Məhkəmə qərarları › İş №2(079)-164/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-164/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-164/2025 04.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 22 yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1000 (bir min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən-İddiaçı, həyat yoldaşımın xəstəliyi ilə bağlı, həyat yoldaşımı həkim aparmaq üçün 14 baş iri buynuzlu malları Babək rayan Şıxmahmud kənd sakini Cavabdeh ilə razılaşaraq 12000 min manata satdım, lakin 12000 min manat pulu 6 ay müddətində tam şəkildə mənə verəcəyini bildirdi. Mən 2021-ci ilin təxminən oktyabr ayında 14 baş iri buynuzlu malları Cavabdeh verdim. O, da mart ayında pulumu bütöv verməyi öhdəsinə götürmüşdür. 14 baş iri buynuzlu malların alınmasından 6 ay keçməsinə baxmayaraq Cavabdeh mənim pulumu vermədi. Mən də məcbur qalıb müvafiq dövlət orqanlarına müraciət etdim. Sonra Cavabdeh mənimlə razılığa gələrək 5000 min manatımı və 7 baş iri buynuzlu malımı qaytarmasına razılıq verdi. Yenə razılıq verməsinə baxmayaraq razılığında durmadı. Sonradan yenə Cavabdehla razılaşdıq ki, hə ay 500 manat ödəsin, hər ay Cavabdeh 500 manat ödəməklə 11000 min manat pulumu ödədi, 1000 manatı pulumu ödəmədi, mənim həmin pula böyük ehtiyacım var. Mən də pulumu ala bilmədiyimdən məcbur qalıb məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında 2020-ci ildə yoldaşının xəstə olduğunu, müayinəsi üçün yoldaşını Türkiyəyə aparmalı olduğunu, həmçinin dərmanları almaq üçün pul lazım olduğunu, ilk öncə cavabdehə 10 baş heyvanı nağd satıb pulunu aldığını, ondan sonra ona əlavə olaraq 14 baş heyvan satdığını, bir baş mal 800 manat olmaqla ümumən cavabdehin ona 12000 manat pul verməli olduğunu, 6 aydan sonra pulun hamısını vermək şərti ilə Şahinlə razılaşdığını, heyvanları 2020-ci ildə tövləsinin qarşısında cavabdehə təhvil verdiyini, lakin onun mallaın qısır, xəstə olduğunu bəhanə edərək pulu verməkdən yayındığını, bu heyvanlardan başqa ona mal satmadığını, bundan sonra müvafiq qurumlara müraciət etdiyini, 2022-ci ilin iyul ayında Şahinin ona ilkin olaraq kredit götürərək 5000 manat verib qalan 7 baş heyvanı isə canlı geri qaytaracağını bildirdiyini, o da Şahinin vədinə əməl edəcəyi halda borcdan 1000 manat güzəşt edəcəyini dediyini, lakin cavabdehin razılığa əməl etmədiyini, nə kredit götürə, nə də 7 baş heyvanı qaytara bilmədiyini, buna görə 1000 manatı keçməkdən imtina etdiyini, daha sonra cavabdehin 2022-ci il iyul ayından 2024cü ilin oktyabr ayına qədər ayda 500 manat olmaqla hissə-hissə pulu ödəməyə başladığını, arada yenə vermədiyi üçün aylıq 300 manata təzədən razılaşdıqlarını, cavabdehə güzəşt etdiyi 1000 manatı da verməsini bildirdiyini, lakin cavabdehin buna əməl etmədiyini, hazırda cavabdehin 11000 manat borcu bitirdiyini, lakin qalan 1000 manatı vermədiyini, yoldaşının müalicəsi üçün həmin pulun təcili olaraq ona lazım olduğunu, ona görə məhkəməyə müraciət etdiyini bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında heyvan alqı-satqısı ilə məşğul olduğunu, iddiaçıdan 14 baş heyvanı alanda malların boğaz olduğunu və heyvanların sağım üçün heç bir probleminin olmadığını dediyini, malların ümumi qiymətini 12000 manata 6 aydan sonra tam ödəmək şərti ilə razılaşın aldığını, bir heyvanı təxminən 857 manatdan razılaşdıqlarını, heyvanları gətirəndən sonra yoldaşının inəyin birinin balaladığını, lakin süd verməsində problem olduğunu dediyini, iddiaçıya zəng edib bu barədə bildirdiyini və gəlib baxmasını istədiyini, lakin onun buna etiraz etdiyini, iddiaçıya malları qaytaracağını desə də, onun pulu qaytarmayacağını dediyini, 1600 manat ot presinə pul verməli olduğunu, heyvanların ikisini Kolanı kənd sakininə, qalanlarını Kərimbəyli və Şərur rayon sakinlərinə satdığını, onların hamısının malların qısır olduqlarını dediyini və heyvanları qaytardıqlarını, ona görə də öhdəliyini tam yerinə yetirmədiyini, 7 baş heyvanın özündə qaldığını, prokurorluqda iddiaçının ona 5000 manat pulu nağd verməyi və 7 baş heyvanı isə qaytarmağa razı olduğunu, əvəzində isə 1000 manatı güzəşt edəcəyini dediyini, həmin vaxt kredit götürüb pulunu verəcəyini dediyini, lakin kredit götürüb pulu verə bilmədiyini, daha sonra onunla 7 baş heyvan özündə qalmaq şərtilə qalan 11000 manatı aylıq 500 manat olmaqla hissə-hissə ödəmək barədə razılaşdıqlarını, bəzən imkanı çatmadığı üçün 300 da manat verdiyini, sonda isə 1000 manata gəldikdə iddiaçının həmin pulu dəyən zərərə görə güzəşt etdiyi üçün ödəmədiyini, izahatında 11000 manata qol çəkdiyini, müqavilənin ləğvi ilə bağlı heç bir yerə müraciət etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilib barışıq sazişinin təsdiqi barədə qərar çıxarılmasını xahiş etmişdir. 17 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - Cavabdeh Yusifov X2 Oruc Davud oğluna olan 800 (səkkiz yüz) manat borcumu qərardad icraya yönəldikdən sonra xx.xx.2025-ci 266 manat, xx.xx.2025-ci il 266 manat və xx.xx.2025-ci il 268 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 800 (səkkiz yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra xx.xx.2025-ci 266 manat, xx.xx.2025-ci il 266 manat və xx.xx.2025-ci il 268 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 17 fevral 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 17 fevral 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh Yusifov X2 Oruc Davud oğluna olan 800 (səkkiz yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra xx.xx.2025-ci 266 manat, xx.xx.2025-ci il 266 manat və xx.xx.2025-ci il 268 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 800 (səkkiz yüz) manat borcunu qərardad icraya yönəldikdən sonra xx.xx.2025-ci ilə 266 manat, xx.xx.2025-ci il 266 manat və xx.xx.2025-ci il 268 manat olmaqla hissə-hissə ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar