraq vəkilə ödənilən xərcin cavabdehdən tutulmasına dair tələbin əsassız olduğunu bildirərək, müvafiq qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, 434 nömrəli məktubuna əsasən, Cavabdeh adına Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında Babək rayonunun Cəhri kəndində 1664 m2 həyətyanı, ailə üzvləri ilə birlikdə (3 nəfər) 3622 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələri və xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2013-cü il tarixli, 4/ə-02-464 nömrəli Alqı-satqı Müqaviləsi əsasında Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-09/2020 nömrəli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 1997-ci il tarixdə Babək rayon Cəhri kənd İcra Nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə izahatlara, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmə baxışında verilən izahatlardan, eyni zamanda iş materiallarına əlavə olunmuş sənədlərdən də müəyyən olmuşdur ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxx 1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar ki, həmin tarixdən də onlar arasında ər-arvad kimi hüquq münasibətləri yaranmışdır. Babək Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(079)-09/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında olan nikah qeydi pozulmuş və ər-arvad münasibətlərinə xitam verilmişdir. Mülki işin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər ailə münasibətlərinə girdikdən sonra Cavabdeh Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 99 nömrəli qərarı əsasında Babək rayonunun Cəhri kəndində 1664 m2 həyətyanı, ailə üzvləri ilə birlikdə (3 nəfər) 3622 m2 kənd təsərrüfatı təyinatlı torpaq sahələrini və xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhər 2-ci DNK-nın xx.xx.2013-cü il tarixli, 4/ə-02-464 nömrəli Alqı-satqı Müqaviləsi əsasında Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsini adına qeydiyyata aldırmışdır. İşin bu halı istər iddiaçı, istərsə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. X4 Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, xx xxx 2010-cu il). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, nikah ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri olmaqla yanaşı, birgə nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, onların ümumi mülkiyyətidir və bu əmlakdakı paylar bərabər hesab edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ pay hüququ müəyyən olunmalıdır. İddia hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər həlli barədə müraciət etməsi, cavabdehin mübahisəni məhkəmədən kənar həll etməməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin vəkilin hüquqi yardımından istifadə etmək zərurətinin olması ilə əlaqədar sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmış Naxçıvan şəhəri, Xətai məhəlləsi 1/56A ünvanında 0.04 ha həyətyanı torpaq sahəsinə İddiaçı ½ pay hüququ müəyyən olunsun. İddia hüquqi yardıma görə vəkilə ödənilmiş 400 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi tələbinə dair hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-973/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-973/2020
28.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver