Məhkəmə qərarları › İş №2(079)-124/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-124/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-124/2025 13.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “08” yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat dəyərində müxtəlif markalı mobil telefonları nisyə götürərək satıb pulunu vermədiyindən ondan 8200 (səkkiz min iki yüz) manat pulun alınıb verilməsi barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, mən xx xxxx 1983-cü ildə Babək rayon Nehrəm kəndində (indiki Nehrəm qəsəbəsində) anadan olmuşam, hazırda orada yaşayıram. Babək rayonu, Nehrəm qəsəbəsində işlətdiyim mobil telefonların satışı mağazasından Cavabdeh müxtəlif vaxtlarda Redmi 9C, Samsung A52, A03 S-A52, A-32, Samsung A 01, Samsung A52, Samsung A12, Not -10 S, Samsung A 03, Not lOs, Not 10 markalı mobil telefonları üzərinə pul qoyaraq qazanc əldə etmək məqsədi ilə satmaq üçün götürmüşdür. Lakin o məndən nisyə götürdüyü telefonları, sataraq pullarını ödəmədiyindən ümummillikdə mənə 8200 (səkkiz min iki yüz) manat borcu yaranmışdır. Cavabdeh mənə 8200 (səkkiz min iki yüz) manat borcu olması onun barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,177.2.1,177.2.3 və 177.2.4 maddələri ilə aparılanın cinayət işinin ibtidai istintaqı zamanı 26 avqust 2022-ci il və 27 sentyabr 2022ci il tarixlərdə verdiyi ifadələrində etiraf etmişdir. Cavabdeh əməlinə Naxçıvan MR Hərbi Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1-1(092)-2/2023 nömrəli hökmü ilə hüquqi qiymət verilmiş, onun aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il iki ay müddətinə hərbi xidmət üztrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Keçən dövr ərzində Cavabdeh hərbi hissədə xidmət edərək maaş almasına baxmayaraq borcundan ödəməmişdir. Mən bununla əlaqədar Cavabdeh pretenziya məktubu göndərərək onu xəbərdar etmişəm ki, borcunu ödəsin. Lakin o mənim məktubuma laqeyd yanaşmış borcunu ödəməyə başlamamışdır. 03 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: - Cavabdeh İddiaçı olan 8200 (səkkiz min iki yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra 2025-ci ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) hər ay 50 manat, 2025-ci ilin avqust ayından 2026-cı ilin fevral ayına qədər (fevral ayı da daxil olmaqla) hər ay 150 manat, 2026-cı ilin mart ayından isə 8200 manat borcun tam ödənilib bitməsinə qədər hər ay 200 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 8200 (səkkiz min iki yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra 2025-ci ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) hər ay 50 manat, 2025-ci ilin avqust ayından 2026-cı ilin fevral ayına qədər (fevral ayı da daxil olmaqla) hər ay 150 manat, 2026-cı ilin mart ayından isə 8200 manat borcun tam ödənilib bitməsinə qədər hər ay 200 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən xx.xx.2025-ci il tarixli, 31120 nömrəli qəbzlə "xxxx" ASC-nin Babək filialına ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 03 fevral 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 fevral 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh İddiaçı olan 8200 (səkkiz min iki yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra 2025-ci ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) hər ay 50 manat, 2025-ci ilin avqust ayından 2026-cı ilin fevral ayına qədər (fevral ayı da daxil olmaqla) hər ay 150 manat, 2026-cı ilin mart ayından isə 8200 manat borcun tam ödənilib bitməsinə qədər hər ay 200 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 8200 (səkkiz min iki yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra 2025-ci ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) hər ay 50 manat, 2025-ci ilin avqust ayından 2026-cı ilin fevral ayına qədər (fevral ayı da daxil olmaqla) hər ay 150 manat, 2026-cı ilin mart ayından isə 8200 manat borcun tam ödənilib bitməsinə qədər hər ay 200 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı xx.xx.2025-ci il tarixli, 31120 nömrəli qəbzlə "xxxx" ASC-nin Babək filialına ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar