Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-138/2023 31.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı və X1 X2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan nəzərdən keçirərək müəyyənetdi: İddiaçı və X5 “31” yanvar 2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 30800 (otuz min səkkiz yüz) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədikləri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumunun Miribrahim Mirhadı oğlundan alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. İddiaçıların tələbini və ona ərizə əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Bunun üçün ilkin olaraq müvafiq ərizə ilə məhkəməyə müraciət etməli və onu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə tərtib etməlidir. Buna əməl edilməməsi isə müvafiq prosessual nəticələrə səbəb olur. Elə bu məqsədlə də məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0 və 150.0.2-ci maddələrinin mahiyyətindən görünür ki, iddia ərizəsinə əlavə edilməli sənədlərdən biri dövlət rüsumunun ödənilməsi haqqında sənəddir. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tənzimlənir. İddianın qiyməti 30800 (otuz min səkkiz yüz) manat olduğundan məhkəmə qeyd edir ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi (hazırki mübahisə üzrə 62,40 manat) miqdarında dövlət rüsumu ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla məhkəmə bildirir ki, iddiaçılar iddianın qiymətinə uyğun olaraq 182.4 (bir yüz səksən iki manat, qırx qəpik) manat ödəmələri olduğu halda, onlar iddianın verilməsi ilə bağlı 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumu ödəmişdi. Bu isə o deməkdir ki, onlar qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əməl etməmiş və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəməmişlər. Yuxarıda qeyd edilənləri nəzərə almaqla məhkəmə belə hesab edir ki, İddiaçı və X1 X2 qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Odur ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 24 yanvar 2023-cü il tarixli, 6603 nömrəli qəbzlə (********** GPP nömrəli) ödədiyi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq İddiaçı və X3 izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə iddiaçılara onu da təklif edir ki, növbəti dəfə məhkəməyə müraciət etdikdə iddia ərizəsini tərtib edərkən Azərbaycan dilinin yazı dili və qrammatik qaydalarına əməl etsin. Çünki iddia ərizəsi danışıq üslubunda tərtib edildiyindən onda olan bəzi fikri tam müəyyən etmək mümkün deyil. Nəzərə alınsın ki, bu prosessual sənəd özünün müdafiəsini hazırlamaq üçün qarşı tərəfə göndərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı və X1 X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 24 yanvar 2023-cü il tarixli, 6603 nömrəli qəbzlə (********** GPP nömrəli) ödədiyi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı və X3 izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-138/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-138/2023
31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver