Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-146/2022 18.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4200 (dörd min iki yüz) manat borc məbləğinin və 62 (altmış iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə həmkəndli olmuşuq, münasibətlərimiz yaxşı olmuşdur, təxminən 3 il bundan əvvəl Fərahim mənim yanıma gələrək iş qurduğunu, təcili pula ehtiyacının olduğunu bildirmiş, 6000 manat borc pul verməsini xahiş etmişdir. Onu yaxşı insan kimi tanıdığından işlərini qurması üçün 6000 manat pulu tərəddüd etmədən vermiş, Fərahim isə qısa zaman ərzində pulu qaytaracağına dair söz vermişdir. Bundan 1 il keçdikdən sonra ehtiyacının olduğunu bildirmiş və pulun qaytarılmasını xahiş etmiş, bu söhbətdən sonra 3 dəfəyə 500 manat olmaqla ümumilikdə 1500 manatı qaytarmış, bundan sonra qardaşlarının yanında söz verməsinə baxmayaraq üzərinə borcu ilə bağlı yazılı öhdəlik götürərək 4500 manat borclu olduğunu və hər ay 300 manat ödəyəcəyini bildirdikdən sonra yalnız 25 dekabr 2021-ci ildə 300 manat qaytarmışdır. 2022-ci ildə heç bir ödəniş etməmişdir. Dəfələrlə pulu qaytarmasını tələb etsəm də müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında Babək rayonu, Nehrəm qəsəbəsində yaşadığını, həmkəndlisi Cavabdeh İbrahim oğlunun təxminən 3 il bundan qabaq ona yaxınlaşaraq sex quracağını, lakin bunun üçün əlində pulu olmadığını bildirdiyini, ondan 6000 manat məbləğində borc pul istədiyini, Fərahimlə həm həmkəndli olması, həm də onu yaxşı insan kimi tanımasını nəzərə alaraq 6000 manat məbləğində pulu ona verdiyini, Fərahimin qısa zaman ərzində pulu qaytaracağını bildirdiyini, lakin bundan 1 il keçməsinə baxmayaraq Fərahimin borcunu ödəmədiyini, cavabdehə özünə də pul lazım olduğunu, borcunu qaytarmasını bildirdiyini, bundan sonra Fərahimin qardaşlarının onlara gəldiyini və hər ay 500 manat ödəniş edəcəkləri barədə şifahi razılaşdıqlarını, 3 ay ərzində Fərahimin qardaşının onun əvəzinə hər ay 500 manat olmaqla cəmi 1500 manat pul ödədiyini, 2021-ci ilin noyabr ayında Fərahimin yazılı ərizə verərək hər ay 300 manat ödəyəcəyini öhdəsinə götürdüyünü, cavabdehin işləmədiyindən borcu ödəyə bilmədiyini bildirdiyini, bu səbəbdən onun ayda 300 manat ödəməsinə razı olduğunu, bundan sonra ona 2021-ci ilin dekabr ayında 300 manat ödəniş etdiyini, daha sonra isə heç bir ödəniş etmədiyini, buna görə də məhkəməyə müraciət etməli olduğunu, Fərahimin borcundan cəmi 1800 manat ödəniş etdiyini və hazırda onun 4200 manat borcu qaldığını bildirmiş iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya olan borcumu etiraf edərək bildirmişdir ki, 2020-ci ilin yanvar ayında sex qurmaq məqsədilə həmkəndlim İddiaçı yaxınlaşaraq ondan 6000 manat borc pul istədim, iddiaçı da tərəddüd etmədən həmin pulu mənə verdi, mən iddiaçıya qısa zaman ərzində pulu qaytaracağımı desəm də, işlər istədiyim kimi alınmadığından və həmin pulu düzəldə bilmədiyimdən borcumu qaytara bilmədim, daha sonra qardaşım 3 ay ərzində iddiaçıya 500 manat olmaqla 1500 manat pul ödədi, 2021-ci ilin noyabr ayında iddiaçıya yazılı ərizə verərək hər ay 300 manat ödəyəcəyimi öhdəmə götürdüm və dekabr ayının 30-da iddiaçıya 300 manat pul ödədim, lakin daha sonra işləmədiyimdən borcumu ödəyə bilmədim, hazırda İddiaçı 4200 manat borcum vardır. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı Babək Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırdığını, hazırda ona 4200 (dörd min iki yüz) manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat borc alınaraq, İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 62 (altmış iki) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat borc tutularaq, İddiaçı ödənilsin. İddiaçı iddia qaldırılan zaman ödədiyi 62 (altmış iki) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-146/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-146/2022
18.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver