Məhkəmə qərarları › İş №2(079)-163/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-163/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-163/2023 31.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1800 (min səkkiz yüz) manat borcun və 38 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mənim əvvəlcədən tanıdığım Babək rayon sakini Cavabdeh anasının xəstəliyi ilə bağlı pul lazım olduğunu, başqa yerdən tapa bilmədiyini, iki günə qaytaracağını bildirərək 2300 (iki min üç yüz) manat borc aldı, pulu verən zaman rəfiqəm Həsənova Hicran Əyyub qızı da Elnarəni tanıyırdı, bu səbəbdən də 2300 manat pulu Elnarəyə verdim. Naxçıvan MR Daxili İşlər Nazirliyinə şifahi olaraq da müraciət etdim, həmin zaman 500 manat pulumu qaytardı, qalan 1800 manat pulu da bir aya qaytaracağını bildirdi, lakin həmin zamandan 4 ay keçməsinə baxmayaraq pulumu qaytarmır, telefonla əlaqə saxlayıb pulumu qaytarmasını bildirdim, həmin zaman məndən bir neçə gün vaxt istədi, yenə razılaşaraq qısa zamanda pulumu qaytarmasını bildirdim. Pulu qaytarmayınca telefonla əlaqə saxladıqda məni təhqir etdi, 31 yanvar 2023-cü il tarixdən telefonlarını bağladığından əlaqə saxlaya bilmirəm. Mənim həmin pula böyük ehtiyacım var. Başqa yolla ala bilmirəm, məcbur qalıb məhkəməyə müraciət edirəm. Məhkəmə prosesində şahid olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Həsənova Hicran Əyyub qızının dəvət edilməsini xahiş edirəm. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək iddia ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən 500 manat məbləğin ödənilməsi nəzərə alınmaqla iddiaya cavabdehdən 1300 manat pulun alınıb verilməsi həddində baxılmasını xahiş etmişdir. Mülki iş üzrə icraat məhkəmə tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla davam etdirilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehi tanımadığını, 2021-ci ilin noyabr-dekabr aylarında qonşusu Həsənova Hicran Əyyub qızının ona Elnarənin anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğunu bildirdiyini, 1800 manat pulu Elnarəyə verməsi üçün Hicran xanıma verdiyini, pulu alarkən Hicran Həsənovaya pulu 1 aya qaytaracağını dediyini, lakin 2022-ci ilin avqust ayına qədər pulu qaytarmadığını, həmin vaxta qədər ailəsində olan sağlıq problemləri ilə bağlı pulla maraqlana bilmədiyini, bundan sonra bu barədə Hicrandan pulu cavabdehdən ala bilmədiyini dediyini, Elnarənin nömrəsini götürdüyünü, Elnarəyə zəng etdikdə avabdehlə aralarında mübahisə olduğundan cavabdehin Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etdiyini, orada cavabdehin ərizə yazdığını və pulun 500 manatını ilk ay, qalan pulu isə aylıq 400 manat olmaqla ödəməyi öhdəsinə götürdüyünü, 500 manatı 2023-cü ilin fevral ayında qaytardığını, lakin qalan 1300 manatı indiyədək qaytarmadığını, dəfərlərlə cavabdehlə telefonda əlaqə saxlamağa çalışsa da zənglərinə cavab vermədiyini, borcu ödəməkdən boyun qaçırdığını bildirmiş, sözügedən hallar və iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqa iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında Hicran Həsənovanı lotereya oynadığı üçün tanıdığını, 2022-ci ilin mart ayında ailə vəziyyəti ağır olduğuna və səhhətinə görə Hicran Həsənovadan 2300 manat pul borc aldığını, pulun 500 manatını 2022-ci ilin sentyabr ayında Hicran xanıma verdiyini, iddiaçını şəxsən tanımadığını, Hicran xanımın pulun 1800 manatını Şəhla xanımdan aldığını sonradan öyrəndiyini, 2023-cü ilin fevral ayında Əliabad qəsəbəsində yerləşən dayanacaqda Şəhla xanımın özünə 500 manat verdiyini, hazırda iddiaçıya 1300 manat borcunun qaldığını, iddianı etiraf etdiyini, iddianın təmin olunmasına etirazının olmadığını bildirmişdir. Həmçinin mülki iş üzrə məhkəmə baxışı iclasında cavabdeh iddianın etirafı barədə ərizəsini məhkəməyə təqdim edərək, həmin ərizədə İddiaçı 1300 manat borcu olduğunu etiraf etdiyini bildirmişdir. İddianın etirafını nəzərə alan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1300 (bir min üç yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 38 (otuz səkkiz) manat miqdarında dövlət rüsumunun iddia tələbinin həcminin azaldılması nəzərə alınmaqla iddianın təmin edilmiş hissəsinə mütənasib olan 33 (otuz üç) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 33 (otuz üç) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar