Məhkəmə qərarları › İş №2(079)-144/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-144/2022

31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-144/2022 31.03.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 22 fevral 2022-ci ildə Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7600 (yeddi min altı yüz) manat məbləğində pulun və ödəmiş olduğu 96 (doxsan altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh 2021-ci ilin may ayının 24-də yaşadığım Yuxarı Buzqov kəndinə gələrək satmaq istədiyim beş baş yanı balalı və bir baş da qısır inəkləri mənimlə 8600 (səkkiz min altı yüz) manata razılaşıb aldı. Həmin vaxt Salman 100 manat beh verdi və qalan 8500 manat pulu üç ay ərzində hissə-hissə ödəyəcəyini mənə bildirdi. Sonradan Salman mənim qarşımda yazılı öhdəlik götürərək mənə 8500 (səkkiz min beş) manat borcu olduğunu etiraf edib, həmin məbləği 15 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ayın 15-i 300 (üç yüz) manat məbləğində qaytarmağını bildirmişdir. Bundan sonra üç ay 300 manatdan olmaqla 900 manat pul borcunu geri qaytarmışdır. Lakin 15 dekabr 2021-ci il tarixindən bu günədək həmin borc puldan mənə bir manat da qaytarmamışdır. Dəfələrlə Salmandan mənə borclu qaldığı 7600 (yeddi min altı yüz) manat pul borcunu geri qaytarmasını ondan tələb etsəm də cavabdeh bu günədək borcunun mənə qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə mənə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırır. Artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. İddiaçı məhkəmədə verdiyi izahatında Salmanın əvvəllər Babək rayonu, Yuxarı Buzqov kəndinə gəlib iki nəfərdən heyvan aldığını, onların pulunu qaytardığını, özünün də heyvanı olduğunu, kənddə bir-iki nəfərə onları satdığını bildirdiyini, cavabdehin də elə bu vasitə ilə onun inəkləri satdığını öyrəndiyini, Salmana 11 baş heyvan satdığını, bunlarından beşinin yanı balalı inək, birinin isə qısır, yəni balası olmayan inək olduğunu, bu heyvanları ümumi olaraq 8600 manata satmağı razılaşdıqlarını, cavabdehin ona 100 manat beh verdiyini, heyvanları Salmana 2020-ci ilin may ayı satdığını, qalan pulu isə üç ay müddətində iki dəfəyə ödəməsi barədə razılığa gəldiklərini, bir il müddətində onun verdiyi sözə əməl etmədiyini, 2021-ci ilin avqust ayında isə Cavabdeh yazılı öhdəlik götürərək ona hər ay 300 manat ödəməyi öhdəsinə götürdüyünü, üç ay ərzində 900 manat ödəsə də, sonradan ödənişi dayandırdığını, nəticədə isə ona 7600 manat məbləğində borcu yarandığını bildirərək, yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə verdiyi izahatında tələbi qəbul etdiyini, özünün heyvan alıb kəsməklə ailəsini dolandırdığını, Babək rayonu, Yuxarı Buzqov kəndindən bir neçə dəfə heyvan alıb satdığını, orada ona Şəmsinin də heyvan satdığını dediklərini, iddiaçıdan on bir baş inəyi 8600 manat müqabilində aldığını, əvvəlcədən 100 manat beh verdiyini, aldığı inəklərin üç başını, Şahbuz rayonu, Biçənək kənd sakini Samiq adlı şəxsə satdığını, ondan isə pulunu ala bilmədiyini, iddiaçıdan aldığı digər heyvanların isə üç ay sonra öldüyünü, daha sonra pandemiya ilə bağlı olaraq pul qazanmaqda çətinlik çəkdiyini, bu səbəbdən də İddiaçı olan borcunu ödəyə bilmədiyini, keçən il isə ona hər ay 300 manat ödəməsi barədə öhdəlik götürdüyünü, üç ay ardıcıl olaraq iddiaçıya hər ay 300 manat ödədiyini, daha sonra imkanı olmadığından ödəniş edə bilmədiyini qeyd edərək yekunda iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdi. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli tədqiq edən məhkəmə müəyyən edir ki, iddiaçının cavabdehə beşi yanı balalı olmaqla ümumilikdə on bir baş inəyi 8600 (səkkiz min altı yüz) manata razılaşıb ona satması, cavabdehin ona 100 manat beh verməsi, qalan 8500 manat pulu iddiaçıya üç ay ərzində hissə-hissə ödəyəcəyini bildirməsi, sonradan cavabdehin iddiaçının qarşısında yazılı öhdəlik götürərək ona 8500 (səkkiz min beş) manat borclu olduğunu etiraf etməsi, həmin borcun 900 manat məbləğinin Cavabdeh tərəfindən iddiaçıya qaytarması mülki işin mübahisəsiz halıdır. Bu halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -tərəflərin məhkəmədə verdiyi izahatlardan iddiaçının cavabdehə beşi yanı balalı olmaqla ümumilikdə on bir baş inəyi 8600 (səkkiz min altı yüz) manata razılaşıb ona satması, cavabdehin ona 100 manat beh verməsi, Cavabdeh qalan 8500 manat pulun iddiaçıya üç ay ərzində hissə-hissə ödəməsi barədə tərəflərin razılığa gəlməsi; - iddia ərizəsinə əlavə edilmiş 09 avqust 2021-ci il tarixli ərizədən Cavabdeh İddiaçı 8500 (səkkiz min beş) manat borcu olduğunu etiraf etməsi, həmin ərizənin arxasında olan qeyddən cavabdehin həmin borcdan ümumilikdə 900 manat məbləğində pulu iddiaçıya qaytarması aydın olur. İddiaçının tələbi isə cavabdehdən 7600 (yeddi min altı yüz) manat miqdarında pulun alınıb ona verilməsidir. İddiaçının tələbini tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin iddia tələbini əsaslı sayması iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübut olan cavabdehin ona verdiyi borca dair sənəd-ərizə və cavabdehin verdiyi izahatıdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri, alqısatqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən heyvanları cavabdehə verməsi, sonuncunun isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini müəyyən vaxtdan sonra ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflərə bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış ərizədən, həminin Cavabdeh məhkəmədə verdiyi izahatdan aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək müqavilədə göstərilən malı cavabdehə vermişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddia tələbinə qarşı etiraz etməmiş, əksinə onu etiraf etmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinin tələbinə görə əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə iddiaçı tələbində cavabdehin ona 8500 (səkkiz min beş) manat borclu olduğunu, cavabdehin 3 ay ərzində həmin borcdan ümumilikdə 900 manatı iddiaçıya qaytarmasını, hazırda sə cavabdehin 7600 (yeddi min altı yüz) manat borcunun olduğunu bildirmişdi. Bu isə özlüyündə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən imzalanan 09 avqust 2021-ci il tarixli ərizədə qeyd edilən borc məbləği ilə üstüstə düşür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli; -iddia təmin olunduğundan 96 (doxsan altı) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 7600 (yeddi min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia təmin olunduğundan 96 (doxsan altı) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar