Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-982/2024 05.08.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədova Billurə Ayaz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan əmlakda payların bərabər müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və X7 mülkiyyətində olan Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 1-ci küçə 17 ünvanında 0.0669 ha torpaq sahəsində payların bərabər qaydada müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmıdır ki, İddiaçı valideynləri X8 xx.xx.1999-cu il tarixdə, anası X12 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X1 və X7 adına Naxçıvan şəhəri Qaraxanbəyli kəndində 1-ci küçə 17 ünvanında 0.0669 ha torpaq sahəsi qeydə alınmışdır. Mirasın faktiki qəbulu ilə bağl məhkəmədə iddia qaldırmaq üçün paylar müəyyən olunmamışdır. X2 və X7 vərəsələri: Cavabdeh1-oğlu; Cavabdeh2-qızı; Cavabdeh3-qızı; Cavabdeh4-qızı; Cavabdeh5-qızı; Cavabdeh6-qızı; İddiaçı-oğlu; Cavabdeh7-oğludur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında iddia ərizəsini müdafiə edərək verilmiş sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddianı qəbul edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında iddia tələbi ilə razılaşdığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh7 verdiyi izahatında qanun çərçivəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 verdiyi izahatında izahatında iddia tələbi ilə razılaşdığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 verdiyi izahatında izahatında iddia tələbi ilə razılaşdığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh6 verdiyi izahatında izahatında iddia tələbi ilə razılaşdığını, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh3 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən X8 ilə X12 arasında xx.xx.1947-ci tarixdə Babək rayon Qaraxanbəyli kənd İN-də nikah bağlamış və bu barədə 14 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Naxçıvan rayon Qaraxanbəyli kəndində anadan olmuşdur, atası X8, anası Tağıyeva (Məhərrəmova) Xədicə Oruc qızıdır. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, Cavabdeh7 xx.xx.1962-ci il tarixdə Naxçıvan rayon Qaraxanbəyli kəndində anadan olmuşdur, atası X8, anası Tağıyeva (Məhərrəmova) Xədicə Oruc qızıdır. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X8 xx.xx.1999-cu il tarixdə hipertoniya diaqnozu ilə Babək rayon Qaraxanbəyli kəndində vəfat etmiş, bu barədə xx.xx.1999-cu il tarixdə 02 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan aydın olur ki, X12 xx.xx.2005-ci il tarixdə qaraciyər çatışmazlığı diaqnozu ilə Babək rayon Qaraxanbəyli kəndində vəfat etmiş, bu barədə xx.xx.2005-ci il tarixdə 04 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin taeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışdan aydın olur ki, ünvan 2 ünvanında yerləşən 0.0669 ha torpaq sahəsi X4 və X7 mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 16/31 nömrəli reyestr kitabının 5907 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 334 nömrəli arayışdan aydın olur ki, mərhum X3 şəhəri, Qaraxanbəyli kəndində yaşayıb və onun aşağıdakı vərəsələri vardır: - X12-həyat yoldaşı—1928-vəfat edib; -X9-qızı-1947; -Cavabdeh1-oğlu-1948; -X6-qızı-1952; -Cavabdeh4-qızı-1953; -Cavabdeh5-qızı-1955; -Cavabdeh6-qızı-1957; -İddiaçı-oğlu-1960; -Cavabdeh7-oğlu-1962. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci bəndinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünəkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 0.0669 ha torpaq sahəsində X4 payı 1/2 hissədə və X7 payı 1/2 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 5563 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tutularaq iddiaçının vəkili və nümayəndəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0.0669 ha torpaq sahəsində X1 payı 1/2 hissədə və mərhum X7 payı 1/2 hissədə müəyyən edilsin. İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 5563 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tutularaq iddiaçının vəkili və nümayəndəsinə qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-982/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-982/2024
05.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver