Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-997/2020 19.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı onunla cavabdeh arasında aparılmış razılaşmaya əsasən övladı Rövşənin mülkiyyətində mövcud olan 940.2 kv.metr ərazidən məhz onun adından xx xxxxxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş 4/Ə-02-682 saylı müqaviləsi əsasında verilmiş 300 kvm ərazinin 300x7000/21000 manat, uzun illərdən bəri istifadələrində olan yardımçı tikilini qaraj, mətbəx, hamam, ayaq yolu, bulaq kompleksinin dəyəri 4300 manatın, ərazini əhatə edən hasarın dəyəri 3700 manat, ümumilikdə hər sotu 10.000 manatdan nəzərə alaraq 30.000 manat razılaşma dəyəri, tikintidə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri 116 manatın, borc olaraq aldığı 180 manatın, çəkilmiş uzunluğu 22 metr, 63 kvm hasarın dəyəri 2650 manatın, onun təqsiri ucbatından uzun illərdən bəri davam edən məhkəmə proseslərinə çəkilmiş xərclərin, poçt, nəqliyyat, iddia, apellyasiya, kassasiya ərizə xərclərinə 5000 manatın 4 halda müqavilə şərtlərini pozaraq qeyd olunmuş 3000 manatın ümumilikdə 35946 (otuz beş min doqquz yüz qırx altı manatdan) ödənilmiş 16000 (on altı min) manatdan qalan 19946 manatın ödənilməsi, plan cizgi sxem ölçülərindən (sərhəd) kənarlaşaraq əlavə olaraq zəbt etdiyi 42 kvm ərazini qeyri-şərtsiz boşaltmasını, istifadəsində olan sökdüyü tikilini bərpa etməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında aparılmış razılaşmaya əsasən övladı Rövşənin mülkiyyətində mövcud olan 940.2 kv.metr ərazidən məhz onun adından xx xxxxxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş 4/Ə-02-682 saylı müqaviləsi əsasında verilmiş 300 kvm ərazinin 300x7000/21000 manat, uzun illərdən bəri istifadələrində olan yardımçı tikilini qaraj, mətbəx, hamam, ayaq yolu, bulaq kompleksinin dəyəri 4300 manatın, ərazini əhatə edən hasarın dəyəri 3700 manat, ümumilikdə hər sotu 10.000 manatdan nəzərə alaraq 30.000 manat razılaşma dəyəri, tikintidə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri 116 manatın, borc olaraq aldığı 180 manatın, çəkilmiş uzunluğu 22 metr, 63 kvm hasarın dəyəri 2650 manatın, onun təqsiri ucbatından uzun illərdən bəri davam edən məhkəmə proseslərinə çəkilmiş xərclərin, poçt, nəqliyyat, iddia, apellyasiya, kassasiya ərizə xərclərinə 5000 manatın 4 halda müqavilə şərtlərini pozaraq qeyd olunmuş 3000 manatın ümumilikdə 35946 (otuz beş min doqquz yüz qırx altı manatdan) ödənilmiş 16000 (on altı min) manatdan qalan 19946 manatın ödənilməsi, plan cizgi sxem ölçülərindən (sərhəd) kənarlaşaraq əlavə olaraq zəbt etdiyi 42 kvm ərazini qeyri-şərtsiz boşaltmasını, istifadəsində olan sökdüyü tikilini bərpa etməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq iddiaçı İsmayılov Rövşən Arif oğlu və onun nümayəndəsi İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır, Hazırki halda iddia tələbi dəqiq deyil, iddiaçının cavabdehdən tələbi aydın ifadə edilməmişdir, qeyri-müəyyən tələbdir. Belə ki, iddia ərizəsinin əvvəlində pul tələbi müxtəlif formalarda məhkəmə üçün aydın olmayacaq şəkildə bir neçə tələb olaraq vahid formada ümumi pul tələbinin miqdarı göstərilmiş, yuxarıda qeyd edilən pulun miqdarı ilə sonrda göstərilən pul miqdarı fərqli olaraq göstərilmiş, hesablama əməlindən istifadə edilmişdir. eyni zamanda sökülmüş tikilinin bərpası, zəbt edilmiş torpağın qaytarılması, plan-cizgi ölçülərindən kənara çıxarılması kimi əlavə tələblər də qoyulmuşdur. İddiaçı aydın olmayan bütün tələblərini bir-biri ilə əlaqəli olamayan bir neçə tələblə birləşdirmiş, aydın olmayan tələblə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən mübahisəli torpaq sahəsinin mülkiyyətçisi İsmayılov Rövşən Arif oğlu və X1 olması təsdiq olunmasına baxmayaraq iddia ərizəsi əlavə olunan sənədlər əsasında İsmayılov Rövşən Arif oğlunun etibarnamə üzrə nümayəndəsi olan İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı iddia ərizəsini iddiaçı olaraq imzalamaq səlahiyyəti olmamışdır. O iddia ərizəsinin nümayəndə olaraq imzalaya bilərdi. İddia ərizəsinə əlavə edilən sənədlər lazimi qaydada təsdiq edilməmişdir. Belə ki, əlavə edilmiş sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri iddia ərizəsinə əlavə edilməmiş, sadəcə olaraq kserosurətlər ərizəyə əlavə edilmişdir. Bu cür qeyri-müəyyənliyin qarşısında iddia ərizəsinin icraata götürülməsi mümkün deyildir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2019-cu il tarixdə, TT**********31510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında aparılmış razılaşmaya əsasən övladı Rövşənin mülkiyyətində mövcud olan 940.2 kv.metr ərazidən məhz onun adından xx xxxxxxx 2013-cü il tarixdə qeydiyyatdan keçmiş 4/Ə-02-682 saylı müqaviləsi əsasında verilmiş 300 kvm ərazinin 300x7000/21000 manat, uzun illərdən bəri istifadələrində olan yardımçı tikilini qaraj, mətbəx, hamam, ayaq yolu, bulaq kompleksinin dəyəri 4300 manatın, ərazini əhatə edən hasarın dəyəri 3700 manat, ümumilikdə hər sotu 10.000 manatdan nəzərə alaraq 30.000 manat razılaşma dəyəri, tikintidə istifadə etdiyi 97 ədəd mişar daşının dəyəri 116 manatın, borc olaraq aldığı 180 manatın, çəkilmiş uzunluğu 22 metr, 63 kvm hasarın dəyəri 2650 manatın, onun təqsiri ucbatından uzun illərdən bəri davam edən məhkəmə proseslərinə çəkilmiş xərclərin, poçt, nəqliyyat, iddia, apellyasiya, kassasiya ərizə xərclərinə 5000 manatın 4 halda müqavilə şərtlərini pozaraq qeyd olunmuş 3000 manatın ümumilikdə 35946 (otuz beş min doqquz yüz qırx altı manatdan) ödənilmiş 16000 (on altı min) manatdan qalan 19946 manatın ödənilməsi, plan cizgi sxem ölçülərindən (sərhəd) kənarlaşaraq əlavə olaraq zəbt etdiyi 42 kvm ərazini qeyri-şərtsiz boşaltmasını, istifadəsində olan sökdüyü tikilini bərpa etməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2019-cu il tarixdə, TT**********31510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-997/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-997/2020
19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver