Məhkəmə qərarları › İş №2(079)-189/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-189/2025

06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-189/2025 06.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 31 yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona borclu olduğu 989 manat və iş üzrə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, mən "xxxx" ASC-dən 19 fevral 2021-ci i! tarixli, GTKR3412498A130 nömrəli kredit müqaviləsi ilə illik 28%-lə 48 ay müddətinə qaytarmaq şərtilə 4300 manat kredit götürüb, həmin kreditin 200 manatını ödəyəndən sonra mənim xadimə işlədiyim Babək rayon Göynük kənd məktəbində fıziki-tərbiyə müəllimi işləyən Cavabdeh borcu olduğuna görə həmin borcunu bağlamaq üçün kredit götürmək istədiyini və onun kredit borcu olduğuna görə kredit verilmədiyindən məndən xahiş etdi ki, 1 il ərzində ödəmək şərtilə mən bankdan öz adıma kredit götürüb ona verim. Mən də onunla razılaşdım öz adıma həmin vaxt "xxxx" ASC-dən 19 fevral 2021-ci il tarixli, GTKR3412498A130 nömrəli kredit müqaviləsi ilə illik 28%-lə 48 ay müddətinə qaytarmaq şərtilə götürmüş olduğum 4300 manat krediti bağlayıb, yenidən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən GTKR402023A130 nömrəli kredit müqaviləsi ilə illik 24.71%-lə 34 ay müddətinə 7000 manat kredit götürüb, 2900 manatını Cavabdeh borc verdim. Cavabdeh vermiş olduğum pulu müəyyən gecikdirmələr olsa da, ödəyəndən sonra hazırda onun mənə 989 manat borcu qalmışdır. Mən dəfələrlə Cavabdeh qalan borcunu ödəməsini tələb etsəm də, o mənə hərdən bir bəhanə gətirib, bu gün sabaha salaraq borcunu qaytarmaqdan yayınır. Mən özüm məktəbdə xadimə işləyirəm, həmin pula böyük ehtiyacım var. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Hesab edirəm ki, artıq mənim pozulmuş hüquqlarımın bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbim tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbim təmin edilməlidir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə verərək iddia tələbinin həcmini azaldığını, mülki işə 500 manat borcun Cavabdeh alınaraq ona qaytarılması həddində baxılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması ilə bağlı iddiaçının ərizəsi nəzərə alınmaqla mülki işə azaldılmış iddia tələbi həddində baxılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilib barışıq sazişinin təsdiqi barədə qərar çıxarılmasını xahiş etmişlər. 25 fevral 2025-ci il tarixdə tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək aralarında razılığa gəldiklərini, məhkəmədən razılığa gəldikləri aşağıdakı şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər: - Cavabdeh İddiaçı ona qarşı olan 500 (beş yüz) manat məbləğindəki pul tələbini qəbul edir və 2025-ci ilin aprel ayının 01-dən başlayaraq ardıcıl 10 ay ərzində hər ay 50 (əlli) manat ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 500 (beş yüz) manat məbləğində pul borcunu 2025-ci ilin aprel ayının 01-dən başlayaraq ardıcıl 10 ay ərzində hər ay 50 (əlli) manat ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. Məhkəmə iş üzrə tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə xahişini və mülki iş materiallarını qanunvericiliyin tələbləri ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.3-cü maddəsinin tələbinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bundan əlavə MPM-in 52.5-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iş materiallarını, məhkəmə araşdırması gedişində müəyyən olunmuş halları və barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalıdır. MPM-in 261.0 və 261.0.5-ci maddələrinin mahiyyətinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. MPM-in 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd edilən prosessual normanın tələbini rəhbər tutaraq tərəflərə izah edilsin ki, MPM-in 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. MPM-in 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Hazırki vəziyyətdə isə tərəflər bu barədə məhkəməyə hər hansı razılıq və saziş təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 18962 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflərin bağlamış olduqları 25 fevral 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və MPM-in 191, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 25 fevral 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Cavabdeh İddiaçı ona qarşı olan 500 (beş yüz) manat məbləğindəki pul tələbini qəbul edir və 2025-ci ilin aprel ayının 01-dən başlayaraq ardıcıl 10 ay ərzində hər ay 50 (əlli) manat ödəməyi öhdəsinə götürür; - İddiaçı Cavabdeh ona olan 500 (beş yüz) manat məbləğində pul borcunu 2025-ci ilin aprel ayının 01-dən başlayaraq ardıcıl 10 ay ərzində hər ay 50 (əlli) manat ödəməsini qəbul edir və gələcəkdə bununla bağlı Cavabdeh qarşı hər hansı bir tələbinin olmayacağını bildirir. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC-nin Naxçıvan branch filialı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, 18962 nömrəli qəbzlə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar