Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-106/2025 12.12.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Babək rayonu, Nəzərəbad kəndində yerləşən 0.0531 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 110 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə daxil olub və müvafiq ölçü işlərinin aparılması üçün cavabdeh tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Babək rayonu, Nəzərəbad kəndində yerləşən 0.0531 ha torpaq sahəsi bağışlanma müqaviləsi əsasında tam mülkiyyət hüquqi ilə ona məxsusdur. Həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı fərdi yaşayış evi onun tərəfindən 2013-cü ildə tikilmişdir. Həmin fərdi yaşayış evində onun keçmiş həyat yoldaşı X3 yaşayır. Cavabdeh X3 ilə aralarında olan nikah Babək Rayon Məhkəməsinin qətnaməsinə əsasən 07 mart 2024-cü il tarixdə pozulmuşdur. Onun tərəfindən tikilmiş həmin fərdi yaşayış evinə çıxarış almaq istəyir. Belə olduğu həmin tikili ölçülərək müvafiq dövlət qeydiyyatına alınıb və həmin daşınmaz əmlaka çıxarışın alınmasına zərurət yaranır. Lakin cavabdeh X3 tərəfindən həmin fərdi yaşayış evinə daxil olmaq üçün heç bir şəkildə icazə vermir və maneə yaradır. Dəfələrlə bununla bağlı cəhd etsə də fərdi yaşayış evinə daxil olmaq mümkün olmamışdır. Bununla bağlı şifahi şəkildə Babək rayon Polis İdarəsinə müraciət etmiş, lakin Polis idarəsi tərəfindən ona yalnız məhkəmə qətnaməsi olduğu halda maneənin aradan qaldırılması üçün həmin ünvana polis əməkdaşının gedəcəyi bildirilmişdir. O da məcbur qalaraq məhkəməyə müraciət edir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, hazırlıq iclası keçirilərək mülki iş məhkəmədə baxılmağa təyin edilmişdir. Mülki iş üzrə 24 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraatın tərəflər arasında olan birgə nikah dövründə tikilən əmlaka çəkilən xərcin yarısının alınıb verilməsi tələbinə dair mülki iş üzrə mübahisəyə baxılıb nəticə verilənədək dayandırılması qərara alınmışdır. Babək Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(079)-242/2025 nömrəli qərardadı ilə X1 İddiaçı qarşı birgə nikah dövründə tikilən əmlaka çəkilən xərcin yarısının alınıb verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 24 sentyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilmiş və qərardad qanuni qüvvəyə mindiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraatı təzələmişdir. İddiaçı 12 dekabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırdığını, hazırda qarşı tərəflə aralarında mübahisənin həlli ilə bağlı razılığa gəldiklərini, bu səbəbdən iddia tələbindən imtina etdiyini, işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bunu üzrlü səbəb kimi nəzərə alıb məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının iddiadan imtinasını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-52.3-cü maddələri). MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (MPM-in maddə 52.5-ci maddəsi). İddiaçı X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiasından imtina etməsi haqqında ərizəsini müzakirə edib, belə nəticəyə gəlir ki, işdə iddiadan imtinanın qəbul edilməməsinə əsas verən MPM-in 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də, İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 114.1 və 114.1.4-cü maddələrinin tələbinə görə, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, İddiaçı iddia qaldırılarkən Azərbaycan Respublkası Mərkəzi Bankı – X6 vasitəslə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı X2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı iddia qaldırılarkən Azərbaycan Respublkası Mərkəzi Bankı – X6 vasitəslə xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödədiyi 100 (bir yüz) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-106/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-106/2025
12.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver