Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-143/2021 23.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, iddiaçı X9, Cavabdeh və Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Cavabdeh qarşı hərəkət sərbəstliyinin təmin edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X5 özü ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra məhkəməyə iddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim olunaraq iddia tələbinə “xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X5 atasının razılığı olmadan özü ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi” şəklində baxılaraq qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı X9 iddiasını onunla əsaslandırmışdır ki, 2013-cü ildə rəsmi nikah qeyd etdirərək evlənmişlər, birgə nikahdan xx xxxxxx 2016-cı ildə X10 doğulmuş, cavabdehlə aralarında olan nikah Babək Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşağın ananın yanında saxlanılması və sabit məbləğdə alimentin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. İddiaçı bildirmişdir ki, həm ürəyində, həm də ayağında problemləri vardır, müalicəsi ilə bağlı övladı ilə birlikdə xarici ölkəyə və ölkənin digər bölgələrinə gedib-gəlmək üçün razılığı barədə cavabdehə etibarnamə verməsini yazılı formada xahiş etmiş, hətta nikah pozularkən hakim tərəfindən cavabdehə təklif edilməsinə baxmayaraq cavabdeh tərəfindən qəti olaraq bundan imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi elədir ki, ölkənin digər bölgələrinə, şəhərlərinə gedib-gəlmək üçün hava yollarından istifadə etmək və ya avtomobil yolu ilə dövlət sərhədindən keçmək zərurəti yaranır, bu zaman uşağın aparılması üçün atasının razılığı tələb olunur. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı ilə xx xxxxxxx 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar, həmin nikahdan Elşad və Nur adlı iki övladları doğulmuşdur. Evli olduqları müddətdə iddiaçı onu bir ər kimi saymamış, uşaqların qayğısına qalmamış, yeyibiçməylərini vaxtında hazırlamamış, uşaqların təlim-tərbiyəsi ilə maraqlanmamış, bütün gün votsapda dediyinə görə bacısı ilə yazışmışdır. Bu səbəblərdən də aralarında tez-tez mübahisələr olmuşdur. xx xxxx 2020-ci il tarixdə uşaqlarla birlikdə atasıgildə olduqları vaxt yenə də başını telefona qatmış, azyaşlı uşaqları nəzarətsiz buraxdığına görə hələ 3 yaşı tamam olmamış qızı həyətdə olan su quyusuna düşərək boğularaq ölmüşdür. Bu səbəblərdən də özünün iddiası əsasında aralarında bağlanmış nikah Babək Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Oğluna təyin olunmuş alimenti vaxtında ödədiyini, hərəkət sərbəstliyinin təmin olunması barədə iddianı qəbul etmədiyini, uşaqla görüş hüququnun olduğunu, iddiaçının atasının hazırda Türkiyə Respublikasında yaşadığını, iddiaçının məqsədinin də uşaqla birlikdə Türkiyə Respublikasına getmək olduğunu, iddiaçının məsuliyyətsizliyi ucbatından artıq bir övladını itirdiyini, ikincini də itirmək istəmədiyini, oğlu ilə görüşüb onun qayğısına qalmaq, onun təhsili, tərbiyəsi ilə maraqlanmaq, yaxşı və pis günündə yanında olmaq istədiyini, ümumiyyətlə uşağın ananın yanında saxlanılmasını istəmədiyini bildirmiş, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X9 izahatında cavabdehlə ayrıldıqdan sonra oğlu ilə nənə-babasının yanında yaşadığını, öz valideynlərinin Türkiyədə yaşadıqlarını, özünün ayağında və ürəyində problemləri olduğunu, oğlu ilə birlikdə valideynlərinin yanına müalicə məqsədilə gedib-qayıtmaq istədiyini, oğlunun atası ilə əlaqələrinin soyuduğunu və atası ilə qalmaq istəmədiyi üçün oğlunu onun yanında qoya bilmədiyini, həmçinin oğlunun anidən bir xəstəliyinin olacağı halda Bakıya yaxud başqa ölkəyə getmək üçün atanın razılığından asılı qalmaq istəmədiyini, övladının yetkinlik yaşına çatanadək azad hərəkət etmək imkanının məhdudlaşdırılmasına razı olmadığını, onun da normal sosial həyatının olmasına haqqının çatdığını, bunun uşağın sağlam inkişafında böyük rolu olduğunu, oğlunun 5 yaşı olduğunu və gələn il artıq yaşadıqları kənd məktəbində azyaşlılar üçün hazırıq kurslarına başlayacağını, cavabdehin bildirdiyi kimi uşağı daimi olaraq ölkədən çıxarmaq kimi bir fikrinin olmadığını, həmçinin uşağın atasının ödədiyi alimentə ehtiyacının olduğunu və gedəcəyi təqdirdə alimenti ala bilməyəcəyindən xəbərdar olduğunu, cavabdehin məhkəmənin icraatında oğlu ilə ünsiyyətdə olmaq hüququnun təmini ilə bağlı iddiasının olduğunu, heç bir zaman oğlunun atası ilə ünsiyyətinin kəsilməsinə şərait yaratmadığını, ata-anasının uzun illərdir artıq Türkiyədə yaşadıqlarını, özünün isə bir dəfə belə olsun Türkiyəyə getmədiyini, uşaqlıqdan nənə-babası ilə yaşamağa alışdığını, ata-anasının da uşaqla birlikdə Türkiyəyə köçmələrinə heç vaxt razı olmayacaqlarını, atasıgilin də bir müddət sonra ölkəyə qayıtmaq fikrində olduqlarını bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında iddiaçı ilə birgə nikahdan olan qızının ananın etinasızlığı ucbatından quyuya düşərək öldüyünü, bundan sonra boşandıqlarını, əlində yalnız oğlunun qaldığını, onu da itirmək istəmədiyini, anasının uşaqla birlikdə həmişəlik ölkəni tərk edərək valideynlərinin yanına getmək istədiyini, ananın müalicə üçün gedəcəyi təqdirdə uşağa müvəqqəti olaraq özünün baxa biləcəyini, bunun üçün uşağın da onunla birlikdə ölkədən getməsinə ehtiyac olmadığını, həmçinin məhkəmənin icraatında uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı iddia qaldırdığını, hər iki iddianın təmin olunacağı təqdirdə uşaqla görüşünün mümkünsüz ola biləcəyini, hazırda da uşaqla yaxından maraqlandığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, mübahisəyə dair rəyin hazırlanması zamanı komissiyanın nümayəndəsi tərəfindən iş üzrə tərəflərlə danışıqlar aparılmış, iddiaçı tərəfindən bildirilmişdir ki, oğlu bu il məktəbəqədər hazırlıq qrupuna başlayacaq, həmin vaxta qədər sağlamlığı ilə bağlı problemləri həll etmək üçün Türkiyəyə müvəqqəti olaraq gedib-gəlmək istəyir, Türkiyədə daimi yaşamağa getmək kimi fikri yoxdur. Komissiyanın nümayəndələri tərəfindən sözügedən hallar nəzərə alınmaqla uşağın anası ilə birlikdə sərbəst hərəkətinin təminin onun yüksək mənafeyinə uyğun olması nəticəsinə gəlinmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X5 isə hazırda ananın yanında saxlanılması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Babək Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(079)-05/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin təsdiq olunmuş surətindən belə məlum olur ki, X9 ilə Cavabdeh arasında xx xxxxxxx 2013-cü ildə bağlanmış nikah pozulmuş, nikahın pozulmasından sonra xx xxxxxx 2016-cı ildə doğulmuş X10 anası X4 yanında saxlanılmış, Cavabdeh hər ay sabit məbləğdə 110 (bir yüz on) manat miqdarında alimentin tutularaq X1 üçün X6 verilməsi qət olumuşdur. - Nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, X9 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 19-cu günündə 21 nömrə ilə qeyd edilmişdir. - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, X10 xx xxxxxx 2016-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası X7r. - Ərizə və məktubların (banderollar) sifarişli qəbuluna dair qəbzin surətindən belə məlum olur ki, iddiaçı tərəfindən xx xxxxxx 2021-ci il tarixdə X2 kağızı verilməsi üçün cavabdehdən notariat bölməsinə gəlməsi xahiş olunmuş, məktub X8 çatdırılması üçün “Azərpoçt” DM tərəfindən qəbul olunmuşdur. - Babək rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxx 2021-ci il tarixli rəyinə əsasən xx xxxxxx 2016-cı ildə doğulmuş X5 anası X9 ilə birlikdə hərəkət sərbəstliyinin verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə X5 anası ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, məhkəmə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsini nəzərə alır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsində göstərilmişdir:
1. Hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yer dəyişmək və yaşayış yeri seçmək hüququ var.
2. Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, hər hansı bir ölkəni tərk etmək hüququ var.
3. Yuxarıda xatırlanan hüquqlar qanunda nəzərdə tutulan, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz.
4. Heç kəs özbaşına öz ölkəsinə gəlmək hüququndan məhrum edilə bilməz. X14 Hüquqları Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də ifadə etmişlər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsində məhdudlaşdırılması qadağan olunan insan hüquqlarının dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsində (müharibənin hüquqauyğun aparılması nəticəsində baş verən ölüm halları istisna olmaqla), 28ci maddəsinin İ hissəsində, 46-cı maddəsinin İİİ hissəsində, 63-cü, 64cü maddələrində və 71-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan hüquqlar məhdudlaşdırıla bilməz və onlara dair qeyd-şərtlər müəyyən edilə bilməz. Konstitusiya Qanunun 3.6-cı maddəsinin mahiyyətinə görə; - Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51-ci, 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar və 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə; - Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 49-cu, 50-ci və 58-ci maddələrində göstərilən hüquqlar və azadlıqlar, 47-ci maddəsində göstərilən söz azadlığı və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai təhlükəsizliyin qorunması üçün; - Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində, 32-ci və 33cü maddələrində göstərilən hüquqlar və azadlıqlar və 48-ci maddəsinin İİ hissəsində göstərilən hər hansı dinə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ həmçinin ictimai qaydanın təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin məcəllənin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məcəllənin 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; - məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; - üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; - hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; - məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; - vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; - beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. Göstərilən məhdudiyyətlər istisna olmaqla şəxsin sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququ məhdudlaşdırıla bilməz. Həmçinin Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Məcəllənin 11.2ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valdeynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Məhkəmə sözügedən halları ümumiləşdirərək belə hesab edir ki, uşağın 18 yaşına çatanadək sərbəst hərəkətinə valideynlər tərəfindən yaradılan maneə valideynlik hüquqlarının uşağın mənafeyinə zidd həyata keçirilməsinə, valideynlik hüquqlarından sui-istifadə halına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Pençevi Bolqarıstana qarşı iş üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən xüsusilə, faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli bütün faktorlar hərtərəfli araşdırılmalı, uşağın maraqlarının üstün tutulması halını nəzərə almaqla həmin faktorların hər bir şəxsin maraqlarına münasibətdə əsaslı qiymətləndirilməsi aparılmalı, valideynlərin hər ikisinin maraqları arasında ədalətli tarazlıq gözlənilməlidir. Şübhəsiz ki, uşağın üstün maraqlarının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüquq da daxil olmaqla, dünyada uşaqla bağlı bütün qərarlarda uşağın üstün maraqlarının ən əhəmiyyətli hesab edilməsi ideyası ilə bağlı geniş konsensus vardır. Məhkəmə xatırlatmışdır ki, Konvensiyanın 8-ci maddəsi baxımından ailə həyatına “hörmət” hüququnun təmin edilməsi üçün, işin konkret halları nəzərə alanmaqla, daxili qanunvericilik mexaniki tətbiq edilməməli, ilk növbədə uşağın və valideynlərin hər ikisinin maraqları arasındakı ədalətli tarazlıq gözlənilməlidir. Göründüyü kimi, həm ölkədaxili, həm də beynəlxalq qanunvericilik ilk növbədə uşaqların maraqlarını üstün tutmağı vacib saymışdır. Valideynlərindən ayrı yaşayıb-yaşamamasından asılı olmayaraq, hər bir uşağın cəmiyyətdə normal böyüyüb, tərbiyə və təhsil almaq, istirahət etmək, mədəni tədbirlərdə iştirak etmək, incəsənətlə məşğul olmaq, habelə şəxsiyyətin formalaşmasına xidmət edə biləcək istənilən tədbirlərdən mərhum olmamaq və uşaqlar üçün nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının uşağı ilə bağlı malik olduğu ən təməl hüquqlardan biri onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. Cavabdehin iddiaya qarşı etirazının əsasını təşkil edən X4 uşağa qarşı məsuliyyətsizliyi və etinasızlığı barədə dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, uşağın anası ilə birlikdə sərbəst hərəkətinin onun həyat və sağlamlığı üçün təhlükə yarada biləcəyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, uşağın anası ilə birlikdə sərbəst hərəkətinin onun həyatı üçün hər hansı bir real və konkret risk daşımadığı müəyyən olunmuşdur. İddiaçının daimi yaşamaq üçün xarici ölkəyə köçmək niyyətində olması barədə cavabdehin dəlillərini də əsassız hesab edən məhkəmə qeyd edir ki, iddiaçı sözügedən halı sübut edə bilməmiş, fikrini ümumi sözlərlə (iddiaçının valideynlərinin Türkiyədə yaşaması) əsaslandırmağa çalışmışdır. İşin hər hansı bir halı ilə təsdiq olunmur ki, iddiaçı daimi olaraq ölkəni tərk etmək fikrindədir. Tərəflər arasında mübahisənin davam etməsi və onların ümumi razılıq əldə edə bilməmələri heç bir halda uşaqların mənafeynə zidd olmamalı, uşaqların malik olduqları hüquqların təmin olunmasına maneə yaratmamalıdır. Digər tərəfdən, məhkəmə qeyd edir ki, azyaşlı uşağın daimi yaşayış yerini dəyişmək üçün hər iki valideynin razılığı tələb olunur və həmin razılıq hazırki işdə nəzərdə tutulan razılığı ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Babək Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhkəmə uşağın maraqlarını və mənafeyini, uşağın anasının yanında yaşamasını, uşağın yaşını və ehtiyaclarını nəzərə alaraq nikah pozulduqdan sonra X5 anasının yanında saxlanılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Uşaq iddiaçının himayəsində saxlanıldığı üçün, zəruri olduğu zaman o, uşaqla birlikdə ölkədən kənara gedə bilməlidir və bu hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin mahiyyətindən irəli gəlir. Məhkəmə uşağın yaşını, anasına bağlılığını, uşağın yetkinlik yaşına çatanadək sərbəst hərəkətinin onun ən yaxşı mənafeyinə uyğunluğunu, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq iddianın qismən təmin olunması qənaətinə gəlir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbinin təmin olunması nəticəsində uşağın atanın razılığı olmadan sərbəst hərəkətinin təmini digər valideynin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. Həmin məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçıya Azərbaycan Respublikası ərazisini öz övladı ilə birlikdə atasının razılığı olmadan tərk etmək hüququnun verilməsi cavabdehin övladı ilə ünsiyyət, onun tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək, uşağı barəsində məlumat almaq və sair hüquqlarını poza bilər. Bu səbəbdən də iddiaçının xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X5 atasının razılığı olmadan özü ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi tələbi qismən təmin edilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.5-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
qət еtdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə X4 birgə nikahından olan xx xxxxxx 2016-cı il təvəllüdlü oğlu X5 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası X9 ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini müvəqqəti tərk etməsinə icazə verilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim:- Günay İsmayıl