Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-13/2022 13.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payın müəyyən olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 22 sentyabr 2021-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-064 A saylı şəhadətnamə ilə ümumi mülkiyyətə verilmiş 0.29 hektar həyətyanı torpaq sahəsindən özünün payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq bildirmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə X4na, anam Cavabdeh və mənə Torpağın mülkiyyətə verilməsinə dair JN-064 A saylı şəhadətnamə ilə 0.29 hektar həyətyanı torpaq sahəsi birgə mülkiyyətimizə verilmişdi. X4 19 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsi birgə mülkiyyətdə olduğundan, paylar müəyyən edilmədiyindən müəyyən problemlər yaranır. Mülkiyyətçi kimi torpaq sahəsindən payımıza uyğun ölçüdə istifadə etməkdə çətinliklərlə rastlaşırıq, atamızın mirasını qəbul edə bilmirik. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı, Cavabdeh, onun vəkilnümayəndəsi Nümayəndə, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X10, X20, X11 və X17 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı, Cavabdeh, onun vəkil-nümayəndəsi Nümayəndə, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X18, X24, X19 və X15 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında valideynlərinin 1956-cı ildə ailə qurduğunu, onların nikahından 8 uşağın dünyaya gəldiyini, bacılarından Musayeva Hicran Abazər qızının və X6 rəhmətə getdiyini, atasının isə 2012-ci ildə dünyasını dəyişdiyini, 1999-cu ildə aparılan torpaq islahatı zamanı özünə, atasına və anasına Babək rayonu, Yuxarı Uzunoba kəndində həyətyanı və kənd təsərrüfatı təyinatlı olmaqla 2 torpaq sahəsi verildiyini, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Səxavət adlı şəxsə satsalar da, həyətyanı torpaq sahəsinin hazırda onların mülkiyyətində qaldığını, onun üzərində 2 otaq, bir aynabənddən ibarət tikili olduğunu, hazırda həmin torpaq sahəsinin mülkiyyətçilərinin özünün, atasının və anasının olduğunu, payların müəyyən edilməsi ilə bağlı aralarında hər hansı bir razılıq olmadığını, hazırda onun kirayədə yaşadığını, bu səbəbdən də payının müəyyən olunaraq orada ev tikmək istədiyini, özünün torpaq sahəsinə olan payını heç kimlə dəyişmədiyini, 2005-ci ildən kirayədə yaşadığını, 2000-ci ildən isə mülkiyyətindən istifadə edə bilmədiyini qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçı vəkili Vəkil məhkəmədə verdiyi izahatında iddiaçının tələb üzrə məlumat verdiyini, onun dediklərinə hər hansı bir əlavəsinin olmadığını, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən, həmçinin iddiaçının məhkəmədə verdiyi izahatdan mübahisə edilən torpaq sahəsinin ümumi mülkiyyətdə olduğunu, bu səbəbdən də iddiaçının həmin torpaq sahəsi üzrə payının müəyyən olunmasına qanunvericiliyin səlahiyyət verdiyini qeyd edərək, göstərdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdi. İddiaçı tərəfin vəsatəti əsasında Babək Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə X7 vərəsələri X14, X18, X24, X19 və X22 cavabdeh tərəfdən mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 məhkəmə hazırlıq iclasında verdiyi izahatında 1966-cı ildə valideynlərinin ailə qurduğunu, birgə nikahlarından 8 övladının olduğunu, onlardan ikisinin rəhmətə getdiyini, atası, anası və bacısı Mehparəyə islahat zamanı həm çöl, həm də həyətyanı torpaq sahəsinin verildiyini, çöl torpaq sahəsini Səxavət adlı şəxsə satıldığını, lakin həyətyanı torpaq sahəsinin qaldığını, özünün gözünü atasından qalan evdə dünyaya açdığını, bildiyinə görə həmin evin yerləşdiyi torpaq sahəsinin atası, anası və bacısı Mehparənin mülkiyyətində olduğunu, atasının 2012-ci ildə rəhmətə getdiyini, mülkiyyətçilər arasında payların müəyyən edilməsi ilə bağlı hər hansı razılıq olunmadığını, Mehparənin 2000-ci ildən orada yaşamadığını, onun şəhərdə kirayə qaldığını, hazırda isə torpaq sahəsi ilə bağlı qardaşı Azərlə Mehparənin arasında mübahisənin olduğunu bildirmişdi. Cavabdeh tərəfdən mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18 məhkəmə hazırlıq iclasında verdiyi izahatında onların valideynlərinin səkkiz övladı olduğunu, hazırda 3 bacı, 3 qardaşın sağ olduqlarını, əslində iddiaçının nə onlarla, nə də qardaşları ilə mübahisəsinin olmadığını, sadəcə olaraq Mehparənin anası ilə mübahisə etdiyindən ona qarşı torpaq tələbi ilə bağlı iddia qaldırdığını, həmin torpaq sahəsinin atası, anası və bacısının mülkiyyətində olduğunu, onların arasında payların müəyyən edilməsi ilə bağlı hər hansı razılıq olmadığını, iddiaçının 2000-ci ildən Şərur rayonu, İbadulla kəndində yaşadığını, işi ilə bağlı isə Naxçıvan şəhərində kirayə qaldığını, atasının 2012-ci ilin oktyabr ayının 19-da rəhmətə getdiyini, atasının sağlığında qardaşı Azərə vəsiyyətnamə yazdığını, atasının ölməsindən sonra anasının qardaşı Azərlə həm Bakı şəhərində, həm də Uzunoba kəndində birlikdə yaşadıqlarını, evin qapısının isə bağlı olduğunu və orada heç kimin yaşamadığını, təqribən 3 ay qabaq anasının evin açarını iddiaçıya verdiyini, lakin Mehparənin evdən xəbərsiz və icazəsiz əşyalar apardığından aralarında mübahisə yarandığını qeyd etmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X16, Quliyeva (Musayeva) Solmaz Səfəralı qızı və X3 mülkiyyətinə Babək rayonu, Yuxarı Uzunoba kəndində sahəsi 0.29 hektar olan həyətyanı və sahəsi 0,73 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi, həmin daşınmaz əmlaklardan sonuncunun 11 dekabr 2007-ci ildə X1, İddiaçı 10 may 1999-cu ildə nikaha daxil olması zamanı özünə “Rzayeva” soyadını seçməsi, hazırda iddiaçının payının müəyyən edilməsini istədiyi daşınmaz əmlakın mülkiyyətçilərdən X7 ölməsi işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - mülki iş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 064 A saylı 10311048 kod nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən, həmçinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17 noyabr 2021-ci il tarixli, 04/687 nömrəli və 24 noyabr 2021-ci il tarixli, 04/700 nömrəli məktublarından Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən sahəsi 0.29 hektar olan həyətyanı və sahəsi 0,73 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16, Quliyeva (Musayeva) Solmaz Səfəralı qızı və X3 mülkiyyətinə verilməsi; -iş materiallarına əlavə edilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, 04/700 nömrəli məktubdan Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X16, Cavabdeh və İddiaçı mülkiyyətinə verilən Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən 0.73 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11 dekabr 2007-ci il tarixdə Naxçıvan şəhər 1-ci Dövlət Notariat Kontorunda qeydiyyata alınan 4/ə-637 nömrəli alqı-satqı müqaviləsi əsasında X1; - iddia ərizəsinə əlavə edilmiş və Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, Vİİ- ЖГ seriyalı 493405 nömrəli akt qeydindən çıxarışdan X31 ilə X13 arasında 10 may 1999-cu il tarixdə nikah bağlanması və nikahın bağlanması zamanı iddiaçının özünə “Rzayeva” soyadını seçməsi; - iş materiallarına əlavə edilmiş və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli, AZ-İ seryalı, 433595 nömrəli akt qeydindən çıxarışdan X7 19 oktyabr 2012-ci ildə ölməsi aydın olur. Ümumi mülkiyyətə verilmiş daşınmaz əmlak olan torpaq sahəsinə isə payın müəyyən edilməsi mülki işin mübahisəli halıdır. Mülki işin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). Yuxarıda qeyd olunanlardan da məlum olur ki, mülkiyyət hüququ konstitusion hüquqdur və bu hüququn təmin olunmasına ali qanunla da təminat vermişdir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə isə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Qanunvericiliyin tələbindən də aydın olur ki, ümumi mülkiyyətin paylı olması prezumpsiyası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Hazırki vəziyyətdə isə daşınmaz əmlak üzrə payın müəyyən edilməsi bağlı tərəflər arasında razılaşma olmaması müəyyən edildiyindən qanunvericiliyin sonuncu qeyd edilən normasını, yəni ümumi mülkiyyətdə olan əmlak üzrə iştirakçıların paylarının bərabərliyi prezumsiyasını rəhbər tutan məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi 3 nəfərin ümumi mülkiyyətinə verildiyindən, onların mübahisəli torpaq sahəsi üzərində payları bərabər olmaqla, hər birinə 1 pay təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək mülki işin mübahisəli halı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 064 A saylı, 10311048 kod nömrəli şəhadətnamə ilə X7, X2 və X3 ümumi mülkiyyətinə verilmiş 0.29 hektar torpaq sahəsi üzrə iddiaçının payı 1/3 hissə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 064 A saylı, 10311048 kod nömrəli şəhadətnamə ilə X7, X2 və X3 ümumi mülkiyyətinə verilmiş 0.29 hektar torpaq sahəsi üzrə İddiaçı payı 1/3 hissə müəyyən edilməli; - Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Babək rayonu, Yuxarı Uzunoba kəndində yerləşən, Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 064 A saylı, 10311048 kod nömrəli şəhadətnamə ilə X7, X2 və X3 ümumi mülkiyyətinə verilmiş 0.29 hektar torpaq sahəsi üzrə İddiaçı payı 1/3 hissə müəyyən edilsin. Cavabdehlər Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-13/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-13/2022
13.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver